ŞİŞİRTMƏK

f. Üfürüb doldurmaq, köpürtmək, qabartmaq, şişkin hala gətirmək. Şarı şişirtmək. Ordlarını şişirtmək.
– Zurnaçılar ordlarını şişirdib, gözlərini süzürdülər. Çəmənzəminli.
Nəriman əmi ordlarını şişirdərək əlini başına çəkib, məzəmmətlə Murada baxdı. İ.Əfəndiyev.

// Böyütmək, qabartmaq, artırmaq, yekəltmək.
Bostandakı kələmlər enə verir, balqabaqlar qarınlarını şişirdir, pomidorların sifəti qızarırdı. Ə.Vəliyev.

2. Olduğundan daha güclü, daha artıq, daha mübaliğəli şəkildə təqdim etmək, təsvir etmək, söyləmək. Məsələni şişirtmək.
– Hansı bir yazıçı olur olsun, nə onu qərəzkarlıqla kiçiltmək, nə də qəsdən şişirdib böyütmək olmaz. S.Rəhimov.
[Salman:] Yoldaş Şirzad çox tünd gedir, nöqsanları şişirdir!… M.İbrahimov.

◊ Özünü şişirtmək – lovğalanmaq, qürrələnmək, təkəbbür satmaq, özünü dartmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞİŞİRTMƏK 1. ŞİŞİRTMƏK, DOLDURMAQ (üfürməklə) 2. şişirtmək bax goplamaq
ŞİŞİRTMƏ
ŞİŞKİN

Digər lüğətlərdə