ŞEMSİYE
ŞER
OBASTAN VİKİ
Şen Ko
Şen Ko və ya Şen Kuo (Çin dilində:沈括 Shěn Kuò, 1031, Hançjou[d] – 1095, Çjentszyan) — İntibah dövründə yaşamış, ensiklopedik biliyə malik Çin alimi. Onun elmi fəaliyyəti riyaziyyat, astronomiya, meteorologiya, geologiya, zoologiya, botanika, farmakologiya, aqronomluq, etnoqrafiya və kartoqrafiya kimi elm sahələrini əhatə etmişdi. Şen Ko eyni zamanda özünü diplomat, general, maliyyə naziri, dövlət müfəttişi, hidromeliorasiya sahəsində mühəndis, ixtiraçı, şair və musiqiçi kimi də göstərmişdi. Şen Konun anasının böyük qardaşı hərbi işlər üzrə mütəxəssis, Xu Tsyan Tszin ("Hərbi rəislər üçün traktat", 《虎钤经》) əsərinin müəllifi Syuy Dun (許洞/许洞, ок. 976 — ок. 1016) idi. Şen Ko heç vaxt məşhur dayısını görməmişdi, lakin dayısının evinə gəlməsi bu gənc üçün xüsusilə faydalı oldu, o, bütün günlərini dayısının zəngin kitabxanasında keçirirdi. Bu kitabxanada həm də Syuy Dunun əlyazmaları saxlanılırdı. Şen Konun anası gözəl təhsil almışdı və o, oğlunun təlim və tərbiyəsi iə müntəzəm olaraq məşğul olurdu. Şen Konun atası Şen Çjou (沈周, 978–1051), əyalət məmuru idi.
Şen Kyan
Şen Kyan (11 may 1990) — Kanadanı təmsil edən stolüstü tennisçi. Şen Kyan Kanadanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 9-cu pillənin sahibi olub.
Şen halqası
Şen halqası — Qədim Misirdə firon və ya hökmdarlara məxsus tumar. "Şen" sözü Qədim Misir dilində "mühasirə" və ya "çevrələmək" mənasını verir, əbədi mühafizə ya qorunmanı təmsil edir.
Şənər Şen
Şənər Şən (26 dekabr 1941) — Türk aktyor, müəllim. 26 dekabr 1941-ci ildə Adanada o zamanlar dülgər işləyən məşhur kino aktyoru Əli Şənin ailəsində doğulmuşdur. Sənət həyatına İstanbul Şəhər Bələdiyyəsi Teatrlarında səhnəyə çıxaraq başladı. Atası kimi film aktyoru olmaq istəməyən Şənər Şən, özünü teatr aktyoru olaraq görürdü. Radio teatrlarında da oynadı. Amma teatrdan əldə etdiyi gəlir az olduğuna görə məcbur olub film aktyorluğuna keçdi. Film aktyorluğunda ilk addımlarını ara rollarında oynamaqla başlamışdı. Karyerasında məşhurluğu isə "Hababam Sinfi" filmində bədən tərbiyə müəllimi rolunda Badi Əkrəm obrazı ilə olmuşdu. Ən çox oynadığı filmlər isə məşhur türk film aktyoru Kamal Sunalla olmuşdur.
Bi Şen
Bi Şen (990 – 1052, Böyük Çin) — Çin ixtiraçısı, mütəhərrik literlərlə kitab çapının banisi. İxtirası 1041–48-ci illərə təsadüf edir. Yanmış (bişmiş) gildən hazırlanan çap elementləri (heroqliflər) soyuduqda bərkiyən özlü qatranlı qarışığın köməyilə dəmir yığı formalarına yapışdırılırdı. Mətnin kağızda çap edilməsi üçün literlərin üzərinə tuş çəkilirdi. Bi Şenin ixtirası haqqında ilk dəfə Şen Qo (1031–95) məlumat vermişdir.
Siau Şu-şen
Şuşen Siau (13 noyabr 1976, Taypey) — Çinli aktrisa, müğənni və teleaparıcı. КиноПоиск.ru: Сяо Шушэнь 蕭淑慎檔案庫 AsianWiki: Shu-shen Hsiao Hsiao Shu Shen Height Profile Arxivləşdirilib 2014-04-28 at the Wayback Machine Youtube-da Şuşen Siaunun Üfiq (ing.
