Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hazır qəhvə
Hazır qəhvə ya da qəhvə tozu, mayalanmış qəhvə çərdəklərindən əldə edilən içkidir. Qurutma prosesi dondurularaq və ya sprey köməkliyi ilə həyata keçirilir. Sıxışdırılmış maye halında olan hazır qəhvə növləri də vardır. Hazırlama qaydası (isti suda asanlıqla həll olması), qəhvə çəyirdəyinə müqaisədə daha yüngül olması və uzun müddətli ömrü hazır qəhvənin üstünlükləri arasında yer alır. Bundan başqa, yaxşı qurudulmamış hazır qəhvə asanlıqla xarab ola bilər. == Tarixi == Hələ Amerika Vətəndaş Müharibəsi zamanı, birlik ordusu üçün "Essence of Coffee" adı altında konsentratlaşdırılmış qəhvə/süd/şəkər qarışığı istehsal edilir. Bu cür hazır qəhvə, bir çay qaşığı bir fincan isti su ilə qarışdırılaraq içilirdi. Ancaq bu qarışıq qoşunlar arasında o qədər populyar olmadığı üçun, tezliklə istehsalı dayandırılır. Hazır və ya həll olunan qəhvə 1890-cı ildə Yeni Zelandiyanın "Invercargill" şəhərində yaşayan David Strang tərəfindən ixtira edilmiş və 3518 nömrəsi ilə patentləşdirilmişdir Patentləşdirilmiş məhsul, "Quru isti hava" prosesinə istinad edilərək "Strang's Coffee" ticarət markası adı altında satılmağa başlamışdır. Bəzi müasir mənbələr isə, ixtiranın fransız yumorist və yazıçı Alphonse Allaisa məxsus olduğunu qeyd edirlər.
Qayıb Qayıbov
Hacı Qayıb hamamı
Hacı Bani və ya Hacı Qayıb hamamı — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan hamam. == Haqqında == Hamam uzun əsrlər boyu torpaq altında qalmışdır. 1964-cü ildə bu ərazidə arxeoloji-təqdiqat işləri aparılarkən orta əsrlərə aid hamam aşkar olunmuşdur. Hamam XV əsrin sonlarında tikilmişdir. Hamamın sifarişçisi Hacı Qayib, memarı isə Hacı Bani olmuşdur. Ona görə də hamama ya Hacı Qayib, ya da Hacı Bani hamamı deyirlər. Müsəlman şəhərlərinin əsas elementlərindən biri olaraq bu hamam karvan yolu üzərində öz iri həcmli görünüşü ilə seçilir. Memarlıq formalarında mövcud olan otaqların zəngin örtüklər sistemi hətta kiçik kameraların interyerinə belə son dərəcə bədii ifadəlik verir. Hamama daxil olarkən orada ifadəli memarlıq formalarından, dolğun həcmli plastika üslubundan istifadə edildiyini hiss etmək olur. 2017-ci il Martın 18-də “ABAD”-a qoşulan ailələrin məhsullarının nümayişini həyata keçirtmək üçün tarixi hamamın ərazisində “ABAD” sənətkarlıq mərkəzi fəaliyyətə başlayıb.
Hacı Qayıb məscidi
Hacı Qayıb məscidi — 1898-ci ildə tikilmiş və İçərişəhərdə yerləşən tarix-memarlıq abidəsi. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Sovet işğalından sonra məsciddə ibadət dayandırılıb. Hazırda yaşayış evi kimi istifadə olunur. == Tarixi == Hacı Qayıb məscidi 1898-ci ildə Hacı Qayıbın sifarişi ilə İçərişəhər ərazisində Mirzə Mənsur, 41 ünvanında tikilib. Məhəmməd məscidi yaxınlığında yerləşir və binanın baş fasadı cənub-qərbə baxır. Məscid klassik üslubdadır, bir mərtəbəlidir və minarəsi yoxdur. Fasadın cənub-şərq divarında Mirzə Mənsur küçəsi tərəfdə yerləşən portalının divarı üzərində kitabə mövcud olub. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.
