TƏBRİK

is. [ ər. ] Xoş xəbər, sevindirici hadisə, bayram və s. münasibətilə yazılı və ya şifahi gözaydınlığı. Təbrik məktubu.
[Qulamrza:] Bu gün hər yerdə təbriklə qarşılanmışam. Çəmənzəminli.
… İranın hər tərəfində yaşayan azərbaycanlılar firqənin müqəddəs məramını alqışlayır, minlərlə məktub və təbrik teleqramları göndərirlər. M.İbrahimov.

□ Təbrik etmək – xoş xəbər, sevindirici hadisə, bayram və s. münasibətilə yazılı və ya şifahi olaraq birinə gözaydınlığı vermək.
Komissar əvvəlcə [döyüşçüləri] təbrik etdi. Mir Cəlal.
[Mirpaşa Sevincə:] Saray açılanda sizi fəhlələr, bütün rayon təbrik edəcək. Z.Xəlil.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏBRİK 1. TƏBRİK [Qulamrza:] Bu gün hər yerdə təbriklə qarşılaşmışam (Çəmənzəminli); GÖZAYDINLIĞI Qumral: Biz ki evimizə çatdıq, qohum-qardaş, qonşular xəbər
  • TƏBRİK gözaydınlığı — mübarəkbadlıq
  • TƏBRİK salam
TƏBLİĞATÇILIQ
TƏBRİKLƏMƏ

Digər lüğətlərdə