ŞİMAL-ŞƏRQ

is. Üfüqün şimalla şərq arasındakı hissəsi, səmti. Şimal-şərqə tərəf istiqamət almaq.
// Ölkənin, dövlətin, qitənin bu istiqamətdə yerləşən yerləri, hissəsi. Avropanın şimal-şərqi. Afrikanın şimal-şərqi.
ŞİMAL-QƏRB
ŞİMALİ
OBASTAN VİKİ
Şimal-şərq
Şimal-şərq — şimal tərəfi ilə şərq tərəfi arasında olan keçid səmt.
Şimal-şərq keçidi
Atlantik okeanından Avropa və Asiyanın şimal sahilləri boyunca Sakit okeana gedən dəniz yoludur. Bu yol indi “Şimal dəniz yolu” adlanır.
Haitinin Şimal-Şərq departamenti
Haitinin Şimal-Şərq departamenti (fr. Le département du Nord-Est, h.kreol Nòdès) — Haiti Respublikasının 10 departamentindən biri. Sahə — 1805 km², əhalisi — 358 277 nəfər (2009). İnzibati mərkəzi — For-Liberte. Şərqdə Dominikan Respublikası ilə sərhəddir.
Şimal-Şərq Torpağı (Şpisbergen)
Şimal-Şərq Torpağı (norv. Nordaustlandet) — Yaşayışı olmayan Şpitsbergen arxipelaqına daxildir və arxipelaqın şərqində yerləşir. 14,443 km² sahə ilə arxipelaqın ikinci iri adasıdır. == Coğrafiya və iqlimi == Adanın səthi alçaq dağlıqdır və hündürlüyü 700 metrdir. Adanın şərq hissəsində çoxlu sayda Fiordlar vardır. Adanın ərazisinin 11 135 km² buzlaqlar təşkil edir. Bu isə adanın 76 % təşkil edir. Onun qalınlığı 564 metrdir. Tundra iqliminə malik olaraq, ərazi Şibyə və Mamır kimi bitkilərdən ibarətdir.
Şimal-şərq regionu (Braziliya)
Şimal-şərq regionu (port. Região Nordeste do Brasil) — Braziliya Coğrafiya və Statistika İnstitutu tərəfindən təqdim olunmuş bölgüyə əsasən Braziliya üçün müəyyənləşdirilmiş 5 regiondan biri. Ərazisi 1, 561,177 km², əhalisi 53,340,945 nəfərdir.
Kiçik Qafqazın şimal-şərq yamacı
Kiçik Qafqazın şimal-şərq yamacı - Kiçik Qafqaz təbii vilayəti cənub-qərbdə Ermənistan Respublikası, şimal-qərbdə Gürcüstan Respublikası, şimal-şərqdə Kürün sağ sahil, cənub-şərqdə isə Arazın sol sahil düzənlikləri ilə sərhədlənir. Təbii vilayət Gəncə, Qarabağ silsiləsi, Qarabağ vulkanik yaylası və Həkəri fiziki-coğrafi rayonlarını əhatə edir. Ərazi təbii şəraitinin müxtəlifliyi, təbii ehtiyatlarının zənginliyi ilə fərqlənir. == Tədqiqatın aktuallığı == Ekoloji geomorfologiya tətbiqi geomorfologiyanın bir istiqaməti kimi yaranmış və son 20-25 ildə inkişaf etməyə başlamışdır. Bu müddət ərzində ekogeomorfoloji tədqiqatlar müxtəlif aspektlərdən – nəzəri, tətbiqi, sahəvi, regional öyrənilmişdir və geomorfologiyanın bu yeni istiqamətinin meydana gəlməsi ilə əlaqədar olan terminlər təklif olunmuşdur. Tətbiqi geomorfologiyanın bir qolu olan ekoloji geomorfologiya Yer səthi relyefi və relyef əmələgətirən amillər ilə əlaqədar olan ekoloji problemlərlə məşğul olmaqla geomorfoloji sistemlərin ekoloji sistemlərlə müxtəlif dərəcəli qarşılıqlı əlaqəsini öyrənir. Geomorfologiya ekosistemin elementi olan relyef və relyef əmələgətirən proseslərin ekoloji qiymətləndirilməsinin prinsip və metodlarının işlənməsinə ehtiyac duyur. == Tədqiqatın obyekti == Məqalədə Kiçik Qafqazın şimal-şərq yamacının (Xram və Zəyəm çayları arası) relyefinin morfometrik göstəriciləri əsasında ərazinin ekoloji-geomorfoloji xəritəsi tərtib olunmuşdur. Geomorfoloji sistemin, relyefin tipləri və elementar formalarının ekoloji xüsusiyyətində əsas və effektli rol oynayan morfometrik göstəricilərinə hipsometriyanı, yüksəkliklərin meyilliyi, relyefin üfüqi və şaquli parçalanmasının dərəcəsi və yamacların ekspozisiyasını aid etmək olar. Relyefin bu morfometrik xüsusiyyətlərinin hər biri ayrı-ayrılıqda hər biri ekogeomorfoloji vəziyyət üçün müəyyən rol oynayır – bəzi hallarda müsbət, bəzi hallarda isə mənfi.
