QAZA

(Dərbənd)
külüng. – Büz una qaza diyədig
QAYTARMA
QAZALAĞ
OBASTAN VİKİ
Sektor Qaza(qrup)
Sektor Qaza (rus.; Сектор Газа) — 1987-ci ildə Voronej şəhərində yaradılmış, SSRİ və Rusiyanı təmsil edən rok qrupu. Qrupun yaradıcısı Yura Hoy ləqəbiylə tanınan Yuri Klinskidir. Qrup 2000-ci ilə kimi fəaliyyət göstərib. 9 iyun 1988-ci ildə Voronej şəhərinin rok zalında qrupun ilk konserti baş tutub. Sektor Qaza qrupu 5 dekabr 1987-ci ildə Voronejdə, "Yuri Hoy" ləqəbi ilə tanınan Yuri Klinski tərəfindən qurulub. Yuri Hoyun qrupu yaratdığı rok zalı, Voronejdə zavodların yaxınlığında yerləşdiyi üçun zalın ətrafı tüstu və duman ilə əhatəli olurmuş. Bu cür ətraf mühit, Yuri Klinskiyə tez tez partlayışların olduğu İsrailin Qəzzə zolağını xatırladır. Buna görədə yeni yaradılan qrupa Sektor Qaza adı verilir. Sektor Qazanın qrup şəklində ilk çıxışı 9 iyun 1988-ci ildə yerli rok klubunda baş tutur, lakin qrupun rəsmi qurulduğu tarix Yuri Klinskinin ilk solo konsert verdiyi 5 dekabr 1987-ci il tarixindən hesablanır. 1990-cı ildə qrupun ilk studiya albomları olan Zloveşie Mertvetsı (rus: Зловещие Мертвецы) və Yadryona Voş (rus: Ядрёна Вошь) albomları çıxır.
Sektor Qaza (qrup)
Sektor Qaza (rus.; Сектор Газа) — 1987-ci ildə Voronej şəhərində yaradılmış, SSRİ və Rusiyanı təmsil edən rok qrupu. Qrupun yaradıcısı Yura Hoy ləqəbiylə tanınan Yuri Klinskidir. Qrup 2000-ci ilə kimi fəaliyyət göstərib. 9 iyun 1988-ci ildə Voronej şəhərinin rok zalında qrupun ilk konserti baş tutub. Sektor Qaza qrupu 5 dekabr 1987-ci ildə Voronejdə, "Yuri Hoy" ləqəbi ilə tanınan Yuri Klinski tərəfindən qurulub. Yuri Hoyun qrupu yaratdığı rok zalı, Voronejdə zavodların yaxınlığında yerləşdiyi üçun zalın ətrafı tüstu və duman ilə əhatəli olurmuş. Bu cür ətraf mühit, Yuri Klinskiyə tez tez partlayışların olduğu İsrailin Qəzzə zolağını xatırladır. Buna görədə yeni yaradılan qrupa Sektor Qaza adı verilir. Sektor Qazanın qrup şəklində ilk çıxışı 9 iyun 1988-ci ildə yerli rok klubunda baş tutur, lakin qrupun rəsmi qurulduğu tarix Yuri Klinskinin ilk solo konsert verdiyi 5 dekabr 1987-ci il tarixindən hesablanır. 1990-cı ildə qrupun ilk studiya albomları olan Zloveşie Mertvetsı (rus: Зловещие Мертвецы) və Yadryona Voş (rus: Ядрёна Вошь) albomları çıxır.
Cümə məscidi (Qazax)
Cümə məscidi — Qazax şəhərində yerləşən məscid. Məscid Qazax şəhərinin mərkəzi küçəsinin yanında - Şəhidlər Xiyabanı küçəsində yerləşir. Onun qarşısında digər bir tarixi abidə - İsrafil ağa hamamı var. Cümə məscidinin inşasına 1899-ci ildə Kəsəmən kəndindən olan İsrafil ağa Kərbəlayevin təşəbbüsü ilə memar Müzəffər Hüseynovun layihəsi əsasında başlanılıb. Məscidin iki uca minarəsinin üzərində onun Əhli-beyt aşiqi tərəfindən inşa edilməsinə bir imza var ki, Həzrət Əli vilayətinə sadiqliyi əks etdirən şəhadət yazılıb. Məscid həm interyer, həm eksteryer baxımdan zövqlə tikilib, bir növ Kərbəla şəhərində yerləşən İmam Huseynin pak hərəminin məscidinə bənzəyir. Qırmızı bişmiş kərpicdən ucaldılan məscid 17,2 m x 17,2 m ölçülü kvadrat quruluşlu zaldan ibarətdir. Sivri tağlar ilə yaranan səkkizbucaqlı formanın üzərində daxili diametri 13,4 m olan günbəz inşa edilmişdir. Məscidin ümumi hündürlüyü 15 m, divarların qalınlığı isə 1,9 m-dir. Məscidin giriş hissəsini baştağ bəzəyir.
