ƏMİZADƏ

[əmi və fars. …zadə] köhn.
1. Bax əmiuşağı. O mənim əmizadəmdir.
[Pəricahan xanım:] Ah, harada qalmışsan, ey sevgili əmizadəm! S.S.Axundov.
Hatəm xanın əmizadəsi Yədulla xan evdə işsiz oturmaqdan çox darıxdığı üçün bir ziyafət düzəltmək qərarına gəldi. S.Rəhimov.

2. Ata-babanın əmiləri nəslindən olan. Onlar bizim əmizadələrimizdir.
– Tağı əmi sair əmizadələrinə nisbətən məndə böyük təsir buraxmışdı. S.S.Axundov.

ƏMİUŞAĞI
ƏMİZDİRİLMƏ

Digər lüğətlərdə