ALLANMAQ

1. ALLANMAQ Bəzəklənir, düzəklənir, bağın fəzası rənglənir; Yaşıllanır, həm allanır şükufələr çiçəklənir (A.Səhhət); AL GEYMƏK (məc.) Kəndimiz bəzənib, süsən, sünbüllər; Bağlar geyib al, başına döndüyüm (“Qoşma”); BƏZƏNMƏK Təbiət bəzənir hünərimizdən; Axan şəlalələr bizə əl çalır (S.Vurğun).

2. ALLANMAQ (ALLAŞMAQ), QIZARMAQ (qırmızı olmaq) Nazlı pıqqıldayıb güldü, sifəti əvvəlcə yavaş-yavaş ala-tala qızardı, sonra tamamilə allanıb yandı (Ə.Kərim).

ALLAHSIZLIQ
ALMAQ

Digər lüğətlərdə