Cəfərli (Qazax)
Cəfərli — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. Cəfərli kəndi Ağstafa çayının sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. Yaşayış məntəqəsi sarıxanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Cəfərli oyk, sadə. Ağsu r-nunun Kəndoba i.ə.v.-də kənd. Şirvan düzündədir; Cəlilabad r-nunun Astanlı i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqələri muğanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır; İmişli r-nunun eyniadlı i.ə.v.-də kənd. Mil düzündədir.
Cənubi Koreya–Qazaxıstan münasibətləri
Qazaxıstan-Cənubi Koreya əlaqələri — Qazaxıstan və Cənubi Koreya arasında iki tərəfli münasibətlər. İki tərəfli diplomatik əlaqələrin əsası 28 yanvar 1992-ci ildə qoyulmuşdur. Bu isə Qazaxıstanın müstəqilliyini elan etməsindən bir qədər sonra baş vermişdir. Bundan sonra iki tərəfli münasibətlər dinamik xətlə inkişaf edir. İki tərəfli əlaqələr əsasən siyasi, iqtisadi və təhsil sahələrini əhatə edir. Əsasəndə Qazaxıstanda yaşayan 100 minlik koreyalı bu münasibətlərin inkişafına zəmin yaradır. Cənubi koreya və Qazaxıstan arasında ilk rəsmi diplomatik münasibətlər 1992-ci ilin yanvarında qurulmuşdur. Bundan bir qədər somnra Cənubi Koreya alma-Atada öz səfirliyini aşmışdır. 1996-cı ildə isə Qazaxıstan Seulda səfirlik açır. Qazaxıstan Respublikası Prezidenti Nursultan Nazarbayev 1995 və 2003-cü illərdə rəsmi səfərlə Cənubi Koreyada olmuşdur.
Cənubi Qazaxıstan
Cənubi Qazaxıstan (qaz. Оңтүстік Қазақстан) — Qazaxıstan Respublikasın, keçmişdə isə Qazaxıstan SSR-in tərkibində iqtisadi region. O, şərqdən qərbə Almatı, Cambul, Türkistan və Qızılorda vilayətlərdən ibarətdir.
Cənubi Qazaxıstan Dövlət Universiteti
Muxtar Əvəzov adına Cənubi Qazaxıstan Dövlət Universiteti (CQDU) (qaz. М. О. Әуезов атындағы Оңтүстік Қазақстан мемлекеттік университеті (ОҚМУ)) (əvvəllər — Qazaxıstan Kimya Texnologiyaları İnstitutu, Cənubi Qazaxıstan Texniki Universiteti) — 76 texniki və humanitar ixtisas üzrə təhsil verən Çimkent şəhərində yerləşən dövlət nəznində olan ali təhsil müəssisəsi. 1943-cü ildə qurulmuşdur. Böyük Vətən Müharibəsinin dövründə, SSRİ Xalq Komissarları Sovetinin 19 iyun 1943-cü il tarixli qərarı ilə 679B saylı Qərara uyğun olaraq İnşaat Materialları Texnoloji İnstitutunun yaradılması qərara alındı. Həmin il 29 iyun tarixində SSRİ Xalq Komissarlığı yanında Ümumittifaq Ali Təhsil Komitəsi və SSRİ Tikinti Materialları Komissarı “Qazaxıstan SSR-in Çimkent şəhərində Texnoloji Tikinti Materialları İnstitutunun təşkili haqqında” əmr verdi. Sovetskaya küçəsindəki (indiki Kazbek B) pedaqoji məktəbin binası universitetə ​​verildi. Əslində, institutun açılışında böyük bir töhfə verən, inşaat sahəsinə ehtiyac duyulan ixtisaslı mütəxəssislərin təcili olaraq ən yüksək orqanlara çatdırılmasıdır. 1940-cı il 30 mart 2012-ci ildə Almatı vilayətinin Taldıkorqan rayonunun Erkin kəndində anadan olmuşdur. Huak qəbiləsindən gəldi. 1958-59-cü illər Ukrayna SSR Dneprodzerjinskdəki 8 nömrəli texniki məktəbdə təhsil almışdır.
