ƏQL

[ ər. ] bax ağıl 1
Əql meydanını zindani-bəla bilməz hənuz; Kim ki bir müddət cünun mülkünü seyran etmədi. Füzuli.
[Orxan:] Səbrim tükənmiş, qərarım kəsilmiş; Huşum, əqlim uçmuş, uyqum çəkilmiş. H.Cavid.
Arvadın bu sözləri … Usta Ağabalanın əqlinə batdı. Çəmənzəminli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏQL əql bax ağıl
ƏQİLSİZ
ƏQL-ŞÜUR
OBASTAN VİKİ
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi müəlliflik hüququ, əlaqəli hüquqlar, Azərbaycan folkloru nümunələrinə, inteqral sxem topologiyalarına və məlumat toplularına əqli mülkiyyət hüquqları (bundan sonra "əqli mülkiyyət hüquqları") sahəsində dövlət siyasətini həyata keçirən, normativ-hüquqi tənzimlənməni, əqli mülkiyyət sahəsinin inkişafını təmin edən, bu sahədə fəaliyyəti əlaqələndirən mərkəzi icra hakimiyyəti orqanıdır. == Haqqında == Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və öz Əsasnaməsini rəhbər tutur. Agentlik öz fəaliyyətini digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə ictimai birliklər və digər hüquqi şəxslərlə əlaqəli şəkildə qurur. 20 aprel 2018-ci ildə İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb. == Əsas vəzifələri == əqli mülkiyyət hüquqları sahəsində dövlət siyasətini həyata keçirmək, bu sahədə müvafiq konsepsiya və məqsədli proqramlar hazırlamaq və onların icrasını təmin etmək; əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı dövlət tənzimlənməsini həyata keçirimək əqli mülkiyyət sahəsində dövlət və yerli özünüidarəetmə orqanlarının və bu sahənin subyektləri olan hüquqi şəxslərin fəaliyyətinin əlaqələndirilməsi işində köməklik göstərmək; əqli mülkiyyət hüquqları sahəsində qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək; elm, ədəbiyyat və incəsənət sahəsində çalışan yaradıcı şəxslərin və digər hüquq sahiblərinin işgüzar fəaliyyəti üçün daha əlverişli hüquqi şəraitin və əqli mülkiyyətdən cəmiyyətin tələblərinə uyğun kütləvi istifadə yolu ilə sosial və iqtisadi fəaliyyətin yeni formalarının yaradılması və əqli mülkiyyəti əmtəəyə çevirmək məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə aid təkliflər hazırlamaq və lazımlı tədbirlər görmək; əqli mülkiyyətin müasir iqtisadiyyatda artan roluna əsaslanan və əqli mülkiyyət sənayesinin inkişafına yönəldilmiş investisiya mühitini yaxşılaşdırmaq məqsədilə müasir elmi-texniki potensiala və beynəlxalq təcrübəyə uyğun olaraq əqli mülkiyyət sahəsinə aid olan normativ sənədləri müntəzəm şəkildə təkmilləşdirmək və bu istiqamətdə müvafiq tədbirlər görmək; rəqəmli informasiya texnologiyalarının və elektron ticarətin inkişafının tənzimlənməsi məqsədilə əqli mülkiyyətin bu istiqamətdən irəli gələn yeni obyektlərinə olan hüquqların qorunmasına aid mexanizmlərin yaradılmasına dair təkliflər hazırlamaq və müvafiq tədbirlər görmək; əqli mülkiyyət hüquqlarının həyata keçirilməsini təmin etmək, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatını aparmaq, onların fəaliyyətinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada nəzarət etmək; əqli mülkiyyət obyektlərinin dövlət qeydiyyatını aparmaq, hüquq sahibləri və istifadəçilər haqqında milli informasiya sistemini yaratmaq və onun müntəzəm təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görmək; tərkibində əqli mülkiyyət obyektləri olan mallar gömrük sərhədindən keçirilərkən onlara qanunvericilikdə müəyyən edilmiş qaydada və gömrük orqanlarının müraciəti əsasında gömrük nəzarətinin həyata keçirilməsinə yardım göstərmək; öz səlahiyyətləri daxilində əqli mülkiyyətin beynəlxalq mübadiləsini və bu sahədə əməkdaşlığı təmin etmək; Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. == Strukturu == Agentliyin strukturuna rəhbərlik, Müəllif hüquqlarının qorunması, əqli mülkiyyət hüquqları obyektlərinin qeydiyyatı və əmlak hüquqları, iqtisadiyyat və maliyyə, ümumi işlər sahələri üzrə şöbə və sektorlar daxildir. Agentlikdə sədrdən (kollegiya sədri), sədr müavinindən, Agentliyin aparat rəhbərindən, struktur bölmələrinin və tabeliyində olan qurumların rəhbər işçilərindən ibarət kollegiya fəaliyyət göstərir. Kollegiya öz iclaslarında Agentliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və həmin məsələlər haqqında müvafiq qərarlar qəbul edir. Əqli mülkiyyət sahəsində elmi-texniki nailiyyətlərin, yeni texnologiyaların tətbiqinin və mədəni sənayedə əqli mülkiyyət hüquqlarının təmin olunması üzrə qabaqcıl dünya təcrübəsinin öyrənilməsi, habelə dövlət qeydiyyatına alınmaq üçün təqdim olunan əqli mülkiyyət obyektlərinin orijinallığının müəyyən edilməsi üçün Agentlikdə ictimai əsaslarla fəaliyyət göstərən və tərkibində sahələr üzrə ekspert komissiyaları olan mütəxəssislərdən və alimlərdən ibarət Elmi-metodik Şura fəaliyyət göstərir.
