TES

(Füzuli, Zəngəzur)
hünər, bacarıq. – Vağon sürmək hər adamın tesi döyül (Zəngəzur); – Hər kəsdə tes olmas ki, şeyri yazsın (Füzuli)
TERLAN
TESİ
OBASTAN VİKİ
2244 Tesla
2244 Tesla— cırtdan planet və ya asteroiddir. O 22 oktyabr, 1952-ci ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının paytaxtı Belqradda (hal-hazırda Serbiya) kəşf edilib. Bu cırtdan planet müasir dəyişən cərəyan elektrik enerji şəbəkəsinin layihələndirilməsindəki töhfələri ilə məşhur olan Serb əsilli Amerikalı ixtiraçı və elektrik mühəndisi Nikola Teslanın şərəfinə adlandırlıb. Onun siderik dövrü 4 il 261 günə bərabərdir.
A/B testi
== A/B testi alətlərin müqayisəsi ==
AKT (test)
AKT - Amerikada kolleclərə qəbul üçün nəzərdə tutulmuş test. Amerika Birləşmiş Ştatlarında AKT Korporasiyası tərəfindən yaradılmış, kolleclərə tələbə qəbulu üçün tərtib olunan standartlaşdırılmış uğurlu imtahan. Bu test ilk dəfə 1959-cu ildə Everet Franklin Linqvest tərəfindən Kollec İdarə Heyətinin Sxolastik Qabiliyyət Testinə (indi SQT Məntiq Testi kimi tanınır) qarşı rəqib olaraq tətbiq olunmuşdur. AKT tarixən 4 testdən ibarət olmuşdur: ingilis dili, riyaziyyat, oxu və təbiət elmləri düşüncə testi. 2005-ci ilin fevralında könüllü yazı testi AKT-yə əlavə olundu və həmin ilin martında eynilə SQT-də də dəyişiklər olundu. ABŞ-də bütün 4 illik kollec və universitetlər AKT-ni qəbul edir. Tarixən, SQT sahilboyu zonalardakı kolleclərdə, AKT isə Orta Qərb və Cənubda daha çox məşhurluq qazanmışdı. Hal-hazırda bəzi kolleclər insanların işə təyin olunması ilə bağlı olaraq AKT-ni tələb edirlər, buna baxmayaraq bir neçə məktəb AKT-ni qətiyyən qəbul etmir.
Acaena tesca
Acaena tesca (lat. Acaena tesca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin asena cinsinə aid bitki növü.
Aechmea tessmannii
Aechmea tessmannii (lat. Aechmea tessmannii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Bekdel testi
Bekdel testi, Bekdel-Uolleys testi və ya Mo qanunu – uydurmada gender bərabərliyinin qorunub-qorunmadığını müəyyən edən test. Elison Bekdelin 1985-ci ildə aid "Dykes to Watch Out For" adlı komiks-stripindən adını alan bu testin 3 qanunu var: Əsərdə ən azı iki qadın personaj olmalıdır. Bu iki qadın personaj bir-biriləri ilə danışmalıdır. Danışdıqları şey kişi haqqında olmamalıdır. Bekdel dostu Liz Uolleysdən, Uolleys isə Virciniya Vulfun 1929-cu ilə aid "Birinin sahib olduğu otaq" adlı kitabından ilhamlanmışdır. Bekdelin ən sevdiyi film olan "Marmot günü" filmi də testi keçməmişdir. Komiks-stripin baş personajı Mo Testa olduğundan bu testə Mo qanunu da deyirlər. Bekdel testi çox vaxt filmlərə tətbiq olunur. Filmlərin Bekdel testini keçib-keçmədiklərini müəyyən edən BechdelTest.com saytına əsasən 1990-2013-cü illərdə 1.615 film bu testi keçə bilməyib. 1970-2013-cü il statistikasına görə isə bu rəqəm 1.794-dür.
