ƏZİNİK

sif.
1. Əzik, əzilmiş. Əzinik qovun.
2. Yorğun, üzgün, əzgin.
Mədəd işdən qayıdandan sonra əzinik (z.) yerə girdi, bir azdan yuxuladı. S.Rəhimov.

3. Mərhəmət diləyən, yalvarıcı, yazıq.
O, əzinik bir səs çıxardı: – Ağa, rəhm edin! S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏZİNİK yorğun — üzgün
  • ƏZİNİK zədəli — yaralı

Antonimlər (əks mənalı sözlər)

  • ƏZİNİK ƏZİNİK – GÜMRAH Mədəd işdən qayıdandan sonra əzinik yerə girdi, bir azdan yuxuladı (S.Rəhimov); Səhər yerindən gümrah durdu
ƏZİMÜŞŞAN
ƏZİNTİ

Digər lüğətlərdə