Şimal
Şimal və ya Quzey — Yer kürəsinin coğrafiyasında dörd əsas istiqamətdən biridir. Səmtləri müəyyənləşdirən kompasda cənubun əksi kimi qəbul edilib. Coğrafiyanın təkmilləşməsi dövründə "Şimal" "soyuq iqlim" kimi başa düşülürdü. Azərbaycan dilində şimal Coğrafiyada "Ş", beynəlxalq işarələmədə "N" ilə işarələnir.
Şərq
Şərq və ya Doğu — Gün çıxan coğrafi səmt. Şərq (o cümlədən qərb) istiqaməti, şimal və cənuba, yəni Yer kürəsinin coğrafi qütblərinə perpendikulyardır. Şərqə istiqamət coğrafi azimut üzrə +90°; astronomik azimut üzrə −90°-dir. Şərqdə gecə-gündüz bərabərliyi olan günlərində günəş şüaları düz bucaq altında düşür. Müasir xəritələrdə şərq, bir qayda olaraq, sağda yerləşir. Beynəlxalq işarəsi E (east) hərfidir.
Nəsimi-Şimal
"Nəsimi-Şimal" — Qacar İranında nəşr olunmuş qəzetlərdən biri. Məşrutə dövrünün satirik-ədəbi orqanlarından biri idi. == Tarixi == Əşrəfəddin Gilani tərəfindən əvvəlcə Rəştdə, sonra da Tehranda nəşr olunmuşdur. Rəşt şəhəri İranın şimalında yerləşdiyinə görə Əşrəfəddin Gilani çıxardığı qəzeti "Şimal küləyi – nəsimi" adlandırmışdır. O, qəzetinin hər bir işini özü təkbaşına görürdü. Səid Nəfisi "Sepido siyah" jurnalında Əşrəfəddin Gilani haqqında məqaləsində yazırdı ki, "...o, xalqın içindən çıxdı, xalqla yaşadı və xalqın içində itib batdı... Hər gün, hər gecə yazırdı, həftə ərzində yazdığı şeirləri çap edib xalqa çatdırırdı. İyirmi ilə yaxın hər həftə "Nəsimi-Şimal"ı Tehranın ən kiçik mətbəələrindən birində dörd xırda səhifədə nəşr edib yaydı… belə gün olmazdı ki, bu qəzet Tehranda bir vəlvələ salmasın. Hökumətlər artıq onun əlindən zara gəlmişdilər..." == Fəaliyyəti == "Nəsimi-Şimal" qəzetinin əksər səhifələri şeir nümunələrindən ibarət idi. Qəzetdə əsas yeri onun təsisçisi Əşrəfəddin Gilaninin satirik məzmunlu şeirləri tuturdu.
Şimal-qərb
Şimal-qərb - Şimal tərəfi ilə qərb tərəfi arasında olan keçid səmt.