Deduktiv əqli nəticə
Deduksiya (ing. Deduction; lat. deuctio) — əldə etmə, hasil etmə, çıxarma. Latın mənşəlidir. Əsas mühakimə (əqli nəticə) üsullarından və tədqiqat metodlarından biri. Deduksiya öz metodoloji üslubuna görə induksiyadan fərqlənir. İnduksiyanın əksidir, mühakimə prosesində ümumi müddəalardan xüsusi nəticə çıxarmaq, hər hansı bir ümumi fikirdən məntiqi yola çıxmaq, prinsip yaxud təklif ortaya qoymaq. Deduksiyaya sadə misal olaraq aşağıdakı mühakiməni göstərmək olar: "Bütün adamlar ölümə məhkumdur. Sokrat adamdır. Onda Sokrat olümə məhkumdur".
Ümümdünya Əqli Mülkiyyət Təşkilatı
Əqli gerilik
Əqli gerilik (kəmağıllıq, oliqofreniya) — anadangəlmə və ya inkişaf dövründə qazanılmış, beyin patologiyası nəticəsində yaranan və sosial uyğunsuzluğa səbəb olan intellektin pozulması ilə özünü göstərən psixikanın ləngiməsi və ya natamam inkişafı. O, ilk növbədə ağılla, həm də emosiyalar, iradə, nitq və motorika bacarıqları ilə əlaqədar olaraq özünü göstərir. "Əqli gerilik" termini alman psixiatr Emil Krepelin tərəfindən təklif edilmişdir. Bir çox cəhətdən o, müasir əqli gerilik anlayışı ilə sinonimdir. Eyni zamanda, sonuncu anlayış bir qədər daha genişdir, çünki o, yalnız üzvi patologiyanın səbəb olduğu zehni geriliyi deyil, məsələn, sosial və pedaqoji laqeydliyi də əhatə edir və ilk növbədə intellektual inkişaf və sosial uyğunsuzluq dərəcəsinin müəyyən edilməsi əsasında diaqnoz qoyulur. Əqli gerilik demensiyanın nəticəsi kimi qazanılmış intellektual qüsurdan fərqlənir (lat. “eniş, tənəzzül, aşağı hərəkət” + kişi “ağıl, ağıl”). Qazanılmış intellekt qüsuru, inkişafı başa çatdıqdan sonra zəkanın normal (yaşa uyğun) səviyyədən aşağı düşməsidir və zehni geriləmə ilə yetkin insanın inkişafındakı zəka heç vaxt normal səviyyəyə çatmır. Əqli əlillik dərəcəsi standartlaşdırılmış psixometrik testlərə əsasən intellektual əmsalla kəmiyyətcə qiymətləndirilir. Bəzi alimlər zehni geriliyi “...müstəqil sosial uyğunlaşma qabiliyyəti olmayan fərd” kimi müəyyən edirlər.
Əqli keyfiyyət
Əqli keyfiyyət – şəxsiyyətin idrak obyektinə, məsələlərin həllinə yanaşma tərzini xarakterizə edən, nisbətən davamlı və mühüm xüsusiyyəti. Hər şəxsin fikri fəaliyyəti həm alınan nəticə, həm də məsələni həlletmə üsulunun səmərəliliyi ilə müəyyən edilir və ağılın keyfiyyəti, yaxud əqli keyfiyyətdə fərdi fərqlər adlanır. Əqli keyfiyyətə əqlin genişliyi, dərinliyi, çevikliyi, təfəkkürün müstəqilliyi və s. daxildir. == Ədəbiyyat == R.Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s. == Xarici keçidlər == Intelligence quotient What is IQ? What is intelligence?
