ANTİKLİNAL

yun. anti – əks + yun. klino – əyilmə

ANTEKLİZ
ANTİKLİNORİUM
OBASTAN VİKİ
Antiklinal
Antiklinal (yun. anti — aks va klino — ayrılıram) — Yer qabığında süxurların qabarıq yatım forması, yəni qıvrımlı strukturların yüksəkdə qalan hissəsi. Antiklinal adətən təbəqəli çökmə, yaxud effuziv, o cümlədən metamorfikləşmiş süxurların yatım forması, eləcə də ardıcıl təbəqələşən layların qabarıq tərəfi yuxarıya yönəlmiş qırışığıdır. Antiklinal nüvəsində qədim, qanadlarında isə cavan süxurlar yatırlar. Qırışığın büküş yeri kilid adlanır. Antiklinal təşkil edən layların büküş yerini birləşdirən səth ox müstəvisi, yan hissələr isə qanadlar adlanır. Ox müstəvisinin vəziyyətindən asılı olaraq antiklinal düz və ya normal, çəp, aşırılmış, çevrilmiş və i. olur. Sinonim: Antiklinal qırışıq. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.

Значение слова в других словарях