annuitet ödənişlər

İpoteka borcunun (kredit üzrə əsas borcun və həmin borca hesablanmış faizlərin) ödənilməsinə yönəldilmiş müntəzəm bərabər aylıq ödənişlər. Bu ödənişlər aylar üzrə elə hesablanaraq bölüşdürülməlidir ki, kreditin ödəniş müddətinin sonunda borc tamamilə ödənilmiş olsun

ani lotereya
aparteid
OBASTAN VİKİ
Annuitet
Annuitet — İpoteka borcunun (kredit üzrə əsas borcun və həmin borca hesablanmış faizlərin) ödənilməsinə yönəldilmiş müntəzəm bərabər aylıq ödənişlər. Bu ödənişlər aylar üzrə elə hesablanaraq bölüşdürülməlidir ki, kreditin ödəniş müddətinin sonunda borc tamamilə ödənilmiş olsun. Eyni zamanda Annuitet ödəniş qrafiki ilə aparılan ödənişdə borclu krediti ödəməyə başlayanda ilk növbədə onun aylar üzrə ödənişləri kredit üzrə müəyyən edilmiş faizlərə yönəlir. Yəni 100000 kredit paketinə illik 8 faizlə sahib olan borclu ödəməyə başladığı zaman ilk olaraq ipoteka kreditini götürdüyü 25 illik faizini ilkin olaraq ödəyir daha onun ödənişləri əsas borca yönəlir.
Sosial ödənişlər
Sosial ödənişlər (sosial müavinet) — işçiyə əməyin kəmiyyətindən və keyfiyyətindən asılı olmayan, həvəsləndirici və ya kompensasiya olmayan ödənişlər sosial paketə daxildir. Bir sıra ekspertlərin fikrincə, sosial ödənişlərə işçilərə sosial müavinət kimi (müalicə, istirahət, ezamiyyət, işlə təmin olunmaq üçün) göndərilən, stimullaşdırıcı və ya kompensasiya xarakteri daşımayan, işçilərin ixtisasından, mürəkkəbliyindən, keyfiyyətindən, kəmiyyətindən, şərtlərindən işin özünü həyata keçirməsi asılı olmayan vəsaitlər daxildir. Sosial müavinətlər kollektiv müqavilə, əmək müqaviləsi və ya yerli qaydalarla təmin edilir. 1995-ci ildə Aİ-yə üzv ölkələrdə aparılan araşdırmalara görə, ailələrin 2/3-i sosial müavinət alanlardır. Fransada ailələrin 75%-i, İspaniya, Yunanıstan və İtaliyada isə 50%-i sosial müavinət alır. Aztəminatlı ailələrin ümumi əhalidə xüsusi çəkisini azaltmaq üçün sosial transferlərə ehtiyac var. Aztəminatlı ailələr gəlir səviyyəsi orta milli gəlirin 50%-dən aşağı olan ailələrdir. Sosial müavinət alandan sonra Aİ-də yoxsul ailələrin sayı azalıb. Danimarkada bu göstərici 27%-dən 8%-ə düşüb. Hollandiyada 26%-dən 11%-ə endirildi.
Annuitet məbləğinin gələcək dəyəri
Annuitet – borcun aylıq bərabər hissələr ilə ödənilməsidir. Yəni annuitet ödəniş zamanı sız qalıq məbləğdən asılı olmayaraq, hər ay bərabər miqdarda məbləğ (kredit+ ona görə faiz) ödəyirsiniz. Bu ödənişlər aylar üzrə elə hesablanır ki, kreditin ödəniş müddətinin sonunda borc tamamilə ödənilmiş olsun. Məsələn:Bankın 22% ilə 12 ay müddətində verilmiş 2000 manat dəyərində kreditin aylıq ödənişi 187.79 manatdır.Bu nümunədə aylıq ödəniləcək məbləğ annuitet məbləğini göstərir. Annuitet ödəmənin düsturu: 1. Hər ay annuitet ödəmə: A = K ⋅ S {\displaystyle A=K\cdot S} , burada: A – aylıq annuitet ödəmə, K – annuitet əmsalı, S – kreditin məbləğidir. 2. Annuitet əmsalı: K = i ⋅ ( 1 + i ) n ( 1 + i ) n − 1 {\displaystyle K={i\cdot (1+i)^{n} \over (1+i)^{n}-1}} burada: K – annuitet əmsalı, i – kredit üzrə aylıq faiz dərəcəsidir (=illik dərəcə/12 aya), n – kreditin ödənilməsi müddətində dövrlərin miqdarı. Annuitetin 2 növü var: Müəyyən annuitet və qeyri-müəyyən annuitet Müəyyən annuitet- Müəyyən annuitetlərdə ödənişlər müəyyən bir zaman müddəti ərzində başlayır və müəyyən bir tarixdə bitir. Məsələn, kreditlərin ödənişlərinin başlama və bitmə tarixi bəllidir.