İsmail Hakkı Şen
İsmail Hakkı Şen (1 yanvar 1927, Rizə, Rizə ili – 31 yanvar 2005, İstanbul) — türk teatr və kino sənətçisi. 1958-ci ildən teatrda çalışmağa başlaan İsmayıl Hakkı Şenin əsl peşəsi maşın mühəndisliyi olsa da həyatının böyük bir hissəsini kino və teatra həsr etmişdir. Ankara İncəsənət Teatrı, Ankara Dram Teatrı, Enis Fosforoğlu Səhnəsi, Hadi Zaman Teatrı və Teatr İstanbulda bir çox tamaşada rol alan sənətçi, 150 filmdə oynamışdır.
Şu-şen Siau
Şuşen Siau (13 noyabr 1976, Taypey) — Çinli aktrisa, müğənni və teleaparıcı. КиноПоиск.ru: Сяо Шушэнь 蕭淑慎檔案庫 AsianWiki: Shu-shen Hsiao Hsiao Shu Shen Height Profile Arxivləşdirilib 2014-04-28 at the Wayback Machine Youtube-da Şuşen Siaunun Üfiq (ing.
Şener Şen
Şənər Şən (26 dekabr 1941) — Türk aktyor, müəllim. 26 dekabr 1941-ci ildə Adanada o zamanlar dülgər işləyən məşhur kino aktyoru Əli Şənin ailəsində doğulmuşdur. Sənət həyatına İstanbul Şəhər Bələdiyyəsi Teatrlarında səhnəyə çıxaraq başladı. Atası kimi film aktyoru olmaq istəməyən Şənər Şən, özünü teatr aktyoru olaraq görürdü. Radio teatrlarında da oynadı. Amma teatrdan əldə etdiyi gəlir az olduğuna görə məcbur olub film aktyorluğuna keçdi. Film aktyorluğunda ilk addımlarını ara rollarında oynamaqla başlamışdı. Karyerasında məşhurluğu isə "Hababam Sinfi" filmində bədən tərbiyə müəllimi rolunda Badi Əkrəm obrazı ilə olmuşdu. Ən çox oynadığı filmlər isə məşhur türk film aktyoru Kamal Sunalla olmuşdur.
Dinq Şen (rejissor)
Ding Sheng (çin. 丁晟; 1970, Sindao, Şantun) — Çin film rejissoru və ssenaristi. Şantun, Sindao şəhərində anadan olmuş, əsərlərinə Kiçik Böyük Əsgər, Polis Hekayəsi 2013 və Dəmiryol Tigers (2016) hər iki filmin onun rejissoru olduğu və Ceki Çanın rol aldığı filmlər daxildir.
Eldar Şengelaya
Eldar Nikolayeviç Şengelaya (26 yanvar 1933, Tiflis) — rejissor. == Həyatı == Eldar Şengelaya 26 yanvar 1933-cü ildə Tbilisidə anadan olub. Atası rejissor Nikolay Şengelaya, anası aktrisa Nata Vaçnadze, qardaşı rejissor Georgi Şengelayadır. ÜDKİ-də təhsil alıb. Mosfilmdə (1958–1960), Gürcüstanfilmdə (1960-dan) çalışıb. Ş. Rustaveli adına Tbilisi Teatr İnstitutunda dərs deyir. Gürcüstanın və SSRİ-nin xalq artistidir (1988). Müxtəlif festivalların mükafatını alıb.
Klod Elvud Şennon
Klod Elvud Şennon (Claude Elwood Shannon) – 30 aprel 1916-cı ildə “İnformasiya nəzəriyyəsi”nin banisi, amerikalı mühəndis və riyaziyyatçı. Klod Elvud Şennon anadan olmuşdur. Şennon ehtimal sxemləri, avtomatlar və idarəetmə sistemləri nəzəriyyələrinə böyük töhfələr vermişdir. "Rabitə nəzəriyyəsi"ni inkişaf etdirən K.Şennon kodlaşdırma nəzəriyyəsini və informasiya nəzəriyyəsini yaratdı. İnformasiya nəzəriyyəsi rabitə kanalı ilə ötürülən informasiyanın ölçülməsi problemini həll etdi. 1948-ci ildə "Rabitənin riyazi nəzəriyyəsi" məqaləsində ən kiçik informasiya vahidini işarə etmək üçün "bit" sözündən istifadə etməni təklif etdi. == Ədəbiyyat == Əliquliyev R., Salmanova P. “İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar”, 2013, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 169 s.