Cənubi Qazaxıstan vilayəti
Türkistan vilayəti (qaz. Түркістан облысы) (1962–1992-ci illərdə Çimkənd vilayəti, 2018-ci ilədək Cənubi Qazaxıstan vilayəti) — Qazaxıstan Respublikasının cənubunda vilayət. Vilayətin əsası Cənubi Qazaxıstan vilayəti (qaz. Оңтүстік Қазақстан облысы) adı altında 10 mart 1932-ci ildə qoyulmuşdur. 3 may 1962-ci ildən 6 iyul 1992-ci ilə vilayətin adı dəyişdirilib Şimkent vilayəti adlandırıldı. Vilayətin əvvəlki adı 1992-ci ildə bərpa edildi. 2018-ci ilin 19 iyun tarixi Qazaxıstan prezidentinin fərmanı əsasında, vilayətin keçmiş paytaxt Şimkənd şəhəri onun inzibati tərkibindən çıxarılıb, respublika tabeli şəhəri edilmişdi. Onun əvəzinə vilayətin yeni inzibati mərkəzi Türkistan şəhəri olub. Vilayətin sahəsi 117 249 km² təşkil edir və respublika ərazisinin 4,3 %-i tutur, əhalisi 2,6 milyon nəfərdir (2011). 4 şəhəri, 11 rayonu var.
Cənubi Qazaxıstan əyaləti
Türkistan vilayəti (qaz. Түркістан облысы) (1962–1992-ci illərdə Çimkənd vilayəti, 2018-ci ilədək Cənubi Qazaxıstan vilayəti) — Qazaxıstan Respublikasının cənubunda vilayət. Vilayətin əsası Cənubi Qazaxıstan vilayəti (qaz. Оңтүстік Қазақстан облысы) adı altında 10 mart 1932-ci ildə qoyulmuşdur. 3 may 1962-ci ildən 6 iyul 1992-ci ilə vilayətin adı dəyişdirilib Şimkent vilayəti adlandırıldı. Vilayətin əvvəlki adı 1992-ci ildə bərpa edildi. 2018-ci ilin 19 iyun tarixi Qazaxıstan prezidentinin fərmanı əsasında, vilayətin keçmiş paytaxt Şimkənd şəhəri onun inzibati tərkibindən çıxarılıb, respublika tabeli şəhəri edilmişdi. Onun əvəzinə vilayətin yeni inzibati mərkəzi Türkistan şəhəri olub. Vilayətin sahəsi 117 249 km² təşkil edir və respublika ərazisinin 4,3 %-i tutur, əhalisi 2,6 milyon nəfərdir (2011). 4 şəhəri, 11 rayonu var.
Danimarkalı qız filminin qazandığı mükafatların siyahısı
"Danimarkalı qız" (ing. The Danish Girl) - rejissor Tom Huperin 2015-ci ildə, Devid Eberşofun Lili Elbe və Gerda Vegenerin həyatı əsasında yazdığı eyni adlı roman əsasında çəkdiyi bioqrafik dram filmidir. Filmdə Eddi Redmeyn tarixdə ilk dəfə cinsiyyət dəyişmə əməliyyatı keçirmiş Lili Elbe obrazını, Alisiya Vikander onun həyat yoldaşı Gerda Vegener, Mattias Şonarts Hans Aksgil və Ben Vişou Henrik obrazlarını canlandırmışlar. 72-ci Venesiya Beynəlxalq Film Festivalında əsas müsabiqə çərçivəsində təqdim edilən film daha sonra 2015 Toronto Beynəlxalq Film Festivalında Xüsusi Təqdimat bölməsində göstərilmişdir. 27 noyabr 2015-ci ildə “Focus Features” tərəfindən ABŞ-da məhdud yayıma çıxarılan film, 1 yanvar 2016-cı ildə “Universal Pictures International” tərəfindən Birləşmiş Krallıqda çıxarılmışdır. “Danimarkalı qız” filmi tənqidçilərdən əsasən müsbət rəylər almışdır. “Rotten Tomatoes” aqqreqatorunda 177 rəy əsasında 71% müsbət rəy alan film 6.6/10 balla qiymətləndirilmişdir. Saytın ortaq rəyində deyilir: “Danimarkalı qız Eddi Redmeynin istedadının başqa bir tərəfinin açılmasına xidmət edir, gözəl çəkilmiş bioqrafik drama insanı provokativ mövzular ətrafında düşünməyə məcbur edir.” “Metacritic” aqqreqatorunda 40 tənqidçinin rəyi əsasında filmə 100 baldan 66 bal verilmiş, “əsasən müsbət rəylər” alması qeyd edilmişdir. Film tarixi şəxsiyyətin həyatının feminizatik erotika şəklində təsvir edilməsinə, bədii kitaba əsaslanaraq Ayner və Gerdanın həyatının bəzi hissələrinin düzgün təsvir edilməməsinə görə tənqid edilmişdir. Danimarkalı qız filminin mükafatları Internet Movie Database-də.
