ƏLAMAN

[ ər. ]
1. Yardıma, imdada, köməyə çağırış bildirən nida. Əlaman, qurd inəyi dağıtdı!
– Nə qəflətdir bu səndə, ey sitəmgər, cövrü zülmündən; Sərasər yer üzünü sövtü sədayi-əlaman tutmuş. Q.Zakir.
Arqadaşlar, əlaman, gəl tez verib də əl-ələ; Həm bu yolda əhdü peyman etməli bundan sora! M.Ə.Sabir.
Şikəstə Hamidəm, canan; Dərdindən öldüm, əlaman! Aşıq Hamid.

// Yalvarış bildirir.
Boyum bərabərisən indi, əlaman, getmə! X.Natəvan.

// Şikayət bildirir.
Əlaman durnalardan; Qaç yaman durnalardan; Tutaram sorağını; Hər zaman durnalardan. (Bayatı).
İsmət, həya, ədəb gedəcək əldən, əlaman! Ə.Nəzmi.

2. is. İmdad, nicat.
Təsəvvür etmə fəğanım həlaki-candandır; Kəman öpər əlüvi, əlamanım ondandır. S.Ə.Şirvani.

◊ Əlamanda olmaq (qalmaq) – çarəsiz qalmaq, nə edəcəyini bilməmək, çətin, çıxılmaz vəziyyətdə olmaq.
…O bədbəxt … bizdən üz döndərib, qalmışıq əlamanda. N.Vəzirov.
…Ələmdar yerindən tərpənib əlamanda olan ağasının yanına gəldi. S.Rəhimov.

ƏLALTINDAN
ƏLAMƏT

Digər lüğətlərdə