LƏB

is. [ fars. ] klas. şair. Dodaq.
Hər zaman düşəndə ləbləri yada; Tökülür gözümdən qanlar, əfəndi! M.P.Vaqif.
Ver şəfa ləbindən, yazığam, mənə; Zəhri-fərağında ağulanmışam. Q.Zakir.

□ Ləb tərpətmək – dodaq tərpətmək; dinmək, danışmaq.
Dedilər ki, Təbrizdə çox babı var, amma heç kəs qorxusundan ləb tərpədə bilmir. M.F.Axundzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • LƏB ləb bax dodaq
LEYTMOTİ́V
LƏBALƏB

Digər lüğətlərdə