Danimarka–Qazaxıstan münasibətləri
Qazaxıstan–Danimarka münasibətləri — Qazaxıstan Respublikası ilə Danimarka Krallığı arasında ikitərəfli diplomatik əlaqələr 7 may 1992-ci ildə qurulmuşdur. 21 fevral 2015-ci ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev eyni vaxtda Qazaxıstanın İsveçdəki fövqəladə və səlahiyyətli səfiri Dastan Eleukenovu Danimarkaya səfir təyin etdi. 28 noyabr 2013-cü ildə Qazaxıstanın Dövlət Katibi Marat Tacin, Danimarka Krallığının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Tomas Vinklerdən və həmçinin Qazaxıstan, Qırğızıstan, Belarus, Türkmənistan və TacikistanÖzbəkistandan etimadnamə aldı. 2000-ci ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Danimarka Krallığına rəsmi səfər etdi. 9 fevral 2010-cu ildə Qazaxıstanın Almaniyadakı və eyni zamanda Danimarkadakı səfiri Nurlan Onjanov Danimarka Xarici İşlər Nazirliyinin Dövlət katibi Maykl Zilmer-Cons ilə görüşdü. 1 may 2015-ci il tarixinə Qazaxıstanda 35 birgə Qazaxıstan-Danimarka müəssisəsi qeydiyyatdan keçmişdir. Qazaxıstan (14 fevral 2009), sonra Danimarka (6 aprel 2010) bütün diplomatik pasport sahibləri üçün vizaları ləğv etdi. 1993-2003-cü illərdə Danimarka Qazaxıstan iqtisadiyyatına təxminən 1,7 milyon dollar sərmayə qoydu. Danimarkanın 2004-2008 -ci illərdə Qazaxıstana ixracatı 253 milyon DKK -dan 488 milyon DKK -ya yüksəldi. Amma 2009-cu ildə 297 milyon DKK -ya düşdü.
Daxili İşlər Nazirliyi (Qazaxıstan)
Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyi — təbii və texnogen fövqəladə halların qarşısının alınması və aradan qaldırılması, mülki müdafiə sahəsində Qazaxıstan Respublikasının daxili işlər orqanları sistemini idarə edən Qazaxıstan Respublikasının mərkəzi icra hakimiyyəti orqanı qanun, cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin, yanğın təhlükəsizliyinin təmin edilməsi, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üçün dövlət sisteminin daha da inkişaf etdirilməsi üçün bir planın işlənməsi və hazırlanması sahəsində sektorlararası koordinasiya, təşkilat yanğının qarşısının alınması və söndürülməsi. Missiya - həyat, sağlamlıq, insan və vətəndaş hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin mənafelərinin qanunsuz təcavüzlərdən qorunması, əhalinin, obyektlərin və ərazilərin təbii və texnogen fövqəladə hallardan qorunması, ölkənin mülki müdafiə sisteminin inkişafı. Daxili işlər orqanlarının vəzifələri: cinayətin qarşısının alınması ictimai asayişin qorunması. cinayətkarlıqla mübarizə cinayət və inzibati cəzaların icrası təbii və texnogen fövqəladə halların və onların nəticələrinin qarşısının alınması və aradan qaldırılması, fövqəladə bölgədə əhaliyə təcili tibbi və psixoloji yardımın göstərilməsi, yanğın təhlükəsizliyinin təmin edilməsi, habelə ərazinin qurulması və işləməsi üçün əsas vəzifələri, təşkilati prinsipləri müəyyənləşdirmək Qazaxıstan Respublikasının mülki müdafiəsi. Sovet İttifaqı dağıldıqdan sonra, illərlə incələnmiş cinayətlərə qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları arasında qarşılıqlı əlaqə mexanizmləri artıq işə yaramadı. O illərdə cinayətkarlıq sürətlə artdı. İqtisadi cinayətlər geniş vüsət aldı və kölgə iqtisadiyyatı yarandı. Bu dövrdə mütəşəkkil cinayətkar qruplar çoxaldılar və təsir dairələrini genişləndirdilər və silah cinayətləri daha çox oldu. O dövrdə cəmiyyətdəki bir çox insan demokratiyanı yolverici və anarxiya kimi qəbul edirdi. Bu dövrdə hüquq-mühafizə orqanları çoxsaylı icazəsiz mitinqlər, yürüşlər, piketlər ilə qarşılaşır.
