XİLQƏT

is. [ ər. ]
1. Yaradılma, yaradılış.
Dünyayə gələn getmək üçündür, bu nə qəmdir; Bir fikr elə, bu xilqəti-aləm nə üçündür. S.Ə.Şirvani.
Xoşdur xilqətdəki hər gözəlliyi; Ürəkdən duyaraq anlaya bilmək! M.Müşfiq.
Minlərcə gözəl olsa da hər millət içində; Olmaz sənə bənzər, gözəlim, xilqət içində. Ə.Vahid.

2. Birinin təbiətində, yaradılışında olan hal, xüsusiyyət; təbiət, yaradılış. Bu xasiyyət onun xilqətində var. Bu adamın xilqəti belədir.
– …Ürək də qəribə xilqətdir deyən; Bəzən öz istəyi özünə yükdür. M.Araz.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XİLQƏT XİLQƏT Lakin üzünü yana çevirdimi, xilqəti dərhal dəyişilər, sanki o, başqa maska geyərdi (Y.Şirvan); FİTRƏT Ey mənim qəlbimi çalan afət! Həm həyat, h
  • XİLQƏT yaradılış — təbiət
XİLASKARLIQ
XİLLƏ
OBASTAN VİKİ
Xilqət Abdullayev

Digər lüğətlərdə