COVID-19 testi
COVID-19 testi — Tənəffüs yolu koronavirusu 2019 (COVID-19) və əlaqədar SARS-CoV-2 virusu üçün laboratoriya testləri , infeksiyaya cavab olaraq istehsal olunan virusun və antikorların varlığını aşkar edir. Nümunələrdə virusların olması koronavirus RNT- yı aşkar edən RT-PCR ilə təsdiq olunur. Bu test spesifikdir və yalnız SARS-CoV-2 virusunun RNT -yı aşkar etmək üçün hazırlanmışdır. Ən son və ya aktiv infeksiyaları təsdiqləmək üçün istifadə olunur. == PCR testləri == == COVID-19 yanal axın testləri == Tez-tez COVID-19 yanal axın testləri olaraq da adlandırılan COVID-19 sürətli antijen testləri, SARS-COV-2 infeksiyasını (COVID-19) aşkar etmək üçün istifadə olunan sürətli antijen testləridir. Minimum təlimlə tez tətbiq olunur, əhəmiyyətli xərc üstünlükləri təklif edir, digər növ COVID-19 testlərinin bir hissəsinə başa gəlir və istifadəçilərə 5–30 dəqiqə ərzində nəticə verir. Bununla birlikdə, yüksək saxta mənfi nisbətə malikdirlər. Sürətli antijen testləri bir çox ölkələrdə kütləvi yoxlama və ya populyar test metodlarının bir hissəsi olaraq istifadə olunur. Asimptomatik olmayan və potensial olaraq virusu digər insanlara yaya biləcək, əks halda yoluxduqlarını bilməyən şəxsləri tanımaq üçün dəyərli olduqları düşünülür. Bu, daha yüksək həssaslığa malik olduqları və halları daha dəqiq müəyyən edə bildikləri üçün, ümumiyyətlə simptomatik şəxslər üçün faydalı bir test olaraq görülən PCR kimi digər COVID-19 test formalarından fərqlənir.
Carex tessellata
Carex acutata (lat. Carex acutata) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Cucumis sativus var. testudaceus
Adi xiyar (lat. Cucumis sativus) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Xiyar həm açıq torpaqda və həm də istixanalarda yetişdirilir. Xiyarın kal meyvələri 8–12 günlüyündə dərilir. Ondan təzə halda, turşudulmaq, duza və sirkəyə qoymaq üçün istifadə edilir. Xiyarın keyfiyyətində onun iri və ya xırdalığının böyük əhəmiyyəti var. Xırda, toxumları sütül xiyarlar daha keyfiyyətli hesab olunur. Standarta əsasən, duza qoyulacaq xiyarlar xırda (50 mm-ə qədər) və iri (51–70 mm) kornişonlara, xırda (71–90 mm), orta iri (91–120 mm) və iri xiyarlara (121–140 mm) bölünür. 140 mm-dən iri xiyarları duza və sirkəyə qoymaq olmaz. Xiyarın tərkibində 94–96% su, 1,8–2,5% şəkərlər, 0,6% azotlu maddə, 0,5% sellüloza, 0,2% üzvi turşular, 0,38–0,53% mineral maddələr, 4–10 mq% C vitamini, az miqdarda B1, B2, PP, karotin, biotin və pantoten turşusu vardır.
Dil testi
Dilbilmə səviyyəsinin qiymətləndirilməsi və ya dil testi - tətbiqi dilçiliyin bir bölməsi olub,təhsil alan zaman, işə qəbul zamanı, vətəndaşlıq alarkən və s. də ana dilinə və ya xarici dilə hansı səviyyədə hakim olduğunun müəyyən edilməsi ilə məşğul olur. Testləşməyə mətni və şifahi nitqi başa düşmə bacarığı, danışıq və mətn yazma vərdişi, həmçinin, mədəni elementlər bilikləri kimi mövzular daxildir. Bəzi testlər özündə dilin nəzəri biliklərini(passiv), bəziləri isə məhz dilbilməni(aktiv)cəmləşdirir. == Təşkilatlar == Danışıq səviyyəsini qiymətləndirməklə işverənlərlə yanaşı tədris müəssisələri, həmçinin, TOEFL, IELTS, SAT və s. kimi xüsusi təşkilatlar da məşğul olurlar.
