Ədadil Qadınəfəndi
Ədadil Qadınəfəndi (d. 1845 — ö. 12 dekabr 1875) — 32. Osmanlı sultanı Əbdüləzizin ikinci xanımı.
Ədadil xanım 1845-ci ildə Abxaz əsilzadəsi Tandal bəy Aredba və xanımı Aublaa xanımın ailəsində dünyaya gəlmişdir. Saray xidmətçilərindən biri tərəfindən saraya alınmış, Validə Pərtəvniyal Sultan tərəfindən xüsusi təhsil almışdır. Mavi gözləri və uzun qəhvəyi saçları ilə tezliklə vəliəhd Şahzadə Əbdüləzizin diqqətini cəlb etdi və 1861-ci ilin yazında cütlük Dolmabağça sarayında evləndi. Bir neçə ay sonra əri taxta çıxmış, Ədadil xanım da ikinci qadınəfəndi olaraq sarayda nüfuz qazanmışdır.
Nigahdan bir il sonra ilk övladı Mahmud Cəlaləddin Əfəndini, 1866-cı ildə isə Əminə Sultanı dünyaya gətirmişdir. Ancaq qızı çox keçmədən vəfat etmişdir.