ƏZƏLƏLİ sif. İnkişaf etmiş əzələləri olan. Əzələli qollar. – Həmişə fiziki işdə çalışan adamlara məxsus yoğun əzələli bir gəncin gurultulu səsi onların danışığını kəsdi. M.İbrahimov. // Əzələləri qüvvətli. Çox əzələli pəhləvandır, onu basmaq çətindir.