Emilia tessmannii
Emilia tessmannii (lat. Emilia tessmannii) — mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü.
Hədd testi
Hədd testi, dağılma testi və ya dağılma üçün n-ci hədd testi — riyaziyyatda bir sonsuz ardıcıllığın dağılmasını müəyyən etmək üçün sadə bir üsuldur: lim n → ∞ a n ≠ 0 {\displaystyle \lim _{n\to \infty }a_{n}\neq 0} olarsa və ya limit yoxdursa, onda ∑ n = 1 ∞ a n {\displaystyle \sum _{n=1}^{\infty }a_{n}} dağılandır. Daha güclü olan yığılma testlərinin əksinə olaraq hədd testi müstəqil şəkildə ardıcıllığın yığılan ardıcıllıq olduğunu ifadə etmir. Xüsusilə, testin tərsi doğru deyil. Bunun yerinə lim n → ∞ a n = 0 {\displaystyle \lim _{n\to \infty }a_{n}=0} isə, o halda ∑ n = 1 ∞ a n {\displaystyle \sum _{n=1}^{\infty }a_{n}} yığılan və ya dağılan da ola bilər.
Jasmine (JavaScript test sistemi)
Jasmine JavaScript üçün açıq mənbə test çərçivəsidir. Proqram qurucuları hər hansı bir JavaScriptin effektiv platformasında çalışmağı, tətbiqə və IDE-yə girməməyi və asanlıqla oxunan sintaksisə sahib olmağı hədəfləyir.Proqram, ScrewUnit, JSSpec, JSpec və RSpec kimi digər sınaq sistemlərindən güclü təsirlənir. == Tarixi == Jasmine üçün Pivotal Labsdakı tərtibatçılar Jasminin aktiv inkişafından əvvəl JsUnit adlı oxşar vahid sınaq çərçivəsini hazırlamışdılar.
Kanada vətəndaşlıq testi
Kanada vətəndaşlıq testi — Kanada immiqrasiya, Qaçqınlar və Vətəndaşlıq İdarəsi tərəfindən idarə olunan bir imtahandır və vətəndaşlığı üçün əsas tələblərə cavab verən 18 ilə 54 arasında Kanada vətəndaşlığı üçün müraciət edənlər üçün tələb olunur. Test Kanadanın rəsmi dillərində olan fransız və ingilis dillərində mövcuddur. Test ümumiyyətlə yazılır, lakin bəzi hallarda şifahi ola bilər və müsahibə şəklində aparıla bilər. == İmtahan == İmtahan 30 dəqiqə davam edir və 20 çoxsaylı sualdan ibarət yazılı bir testdir. Vətəndaşlıq üçün müraciət edənlər ən azı 15 suala düzgün cavab verməlidirlər - sualların ümumi sayının 75% -i . Test tamamilə rəsmi Kanadanı tanıyın: Vətəndaşlığın hüquqları və vəzifələri " -" Kanadanı kəşf edin. Vətəndaşın hüquq və vəzifələri ”. 2010-cu ildə «Discover Canada» dərsliyi yenidən yazıldı, testlər daha ciddi olanlara dəyişdirildi və imtahan daha da çətinləşdi. O vaxtdan bəri, test immiqrantlara Kanadanın tarixi, mədəniyyəti, hüququ və siyasəti haqqında daha dolğun məlumat verən yeni bir rəsmi iş kitabçası üzərində quruldu. Eyni zamanda, immiqrantlardan imtahandan keçmək üçün artıq bir çox faktı, ad və tarixləri əzbərləmələri tələb olunur.
Laura Tesoro
Laura Tesoro (d. 19 avqust 1996, Antverpen, Belçika) — Belçika müğənnisi və aktrisası. O, Belçikanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Laura eyni zamanda Belçikanın The Voice səs yarışmasında iştirak etmiş və ikinci yeri tutmuşdur. == Həyatı və musiqi karyerası == === 1996-2014: Erkən illəri və karyeranın başlanğıcı === Laura Tesoro 19 avqust 1996-cı ildə Belçikanın Antverpen şəhərində anadan olmuşdur. Onun atası italyan, anası isə belçikalıdır. 2008-ci ildə Laura Belçikanın Witse teleserialında Evi Kuypers rolunu ifa etmişdir. Bu onun ilk aktrisalıq təcrübəsi olmuşdur. Daha sonra o, bir neçə müzikllarda da rol almışdır. 2009-cu ildə isə Laura Ketnetpop festivalında çıxış etmişdir.