Şimal (Xaçmaz)
Şimal — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə.
Şimal (dəqiqləşdirmə)
Şimal — qütblərdən biri. Şimal (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Şimal Aşırımı
Şimal Aşırımı ( çin. 北坳 (Běi Ào), tib. Chang La) - Tibetdəki Everest və Çanqze dağlarını birləşdirən silsilədə buzlaqlar tərəfindən oyulmuş iti kənarlı keçitdir. Şərq Ronqbuk buzlağının başını təşkil edir. Alpinistlər Şimal silsiləsi (Tibet) üzərindən Everestə çıxmağa çalışdıqda, dağın özündə ilk düşərgə (ənənəvi olaraq IV Düşərgə, müasir I Düşərgə) Şimali Kol üzərində qurulur. Bu nöqtədən, təxminən dəniz səviyyəsindən 7,020 metr (23,030 ft) yuxarı alpinistlər Everestin Şimal üzü boyunca tədricən daha yüksək düşərgələrə çatmaq üçün Şimal silsiləsinə qalxırlar. Alpinistlər zirvəyə son təkanlarını VI düşərgədən 8,230 metr (27,001 ft) hündürlükdə edirlər. Şimal Aşırımına ilk dəfə Corc Mallori, Edvard Oliver Vheeler və Gay Bullok 23 sentyabr 1921-ci ildə, İngilis kəşfiyyat ekspedisiyası zamanı qalxdı. Bu, bir qərblinin ilk dəfə Everest dağına ayaq basması idi. Bura Everest dağının zirvəsinə mümkün marşrutları axtararkən Mallorinin mövcudluğunu təsdiqləməsindən bir həftə əvvəl Vheeler tərəfindən kəşf edildi.
Şimal Dənizi
Şimal dənizi (əvvəllər həmçinin Alman dənizi; fr. Mer du Nord, alm. Nordsee‎, nid. Noordzee, ing. North Sea, norv. Nordsjøen, dan. Nordsøen və ya Vesterhavet) — Şimali Avropanın sahillərində Yutland və Skandinaviya yarımadaları ilə Britaniya adaları arasında yerləşən dayaz şelf dənizi. Atlantik okeanın bir hissəsi sayılır. Şərqdən Norveç və Danimarka, qərbdən Böyük Britaniya, cənubdan Almaniya, Niderland, Belçika və Fransa ilə əhatə olunmuşdur. Şimal Dənizi-Atlantik okeanının kənar dənizi.
Şimal Kalimantan
Şimali Kalimantan (ind. Kalimantan Utara) İndoneziya əyalətidir. Kalimantanın şimalında, Borneo adasının İndoneziya hissəsində yerləşir. Şimal Kalimantan şimaldan Malayziya ştatları olan Sabah və qərbdə Saravak, cənubdan İndoneziyanın Şərqi Kalimantan əyaləti ilə həmsərhəddir. Tancunq Selor əyalətin paytaxtı, Tarakan isə ən böyük şəhər və maliyyə mərkəzidir. Şimali Kalimantan 72.275.12 kvadrat kilometr ərazini əhatə edir və dörd bölgə (reqensi) və bir şəhərdən ibarətdir. İndoneziya Statistikası 2017-ci ildə İndoneziyada ən az əhalisi olan əyalət olaraq 691,058 nəfər olaraq qiymətləndirdi. 25 oktyabr 2012 tarixində qurulan İndoneziyanın ən gənc vilayətidir. İnkişaf bərabərsizliyi və Malayziyanın əraziyə təsirini azaltmaq üçün Şimali Kalimantan Şərqi Kalimantan əyalətindən ayrıldı.
Şimal Qütbü
Şimal qütbü — Yer kürəsinin nəzəri fırlanma oxunun Şimal yarımlığını bölən sahəyə şimal buzlu okean. Şimal qütbü Şimal Buzlu Okeanının dərinliyi 4000 m-dən çox olmayan mərkəzi hissəsində yerləşir. Orada qalın buz qatı olur. Burada orta tempratur qışda 30° yayda 0° dərəcə olur.