Dəmir Qazan (film, 2017)
Dəmir qazan filmi rejissor Kənan MM tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film Azərbaycanda çəkilən ilk absurd komediyadır. Film Azəri Prodakşnda istehsal edilmişdir. Əsas rolları Pərvin Abıyeva, Elsevər Mehdizadə, Nofəl Şahlaroğlu, Vüsal Hacı Qədir ifa edirlər. Dəmir və Qazan dostdurlar. Dəmir universitetdən qovulmuş kimya müəllimidir. Qazan isə qəssabdır və öz kiçik qəssabxanası var. Dəmir mafiya başçısına bahalı maddə söz verir və söz verdiyi vaxta maddəni təhvil verə bilmir. Dəmiri mafiya adamları incidir və buna görə də o dostu Qazandan kömək istəyir. Necəsə işə polis əməkdaşları qarışır.
Dəmirçilər (Birinci Şıxlı, Qazax)
Dəmirçilər — Azərbaycan Respublikasının Qazax rayonunun Birinci Şıxlı kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Qazax rayonunun Birinci Şıxlı kənd inzibati ərazi vahidi tərkibindəki Dəmirçilər kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. Kənd dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. "Dəmirçilər" adında Qazax rayonunun Dəmirçilər kənd inzibati ərazi vahidinin tərkibində bir başqa kənd də mövcuddur. Kənd Gəncə-Qazax düzənliyində, Birinci Şıxlı kəndinin yaxınlığında yerləşir.
Dəmirçilər (Dəmirçilər, Qazax)
Dəmirçilər — Azərbaycan Respublikasının Qazax rayonunun Dəmirçilər kənd inzibati ərazi vahidində kənd. Kənd Coğaz çayının sahilində, dağın ətəyində yerləşir. Kənd dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XVI əsrdə qızılbaş tayfaları sırasında adları çəkilən dəmirçilər sonralar qazax tayfa birliyinin ən qüdrətli tirələrindən birinə çevrilmişdir. "Dəmirçilər" adında Qazax rayonunun Birinci Şıxslı inzibati ərazi dairəsində də kiçik kənd mövcud olmuş, 14 iyul 1998-ci ildə ləğv edilmişdir. 2009-cu il əhalinin siyahıyaalınmasına əsasən kənddə 1489 nəfər əhali yaşayır. Əhalinin 736 nəfəri kişilər, 753 nəfəri qadınlardan ibarətdir.
Dəmirçilər (Qazax)
Dəmirçilər (Dəmirçilər, Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. Dəmirçilər (Birinci Şıxlı, Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. 14 iyul 1998-ci ildə ləğv edilmişdir.