Molla Qayıb bəy
Hazır ol (film, 1939)
== Məzmun == Təxribatçı sərhədi gizli yolla keçərkən onu tutub saxlamağa çalışan traktorçunu ağır yaralayır. Həyəcan siqnalı ilə ayağa qaldırılan sərhədçilər axtarışdan və təqiblərdən sonra sərhədi pozanları tuturlar. Yaralanmış traktorçunu isə Bakıya göndərirlər. Burada vaxtında görülən cərrahiyyə əməliyyatı və qan köçürülməsi nəticəsində onun həyatı xilas edilir. Dövlət sərhədinin pozulması ilə bağlı macəralı hadisələr fonunda qanköçürmənin müalicəvi üstünlükləri və donorluq təbliğ olunur. == Film haqqında == Film Azərbaycan Dövlət Qanköçürmə İnstitutunun sifarişi ilə çəkilmişdir. Kinolent ölkəmizdə donorluğun əhəmiyyəti haqqında söhbət açır. Filmdə görkəmli cərrah Fuad Əfəndiyev bu sahədəki elmi təcrübələrini nümayiş etdirir. Kinolentin bir parçası Azərbaycan Dövlət Film Fondunda saxlanılır. Filmin tamamı saxlanılmayıb.
Qışlaq-i Qayıb və Məhəmmədəli (Pərsabad)
Qışlaq-i Qayıb və Məhəmmədəli (fars. قشلاق غايب ومحمدعلي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Qayıq
Qayıq — qədim su nəqliyyatı vasitəsi, su nəqliyyatının ən mükəmməl növü. Qayıq Neolit dövründən məlumdur. İlk qayıqları qalın və uzun ağac gövdəsinin içini daş alətlərlə oyub düzəldirdilər. Qədim zamanlarda heyvan dərisindən, papirusdan və s.-dən də qayıq hazırlanırdı. Qayığın hərəkətini asanlaşdırmaq və sürətini artırmaq məqsədilə ağacın alt hissəsini yonub yastı hala salır, qabaq tərəfini isə nazildib itiləşdirirdilər. Belə qayıqlar ilk dəfə avstraliyalılar tərəfindən yaradılmışdı. E.ə. II minilliyin sonu — I minilliyin əvvəllərində dəniz və çaylarda yük daşımaq üçün avarlı və yelkənli qayıqlar hazırlanırdı. Qayıq Azərbaycanda da qədimdən məlumdur. Qobustan qayalarında içərisində adam, bəzən də burun hissəsində günəş həkk edilmiş qayıq təsvirləri Azərbaycanın qədim sakinlərinin, Azərbaycanda yaşamış tayfaların hələ e.ə.
Qayış
Qayış (texnika) — maşın hissəsi. Qayış (mifologiya) — mifik canlı.
Hızır Paşa
Hızır Paşa — Misir və Budin bəylərbəyi, Osmanlı vəziri == Həyatı == == Mənbə == Sicill-i Osmani VI, səh.
Yazır boyu
Yazır boyu — Oğuz Xaqan Dastanına görə Oğuz Türklərinin 24 boyundan biri. Bu boyların Boz oxlar qolundan (sağ qolundan) Oğuz Xanın oğlu Ay xanın soyundan gəldikləri qabul edilir. Yazır Əskişəhər, Dənizli vilayətinin Acıpayam rayonunun bir qəsəbəsi və Çal rayonunun kəndi, Yozqat və Çorum bu boyun mənsubları ilə əlaqaləndirəcək şəkildə Yazır kəndi, Çal adını daşımaqdadır. Təkə sancağı (Antalya) Yazır obası sarı və qara olmaqla iki qola ayrılmışdır. Bu bölgələrdə olduqca mühüm yazır topluluqları yerləşmişdir. Antalya-Korkuteli-Yazır Kumluca-Yazır Kayseri-Yazır Finike-Yazır. "Yazır" kəliməsi yurdu geniş mənasında istifadə edilmişdir. Türkmənistanın Ahal vilayətində Yazır boyundan olan türkmənlərin yaşadığı orta əsrlər sənətkarlığına aid Tak-Yazır şəhərinin xarabalıqları qorunmuşdur. Yaşayış məskəni kimi ilk dəfə XI əsrdə Mahmud Kaşğarinin Divanü Lüğat-it-Türk əsərində qeyd edilmişdir.
