DÖL

is.
1. Rüşeym, maya.
Döl üçün ayrılan xınaquyruqlu qoçlar … döyükmüş ətrafa baxırdılar. S.Rəhimov.

// Ana bətnində bala.
// Mayalanma, döllənmə dövrü.
□ Döl düşmək – ev heyvanlarının doğum vaxtı çatmaq.
Döl salmaq1) doğub törəmək, törəyib artmaq. Dağın bir tərəfində kəkliklər döl salmışdır;
2) bitib artmaq, çoxalmaq, yayılmaq. Bu dağda cır alma yaman döl salmışdır.
2. Cins. Ərəb atı dölü. Qarabağ qoyunu dölü.
[Müsyö Jordan:] Hatəmxan ağa, … bir ay bundan əvvəl Qarabağın əlyetməz dölündən köhlən at altında gəlib sizə qonaq olan xoşbəxt adam … əgər Qarabağa gəlməyəydi, bu qədər dövləti haradan ələ salardı? M.F.Axundzadə.

// Döllük heyvan.
Şən balalar, dağ gövdəli erkəklər; Bax, bu əsil, tosqun döllər bizimdir. A.Şaiq.

3. məc. Nəsil mənasında.
[Güllü:] Abbasın dölünə nə deyəsən? S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DÖL 1. döl bax cins 1, cinslik 2. döl bax maya II
  • DÖL rüşeym — maya
  • DÖL cins

Etimologiya

  • DÖL “Kişi sperması” kimi başa düşülür. Döl tutub “hamilə” mənasında işlədilib. Nəsil əvəzinə “döldaş” deyiblər
DÖHÜL
DÖLÇÜ

Digər lüğətlərdə