Şimal Torpağı
Şimal Torpağı (1926-cı ilə qədər — İmperator II Nikolay Torpağı) — Şimal Buzlu okeanda yerləşən arxipelaq. İnzibati cəhətdən Taymır Dolqan-Nenes rayonu Krasnoyarsk diyarı ərazisinə daxildir. Arxipelaqın sahəsi 37,000 km² təşkil edir. Yaşayışı olmayan adadır. Şimal Torpağında Komsomoles adasında Asiya qitəsinin ən ucqar şimal nöqtəsi olan Arkiçeski burnu yerləşir. == Tarixi == Arxipelaq ilk dıfə 4 sentyabr 1913-cü ildə Şimal Buzlu okeana təşkil olunan esprdisiya zamanı aşkarlanmışdır. İlk əvvəl espedisiua üzvləri tərəfindən «Tayvay» adlandırılır. Bu ekspedisiyaya daxil olan «Taymır» və «Vayqaç» buzqıran gəmilərinin şərəfinə adlandırılır. Adaya rəsmi adı isə Rusiya dəniz nazirinin № 14 qərarı ilə «İmorator II Nikolay Torpağı» adlandırılır. Bu adı verilməsində müxtəlif fikirlər vardır.
Şimal adası
Şimal adası (Yeni Zelandiya)
Şimal amurları
Şimal Amurları (rus. Северные амуры) — 1807–1814 il Napoleon müharibələri dövründə fransızlar tərəfindən başqırd döyüşçülərinə verilmiş tarixən yaranmış addır . == Şimal Amurları ifadəsinin yaranması == 1807-ci ilin iyununda Tilzit sülh müqaviləsinin imzalanması meydana çıxdı. O zaman başqırd döyüşçüləri yay və oxlarla silahlanırdılar. Fransızlar, onları imperiya mədəniyyətinin təsiri altında antik Allah Amur ilə müqayisə edirdilər. Napaleon generalı de Marbonun öz memuarlarlarında Napaleon ordusuna qarşı başqırd döyüşçüləri tərəfindən hazırlanmış yaylara malik olanlara fransızlar "şimal Amurları" ləqəbi verdilər. == Müharibədə iştirakı == Başqırd alaylarının Napoleon Fransası ilə müharibə hələ 1806–1807-ci illərdə rus- prussiya-fransız müharibəsində başlanmışdı. Napoleona qarşı Orenburq kənarından 600 kalmık, 1000 Çelyabinsk və Orenburq kazakı və 7 min başqırd hərəkət etdi. 1813–1814-cü ildə rus ordusunun xarici yürüşləri zamanı bu addan istifadənin coğrafiyasını genişləndi. Napoleon qoşunlarının basqınına qarşı mübarizə üçün başqırdların təşəbbüsü ilə Rusiya hökuməti 28 alay yaratmışdı.
Şimal boğazı
Şimal boğazı (ing. North Channel, irl. Sruth na Moali) — Britaniya adasını İrland adasından ayıran boğaz. Atlantik okeanını İrland dənizi ilə biləşdirir. Uzunluğu 170 km, eni isə 20–40 km arası dəyişir. Boğazın ən dərin yeri Boford çökəkliyidir ki, onunda dərinliyi 272 m-dir. Boğazda gücle axınlar olur ki, axının sürəti 12 km/s təşkil edir. Şotlandiya sahilində nisbətən böyük körfəz Fert-of-Klayddır. Burada çox saylı xırda adalar və buxtalar mövcuddur. Başqa körfəzlərə misal kimi Belfut-lox, Lox Rayan göstərmək olar.
Şimal könlücəsi
Şimal maralları
Şimal maralı (lat. Rangifer) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cınsı.
Şimal maralı
Şimal maralı (lat. Rangifer) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cınsı.