Mario Testino
Mario Testino (30 oktyabr 1954[…], Lima) — Peru mənşəli britaniya fotoqrafı == Həyatı == 30 oktyabr 1954-cü ildə Perunun paytaxtı Lima şəhərində anadan olmuşdur. Perunun Katolik Universitetində və San Dieqo Universitetində təhsil almışdır. 1976-cı ildən Londonda yaşayır. Vogue, V, Gucci, Vanity Fair kimi məşhur jurnallarla əməkdaşlıq etmişdir. Çox sayda məşhur aktyor, aktrisa, müğənni, top model və siyasi xadimlərlə işləmişdir. Hazırda Britaniya Kral ailəsi ilə işləməklə yanaşı, Burberry, Gucci, Zara, Michael Kors, Dolce & Gabbana, Estée Lauder, Valentino və Versace şirkətləri ilə də əməkdaşlıq edir.
Mikania testudinaria
Mikania testudinaria (lat. Mikania testudinaria) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Ranunculus testiculatus
Ranunculus testiculatus (lat. Ranunculus testiculatus) — qaymaqçiçəyikimilər fəsiləsinin qaymaqçiçəyi cinsinə aid bitki növü.
SAT (Scholastic Assessment Test)
SAT – Amerika Birləşmiş Ştatlarında kolleclərə qəbul üçün nəzərdə tutulan standartlandırılmış test. Test əvəllər Sxolastik Qabiliyyət Testi və yaxud Sxolastik Qiymətləndirmə Testi adlandırılırdı. SAT Birləşmiş Ştatlarda qeyri-kommersiya təşkilatı olan Kollec Şöbəsi tərəfindən qəbul edilir, dərc olunur və inkişaf etdirilir. Əvvəllər isə o, Təhsil Test Xidmətləri (TTX) tərəfindən inkişaf etdirilmiş, dərc olunmuş və nəticədə böyük üstünlük qazanmışdı. 2005-ci ildə bu test “SAT Məntiq Testi” adlandırıldı. Kollec Şöbəsi qeyd edir ki, SAT kollecdəki akademik uğur üçün lazım olan tənqidi təfəkkür bacarıqlarını təyin edir. Qeyd olunur ki, SAT test verənlərin problemləri necə təhlil və həll etmə bacarıqlarını qiymətləndirir. SAT adətən, orta məktəbin aşağı və yuxarı sinif şagirdləri tərəfindən istifadə olunur. Kollec Şöbəsi bildirir ki, orta məktəbdə orta dərəcəli qiymətləndirmə ilə birlikdə SAT-dan istifadə olunması kollecdəki uğurun daha yaxşı göstəricisidir. Amerikada federal, yerli idarə və özəl, distant və ölkədaxili məktəblərdə təhsil alan tələbələrin sayının çoxalması ilə əlaqədar olaraq maliyyələşdirmə, tədris planı və qiymətləndirmədə mühüm fərqlər var, buna görə də ABŞ orta məktəblərində çətinliklər mövcuddur.
