Şahruddin Qapurov
Şahruddin Aydiyeviç Qapurov (çeç. Гапуров, Шахьрудин Айдиевич; 6 yanvar 1951, Taş-Kumır, Cəlalabad vilayəti) — Çeçenistan tarixçisi, alimi, tarix elmləri doktoru (2004), professor (2006), Çeçenistan Elmlər Akademiyasının akademiki və prezidenti (2006-cı ildən). Çeçenistan Respublikasının əməkdar elm xadimi, Rusiya Puqvaş Komitəsinin Qroznı şöbəsinin üzvü.
== Həyatı ==
Şahruddin Qapurov 6 yanvar 1951-ci ildə çeçenlərin və inquşların deportasiyasından sonra Mərkəzi Asiyayada sürgün zamanı Qırğızıstan SSR-in Taş-Kumır şəhərində anadan olub. Atası öləndə onun təxminən iki yaşı vardı. Uşaqları saxlamaq üçün anası kömür mədəninə işləməyə getmişdi.
1958-ci ildə Taş-Kumırda məktəbə getmişdir. Amma rus dilini zəif bildiyi üçün dərslər yaxşı getmirdi. 1958-ci ilin noyabrında ailə vətənə qayıtdı. Şahruddin təhsilini Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Naji-Yurt rayonunun Bulqat-İrzu kəndində davam etdirib.