1. Təməlini atmaq, bünövrəsini (özülünü) qoymaq, möhkəm təməl üzərində qurmaq.
2. İnandırıcı sübutlarla və ciddi dəlillərlə möhkəmləndirmək, təsdiqləndirmək, inandırıcı sübutlar, dəlillər göstərmək (gətirmək). Müddəalarını nəzəri dəlillərlə əsaslandırmaq. Öz görüşlərini əsaslandırmaq.
– …Dikbığ Dadaş Lələşov öz sözünü əsaslandırmağa çalışdı.
[Cuma] lazım gələrsə, qatardan qalmasını əsaslandırmağa inandırıcı bəhanə də hazırlamışdı.