AĞILLI

1. AĞILLI [Malik:] Bəhlul baba, deyirlər siz çox ağıllı bir adamsınız (A.Şaiq); DÜŞÜNCƏLİ Vahid: Gözəldir, təmizdir, düşüncəlidir, amma hikkəlidir.. (M.İbrahimov); KAMALLI Piri baba: Çingiz çox ağıllı, kamallı cavandır (S.S.Axundov); DƏRRAKƏLİ, MÜDRİK Uşaq Leonardo: Axı insan ağıllıdır, dərrakəlidir, müdrikdir (R.Rza); AQİL Qiylü qalə düşməz kim olsa aqil (Q.Zakir); ƏHLİ-KAMAL Vardır hər guşədə yüz əhli-kamal.. (S.Ə.Şirvani); BAŞIDOLU (dan.) Mustafa bəy: ..Çünki doğrudan da başıdolu oğlansan (Ə.Haqverdiyev).

2. ağıllı bax ağlabatan

AĞILLANMAQ
AĞILSIZ

Digər lüğətlərdə