Kələk (qayıq)
Hacı Qayib hamamı
Hacı Bani və ya Hacı Qayıb hamamı — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan hamam. == Haqqında == Hamam uzun əsrlər boyu torpaq altında qalmışdır. 1964-cü ildə bu ərazidə arxeoloji-təqdiqat işləri aparılarkən orta əsrlərə aid hamam aşkar olunmuşdur. Hamam XV əsrin sonlarında tikilmişdir. Hamamın sifarişçisi Hacı Qayib, memarı isə Hacı Bani olmuşdur. Ona görə də hamama ya Hacı Qayib, ya da Hacı Bani hamamı deyirlər. Müsəlman şəhərlərinin əsas elementlərindən biri olaraq bu hamam karvan yolu üzərində öz iri həcmli görünüşü ilə seçilir. Memarlıq formalarında mövcud olan otaqların zəngin örtüklər sistemi hətta kiçik kameraların interyerinə belə son dərəcə bədii ifadəlik verir. Hamama daxil olarkən orada ifadəli memarlıq formalarından, dolğun həcmli plastika üslubundan istifadə edildiyini hiss etmək olur. 2017-ci il Martın 18-də “ABAD”-a qoşulan ailələrin məhsullarının nümayişini həyata keçirtmək üçün tarixi hamamın ərazisində “ABAD” sənətkarlıq mərkəzi fəaliyyətə başlayıb.
Qayış (mifologiya)
Qayış — türk, anadolu və altay xalq inancında mifik canlı. Anadoluda "Kayış Bacak" və ya "Kayış Baldır" olaraq da deyilər. Lohusalara müsəllət olub hava karardıktan sonra ortaya çıxaraq tan vaxtına qədər gəzər. Əyri qıçlı, qorxunc görünüşlü bir varlıqdır. Lohusanın çiyinlərinə ayaqları öndən sarkacak şəkildə sıx yerləşir və gəzməsini, gəzişməsinə istər. Öz ayaqları üzərində dayanıb gedə bilməz. Bunun üçün də insanları aldadıb, onun boynuna minər. Sonra qayış ayaqlarını onun belinə dolayıb onu buraxmaz. Əlsiz və ayaqsız bir qoca görünümündədir. Çay kənarında oturub, yazıq bir görünüşlə boynunu büküb oradan keçənlərdən, onu çiyininə alaraq çayın digər sahilinə keçirmələrini istər.
Qayış (texnika)
Qayış — dartıcı birləşmədə dartı qüvvəsini və fırlanma sürətini ötürmək üçün tətbiq olunan yastı, pazvari, pazvari dişli formalı elastiki maşın hissəsidir. Zaman keçdikcə qayışların hazırlanmasında qədimdə yastı qayış üçün nəzərdə tutulmuş gön əvəzinə süni materialdan istifadə edilməyə başlamışdır. Süni material daha yüksək sürtünmə əmsalı, genişlənməyən daxili və qoruyucu məqsədilə tətbiq olunan xarici qatlardan ibarətdir. Yastı qayışlar bir və ya bir neçə neylon və ya poliamid qatlardan hazırlanır. Eyni ilə yastı qayışlar bu materiallardan ibarət kord sapların sonsuz burulması ilə də hazırlana bilir. Yüksək elastiklik tələb olunan kiçik diametrli qasnaqların tətbiqində hər iki tərəfi rezinlə örtülmüş poliyestr parçadan olan qayışlardan istifadə edilir. Yastı qayışların möhkəmliyi σ_b≈450 MPa həddində yerləşir. Pazvarı qayışlar tətbiq məqsədindən asılı olaraq üzvi materiallardan hazırlanırlar. Tipik material kimi o rezin içlik və rezin oturacaqda yerləşdirilmiş, vulkanlaşdırılmış və yeyilməyə davamlı xlorofendə hopdurulmuş pambıq materialla bürünmuş poliyestr çubuqdan (və ya kord saplarından) hazırlanır. Yan tərəfi açıq olan pazvari qayışlarda polyestr çubuq xüsusi qarışıqdan ibarət əsasda oturdulur.
Sualtı qayıq
Sualtı qayıq — uzun müddət su altında müstəqil əməliyyatlar icra edə bilən gəmi növüdür. Su sıxışdırma həcmi 26000 t olan sualtı qayıqlara sualtı gəmilər də deyilir. Sualtı qayıqlar bir çox ölkələrin hərbi-dəniz qüvvələrinin tərkib hissəsidir. Onların üstün cəhətləri gizli olmalarıdır. Bu xassələrdən hərbdə geniş istifadə olunur. İnsanların suyun altında mümkün qədər çox qalma arzuları uçmağa canatma qədər qədimdir. Ona görə də, adamlar uyğun qurğuların yaradılamsı ilə məşğul idilər. Antik dövrdən Aristotel və Plini bu haqqda xəbər verirlər. Hətta Böyük İskəndərin də Aralıq dənizində kürənin içərisində suya baş vurması haqqında məlumatar var. Bizə gəlib çatan cizgilər arasında XIII əsrdə anadan olmuş Qudo Vigevano tərəfindən işlənmiş sualtı qayıqları da var.
