ŞİŞTƏPƏ

is. coğr. Dağın şiş təpəsi, zirvəsi; pik.
// sif. Təpəsi şiş. Şiştəpə dağ.
ŞİŞPAPAQ
ŞİT
OBASTAN VİKİ
Şiştəpə
Şiştəpə — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. 1924-cü ilə qədər bölgədəki Qarabulaq, Novçalı kimi ətraf yüksəkliklərdə o cümlədən Qozlu dərəsi, Səlimli bulağı adlanan ərazilərdə məskunlaşan Sarı Əhmədli, Sədərəkli, Pərzadlı, Məhərli, Mələkli, Nəsifli, Ziyadlı, Xəlilli, Maşadılar, Namazalı, Comardlı, Arıxlı, Bağlar, Lolaşlı vs. kimi sülalalər şura hökumətinin qurulmasından sonra daha aşağıya, Şiştəpə təpəsinin ətrafına məskunlaşdırılmışdır. Bu dövr qədər isə həmin yüksəklilərdəki kənd Zəyəmə tabe olan Yuxarı Ayıblı olaraq adlanmışdır. Kəndin qəbiristanlığı — Meydanda aparılan araşdırmalar zamanı 2 əsrdən çox yaşı olan qəbrlər ortaya çıxmışdır. Bu cür tapıntılar isə onu göstərir ki, kəndin tarixi rəsmi tarixdən çox daha qədimə söykənir. Araşdırmaçı yazar, Şahbaz Qarayevin "Gülüstan çiçəyi kəndimiz" əsərindəki məlumatlara əsasən, yuxarıda sadalanan sülalələrin yaşadığı bölgə çar dövründə Əyyublu, Yuxarı Əyyublu digər ifadə ilə Ayıblı və Yuxarı Ayıblı adlarını daşımışdır. Kənd sakinlərinin tamamı türk əsilli olub, oğuzların Əfşar boyundan olduğu təxmin edilir. Kənd əhalisi 5982 nəfərdir ki, onun 3205 nəfərini kişilər, 2777 nəfərini isə qadınlar təşkil edir. Qara bəy Qarabəyov — ADR Parlamentinin üzvü, həkim.
Böyük Şiştəpə
Böyük Şiştəpə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızıl Qoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 4 km məsafədə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftərin»də qeyd edilmişdir. Toponim Azərbaycan dilində «dağın, təpənin zirvəsi, ən yüksək nöqtəsi» mənasında işlənən şiş sözü ilə «kiçik dağ» mənasında işlənən təpə sözünün birləşməsindən əmələ gəlmişdir. «Böyük» sözü fərqləndirici əlamət bildirir. Relyeflə bağlı yaranan orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS.RH-nin 12.XI.1946-cı il fərmanı ilə dəyişdirilib Medz Sepasar (Böyük Şiştəpə) qoyulmuşdur.
Kiçik Şiştəpə
Kiçik Şiştəpə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızıl Qoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km məsafədə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olmuşdur. Kəndin başqa adı Türk Şiştəpəsi (Şiştapa türki) olmuşdur. Toponim «balaca, xırda» mənasında işlənən kiçik sözündən və «dağın, təpənin zirvəsi, ən yüksək nöqtəsi, piki» mənasında işlənən şiş sözü ilə «ətəyi ilə zirvəsi arasındakı nisbi hündürlüyü 200 metrdən artıq olmayan yüksəklik» mənasında işlənən təpə sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Pokr Sepasar (Kiçik Şiştəpə) qoyulmuşdur. == Əhalisi == Kənddə 1897-ci ildə 177 nəfər, 1908-ci ildə 189 nəfər, 1914 - cü ildə 253 nəfər yalnız qarapapaqlar - azərbaycanlıların etnoqrafik qrupu yaşamışdır.
Şiştəpə bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Digər lüğətlərdə