Dəmirçilər bələdiyyəsi (Qazax)
Qazax bələdiyyələri — Qazax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ekologiya, Geologiya və Təbii Sərvətlər Nazirliyi (Qazaxıstan)
Ekologiya, Geologiya və Təbii Sərvətlər Nazirliyi (qaz. Қазақстан Республикасы Экология, геология және табиғи ресурстар министрлігі, ing. Ministry of Ecology, Geology and Natural Resources of the Republic of Kazakhstan) — dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, ətraf mühitin mühafizəsi, "yaşıl iqtisadiyyat" ın inkişafı, tullantıların idarə edilməsi (bələdiyyə, tibbi və radioaktiv tullantılar istisna olmaqla) sahəsində Qazaxıstan Respublikasının mərkəzi icra orqanı , təbii sərvətlərdən səmərəli istifadə üçün qorunma və nəzarət, yerin təkinin dövlət geoloji tədqiqi, mineral ehtiyat bazasının çoxalması, su fondunun istifadəsi və qorunması, su təchizatı, çirkab suların atılması, meşə təsərrüfatı, mühafizə, çoxalma vəhşi təbiət və xüsusi mühafizə olunan təbiət ərazilərindən (bundan sonra tənzimlənən ərazilər) istifadə. Nazirlik öz fəaliyyətini Qazaxıstan Respublikasının Konstitusiyasına və qanunlarına, Qazaxıstan Respublikası Prezidenti və Hökumətinin aktlarına, digər normativ hüquqi aktlara, habelə bu Əsasnaməyə uyğun olaraq həyata keçirir. Nazirlik dövlət qurumunun təşkilati-hüquqi formasında bir hüquqi şəxsdir, dövlət dilində öz adı ilə möhür, Qazaxıstan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilmiş nümunə formalarına, xəzinədə hesablarına malikdir. Nazirlik öz adından mülki hüquq münasibətlərinə girir. Nazirliyin, qanuna uyğun olaraq səlahiyyət verildiyi təqdirdə, dövlət adından mülki hüquq münasibətlərinin tərəfi kimi çıxış etmək hüququ vardır. Nazirlik, səlahiyyətlərinə aid məsələlərdə, qanunla müəyyən edilmiş qaydada, Nazir rəhbərinin əmrləri və Qazaxıstan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər aktlarla rəsmiləşdirilmiş qərarlar qəbul edir. Nazirliyin strukturu və ştat limiti mövcud qanunvericiliyə uyğun olaraq təsdiqlənir. Nazirliyin tam adı “Qazaxıstan Respublikasının Ekologiya, Geologiya və Təbii Sərvətlər Nazirliyi” dövlət qurumudur.
Ermənilər tərəfindən işğalı edilmiş Qazax rayonun kəndləri
Qazax rayonunun Ermənistan tərəfindən işğal edilmiş kəndləri — Qazax rayonu 7 kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Qazax rayonunun işğal altında olan anklav kəndləri: Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləridir. Qazax rayonunun işğaldan azad olunan kəndləri: Bağanıs Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrımlı kəndləridir. Kənd 8 iyun 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Kənd ərazisində çoxlu tarixi abidələr var: Şəkər qalası, Qatır körpüsü, Kazım körpüsü və s. Barxudarlı və Sofulu kəndlərinə ermənilərin hücumu 1992-ci ilin aprelin 23-dən başlayıb və çətinliklə də olsa onlar bu kəndləri aprelin 27-də işğal ediblər. Bir neçə gün davam edən döyüşlərdə kənd sakinləri Barxudarlıda 11, Sofuluda 9 post quraraq ermənilərə qarşı döyüşüblər. Qazax rayonundan köməyə gələn olmasın deyə, bura gələn dəmir yolu xəttidə ermənilər tərəfindən partladılıb. Sofulu və Barxudarlı yalnız 4 gün mühasirədə saxlanıldıqdan sonra çətinliklə işğal edilib. Hadisələrin şahidi Barxudarlı kənd sakin Əhmədin dedikləri: Hadisələr zamanı 7 nəfər kənd sakini şəhid olur, 3 nəfər ağır yaralanır.
Ermənistan–Qazaxıstan münasibətləri
Qazaxıstan-Ermənistan əlaqələri — Qazaxıstan və Ermənistan arasında iki tərəfli münasibətlər. İki tərəfli əlaqələrin əsası 27 avqust 1992 ildə qoyulmuşdur. Hər iki ölkə Müstəqil Dövlətlər Birliyi, Birləşmiş Millətlər Təşkilatı və ATƏT kimi təşkilat və qurumlarda təmsil olunurlar. 1991—1992 illərdə Qazaxıstan Qarabağ münaqişəsinin həllində cəhdlər göstərmişdir. 1993 ilin avqustundan Qazaxıstanda Ermənistan səfirliyi fəaliyyətə başlamışdır. Qazaxıstanın Ermənistan ərazisində səfirliyi isə 2007-ci ildə açılır. Ermənistan prezidenti Robert Koçaryan Qazaxıstanı 1999 ilin sentyabr və 2006 ilin noyabrında ziyarət etmişdir. Ermənistan prezidenti Serj Sarkisyan 2008-ci ildən Qazaxıstana dəfələrlə səfərlər təşkil etmişdir. Qazaxıstanın lideri olan Nursultan Nazarbayev 2001-ci ilin mayında Ermənistana səfər edir. 2013-ci ildə Ermənistanın Qazaxstandakı səfiri Parlantin keçmiş spikeri Ara Saakyan olmuşdur.