Şimal müharibəsi
Böyük Şimal müharibəsi — Baltik dənizi uğrunda Rusiya və İsveç arasında 1700–1721-ci illərdə baş vermiş savaş. == Dövlətlərin məqsədləri == Rusiya Baltik dənizinə çıxış almağa və onun sahillərində möhkəmlənməyə çalışırdı; Polşa Finlandiyaya iddia edirdi; Danimarka Skandinaviya yarımadasının cənubundakı ona məxsus olmuş torpaqları geri qaytarmaq və Şlezviqi özünə birləşdirmək istəyirdi. == Müharibəyə hazırlıq == Rus çarı I Pyotr Polşa kralı və Saksoniya kürfürstü II Avqust və Danimarka kralı IV Fridrix arasında Şimal ittifaqı adlanan birlik yaradıldı; Rusiya Polşa ilə Ravsk Sazişi imzalayır; Şərti: Pyotr polşalıların şübhələrini aradan qaldırmaq üçün Karlis müqaviləsini təsdiqləyir. Rusiya Danimarka ilə 1699-cu ildə müqavilə imzalayır; İttifaqa Brandenburq kürfüstünü də cəlb etmək nəzərdə tutulmuşdu, amma onun başı ispan mirası ilə bağlı hadisələrə qarışmışdı; Rusiya Osmanlı imperiyası ilə sülh müqaviləsi imzaladı. == Şimal ittifaqının yaradılmasında Rusiyanın məqsədləri == Osmanlıya qarşı mübarizəni davam etdirmək; Yeni müttəfiqlər tapmaq; Baltik sahillərini və ya heç olmasa İnqriya və Koreliyanı ələ keçirmək Hələ Şimal ittifaqı yaranmamışdan əvvəl İsveçə qarşı başqa bir koalisiya da yaradılmışdı. Həmin koalisiyanın üzvləri == Həmin koalisiyanın Rusiya ilə bağlı planları == == Müharibənin gedişi == İsveç kralı Danimarkaya qoşun göndərdi, Kopenhageni mühasirəyə aldı və IV Fridrixi sülh bağlamağa məcbur etdi Danimarka və Qolştadt hersoqluğu arasında bağlanmış bütün müqavilələrə riayət etməyi və onun rəqiblərinə kömək göstərməyi öhdəsinə götürdü İsveçlə Saksoniya arasındakı Altranştedt müqaviləsinə görə, sonuncu Polşa taxt-tacından əl çəkdi, Rusiya ilə müqavilədən imtina etdi, Krakovu isveçlilərə təslim etdi, isveç qarnizonlarının Saksoniya şəhərində yerləşməsinə razılıq verdi. Beləliklə, Şimal ittifaqı dağıldı Rusiya Finlandiya körfəzindəki ərazilərini qoruya bilmək üçün İsveçlə müqavilə imzalamaq istəyir, bunun üçün bir neçə vasitəçi dövlətə müraciət edir: Hollandiya İngiltərə Fransa Rusların 1709-cu ildə Poltavada parlaq qələbəsi müharibənin gedişini kökündən dəyişdirdi, Şimal ittifaqının bərpasına gətirib çıxardı və Şimal müharibəsini Avropa miqyasında müharibə səviyyəsinə çıxardı. 1709-cu ildə Saksoniya, Danimarka və Prussiya öz aralarında antiisveç müqaviləsi ( Köln ittifaq müqaviləsi ) bağladılar. Rus diplomatiyası yaranmış vəziyyətdən ölkə üçün maksimum fayda əldə etməyə çalışdı. I Pyotrla II Avqustun 1709-cu ildə Torunda görüşünün nəticəsi olaraq iki müqavilə imzalandı ( Torun ittifaq müqavilələri ) 1.müqavilə İsveçə qarşı ittifaqın bərpasını sanksiyalaşdırır və gələcəkdə Danimarkanın, Prussiyanın və Reç-pospolitanın ona cəlb olunmasını nəzərdə tuturdu Rusiya II Avqustun Polşa taxt-tacında bərpa olunmasına kömək etməyi öhdəsinə götürdü.
Şimal oluşası
Şimal oluşası (lat. Morus bassanus) — morus cinsinə aid quş növü.

Digər lüğətlərdə