Klod Şennon
Klod Elvud Şennon (ing. Claude Elwood Shannon; 30 aprel 1916[…] – 24 fevral 2001[…], Medford[d], Massaçusets) — amerikalı mühəndis, kriptoanalitik və riyaziyyatçı. "İnformasiya əsrinin atası" hesab olunur. Müasir yüksək texnoloji rabitə sistemlərində tətbiq tapan məlumat nəzəriyyəsinin banisidir. Hal-hazırda müasir rabitə texnologiyalarının əsasını təşkil edən fundamental anlayışları, fikirləri və onların riyazi formulalarını təqdim etdi. 1948-ci ildə məlumatın ən kiçik birliyini ifadə etmək üçün "bit" sözündən istifadə etməyi təklif etdi ("Riyazi nəzəriyyə" məqaləsində). Bundan əlavə, entropiya anlayışı Şennon nəzəriyyəsinin vacib bir xüsusiyyəti idi. O, təqdim etdiyi entropiyanın ötürülən mesajdakı məlumatın qeyri-müəyyənlik dərəcəsinə bərabər olduğunu nümayiş etdirdi. Şennonun "Rabitə riyazi nəzəriyyəsi" və "Gizli sistemlərdə rabitə nəzəriyyəsi" məqalələri informasiya və kriptoqrafiya nəzəriyyəsi üçün əsas hesab olunur. Klod Şennon, kriptovalyutaya elmi baxımdan müraciət edənlərdən biri, onun nəzəri əsaslarını formalaşdıran və bir çox əsas anlayışları təqdim edən ilk biri idi.
Kotelnikov-Şennon teoremi
Kotelnikov-Şennon teoremi - Rəqəmsal idarəetmə sistemlərində (Digital Signal processing) diskretləşdirilən fasiləsiz siqnalı əvəz edən impulslar ardıcıllığının bərpa edilməsi üçün istifadə edilən teorem. Diskretləşdirmə intervalının qiyməti lazım olduğundan kiçik seçildikdə idarəetmə sisteminin keyfiyyətinə xələl gətirmir, lakin, izafi hesabatlara səbəb olur. Bu kəmiyyətin qiymətinin lazım olduğundan böyük seçilməsi isə məlumat itkisinə və nəticədə sistemin pisləşməsinə səbəb olur. Diskretləşdirmə intervalının qiyməti elə seçilməlidir ki, diskretləşdirilən fasiləsiz siqnal onu əvəz edən impulslar ardıcıllığından bərpa edilə bilsin.
Nikolay Şengelaya
Nikolay Mixayloviç Şengelaya (d. 8 avqust 1903, Obuji, Gürcüstan - ö. 4 yanvar 1943, Tbilisi, Gürcüstan) - rejissor. Rusiya Əməkdar İncəsənət Xadimi (1935), "SSRİ Dövlət Mükafatı" laureatı (1941). Nikolay Mixayloviç 8 avqust 1903-cü ildə Gürcüstanın Kutaisi quberniyasının Obuji kəndində anadan olub. Tbilisi universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alıb. 4 yanvar 1943-cü ildə Tbilisidə vəfat edib. Rejissor Eldar Şengelayanın atasıdır. Gənc ikən şerlər yazardı. Kinoda 1924-cü ildən fəaliyyət göstərmişdir.
Qarri Şendlinq
Qarri Şendlinq (ing. Garry Shandling; 29 noyabr 1949[…], Çikaqo, İllinoys – 24 mart 2016[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı. 29 noyabr 1949-cu ildə doğulub. 24 mart 2016-cı ildə vəfat edib.
Ramaz Şengeliya
Ramaz Şengeliya (gürc. რამაზ შენგელია; 1 yanvar 1957, Kutaisi – 21 iyun 2012, Çerovani[d], Gürcüstan) — karyerası ərzində "Torpedo" (Kutaisi), "Dinamo" (Tiflis), "Ester" (Vekşe) və "Holsmund" klublarının şərəfini qoruyub. Hücumçu SSRİ çempionatlarında 283 oyun keçirib, 120 qol vurub. O, 1978-ci il SSRİ çempionu, 1979-cu ildə SSRİ kubokunun sahibi, 1981-ci ildə Kuboklar Kubokunun qalibi olub. Şenqeliya 1978 və 1981-ci illərdə SSRİ-nin ən yaxşı futbolçusu seçilib.