Fransa–Qazaxıstan münasibətləri
Fransa–Qazaxıstan münasibətləri — Fransa və Qazaxıstan arasındakı mövcud ikitərəfli münasibətlər. Ölkələr Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvüdür. Sovet İttifaqının dağılmasından sonra Qazaxıstan 1991-ci ilin dekabrında müstəqil bir dövlətə çevrilir. Fransa və Qazaxıstan arasında 25 yanvar 1992-ci ildə diplomatik əlaqələr qurulur. Fransa Qazaxıstanı tanıyan ilk Avropa ölkəsi olur. 1993-cü ilin sentyabrında Fransa Prezidenti Fransua Mitteran Qazaxıstana rəsmi səfər edir. 2008-ci ilin iyun ayında ölkələr strateji tərəfdaşlıq müqaviləsi imzalayır. 2010-cu ildə hər iki dövlət başçılarının illik səfərlərini və 2011-ci ildən başlayaraq hər iki ölkənin xarici işlər nazirləri arasında illik məsləhətləşmələrini təşkil edən ortaq prezident komissiyası qurulur. 2008-ci ildə Fransa səfirliyini keçmiş paytaxt Almatıdan ölkənin yeni paytaxtı Astanaya köçür. Qazaxıstan və Fransa 2008-ci ilin iyununda strateji tərəfdaşlıq müqaviləsi imzalayaraq münasibətlərini gücləndirir.
Futbol üzrə Qazaxıstan çempionatının qaliblərinin siyahısı
Fövqəladə Hallar Nazirliyi (Qazaxıstan)
Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyi (qaz. Қазақстан Республикасының төтенше жағдайлар министрлігі) — təbii və texnogen fövqəladə halların qarşısının alınması və aradan qaldırılması, mülki müdafiə, yanğın və sənaye təhlükəsizliyi sahəsində sahələrarası koordinasiya, dövlət maddi ehtiyatının formalaşdırılması və inkişafı sahəsində dövlət siyasətinin formalaşdırılmasından məsul olan mərkəzi icra hakimiyyəti orqanı , fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üçün dövlət sisteminin işləməsini və gələcək inkişafını təmin etmək, yanğının qarşısının alınması və söndürülməsini təşkil etmək. Qazaxıstan müstəqillik qazandığı gündən bu şöbə statusunu dəyişdirdi. 6 avqust 2014 - nazirlik ləğv edildi, maddi ehtiyat və sənaye təhlükəsizliyi məsələləri xaricində səlahiyyətlər Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinə verildi. Qazaxıstan Respublikası Prezidentinin 9 sentyabr 2020-ci il tarixli "Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında" 408 nömrəli Fərmanı ilə fövqəladə hallar orqanları yenidən hökumətdəki ayrı bir şöbəyə ayrıldı.
Gömrük Birliyi Komissiyası (Qazaxıstan)
Gömrük birliyi komissiyası — 2007-2012-ci illərdə fəaliyyət göstərən EurAsEC Gömrük İttifaqının vahid daimi tənzimləyici orqanı. Komissiya, Belarus Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası tərəfindən vahid gömrük ərazisinin yaradılması və Gömrük İttifaqının formalaşdırılmasına dair 6 oktyabr 2007-ci il tarixli müqaviləyə uyğun olaraq yaradılmışdır. Komissiyanın funksiyalarına aşağıdakılar daxildir: Gömrük İttifaqının ali orqanının - dövlət və hökumət başçıları səviyyəsində dövlətlərarası şuranın qərarlarının icrası; Gömrük İttifaqının formalaşmasına dair beynəlxalq müqavilələrin icrasına nəzarət; Gömrük İttifaqının ali orqanı üçün Gömrük İttifaqının formalaşması və fəaliyyət göstərməsi ilə bağlı tövsiyələrin hazırlanması. 18 avqust 2011-ci il tarixində "Avrasiya İqtisadi Komissiyası haqqında" müqavilənin imzalanması ilə əlaqədar ləğv edilmiş Gömrük İttifaqı Komissiyasının səlahiyyətləri yeni millətlərarası quruma - Avrasiya İqtisadi Komissiyasına verildi. Komissiya bir sədr və iki üzvdən ibarət idi: Şuvalov İqor İvanoviç - Komissiyanın sədri - Rusiya Federasiyası Hökuməti sədrinin birinci müavini, Rumas Serqey Nikolayeviç - Komissiyanın üzvü - Belarus Respublikası Baş nazirinin müavini, Şukeyev Umirzak Estayeviç - Komissiyanın üzvü - Qazaxıstan Respublikası Hökuməti sədrinin birinci müavini. Komissiyadakı səslər aşağıdakı kimi paylandı: Rusiya - 57%; Belarusiya - 21,5%; Qazaxıstan -% 21,5. Qərarlar 2/3 səs çoxluğu ilə qəbul edildi. Gömrük İttifaqının daimi orqanı Sergey Yurievich Glazyevin rəhbərlik etdiyi Komissiya Katibliyi idi .