Yal (qayıq)
Yal qayığı (nid. jol; adətən Yalik olaraq adlandırılır) — yüngül yelkənli qayıq və ya yelkənli, avarlı qayıq. Bu qayıqlar əsasən iri gəmilərin sahillə əlaqəsinin təminatında, yüngül yüklərin və insanların daşınmasında və gəmilərin təmirində istifadə edilir. Həmcinin idman-turizm istiqamətli məqsədlərə xudmət edir. Altı yelkənli qayığın yalnız bir dor ağacı olur. Dor ağacı əsasən tozağacı və ya şamdan hazırlanır. Uzunluğu 5,5 metrdir. Hazırlanması və materialına görə fərqlənirlər: taxta lövhə — YAL-6, YAL-4, YAL-2, şpondan — YALŞ-6, YALŞ-4, YALŞ-2, plasmasdan — YALP-6, yüngül lehimli materialdan — YALA-6. YAL-6 və ya Altı yelkənli yal — qayıqlar əsasən taxtadan hazırlanır. Uzunluğu 6,11 metr, eni 1,85 metrdir.
Vətənə qayıt
Vətənə qayıt — Əzizə Cəfərzadənin 1973-cü ildə yazdığı və "Şirvan" trilogiyasının 1-ci kitabı olan roman. Əzizə Cəfərzadə 1973-1978-ci illərdə ilk tarixi romanı olan “Aləmdə səsim var mənim” adlı əsəri yazarkən, eyni vaxtda “Vətənə qayıt” tarixi romanını da yazmış və bu əsəri XVIII əsrdə rus qoşunlarının Azərbaycana ilk yürüşü zamanı şair Nişat Şirvaninin həyatında baş verən hadisələrə həsr etmişdir. Romanda vətən və məhəbbət xətti aparıcı yer tutmaqdadır. Yazıçı bütün roman boyu bu sujet xətlərini paralel, bəzənsə qovşaq təsvirini vermişdir. Əsərdə yalnız Nişat Şirvaninin deyil, taleyini vətənlə bağlamış bir sıra qəhrəmanların obrazları da bədii inikasını tapmışdır. "Vətənə qayıt" əsərində hadisələrin cərəyan etdiyi tarixi dövr haqqında oxucuda bitkin təsəvvür yarada bilmişdir. Romanın başlanğıcı olan "Beş qız idik..." hekayəsi xüsusilə diqqət çəkir. Təsvir edilən hadisə Azərbaycan xalqının faciəvi həyatını öyrənmək üçün oxucunu keçmişə aparır. Əsərin qəhrəmanlarından biri olan Sürəyya xanımın gözəl qızı Nisəbəyimin yad ellərə düşməkdənsə övladı ilə birlikdə od içində yanması xalqın sonsuz qəzəbindən xəbər verir. Romanda təsvir olunan hadisələr, əsasən, qədim Şamaxıda cərəyan edir.
Gazir
Gazir (fars. گازير‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 160 nəfər yaşayır (38 ailə).
Məhəmməd Həmdi Yazır
Elmalılı Məhəmməd Həmdi Yazır (1878, Elmalı, Antalya ili – 27 may 1942, İstanbul), pedaqoq, xəttat, musiqişünas, quran təfsirçisi Elmalılı Məhəmməd Həmdi Yazır 1877-ci ildə Antalyanın Elmalılı qəzasında dünyaya gəlmişdir. Atası Numan Əfəndi əslən Burdurun Gölhisar qəzasının Yazır kəndindən idi. Numan Əfəndi kiçik yaşlarında Yazır kəndindən Elmalıya gəlmiş, orda oxumuş və Şəriət məhkəməsində baş katibi vəzifəsində işləmişdir. Həmdinin anası Elmalı alimlərindən Mehmet Əfəndinin qızı Fatma xanım idi. İbtidai məktəbi və bugünkü orta məktəblərə uyğun gələn Rüşdiyə mədrəsəsini Elmalıda bitirən Həmdi Əfəndi 1882-ci ildə dayısı Xoca Mustafa Sarılar ilə birlikdə İstanbula gəlmiş və dövrünün alimlərindən Kayserili Mahmud Həmdi Əfəndidən dərs almışdır. İstanbulun digər tanınmış müəllimlərinin dərslərində də iştirak etdikdən sonra 1906-cı ildə "Bəyazid ustadı (professoru)" diplomuna layiq görülmüşdür. Həmin ilki seçkilərdə Antalyadan millət vəkili seçilmiş və İkinci Konstitusiyanın I məclisində 1876-cı il "Qanun-i Əsasi" nin dəyişdirilməsində mühüm rol oynamışdır. 1909-cu ildə Mülkiyə məktəbində "Vəqf və ərazilərə dair ehkamlar" fənnindən dərs demiş və həmin illərdə Qazilər məktəbində Fiqh dərslərini vermişdir. Daha sonra "Dar əl-Hikmə əl-İsləmiyə" yə (Şeyxülislamla bağlı yüksək müşavirə heyəti) üzv, bir müddətdən sonra da həmin quruma sədr seçilmişdir. Birinci dünya müharibəsindən sonra Vəqflər Nazirliyində işləmiş və bu ərəfədə Əyanlar Məclisinin üzvü olmuşdur.
