Mustafa ağa Şəkibəyov
== Tarix ==
Çar Rusiyasının 1873-cü il əhalinin kameral siyahıya almasına görə Qazaxın Ayrım kəndində Yaqublu nəslindən olan ağaların da adları qeyd olunmuşdur. Bunlardan biri Yaqub ağa Mustafa ağa oğlu və onun ailə üzvləridir.
1886-cı il əhalinin kameral siyahıya almasına əsasən isə Yaqub ağanın və ailəsinin artıq Gədəbəy rayonunun Yaqublu və Qaramurad kəndində məskunlaşdığı görünür. Yaqub ağanın ailə tərkibində onun oğulları Şamil ağa- 17 yaş, Mustafa ağa-7 yaş, Qəşəm ağa-2 yaş olduğu qeyd olunmuşdur.
== Həyatı ==
Yaqublu nəslinin görkəmli nümayəndələrindən biri Mustafa ağa Yaqub ağa oğlu Şəkibəyov tarixi sənədlərə əsasən 1870-ci ildə Gədəbəy rayonunda doğulmuşdur. Bəy nəslindən olan Mustafa ağa Şəkibəyov zəngin mülkədar olmuş, ömrünü milli hökumətin dəstəklənməsinə, erməni daşnakları və Qırmızı Orduya qarşı mübarizəyə həsr etmişdir.
== Fəaliyyəti ==
Mustafa ağa Şəkibəyov Gədəbəyin Şəkərbəy kəndinin ağası olub. O, Məcid ağa Şəkibəyovun atası Məmməd ağanın və Əsgər ağa Məşədi Sadıx ağa oğlu Şəkibəyovun əmisi nəvəsidir. Erməni-müsəlman savaşında və antisovet qaçaq hərəkatında iştirak edib.
Əsgər ağa Məşədi Sadıx ağa oğlu Şəkibəyov, Məcid ağa Məmməd ağa oğlu Şəkibəyov, Mustafa ağa Yaqub ağa oğlu Şəkibəyov, Niftalı ağa Əsgər ağa oğlu Sadıxov, Cəbrayıl ağa Əsgər ağa oğlu Sadıxov, Cəbrayıl və Kərəm Söyün oğulları, Məşədi Mehralı, Qara Musa, Axund Zeynal, Abram Kandaurov, Miskinlidən Abuzər Axundov, Salman İmanquliyev, Alnavatdan Əsgər Qara oğlu, İlyas Əliyev, Arıqırandan İsmayıl Məmmədov və digərləri ermənilərə və yeni quruluşun haqsızlıqlarına qarşı Attıxdərə, Daryurd, Kiçik Qaramurad, Çətindərə, Şahtalası, 1918-ci ildə erməni daşnaklarına qarşı mübarizənin, 1920-ci ilin dekabrında və 1921-ci ilin yanvarında Xınnada baş verən silahlı üsyanların təşkilatçısı və iştirakçısı olmuşlar.