ŞANXAY

dəniz önündə (Çində ən böyük şəhər).
ŞANƏR
ŞANLI
OBASTAN VİKİ
Şanxay
Şanxay (çin. 上海, ing. Shanghai) — Çində şəhər. Çinin ən böyük şəhəridir. Çinin şərq sahilində Yangtze çayı deltasında qurulmuşdu. Olduqca sıxlıq olan bu şəhər ayrıca Çin Xalq Respublikasının ən əhəmiyyətli liman şəhəridir. Şanghay, Şərq Çində Yangtze Çayı Deltasının sahilində iştirak edən Çin Xalq Respublikasının ən böyük və dünyanın da səkkizinci ən böyük şəhəridir. Məşhur olaraq Çinin müasir iqtisadiyyatının qalası olaraq hesab edilən şəhər bu istiqamətiylə, xalqın ən əhəmiyyətli mədəni, ticari, sənaye və ünsiyyət mərkəzlərindən biri olaraq xidmət görər. İnzibati olaraq Şangay Çin Xalq Respublikasının əyalət statusundakı bir bələdiyyəsidir. Bununla birlikdə Şangay dünyanın ən sıx limanlarından biridir və 2005də dünyadakı ən böyük yük limanı olmuşdur.
Şanxay Universiteti
Şanxay Universiteti (çin. 上海大学) — Çin Xalq Respublikasının Şanxay şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitet "Şanda" (çin. 上大) adı ilə də tanınır. Çinin ən nüfuzlu ali məktəblərindən biri hesab olunur. Universitetin əsası 1922-ci ildə qoyulmuşdur. 1994-cü ildə yenidən qurulmuşdur. Universitet əyalət hökuməti tərəfindən idarə olunur. Universitetin hazırkı prezidenti Jin Donqhandır. Universitetin 3 əsas kampusu var: Baoşan kampusu; Yançanq kampusu; Jiadinq kampusu.
Şanxay (Azərbaycan)
Şanxay — Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən qəsəbə. Şəhərin şərqində yerləşən Keşlə qəsəbəsi bu adla tanınır. Qəsəbə sökülməkdədir. Şanxay qəsəbəsi kəndlərdən 1950-ci illərin sonlarında, 1960-cı illərin əvvəllərində gələn şəxslər tərəfindən salınmışdır. Onlar SSRİ dövründə burada yerləşən beton zavodunun işçiləri olmuşdurlar. Onların arxasınca qohumları gəlmiş, daha sonra isə uşaqları doğulmuşdur. İlk evlər dəmiryolu xəttindən uzaqda tikilsə də, sonrakı evlər yaxınlıqda tikilməyə başlamışdır. Qəsəbə adının tarixçəsi qəsəbədə yaşamış Hacı Salman adlı şəxslə bağlıdır. O, bir dəfə Çinin Şanxay şəhərinə səfər edib. Qəsəbəyə geri qayıdanda burada yaşayan sakinlər ondan səfər etdiyi yerlərin necə olduğunu soruşublar.
Şanxay (dəqiqləşdirmə)
Şanxay — Çində şəhər. Şanxay (Azərbaycan) — Bakıda qəsəbə.
Şanxay daşıyıcısı
Şanxay daşıyıcısı (çin. 极致追击, Şimali Amerikada S.M.A.R.T. Chase adı ilə tanınır) — rejissor Çarlz Martinin çəkdiyi və baş rollarda Orlando Blum, Leo Vu, Saymon Yam, Hannah Quinlivan və Lin Hunqun oynadığı 2017-ci il istehsalı olan Britaniya-Çin döyüş triller filmidir. Filmin 30 sentyabr 2017-ci il tarixində Çində, digər ölkələr üçün daha gec tarixdə nümayişi nəzərdə tutulmuşdu.
Şanxay Əməkdaşlıq Təşkilatı
Şanxay Əməkdaşlıq Təşkilatı (çin. 上海合作组织) — 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdir. Hazırda 9 ölkə bu təşkilatın üzvüdür.
