TUALÉT

[ fr. ]
1. Güzgülü və qutulu kiçik stol.
[Oğlan] tualet önündə bir qadın qədər özünə yaraşıq verdi. A.Şaiq.

2. İctimai yerlərdə (teatr, kino, restoran və s.-də) ayaqyolu.
3. Zahiri görkəm, yaraşıq, bəzək-düzək.
Məclis üçün hazırlıq görülürdü, xanımlar geyim və tualetlərinə son dərəcə əhəmiyyət verirdilər. Çəmənzəminli.

◊ Cərrahın tualeti tib. – operasiyadan qabaq mikrobsuzlaşdırılmış paltar geymə və əlləri yuma.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TUALET tualet bax 1. bəzək; 2. ayaqyolu

Etimologiya

  • TUALET Fransızcadır, “səliqə-sahman”, “geyim”, “ayaqyolu” və s. mənalarda işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
TRUSİK
TUF

Digər lüğətlərdə