ŞURALA

şurala kəsmək:
(Şamaxı)
möhkəm döymək, ağacla döymək. – Məni qardaşım şurala kəsdi
ŞURAQƏCƏRƏ
ŞURBUL
OBASTAN VİKİ
Azərbaycan İctimai Şuralar Cümhuriyyəti
Azərbaycan Sovet Sosialist Respublikası (Azərbaycan SSR) (azərb-kiril. Азәрбајҹан Совет Сосиалист Республикасы, rus. Азербайджанская Советская Социалистическая Республика, Azerbaycanskaya Sovetskaya Sosialistiçeskaya Respublika) — Cənubi Qafqazın şərq hissəsində sosialist dövlət. 1920–1922-ci illərdə formal müstəqil, 1922–1936-cı illərdə ZSFSR tərkibində SSRİ-nin, 1936–1991-ci illərdə isə birbaşa SSRİ-nin ittifaq dövləti olmuşdur. Azərbaycan SSR 1920-ci il aprelin 28-də əsasən qeyri millətlərdən ibarət olan Bakı bolşeviklərinin üsyanı və Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalından sonra yaranmışdır. Formal şəkildə müstəqil olan Azərbaycan SSR Moskvanın tam nəzarəti altında idi. Az müddət ərzində Azərbaycan Kommunist Partiyasından (AKP) savayı, bütün partiyalar qadağan edildi. Bu partiyaların liderləri və sıravi üzvlərinə, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərinə qarşı terror başlandı. == Tarixi == Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra 28 aprel 1920-ci il tarixdə Azərbaycanda sovet hakimiyyəti qurulur. Azərbaycanda hakimiyyət Azərbaycan SSR İnqilab Komitəsinə və Azərbaycan SSR Xalq Komissarları Sovetinə (XKS) keçdi.
Azərbaycanın şuralaşmasının birinci ildönümü (film, 1921)
Azərbaycanın şuralaşmasının birinci ildönümü qısametrajlı sənədli filmi 1921-ci ildə Azərbaycan XMK-nın Foto-Kino Şöbəsində istehsal edilmişdir. Burada 1920-1921-ci illərin hadisələri : Azərbaycanda sovet hakimiyyəti qurulması, zəhmətkeşlərin paradı öz əksini tapmışdır. == Məzmun == Kinoreportaj. Burada 1920-1921-ci illərin hadisələri: Azərbaycanda sovet hakimiyyəti qurulması, zəhmətkeşlərin paradı öz əksini tapmışdır. Tribunada Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov əmək qabaqcıllarına keçici Qırmızı Bayraq təqdim edir. == Filmin üzərində işləyən == Operator: Kosiçkin == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Erməni Milli Şuraları
Erməni Milli Şuraları — Rusiyada Fevral inqilabından (1917) sonra erməni siyasi təşkilatlarının təşəbbüsü və maddi yardımı ilə Azərbaycanda yaradılan və fəaliyyət göstərən Şuralar: Bakı, Gəncə, Şuşa, Naxçıvan, Culfa, Ordubad və digər şəhərlərdə, həmçinin Zəngəzurda Azərbaycan əleyhinə fəaliyyət göstərirdilər. Bu məqsədlə terrorçu hərbi dəstələr yaradılmışdı. Erməni milli şuraları həm də ermənilərə təsir göstərən və onları səfərbərliyə alan siyasi mexanizm rolunu oynayırdılar. == Tarixi == Bakıdakı Şuranın sağ cinahı tərəfindən erməni burjuaziyasının vəsaiti hesabına həftədə iki dəfə ifrat millətçiliyi ilə fərqlənən "Naşe vremya" qəzeti nəşr olunurdu. Qəzet türk-müsəlman əhaliyə qarşı böhtan, iftira yaymaq, təxribat törətmək, daşnak cinayətlərinə bəraət qazandırmaqla məşğul olurdu. 1918-ci il mart soyqırımı ərəfəsində erməni Milli Şuraları və "Daşnaksütun" partiyası Azərbaycanda yaşayan ermənilər arasında türk-müsəlman əhaliyə qarşı nifrət təbliğatı aparır, çirkin məqsədlərinə çatmaq üçün bütün vasitələrdən: adamları aldatmaq yolu ilə ələ almaqdan, hədə-qorxudan, fitnə-fəsaddan, məramı, qayəsi erməni xisləti ilə yoğrulan qəzet və kitabçaların nəşrindən istifadə edirdilər. Bakı Sovetinin milli tərkibinin ermənilərin xeyrinə dəyişdirilməsi türk-müsəlman əhaliyə qarşı 1918 ilin mart soyqırımına siyasi hazırlıq oldu. Həmin dəyişiklik S.Şaumyanın və Bakıdakı erməni Milli Şurasının fəal dəstəyi ilə baş verdi. Bu hadisəyə qiymət verən şahidlərdən biri xəbər verirdi ki, Eyni zamanda, erməni Milli Şurası, Bakı Soveti və onlarla birləşən daşnaklar türk-müsəlman əhaliyə qarşı soyqırımına ciddi hazırlaşmağa başladılar. Azərbaycan əleyhinə fəaliyyətin hərbi-siyasi mexanizmi aydın şəkil aldı.
