Əhrar Partiyası (Azərbaycan)
Əhrar (Azadlıqsevər) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş siyasi partiya.
1918-ci ilin payızında Bakıda yaradılmışdı. Sədri Aslan bəy Qardaşov idi. Partiyanın yaradıcıları sırasında Abdulla bəy Əfəndizadə, Mustafa Əfəndi Əfəndizadə, Əşrəf bəy Tağıyev də olmuşdur.
İttihad Partiyasının II Qurultayında Əhmdə Bədiyyə Triniç adlı MK katibi İttihad və Tərəqqi Firqəsinin milliyətçilik fikirlərini mənimsənilməsi fikri ilə çıxış etmiş, fikri etirazla qarşılandıqdan sonra 2 türk və 1 alban nümayəndə ilə məclisi tərk etmişdir. Bu hadisədən sonra həmin şəxslər dəhlizdə qurultay iştirakçılarına Müsavat Partiyası məramnaməsi paylanılmışdır. Bu hadisə məlum olanda məramnamə paylayanlar döyülərək ərazidən uzaqlaşdırılmışdır. Yerli qəzetlər bu hadisəni və partiyanı sərt tənqid etmişdir. Bir müddət Müsavat Partiyasına üzv olan, daha sonra Əhrar Partiyası Mərkəzi Komitəsi üzvü olan Triniç barəsində daha sonra "QPU-nun agenti" və "bolşevik casusu" yazıları yazılmışdır.
Əhrarın fəaliyyəti, əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində təmsil olunan eyni adlı fraksiya çərçivəsində keçirdi.