Frederik Teylor
Fredrik Teylor (ing. Frederick Winslow Taylor; 20 mart 1856[…] – 21 mart 1915[…], Filadelfiya, Pensilvaniya) — amerikan mexanika mühəndisi və menecer. Sənaye məhsuldarlığını artırmaq üçün sistemli şəkildə işləyən ilk insan olaraq tanınır. Menecment elminin atası hesab olunur. Fredrik Teylorun tədqiqatları və inkişaf etdirdiyi Elmi idarəetmə prinsipləri sənaye mühəndisliyinin əsaslarından biri olmuşdur.
== Həyatı ==
Fredrik Teylor 20 mart 1856-cı ildə Pensilvaniya ştatının Germantaun şəhərində imkanlı ailəin uşağı kimi anadan olmuşdur. İlk təhsilini Germantaunda aldıqdan sonra, 1869-1870-ci illəri Fransa və Almaniyadakı məktəblərdə təhsil alaraq keçdi. Bundan sonra 1,5 il İtaliya, İsveç, Norveç, ingiltərə, Fransa, Almaniya və Avstriyaya səfər etdi. Sinif birincisi olduğu Ekseterdə Harvard Universitetində hüquq üzrə təhsil almaq üçün iki il hazırlıq keçdi. Buna baxmayaraq, sağlamlıqla bağlı problemləri olduğu üçün universitetdə təhsil almaqdan imtina etməyə məcbur oldu.