ƏVƏZSİZ

sif.
1. Əvəzi olmayan, əvəz oluna bilməyən, başqası ilə əvəz edilə bilməyən. Əvəzsiz yoldaş.
– …Bünyadın dostu da özü kimi Mollayevi əvəzsiz bir şəxsiyyət sayanlardandı. M.Hüseyn.
Zahid [Rübabənin] həmişəlik və əvəzsiz munisi olmuşdu. Mir Cəlal.

2. Misli-bərabəri, tayı olmayan. Əvəzsiz gözəl.
– Hiss olunurdu ki, Cavahir əvəzsiz çalışqan imiş. T.Ş.Simurq.

3. zərf Pulsuz, müftə, qarşılıqsız.
Bəndalı xəyalına gətirə bilməzdi ki, adam adama əvəzsiz, pulsuz bir xeyir iş görə. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏVƏZSİZ pulsuz — müftə
  • ƏVƏZSİZ misilsiz — bərabərsiz — tayısız
ƏVƏZOLUNMAZLIQ
ƏVVƏL
OBASTAN VİKİ
Əvəzsiz sesurslar
Əvəzsiz sesurslar- digər resurslarla əvəz olunmayan resurslar (su, işıq, torpaq və s.).

Digər lüğətlərdə