Ramaz Şengeliya adına stadion
Ramaz Şengeliya adına stadion (gürc. რამაზ შენგელიას სახელობის სტადიონი) — Gürcüstanın Kutaisi şəhərində yerləşən və Torpedo Kutaisi klubunun ev oyunlarını keçirdiyi stadion. Stadion 1948-ci ildə layihələşdirilmişdir. 1950-ci ildən tikintisinə başlanmışdır. Stadion, "Lokomotiv Kutaisi" klubu Sovet "B" liqasında çıxış etməyə başlayandan, 1957-ci ildən istifadəyə verilmişdir, amma stadion tam tikilib başa çatdırılmamışdır. Stadion tam olaraq 1962-ci il mayın 2-də "Torpedo Kutaisi" komandası güclülər dəstəsində çıxış etməyə başladıqda hazır olmuşdur. Sovet dövründə stadion "Mərkəzi Stadion" adlanırdı. 2010-cu il mayın 24-də stadion yenidənqurmadan sonra yenidən açıldı, stadiona Kutaisi şəhərində idman həyatının inkişafında əməyi olmuş əfsanəvi Kutaisi idmançısı Givi Kiladzenin adı verilmişdir. Stadion UEFA standartlarına uyğundur və burada beynəlxalq səviyyədə yarışların keçirilməsi üçün bütün şərait var. Stadion Gürcüstanın qərbində yerləşmiş ən böyük və tutumlu stadiondur.
Seher Şeniz
Seher Şeniz (1 mart 1948 - 14 may 1992) - əsl adı Seher Başdaş olan türk aktrisası, rəqqasəsi və modelidir. "Playboy" jurnalında şəkli olan ilk türk aktrisasıdır. Seher Şeniz 1948-ci ildə İzmir şəhərində anadan olmuşdur. 1962-ci ildən başlayaraq türk erotik filmlərinə çəkilməyə başlayır. 1965-ci ildə "Çimərlik gözəli" seçilmişdir. 1966-cı ildə isə "Türkiyə gözəllik yarışması" müsabiqəsində 2-ci yeri tutur. Seher Şeniz 3 dəfə evli olub. Sonuncu nişanlısı erməni əsilli Teknur Kiraz Fransada yaşadığı zaman Şeniz "Mulian Ruj" klubunda rəqqasə olaraq çalışır. Sonradan Türkiyəyə qayıdaraq yenidən erotik janrlı filmlərə çəkilir. Seher Şeniz 1984-cü ildə Mogadon adlı dərmanı qəbul edərək ölümcül vəziyyətə düşür.
Tyande Şensao
Bu dinin əsası Syao Çanmin (1894–1943) tərəfindən qoyulmuşdur. Ənənəvi Çin əxlaqının əsaslarını əks etdirən doktrinaya malikdir. Çində Kommunist Partiyası hakimiyyətə gəldikdən sonra Tyande Şensaoya qadağa qoyulsa da, onun üzvləri Syanqan və Tayvanda fəaliyyətlərini davam etmişlər. Din nümayəndələri Baş Tanrı Vahid Nəfəsin kainatın yaradıcısı olduğunu, onun qədim Çin imperatorları, müxtəlif din və qeyri-ənənəvi cərəyan yaradıcıları görkəmində otuz altı dəfə zühur edərək dünyanın dağılmaq təhlükəsinin qarşısını aldığını iddia edirlər.
Uilyam Bil Şenkli
Vilyam Bil Şenkli — şotlandiyalı futbolçu və "Liverpul" futbol klubunun əfsanəvi məşqçisi. U. Şenkli 1913-cü il sentyabrın 2-də Böyük Britaniyanın Şotlandiya əyalətinin Şərqi Eyeşir qraflığında kiçik Qlenbak qəsəbəsində anadan olub. O ailədəki 10 uşaqdan biri idi. Çox keçmədən o peşəkar futbolla məşğul olan 5 qardaşdan biri oldu. Onun qardaşı Bob tezliklə peşəkar məşqçi kimi tanındı və 1962-ci ildə "Dandi" klubuna ölkə çempionluğunu qazandırdı. Futbolçu fəaliyyəti dövründə U. Şenkli bir çox klubların şərəfini qoruyub. 1938-ci ilin aprel ayında o İngiltərə ilə oyunda Şotlandiya yığmasının heyətində debüt etdi. Bundan sonra U. Şenkli yığmada cəmi dörd rəsmi oyuna çıxdı. 1939-cu ildə II Dünya Müharibəsinin başlaması onun yığmadakı karyerasına son qoydu. Lakin o hələ bir müddət müxtəlif klublarda oynamaqda davam etdi və 1949-cu ilin mart ayında futbolçu karyerasına son qoyaraq məşqçiliyə başladı.