Hindistan–Qazaxıstan münasibətləri
Qazaxıstan–Hindistan münasibətləri — Hindistan və Qazaxıstan arasında ikitərəfli diplomatik əlaqələr 22 fevral 1992-ci ildə qurulmuşdur . Qazaxıstan ilə Hindistan arasında birbaşa diplomatik əlaqələr qurulmamışdan əvvəl, Qazaxıstan SSR-in də daxil olduğu Hindistanla SSRİ arasında diplomatik əlaqələr mövcud idi. Qazaxıstanla Hindistan arasında diplomatik əlaqələr 22 fevral 1992-ci ildə qurulmuşdur. 1992-ci ilin eyni ayında Qazaxıstan Respublikası ilə Hindistan Respublikası arasında ticarət-iqtisadi əlaqələr, elm və texnologiya sahəsində əməkdaşlıq haqqında Saziş və Respublikaların Hökumətləri arasında əməkdaşlıq haqqında Saziş bağlanıldı. mədəniyyət, incəsənət, təhsil, elm, kütləvi informasiya vasitələri və idman sahəsi. 9 dekabr 1996-cı ildə Qazaxıstan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında İnvestisiyaların Təşviqi və Qarşılıqlı Müdafiəsi haqqında Saziş, həmçinin ikiqat vergitutmanın qarşısının alınması və vergidən yayınmanın qarşısının alınması, gəlir və kapital vergilərinə görə haqqında Konvensiya imzalanmışdır. 2002-ci ildə Nursultan Nazarbayev Hindistana rəsmi səfər etdi və həmin il Hindistanın Baş naziri Atal Bihari Vacpai, Qazaxıstanın keçmiş paytaxtı Almatıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Konfransında iştirak etmişdir . 2003-cü ildə Hindistan və Qazaxıstan arasında ticarət dövriyyəsi 78 milyon 910 min dollar təşkil etmişdir. Ticarəti inkişaf etdirmək üçün hər iki ölkə Hind-Qazaxıstan Birgə İş Şurasını yaratdı. Hindistan, Kurmangazi neft yatağından pay ala bilməsə də, Hindistan Neft və Təbii Qaz Korporasiyası Satpayev yatağından pay almaq niyyətindədir.
II Qazan xan
II Qazan xan (1356-1357) — Haqqında sadəcə numizmatik məlumat var.
II Qazançı körpüsü
2005-ci ildə ərazidə olarkən bu körpüdən bir qədər şimal tərəfdə, dəqiq desək Qazançı kəndinin şimal-şərq tərəfində indiyədək qalan qalıqlarına əsasən orta əsrlər dövrünə aid daha möhtəşəm bir körpünün yeri müəyyən edilmiş, təxmini də olsa ölçüləri götürülmüş, haqqında məlumat toplanmışdır. Əhali tərəfindən “Çay məhəlləsi” adlandırılan yerdə, Əlincəçayın üzərində inşa edilmiş körpünün çayın sahilində və ortasında qalan qalıqlarına əsasən müəyyən edilmişdir ki, körpünün tağlarının dayaqları arasındakı məsafə təxminən 10 metr, uzunluğu 30 metrdən artıq olmuşdur. İnşasında çaydaşı, yonulmuş dağ daşı və əhəng məhlulundan istifadə olunmuş körpü haqqında aparılan tədqiqatların nəticəsi olaraq E.İsayev fəlsəfə doktoru dissertasiyasında və monoqrafiyasında məlumat vermişdir . Körpünü XVII əsrin əvvəllərinə air etmək olar. Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.