yun. aero – hava
yun. aero – hava + yun. logos – elm
yun. aero – hava + yun. nomos – qanun
yun. aer – hava + yun. sole – cisim
Üfüq sözü ilə qohumdur, ərəb mənşəlidir.
yun. apo – uzaqlıq + yun. Helios – Günəş
Farsca afəridən (yaratmaq) məsdəri ilə qohumdur.
Yunan mənşəlidir, müdriklik allahının adı olub.
Ərəbcə afiyət (sağlam, saf) və din sözlərindən əmələ gəlib: “dinin saflığı yolunda çalışan” deməkdir
Yunancadır, gözəllik allahının adıdır.
Farscadır, tab “isti” deməkdir. Yay fəslinin adı tabistandır (isti məkan). Aftab “günəş” “günəş üzlü (gözəl, parlaq)” deməkdir
Farsca agahanidən (məlumatlandırmaq) məsdəri ilə qohumdur.
Rəng bildirən bu sözün başqa dillərdəki qarşılığı “parıltı” (блеск) mənasını əks etdirir. Məsələn, rus dilindəki белый kəlməsi tarixi baxımdan qədim h
Üzünə ağ olmaq, ağ yalan kimi ifadələrdə ağ sözü “yuxarı” anlamını əks etdirir: ağ eləmək “normadan yuxarı qalxmaq”dır
“Üzünə ağ olur” deyirik. Alimlər buradakı ağ(aq) sözünü ərəb mənşəli hesab edirlər. Söz, əslində, türk mənşəlidir
“Hündür”, “yuxarı” deməkdir. Bəzi türk dillərində əkə, yekə şəklində işlədilir.
“Ağa olmağa layiq övlad” deməkdir.
Dilimizdə bircə səsdən ibarət olan və “bitki” mənasını verən ı sözü olub. Onun da əsasında ığac (ağac, yığac) kəlməsi yaranıb
Ağac və dəlmək sözlərindən əmələ gəlib. Bu quş ağac koğuşlarını dimdikləyir (dəlir) və oradakı cücülərlə qidalanır
Ağac məlumdur; -lıq omonim şəkilçidir, onun bir mənası qabaqlar, rusca “изобильно” mənasını verən müstəqil sözlə bağlı olub (bəzi türk dillərində lığa
Ağa “böyük” deməkdir. Ağadadaş “böyük dadaşdır”(həm ad kimi işlədilir, həm də kiçiklərin böyüklərə müraciət formasıdır)
İki yozumu var: 1. “Ağaya layiq olan mal”. 2. “Mənim ağam Əlidir”.
Fars izafətinin qəlibi üzrə “Məhəmməd ağa” mənasında Ağayi-Məhəmməd Ağaməhəmmədə çevrilib. (Bəşir Əhmədov
Ağa və Məhəmməd sözlərindən əmələ gəlib, sonra sadələşib. Ağa öz sözümüzdür, Məhəmməd isə ərəbcədir. (Bəşir Əhmədov
“Ağanın nəzərində saxlanılan” deməkdir. Ağa bizim sözdür, nəzər isə ərəb mənşəlidir.
“Göz ağartmaq” deyirik, ağart (alart variantı da olub) odla bağlıdır: gözdən sanki od püskürür. (Bəşir Əhmədov
Ağa sözündən və üçüncü şəxsin mənsubiyyət şəkilçisindən düzəlib. C.Cabbarlı Sona xanıma Sonası dediyi kimi, bəzi adamlar da böyüyünə Ağası deyib
Ağa bizim sözdür, yar farsca “dost” deməkdir. Ağayar “ağanın dostu” deməkdir.
İndi “qorxaq” anlamında işlədilir. Ağ ciyər (bağır) qəzəb, hiss-həyəcan mənbəyidir və ona qabaqlar “öfkə” deyilib
Ağbuğ, ağbuğum variantları da var. Barama qurdunun xəstəliyidir: qurd şişir, belində ağ sızaqlar əmələ gəlir, irinli olur
Ağ sözü ilə bağlıdır, (Ağgül də bununla qohumdur). Qaraca, Göyçə adları da həmin qəlib üzrə yaranıb. (Bəşir Əhmədov
Qanadları ağ olduğundan belə adlanıb.
Ağca rəng bildirir, qayın isə “yanma” (bu, qaynamaq sözü ilə qohumdur) deməkdir: “rəngi ağ olan və tez yanan ağac” deməkdir
Ağca qabıq birləşməsindən törəyib, bu ağacın qabığı ağ (gümüşü) olur. Birinci hissə ağ sözü ilə bağlıdır, qovaq isə adamın başında əmələ gələn kəpəklə
Qız adıdır, qoyungözü (ромашка) çiçəyinin adlarından biridir.
Bu rusca крыжовник sözünün bizdəki qarşılığıdır. “Rusca-azərbaycanca lüğət”in II cildi крыжовник sözünün tərcüməsini verə bilməmiş, yalnız onu şərh et
Ağu kimi də işlədilir, farsca “zəhər” deməkdir.
Ağ sözünün bir mənası mənbələrdə “göz yaşı” kimi izah olunub. Ağla(maq), ağı demək sözləri həmin kökdən əmələ gəlib
Ərəb mənşəlidir, gerçəkliyin şüurda inikasının ali forması olub, insanın ətraf aləmə münasibətini tənzimləmə qabiliyyətidir
Bu sözün əsli zərf olub (ağılla, başla iş görmək), sonra təhrif edilib və ağılla-başla kəlməsi ağıllı-başlı şəklinə düşüb
Mənbələrdə “yavaş”, “asta” mənalarını verən ağru (aquru) sözü var. Ağır-ağır hərəkət etmək ifadəsindəki ağır sözü buradan əmələ gəlib
Sözün əsli ağırlığım, yorğunluğum kimi olub. Xalq oyunlarında, bayram mərasimlərində çox işlədilir. (Bəşir Əhmədov
Qədim mənası “deşik”, “boşluq” demək olub. Bu söz tarixi baxımdan qazmaq, qazan sözləri ilə qohum ola bilər
Ağı demək, ağlamaq, sıtqamaq, yağış tipli sözlərin hamısı “su” anlamı ilə bağlıdır. Fonetik dəyişmələr nəticəsində formaca bir-birindən uzaqlaşıb: tar
Ağlamaq feili ilə bağlıdır. -sın (-sa) şəkilçisi adlardan feil düzəldir (ağlam-sın, gülüm-sün, su-sa-maq)
Bu söz ağlayıb-sığıtmaq kimi olub. Həm ağla, həm də sığıt kəlmələri su anlayışı ilə bağlıdır, “göz yaşı” deməkdir
Buradakı ağıl sözü, əslində, al (ön, qabaq) kəlməsinin təhrif olunmuş formasıdır. Alaçıq sözü “qabağı açıq” (qapısı olmayan) deməkdir
Ehtiyacı təcili ödəmək üçün dəyirmanda azca dən üyütməyə “ağnağaz” deyirlər. Bu kəlmənin mənşəyi barədə bir neçə mülahizə söyləmək olar: 1
Divar uçub töküləndə deyirik: divar ağnayıb tökülür. Qədimdə ağmaq feili olub və rus dilinə “свалиться”, “склоняться”kimi tərcümə olunub
Acı sözünün qədim mənalarından biri “ağrımaq” deməkdir və qaqauz dilində indi də qalmaqdadır: onlarda “aceer ayaam” – cümləsi ayağım ağrıyır anlamını