ƏZİCİ

sif.
1. Çox ağır, çox güclü, məhvedici, sarsıdıcı. Əzici zərbə.
2. Ruhu incidən, ağır təsir bağışlayan.
Fəxrəddin bu qədər əzici fikirlərin təsirində qıvrıldığı zaman oxuyan qız da Dilşada yazılmış qəzəlləri oxumağa başladı. M.S.Ordubadi.
[Qurban] içində əzici və acı bir sızıltı duydu. A.Şaiq.
Firidun sərtibin üzündə hər şeydən yorulmuş, hər şeyə nifrət edən, dərdli bir narazılığın əzici ifadəsini gördü. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏZİCİ məhvedici — sarsıdıcı
ƏZGİNLİK
ƏZİK

Digər lüğətlərdə