Qayı boyu
Qayı boyu və ya Kayı boyu (Qayığ, Kayığقايى بويى/قيغ بويى) — Oğuzların boz ox qolundan. Türkmən tarixçisi Ovez Gündoğduyev Qayı boyunun Hun boyu olan Haylandur boyu eyni olduğu fikrini irəli sürür. Qayı kəlməsi, "möhkəm, qüvvət və qüdrət sahibi" deməkdir. Qayı boyunun simvolu, iki ox və bir yaydan ibarətdir. Oğuz Xan oğlu Gön Xan oğlu Qayının, bu boyun cəddi olduğu söylənilir. İyirmi il hökmdarlıq edən Qayının nəsli uzun illər bu məqamda qalmışdır. Oğuzlar: Tarihleri-Boy Teşkilatı-Destanları, İstanbul 1999 (Prof.
Qayı sülaləsi
Qayı boyu və ya Kayı boyu (Qayığ, Kayığقايى بويى/قيغ بويى) — Oğuzların boz ox qolundan. Türkmən tarixçisi Ovez Gündoğduyev Qayı boyunun Hun boyu olan Haylandur boyu eyni olduğu fikrini irəli sürür. Qayı kəlməsi, "möhkəm, qüvvət və qüdrət sahibi" deməkdir. Qayı boyunun simvolu, iki ox və bir yaydan ibarətdir. Oğuz Xan oğlu Gön Xan oğlu Qayının, bu boyun cəddi olduğu söylənilir. İyirmi il hökmdarlıq edən Qayının nəsli uzun illər bu məqamda qalmışdır. Oğuzlar: Tarihleri-Boy Teşkilatı-Destanları, İstanbul 1999 (Prof.
Tısbağa (sualtı qayıq)
Tısbağa (ing. Turtle) — Hərbi məqsədlər üçün yaradılmış ilk sualtı qayıq. Amerikalı müharibə veteranı Devid Buşnel (1740 – 1824) tərəfindən ixtira olunmuşdur. Tısbağa suyun altında düşmən gəmilərinə yaxınlaşaraq dəniz minasını gəminin alt hissəsinə yerləşirir və ərazidən uzaqlaşdıqdan sonra mina partladılırdı. Tısbağadan ilk dəfə ABŞ İstiqlal müharibəsi dövründə Britaniya Donanmasının gəmilərinə qarşı istifadə olunmuşdur. Konnektikut ştatının qubernatoru Conatan Trumbel ixtiranın müharibədə istifadə olunmasını Corc Vaşinqtona məsləhət görmüşdür. Vaşinqton Tısbağanın açıq müharibədə istifadə olunmasına ilk öncə isti yanaşmasada, hərbi məqsədlər üçün olan ilk sualtı qayığın test edilməsi üçün lazımi maliyyə vəsaitinin ayrılmasına razılıq vermişdir. Aparılan test yürüşlərinin ardından ilk dəfə 1776-cı ildə Nyu-York limanında lövbər salan Böyük Britaniya donanmasına aid gəmilərin alt hissələrinə tısbağa vasitəsilə dəniz minasının yerləşdirilməsinə cəhd göstərilmişdir. İlk cəhdlərin hər biri uğursuzluqla nəticələnir və sualtı qayığın mövcudluğu ingilis dənizçilər tərəfindən aşkarlanır. Tısbağada olan əsas problem oksigen çatışmamazlığı idi.
