ƏYRİDİMDİK

sif. Dimdiyi əyri olan. Əyridimdik quş.
– Bu, iri toyuq boyda, uzun, əyridimdik anac bir çil gülənşah idi. M.Rzaquluzadə.

ƏYRİÇİYİN
ƏYRİXƏTLİ
OBASTAN VİKİ
Əyridimdik
Əyridimdik (lat. Numenius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.
Böyük əyridimdik
Böyük əyridimdik (lat. Numenius arquata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin əyridimdik cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (NT). Təhlükə həddinə yaxındır. == Genefond əhəmiyyəti == Azərbaycan faunasında cinsin 3 növündən biridir. == Qısa təsviri == Qarğadan böyükdür (0,5-1,2 kq). Ümumi rənginə görə kiçik əyridimdiyə oxşayır. Amma başında və döşündə qonur fon üzərində uzanan qara naxışlar var. Quyruqüstü lələkləri ağdır.
Kiçik əyridimdik
Kiçik əyridimdik (lat. Numenius tenuirostris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin əyridimdik cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (CR). Kritik vəziyyətdədir. Xüsusi qorunma tədbirləri görülməzsə, mənfi təsirlərdən nəsli kəsilə bilər. == Genefond əhəmiyyəti == Azərbaycan faunasında cinsin 3 növündən biridir. == Qısa təsviri == Qarğadan xeyli kiçikdir. Dimdiyi uzun və aşağıya əyridir. Əsas rəngi naxışlı qonur-bozdur.
Ortaboy əyridimdik
Ortaboy əyridimdik (lat. Numenius phaeopus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin əyridimdik cinsinə aid heyvan növü.

Digər lüğətlərdə