EICAR test faylı
EICAR Anti-Virus Test Faylı və ya EICAR test faylı kompüter antivirusunun test edilməsi məqsədilə Avropa Kompüter Antivirus Tədqiqatları İnstitutu (European Institute for Computer Antivirus Research) və Antivirus Tədqiqat Təşkilatı (Computer Antivirus Research Organization) tərəfindən hazırlanmış kompüter faylıdır. Həqiqi zərər verə biləcək real zərərli proqramdan istifadə etmək əvəzinə, bu test faylı insanlara real kompüter virusundan istifadə etmədən anti-virus proqramını sınaqdan keçirməyə imkan verir. Antivirus proqramları EICAR sətirini digər müəyyən edilmiş imzalara bənzər təsdiqlənmiş virus kimi təyin edirlər. Standart bir virus skaneri faylı aşkar edərkən zərərli virus tapılmış kimi reaksiya verəcəkdir. Əksər virus skanerləri bu faylı virus kimi tanıyır, hətta düzgün konfiqurasiya edildikdə belə bu faylı aşkar etməyə bilər. Nə faylın aşkarlanma üsulu, nə də onun işarələndiyi ifadə standartlaşdırılmayıb və real zərərli proqram təminatının qeyd olunma üsulundan fərqlidir. EICAR test sətirinin tanımlanması müxtəlifyönümlü ola bilər: EICAR test sətrini ehtiva edən fayl sıxıla və ya arxivləşdirilə bilər və sonra sıxılmış faylda test sətirini aşkar edib-etmədiyini görmək üçün antivirus proqramı işə salına bilər. AMTSO Xüsusiyyət Parametrlərinin Yoxlamalarının bir çoxu EICAR test sətirinə əsaslanır. == Dizayn == Bu fayl 68 və 128 bayt arasında olan faylıdır və qanuni .com icra edilə bilən fayldır (sadə x86 maşın kodu-MS-DOS,OS/2 və Windows) (16 bit məhdudiyyətlərə görə 64 bit istisna olmaqla). İcra edildikdə, EICAR test faylı "EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!" və sonra dayanacaq.
Jarque–Bera testi
Xarke–Bera testi
Statistikada Xarke–Bera testi nümunə məlumatlarının normal paylanmaya uyğun olaraq əyilmə və kurtoza malik olub olmadığını göstərən uyğunluq testidir.
Testpage
Nüfuzetmə testi
Nüfuzetmə testi adətən, pentester və ya etik haker kimi tanınan şəxslər tərəfindən, sistemin təhlükəsizliyini qiymətləndirmək üçün həyata keçirilən, kompüter sisteminə edilən icazəli, simulyasiya edilmiş kiberhücumdur. Bunu zəifliyin qiymətləndirilməsi ilə qarışdırmaq olmaz. Test zəif tərəfləri (və ya zəiflikləri), o cümlədən icazəsiz tərəflərin sistemin xüsusiyyətlərinə və məlumatlarına giriş əldə etmək potensialını, habelə güclü tərəfləri müəyyən etmək üçün həyata keçirilir ki, bu da tam risk qiymətləndirməsinin tamamlanmasına imkan verir. Proses adətən hədəf sistemləri və konkret məqsədi müəyyənləşdirir, sonra mövcud məlumatları nəzərdən keçirir və bu məqsədə çatmaq üçün müxtəlif vasitələrə əl atır. Nüfuzetmə testinin hədəfi ağ qutu (haqqında arxa fon və sistem məlumatı test edənə əvvəlcədən təqdim olunur) və ya qara qutu (haqqında şirkət adından başqa yalnız əsas məlumatlar verilir, başqa heç nə verilmir) ola bilər. Boz qutunun nüfuzetmə testi ikisinin birləşməsidir (hədəf haqqında məhdud bilik auditorla paylaşılır). Nüfuzetmə testi sistemin hücuma qarşı zəifliklərini müəyyən etməyə və onun nə qədər həssas olduğunu təxmin etməyə kömək edə bilər. Nüfuzetmə testinin aşkar etdiyi təhlükəsizlik məsələləri sistem sahibinə bildirilməlidir. Nüfuzetmə testi hesabatları, həmçinin təşkilata olan potensial təsirləri qiymətləndirə bilər və riski azaltmaq üçün əks-tədbirlər təklif edə bilər. Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi nüfuzetmə testini belə təsvir edir: "Düşmən kimi eyni alət və üsullardan istifadə edərək, həmin sistemin təhlükəsizliyinin bir hissəsini və ya hamısını pozmağa cəhd etməklə İT sisteminin təhlükəsizliyinə əminlik əldə etmək üsulu".
Testtwinkle

Digər lüğətlərdə