Vətənə qayıt (roman)
Vətənə qayıt — Əzizə Cəfərzadənin 1973-cü ildə yazdığı və "Şirvan" trilogiyasının 1-ci kitabı olan roman. Əzizə Cəfərzadə 1973-1978-ci illərdə ilk tarixi romanı olan “Aləmdə səsim var mənim” adlı əsəri yazarkən, eyni vaxtda “Vətənə qayıt” tarixi romanını da yazmış və bu əsəri XVIII əsrdə rus qoşunlarının Azərbaycana ilk yürüşü zamanı şair Nişat Şirvaninin həyatında baş verən hadisələrə həsr etmişdir. Romanda vətən və məhəbbət xətti aparıcı yer tutmaqdadır. Yazıçı bütün roman boyu bu sujet xətlərini paralel, bəzənsə qovşaq təsvirini vermişdir. Əsərdə yalnız Nişat Şirvaninin deyil, taleyini vətənlə bağlamış bir sıra qəhrəmanların obrazları da bədii inikasını tapmışdır. "Vətənə qayıt" əsərində hadisələrin cərəyan etdiyi tarixi dövr haqqında oxucuda bitkin təsəvvür yarada bilmişdir. Romanın başlanğıcı olan "Beş qız idik..." hekayəsi xüsusilə diqqət çəkir. Təsvir edilən hadisə Azərbaycan xalqının faciəvi həyatını öyrənmək üçün oxucunu keçmişə aparır. Əsərin qəhrəmanlarından biri olan Sürəyya xanımın gözəl qızı Nisəbəyimin yad ellərə düşməkdənsə övladı ilə birlikdə od içində yanması xalqın sonsuz qəzəbindən xəbər verir. Romanda təsvir olunan hadisələr, əsasən, qədim Şamaxıda cərəyan edir.
Sualtı qayıq (film)
Sualtı qayıq (ing. Das Boot, Almanca tələffüz: [das ˈboːt], hərf. "Qayıq") — Volfqanq Petersenin ssenaristliyi və rejissorluğu, Günter Rohrbaxın prodüserliyi ilə 1981-ci ildə çəkilmiş Qərbi Almaniya müharibə filmi. Filmin baş rollarını Yurgen Proxnov, Herbert Grönemayer və Klaus Vennemann oynayır. Film həm teatr buraxılışı (1981), həm də miniserial (1985) kimi nümayiş etdirilmişdir. Bundan başqa, bir neçə fərqli ev videosu versiyaları, həmçinin Petersenin nəzarət etdiyi rejissor versiyası (1997) buraxılmışdır. Lothar-Günter Buxheymin Almaniya sualtı qayığı "U-96"da yaşadığı təcrübələrinə əsaslanan 1973-cü ildə yazdığı romanın adaptasiyasıdır. Filmin hadisələri İkinci Dünya müharibəsində cərəyan edir, mövzusu "U-96" və onun ekipajının Atlantika döyüşündə təhlükəli patrulu haqqındadır. Film həm döyüş həyəcanını, həm də nəticəsiz ovun yorğunluğunu təsvir edir, "U-boat"larda xidmət edənləri öz yoldaşları və ölkələri üçün əllərindən gələni etmək arzusu ilə adi insanlar kimi göstərir. İstehsal prosesinə 1979-cu ildə start verilmişdir. 1976-cı ildə film üçün bir neçə ABŞ rejissorunun işə götürülməsi nəzərdən keçirilmişdir və film inkişaf cəhənnəminə düşmüşdür.
Sualtı qayıq (roman)
Sualtı qayıq (ing. Das Boot, Almanca tələffüz: [das ˈboːt], hərf. "Qayıq") — Lothar-Günter Buxheym tərəfindən 1973-cü ildə yazılmış, onun "U-boat" sualtı qayıqlarında müharibə müxbiri kimi təcrübələrinə əsaslanan avtobioqrafik Almaniya romanı. Buxheym İkinci Dünya müharibəsi zamanı "U-96" və "U-309" sualtı qayıqlarında keçirdiyi vaxtları qeydə almışdır. Buxheymin tarixi dram kitabı 1973-cü ildə "Piper Verlag" tərəfindən nəşr olunmuş, kitab milyonlarla tirajla satılmış və 18 dilə tərcümə edilmişdir. Roman Almaniya sualtı qayığında ağır və çətin sualtı döyüş həyatını təsvir edir. Kitab 1981-ci ildə Volfqanq Petersenin ssenari müəllifi və rejissoru olduğu, baş rollarda Yurgen Proxnov, Herbert Grönemayer və Klaus Vennemannın oynadığı "Sualtı qayıq" döyüş filminin əsasını təşkil edirdi. Film romanın məzmununa bəzi dəyişikliklər etmişdir.