Şanxay Jiao Tonq Universiteti
Şanxay Jiao Tonq Universiteti (çin. 上海交通大学; hərfi tərcüməsi: azərb. Şanxay Nəqliyyat Universiteti‎) — Çin Xalq Respublikasının Şanxay şəhərində yerləşən ali təhsil müəssisəsi. "Academic Ranking of World Universities" 2003-cü ildən bu universitet tərəfindən tərtib olunur. Universitetin əsası 1896-cı ildə qoyulmuşdur. Liman Şəhərlərinin Universitet Liqasının üvüdür. "Universitas 21" adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasına daxildir.
Şanxay cəngavərləri (film, 2003)
Şanxay cəngavərləri (ing. Shanghai Knights) — film David Dobkinin rejissorluğu ilə 2003-cü ildə çəkilmişdir. Baş rolları Ceki Çan və Ouen Vilson ifa edir. Film Şanxayda günorta filminin davamıdır. Çinli bir xain Çonqun atasını öldürüb İngiltərəyə qaçanda, Çonq və Roy kral möhürünü qaytarmaq üçün Londona gedirlər. Çonun bacısı Lin da eyni şeyi istəyir və kral ailəsinə qarşı bir hiylə açır, amma demək olar ki, heç kim ona inanmır. Ceki Çan — Çonq Vanq Ouen Vilson — Roy Aaron Canson — Çarli Çaplin Tom Fişer — Artur Doyl Eydan Qiller — Nelson Ratboun Fan Vonq — Çonqun bacısı Donni Yen — Vu Çoy Aliver Kotton — Qarındeşən Cek 2003 MTV Kanal Mükafatlarında Şanxay Cəngavərləri filmi Ən Yaxşı Mübarizə, Ən Yaxşı Ekran Komandası (Ceki Çan, Ouen Vilson) mükafatları uğrunda yarışdı, lakin heç bir mükafat almadı.
Şanxayda günorta (film, 2000)
Şanxayda günorta (ing. Shanghai Noon) — Tom Dai'nin rejissorluq debütünə ABŞ-Honq Konq filmidir. Film, cinayətkarları dayandırmaq üçün bir araya gələn fərqli şəxsiyyət və irqi mənsubiyyəti olan (Çin imperatorunun keşikçisi və Vəhşi Qərbdən olan ağ quldur) qarşılıqlı münasibətlərindən bəhs edir. Gözəl Çin şahzadəsi qaçırıldıqda İmperator ən etibarlı və bacarıqlı cangüdənlərdən üçünü vəhşi Qərbə göndərir. Cunq Vanq, təbii ki, bunların arasında deyil. Ancaq gizli yollarla yenə də müharibə edən bir heyətə girməyi və Amerikanın mərkəzində və gözlənilməz hadisələrdə özünü tapmağı bacarır. Təsadüfi tərəfdaşla birlikdə Çin cangüdəni hər cür dəyişikliyə girir; arasında, o, Sioux qəbiləsinə kömək edir, barışmaq üçün bir boru çəkir və dərhal düşmənlərinin çoxunun qaçdığı döyüş yolunda özünü tapır.
Şanxayda günorta
Şanxayda günorta (ing. Shanghai Noon) — Tom Dai'nin rejissorluq debütünə ABŞ-Honq Konq filmidir. Film, cinayətkarları dayandırmaq üçün bir araya gələn fərqli şəxsiyyət və irqi mənsubiyyəti olan (Çin imperatorunun keşikçisi və Vəhşi Qərbdən olan ağ quldur) qarşılıqlı münasibətlərindən bəhs edir. Gözəl Çin şahzadəsi qaçırıldıqda İmperator ən etibarlı və bacarıqlı cangüdənlərdən üçünü vəhşi Qərbə göndərir. Cunq Vanq, təbii ki, bunların arasında deyil. Ancaq gizli yollarla yenə də müharibə edən bir heyətə girməyi və Amerikanın mərkəzində və gözlənilməz hadisələrdə özünü tapmağı bacarır. Təsadüfi tərəfdaşla birlikdə Çin cangüdəni hər cür dəyişikliyə girir; arasında, o, Sioux qəbiləsinə kömək edir, barışmaq üçün bir boru çəkir və dərhal düşmənlərinin çoxunun qaçdığı döyüş yolunda özünü tapır.

Digər lüğətlərdə