1. köhn. Qabaqcadan müəyyən edilmiş şərtlərlə iki nəfərin (təhqir olunanla təhqir edənin) bir-biri ilə vuruşması və ya atışması. Duelə çağırmaq.
– [Hüseyn:] Gərək burada bu saat mənimlə duelə çıxasan.
2. məc. Yarış, mübahisə, mübarizə.
Gözlədim, görüm, axırı necə olacaq bu duelin.