Müsəlman Milli Şuraları
Müsəlman Milli Komitələri və ya Müsəlman Milli Şuraları — Fevral inqilabından sonra Azərbaycan şəhərlərində yaradılmış təşkilatlar. Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi 1917-ci il aprelin 15–20-də Bakıda keçirilən Qafqaz müsəlmanları qurultayı ərəfəsində Qafqaz müsəlmanlarına müraciət dərc etmişdi. Müvəqqəti İcraiyyə Komitəsinin qarşıya qoyduğu başlıca məqsədlərdən biri özünüidarə orqanlarında və gələcək Müəssislər Məclisində müsəlmanların proporsional şəkildə təmsil olunmasına nail olmaq idi. Qafqaz müsəlmanları qurultayında Cənubi Qafqaz üçün, mərkəzi Bakı olmaqla, Şimali Qafqaz və Dağıstan üçün isə mərkəzi Vladiqafqaz olmaqla Mərkəzi Komitələr yaratmaq qərara alındı. Cənubi Qafqaz üçün Mərkəzi Komitənin təşkili Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinə tapşırıldı. 1917-ci il noyabrın 9–12-də Bakıda Cənubi Qafqaz Müsəlman Milli Komitələrinin Konfransı keçirildi. Konfrans millətlərin öz müqəddəratını təyinetmə hüququnun dərhal reallaşması məqsədilə Milli Müəssislər Məclisinin çağırılmasını qərara aldı. Sürətlə cərəyan edən siyasi proseslərin gedişində Azərbaycan Müəssislər Məclisini çağırmaq qeyri-mümkün olduğundan Cənubi Qafqaz Mərkəzi Müsəlman Komitəsi bu məsələnin həllini Zaqafqaziya seyminin müsəlman üzvlərinə həvalə etdi. 1918-ci il mayın 27-də Seymin müsəlman fraksiyası özünü Azərbaycan Müvəqqəti Milli Şurası adlandırılaraq, mayın 28-də Azərbaycanın İstiqlal Bəyannaməsini elan etdi. Beləliklə, Müsəlman Milli Komitələri başlıca məqsədinə nail oldu.
Naxçıvan İctimai Şuralar Cümhuriyyəti
Naxçıvan Sovet Sosialist Respublikası və ya Naxçıvan İctimai Şuralar Cümhuriyyəti (qısaca: Naxçıvan SSR və ya Naxçıvan İŞC) — Azərbaycan SSR tərkibində respublika. Naxçıvan İctimai Şuralar Cümhuriyyəti 1920-ci ildə yaradılmışdır. Naxçıvan SSR-in Ermənistan ilə təbii sərhəddini, əsasən Zəngəzur və Dərələyəz silsiləsinin suayırıcıları, Türkiyə və İranla sərhəddini isə Araz çayı təşkil edir. Ərazisi Şimal-Qərbdən Cənub-Şərqə doğru 158 km məsafədə uzanır. Naxçıvanın sovetləşməsi uğrunda mübarizəyə başlanıldı və daşnaklara qarşı aparılan əməliyyatlar nəticəsində 1920-ci ilin iyunun 28-də Naxçıvan şəhəri tutuldu. İyunun 29-da Naxçıvan İnqilab Komitəsi təşkil edildi və bu komitə Naxçıvanı Sovet Sosialist Respublikası elan etdi. Naxçıvan İnqilab Komitəsinin tərkibinə Mirzəli bəy Bektaşov, Abbas Qədimov, Fərəməz Mahmudbəyov, Qafar Babayev və b. daxil oldular. 1920-ci il avqustun 10-da Naxçıvan İnqilab Komitəsinin sədri Mirzəli bəy Bektaşov Azərbaycan SSR XKS-nin sədri N.Nərimanova göndərdiyi məktubda yazırdı: "Naxçıvan xalqının böyük əksəriyyətinin qərarı ilə Naxçıvan ölkəsi özünü Azərbaycan Sovet Sosialist Respublikasının ayrılmaz hissəsi hesab edir…" 1921-ci il yanvarın 21-dən Naxçıvan Diyar İnqilab Komitəsi (DİK) adlandırıldı. 1922-ci ilin əvvəlində yerli Sovetlərə seçkilər başa çatdırıldı; yanvarın 25-də Naxçıvan şəhərində işə başlayan Naxçıvan Respublikasının I Sovetlər qurultayında NİK ləğv edildi, Naxçıvan MİK və onun 7 üzv və 2 namizəddən ibarət rəyasət heyəti, həmçinin XKS-in heyəti seçildi.