ŞAXLANMAQ

f.
1. Lovğalanmaq, təkəbbürlənmək, iddialanmaq, kəkələnmək.
[Xudayar bəy övrətinə:] Dədən evindən mənə çox dövlətlər gətirmisən, bir az da şaxlan mənim üstümə. C.Məmmədquluzadə.
Lal Hüseyn ürəklənib şaxlandı. M.İbrahimov.

2. Şax dayanmaq, dikəlmək.
…Kəyan ayağa qalxdı və ufultu ilə bir şaxlanıb belini dikəltdi. Ə.Əbülhəsən.

// Dal ayaqları üzərinə qalxmaq, şahə qalxmaq (at).

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞAXLANMAQ şaxələnmək — budaqlanmaq
ŞAXLANMA
ŞAXLI

Digər lüğətlərdə