ŞİRİNLİK

is.
1. Şirin şeyin halı; şirin dad; dadlılıq, ləzzətlilik. Şanı şirinlikdən boğazı yandırır.
// Dad, ləzzət. Şirinliyindən adam doymur.
2. məc. Səmimilik, mehribanlıq.
Bu şirinlik ki, var mabeynimizdə yar ilə, Seyyid! Əgər bilsə qiyamətlər qopar başına Fərhadın. S.Ə.Şirvani.

// Zövq, səfa, ləzzət.
[Qüdrət] ailə həyatının şirinliyindən doymadığını sözdə arvadına bildirməyi artıq bilib susdu. M.Hüseyn.
Sərvinaz ona elə bir ifadə ilə baxdı ki, elə bil dayısı oğlunun öpməyində bu qədər şirinlik olduğuna təəccüb edirdi. İ.Əfəndiyev.

3. məc. Zəriflik, incəlik, yapışıqlıq, ürəyəyatma.
[Zeynalın] …səsində dinləyənlər üzərinə bir musiqi təsiri buraxacaq məlahət və şirinlik yoxdu. S.Hüseyn.

4. məc. Xoşluq, səmimilik. Qızın üzündə şirinlik var.
◊ Şirinlik içilmək – bax şirni içilmək (“şirni”də).
Şirinlik içilən axşam qonaqlar mübarəkbadlıq edib dağıldılar. Mir Cəlal.

Şirinlik (şirinliyini) vermək – şirni vermək, şirni paylamaq. Nişanın şirinliyini vermək. – [Səhnəbanı:] Ələsgər, paltarın mübarək olsun; nə yaxşı da yaraşır, gərək şirinliyini verəsən. “Aşıq Ələsgər və Səhnəbanı”.
Ağız şirinliyi – el adətincə xeyir işdə camaata paylanan, verilən şirni. [Xudayar bəy qoca kişiyə:] Qəndi gətirmişəm qazı ağaya. Bir xeyir işimiz var.
Bu da ağız şirinliyidir. C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞİRİNLİK səmimilik — mehribanlıq
  • ŞİRİNLİK zəriflik — incəlik — məlahətlilik
  • ŞİRİNLİK dadlılıq — ləzzətlilik

Antonimlər (əks mənalı sözlər)

  • ŞİRİNLİK ŞİRİNLİK – ACILIQ Acılıqdan yemək olmur, şirinlikdən tullamaq (Ata. sözü)
ŞİRİNLƏTMƏK
ŞİRİNSÖHBƏT

Digər lüğətlərdə