Əqli mülkiyyət
Əqli mülkiyyət – qanunvericilik aktları ilə müəyyən edilmiş hallarda və qaydada vətəndaşın, yaxud hüquqi şəxsin intellektual yaradıcılığın nəticələrinə, yaxud ona bərabər tutulan məhsulların, yerinə yetirilən iş və xidmət növlərinə (firma adı, əmtəə nişanı, xidməti nişan və s.) müstəsna hüquqdur. Əqli mülkiyyət hüquqları – müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə hüquqlar. == Ədəbiyyat == Əliquliyev R. M., Ağayev N. B., Alıquliyev R. M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Rəqəmsal mediadan istifadə və əqli sağlamlıq
Rəqəmsal mediadan istifadə və əqli sağlamlıq — rəqəmsal mediadan istifadə ilə psixi sağlamlıq arasındakı əlaqələr. Bu mövzu müxtəlif tədqiqatçılar, əsasən psixoloqlar, sosioloqlar, antropoloqlar və tibbi ekspertlər tərəfindən, xüsusən də 1990-cı illərin ortalarından, ümumdünya hörümçək torunun böyüməsindən sonra araşdırılmışdır. Əhəmiyyətli bir araşdırma qrupu ümumiyyətlə "rəqəmsal asılılıqlar" kimi tanınan "həddən artıq istifadə" fenomenini araşdırmışdır. Bu hadisələr bir çox cəmiyyətlərdə və mədəniyyətlərdə fərqli şəkildə özünü göstərir. Bəzi ekspertlər əqli sağlamlıq da daxil olmaqla müxtəlif sahələrdə orta səviyyədə rəqəmsal mediadan istifadənin faydalarını və yeni texnoloji həllər ilə əqli sağlamlıq problemlərinin müalicəsini tədqiq etmişlər. Rəqəmsal medianın faydalı və patoloji istifadəsi arasında fərq müəyyən edilməmişdir. Geniş qəbul edilmiş diaqnostik meyarlar yoxdur, baxmayaraq ki, bəzi ekspertlər ondan həddən artıq istifadəni əsas psixiatrik pozuntuların təzahürü hesab edirlər. Patoloji olaraq rəqəmsal mediadan istifadənin qarşısının alınması və müalicəsi də standartlaşdırılmamışdır, lakin uşaqlar və ailələr üçün mediadan daha təhlükəsiz istifadə haqqında təlimatlar hazırlanmışdır. Psixi Pozuntuların Diaqnostik və Statistik Təlimatının (DSM-5) və Xəstəliklərin Beynəlxalq Təsnifatının (ICD-11) 2013-cü ildəki beşinci nəşrinə problemli internet istifadəsi və problemli sosial media istifadəsi üçün diaqnozlar daxil edilməmişdir. ICD-11-ə qeyminq pozuntusu diaqnozu (ümumiyyətlə videooyun asılılığı kimi tanınır) aiddir, DSM-5-də isə yoxdur.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı
Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı (ing. World Intellectual Property Organization; həmçinin Ümumdünya İntellektual Mülkiyyətin Mühafizəsi Təşkilatı) — BMT-nin ixtisaslaşdırılmış hökumətlərarası beynəlxalq təşkilatı. Stokholm konvensiyasına uyğun olaraq yaradılmışdır və Cenevrə şəhərində yerləşir. ÜƏMT-nin hazırkı Baş Direktoru 2008-ci il oktyabrın 1-də vəzifəsinin icrasına başlamış Frensis Harridir. Üzv dövlətlərin sayı 189-dur. Azərbaycan 1995-ci ildən bu təşkilatın üzvüdür. Əqli mülkiyyət sənaye mülkiyyətinə və ədəbi, musiqi, bədii, fotoqrafiya, kinematoqrafiya və audiovizual əsərlərə olan hüquqdur. ÜƏMT-nin rəsmi məqsədi iştirakçı ölkələrin yaratdığı ittifaqlar arasında inzibati qarşılıqlı fəaliyyət və dövlətlər arasında əməkdaşlıq yolu ilə əqli mülkiyyətin mühafizəsinə yardım göstərməkdir. ÜƏMT yeni beynəlxalq müqavilələrin bağlanmasına, milli qanunvericiliyin təkmilləşməsinə təsir göstərir, texniki və hüquqi yardım göstərir, elmi tədqiqatların nəticələrini və seminarların mətnlərini dərc etdirir. Rəhbər orqanları Baş assambleya (məclis), əlaqələndirm üzrə komitə, konfrans, sənaye mülkiyyətinə dair informasiya üzrə daimi komitə və beynəlxalq bürodur.

Digər lüğətlərdə