ADDAMA

Dialektlərdə addamaq feili və addama ismi var. Birinci, suya daş qoyub ayağı üstünə basmaqla o biri taya keçmək deməkdir; ikinci “nərdivan” mənasında işlədilir. Hər ikisi addım kəlməsi ilə bağlıdır. Sonuncu söz “ayağı nərdivanın basqıclarına (pillələrinə) qoymaqla yuxarı qalxmaq və ya aşağı enmək” deməkdir. Güman edirəm ki, sözün tərkibindəki -da şəkilçisi -la olub, sonra assimilyasiyaya uğrayaraq -da şəklinə düşüb (müqayisə et: al-latmaqal-datmaq).   

ADDA-BUDDA
ADDAMAC

Значение слова в других словарях