1. Yaradılma, yaradılış.
Dünyayə gələn getmək üçündür, bu nə qəmdir; Bir fikr elə, bu xilqəti-aləm nə üçündür.
Xoşdur xilqətdəki hər gözəlliyi; Ürəkdən duyaraq anlaya bilmək!
Minlərcə gözəl olsa da hər millət içində; Olmaz sənə bənzər, gözəlim, xilqət içində.
2. Birinin təbiətində, yaradılışında olan hal, xüsusiyyət; təbiət, yaradılış. Bu xasiyyət onun xilqətində var. Bu adamın xilqəti belədir.
– …Ürək də qəribə xilqətdir deyən; Bəzən öz istəyi özünə yükdür.