Qalib Qadir
Qalib Əhmədov — publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1984), Azərbaycan Fəlsəfə Cəmiyyətinin üzvü (1986). "Dünyaya pəncərə" qəzetinin təsisçisi və baş redaktoru. 1949-cu il iyunun 1-də Azərbaycanda Qəbələ rayonunun Sileyli kəndində anadan olmuşdur. Hacallı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinə daxil olmuş (1966), sonra təhsilini filologiya fakultəsində davam etdirmişdir (1967-1972). 2020-ci il iyunun 16-da vəfat etmişdir. Əmək fəaliyyətinə Qəbələ rayonunda müəllim kimi başlamış, sonra Sumqayıtda 49 saylı orta texniki-peşə məktəbində tərbiyyəçi, müəllim, tədris hissə müdiri vəzifələrində işləmişdir (1973-1980). Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə aspiranturaya daxil olmuşdur (1979). Azərbaycan Elmlər Akeademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı kimi ictimai şüur, ünsiyyət, siyasi mədəniyyət və digər problemlərə dair bir sıra elmi məqalələrlə çıxış etmişdir (1983-1987). "İflas: səbəblər və nəticələr" (1991) kitabında cari ictimai-siyasi hadisələr haqqında elmi araşdırmaları toplu halda nəşr olunmuşdur. "Təşviqatçı", "Dialoq" jurnallarında elmi-nəzəri şöbənin müdiri (1980-1990), "Azərbaycan kommunisti" və "Dirçəliş" jurnallarında ideologiya şöbəsinin müdiri, "Ayna" qəzetində tərcüməçi (1990-1993), Bakının Nərimanov rayonunda Əmək və Məşğulluq Mərkəzinin direktoru (1993-1995), "Xalq qəzeti", "Yeni Azərbaycan" qəzetlərində ədəbi işçi, şöbə müdiri, redaktor müavini (1996-1998) "Respublika" (2004-2006), "Azərbaycan" (2006-2008) qəzetlərində müxbir, bölgə müxbiri vəzifələrində işləmişdir.
Sualtı qayıq (film, 1981)
Nazir
Nazir — Kişi adı. Nazir Əhmədli — Kimya elmləri namizədi. Nazir Əliyev Nazir Rüstəmov Nazir Əkbərabadi — Hindistan şairi.
Nayib Bukele
Nayib Armando Bukele Ortes (isp. Nayib Armando Bukele Ortez; 24 iyul 1981, San Salvador) — Salvadorun hazırkı Prezidenti olan salvadorlu siyasətçi və iş adamı. Bukele 11 mart 2012-ci ildə Nuevo-Kuskatlanın bələdiyyə sədri seçildi. 1 mart 2015-ci ildə San Salvador bələdiyyə sədri seçildi və 1 may 2015-ci ildə vəzifəyə başladı. Siyasətdə özünü solçu hesab edir. Bukele dövləti avtoritar şəkildə idarə etdiyi üçün tənqid edildi. Xüsusilə, qanun layihəsinin qəbul edilməsini təşviq etmək və Salvador Qanunverici Məclisini devirmək üçün Qanunvericilik Məclisinə ordu çağırması ilə qınandı. Bu hərəkət Salvadordakı bir qrup şəxs tərəfindən onu avtokrat və avtoritar olaraq xarakterizə etmələrinə sövq etdi. "Transparency International" Salvador və Kolumbiyanı Latın Amerikasında pandemiya ilə mübarizə əlaqəli "qanun pozuntuları və korrupsiya halları"na görə qınadı. Bukele hökumətinin 20 hökumət qurumu Baş Prokurorluq tərəfindən araşdırılırdı, 2021-ci ilin may ayında Salvador baş prokurorunu və beş ali məhkəmə hakimini vəzifədən azad etdi və bu ölkədə etirazlara səbəb oldu.
