ARGENTİT
ARĞAC
OBASTAN VİKİ
Argillit
Argillit ( q.yun. ἄργιλλος - gil və λίθος daş) - bərkimiş və daşlaşmış gilli çökmə süxur. Diagenez və katagenez mərhələlərində gilin sıxılması və susuzlaşması nəticəsində əmələ gəlir. Gildən bərk olması, suda islanmaması və s. xüsusiyyətləri ilə fərqlənir. Adətən, tünd rənglərdə olur. Argillit qırışıqlıq sahələri üçün xarakterikdir. Platformaların dərin çökəkliklərində (avlakogenlərdə) təsadüf edilir. Sement, keramzit istehsalı üçün xammaldır. Hidrargillit qatışıqlı kaolin argillitlərindən odadavamlı material kimi istifadə olunur.

Значение слова в других словарях