Vilyam Bil Şenkli
Vilyam Bil Şenkli — şotlandiyalı futbolçu və "Liverpul" futbol klubunun əfsanəvi məşqçisi. U. Şenkli 1913-cü il sentyabrın 2-də Böyük Britaniyanın Şotlandiya əyalətinin Şərqi Eyeşir qraflığında kiçik Qlenbak qəsəbəsində anadan olub. O ailədəki 10 uşaqdan biri idi. Çox keçmədən o peşəkar futbolla məşğul olan 5 qardaşdan biri oldu. Onun qardaşı Bob tezliklə peşəkar məşqçi kimi tanındı və 1962-ci ildə "Dandi" klubuna ölkə çempionluğunu qazandırdı. Futbolçu fəaliyyəti dövründə U. Şenkli bir çox klubların şərəfini qoruyub. 1938-ci ilin aprel ayında o İngiltərə ilə oyunda Şotlandiya yığmasının heyətində debüt etdi. Bundan sonra U. Şenkli yığmada cəmi dörd rəsmi oyuna çıxdı. 1939-cu ildə II Dünya Müharibəsinin başlaması onun yığmadakı karyerasına son qoydu. Lakin o hələ bir müddət müxtəlif klublarda oynamaqda davam etdi və 1949-cu ilin mart ayında futbolçu karyerasına son qoyaraq məşqçiliyə başladı.
İndraneil Şengupta
Şenadeq
Şenay (müğənni)
Şənay Yüzbaşıoğlu (türk. Şenay Yüzbaşıoğlu; 19 yanvar 1947, İstanbul – 4 yanvar 2013, İstanbul) — Türkiyə müğənnisi. "Sev Kardeşim" və "Hayat Bayram Olsa" mahnıları ilə tanınmışdır. 19 yanvar 1947-ci ildə İstanbulda doğulmuş Şənay müğənni karyerasına 1969-cu ildə Erkan Özermanın Ankaradakı "Anaştarlı Bulvar" adlı gecə klubunda başlamışdı. Daha sonra Şənay İstanbul Orkestrində Şerif Yüzbaşıoğlu, Salim Ağırbaş, Atilla Özdemiroğlu, Selçuk Başar, Uğur Başar, Garo Mafyan, Asım Erkendən ibarət orkestrdə İlhan Kayralla birlikdə solist oldu. 1971-ci ildə isə o, orkestrin rəhbəri Şerif Yüzbaşıoğlu ilə ailə qurmuşdu. 1971-ci ildə Şənay Yüzbaşıoğlunun "Benim Olursan/Sev Kardeşim" adlı albomu satışa çıxdı. O, türk pop-musiqisinin ən məşhur ifaçılarından biri idi. Ş.Yüzbaşıoğlunun "Sev Kardeşim", "Hayat Bayram Olsa", "Beyaz Ülke", "Gerçek Nerde?", "Açıl Susam Açıl", "Ve Ağlıyorum", "Varlar Yoklar", "Dön Artık", "Sev Yeter ki", "Dünden Bugüne", "Sessiz Bir Yer" kimi məşhur mahnıları vardı.
Mustafa Şentop
Mustafa Şentop (6 avqust 1968, Təkirdağ) — türk siyasətçisi və 24, 25, 26. Dövr Ədalət və İnkişaf Partiyası (AK Parti) İstanbul, 27. AK Partiya Tekirdağ millət vəkili. 2011-ci il Türkiyə ümumi seçkilərində ilk dəfə Türkiyə Böyük Millət Məclisinə daxil olan Şentop, 2012–2015-ci illərdə AK Partiya sədr müavini vəzifəsində çalışıb.
Albers-Şenberq xəstəliyi
Osteopetroz, Albers-Şenberq xəstəliyi və ya sümüklərin "mərmər" xəstəliyi – osteoklastların funksiyasının pozulması, sümük toxuması bərkləşir, kirəcləşir, kövrəkləşir, sümük iliyi məsafəsi daralır.

Digər lüğətlərdə