Nayib Qasımov
Qalib Ağayev
Qalib Ağayev (tam adı: Qalib Ağabala oğlu Ağayev; 13 iyul 1941, Bakı – 21 sentyabr 2015, Bakı) — Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri. Azərbaycan SSR əməkdar iqtisadçısı (1991). Qalib Ağayev 13 iyul 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. Kirov adına Azərbaycan Dövlət Universitetini bitirmişdir. Əmək fəaliyyətinə Bakıda SSRİ Dövlət Bankının rayon bölməsində inspektor kimi başlamış, daha sonra sədr müavini, SSRİ Dövlət Bankının rayon bölməsinin sədri, SSRİ Dövlət Bankının Azərbaycan kontorunun sədrinin müavini, SSRİ Dövlət Bankı Azərbaycan Respublika bankının İdarə Heyətinin sədrinin birinci müavini vəzifələrində çalışmışdır. Sovet dövrünün son illərində SSRİ Dövlət Bankı Azərbaycan Respublika Bankının İdarə Heyətinin sədri olmuş və müstəqil Azərbaycan Respublikasının yeni yaranmış Milli Bankının ilk İH sədri təyin olunmuş, Qalib Ağayev 1 sentyabr 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Soveti sədri Heydər Əliyevin təqdimatına əsasən Azərbaycan Respublikası Milli Bankı yenidən İdarə Heyətinin sədri təyin edilmişdir. O, 22 aprel 1994-cü il tarixində vəzifəsindən azad edilmişdir. 22 sentyabr 2015-ci ildə vəfat etmişdir.
Qalib Cəfərov
Qalib Cəfərov (7 aprel 1989, Temir, Aqtöbe vilayəti, Qazaxıstan SSR, SSRİ) — qazaxıstanlı həvəskar-boksçu, dünya və Asiya çempionu. Qazaxıstan Respublikasının əməkdar idman ustası. Qalib Cəfərov 7 aprel 1989-cu ilda Temir şəhərində azərbaycanlı ailəsində anadan olub. Kudayberqen Jubanov adına Aqtöbə Dövlət Universitetinin "bədən tərbiyəsi və idman" fakültəsini bitirib. 1994-cü ildə gənclər arasında Ümümqazaxıstan oyunlarının qalibi olub. 2001-ci ildə Belfast şəhərində keçirilən dünya çempionatında gümüş, iki il sonra Banqkok şəhərində keçirilən dünya çempionatında isə qızıl medal qazanıb. 2004-cü ildə Asiya çempionu olub. Asiya Oyunlarının gümüş (Pusan, 2002) və bürünc (2006, Doha) mükafatçısıdır. 2004-cü ildə Afinada, 2008-ci ildə isə Pekində keçirilən Yay Olimpiya Oyunlarının iştirakçısıdır.
Qalib Həsənoğlu
Qalib Məmmədov - Azərbaycanlı bəstəkar. Bəstəkar 1946-cı ildə anadan olmuşdur. 1969-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konsertvatoriyasını bəstəkarlıq sinfi üzrə prof. Qara Qarayevin sinfini bitirmişdir. "Sirrlər Xəzinəsi" baletinin, "Oratorium Albanum" oratoriyasının, bir çox vokal silsilələrin, simfonik və kamera musiqisinin, mahnıların, tamaşa və filmlərə yazılmış musiqinin və s. əsərlərin müəllifidir. Beynəlxalq əhəmiyyətli musiqi festivallarının və layihələrinin təşkilatçısı və iştirakçısı olmuşdur (1997-də Norveçdə məşhur "SKRUK" xoru ilə "Landet vi kommer fra" layihəsi, 2003-də “Sommerlandet” layihəsi, Eyvind Skeienin sözlərinə və s.), əsərləri Qərbi Avropa, Rusiya, Amerika və Türkiyədə səhnələrində səslənmişdir. 2002-ci ildən etibarən Norveçdə yaşayır.
Qalib Məmmədov
Qalib Məmmədov - Azərbaycanlı bəstəkar. Bəstəkar 1946-cı ildə anadan olmuşdur. 1969-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konsertvatoriyasını bəstəkarlıq sinfi üzrə prof. Qara Qarayevin sinfini bitirmişdir. "Sirrlər Xəzinəsi" baletinin, "Oratorium Albanum" oratoriyasının, bir çox vokal silsilələrin, simfonik və kamera musiqisinin, mahnıların, tamaşa və filmlərə yazılmış musiqinin və s. əsərlərin müəllifidir. Beynəlxalq əhəmiyyətli musiqi festivallarının və layihələrinin təşkilatçısı və iştirakçısı olmuşdur (1997-də Norveçdə məşhur "SKRUK" xoru ilə "Landet vi kommer fra" layihəsi, 2003-də “Sommerlandet” layihəsi, Eyvind Skeienin sözlərinə və s.), əsərləri Qərbi Avropa, Rusiya, Amerika və Türkiyədə səhnələrində səslənmişdir. 2002-ci ildən etibarən Norveçdə yaşayır.
Qalib Nurizadə
Qalib Qarayev
Qalib Şalon oğlu Qarayev (17 yanvar 1947, Qaryagin) — tibb elmləri doktoru, professor, Rusiya Federasiyasının Tibbi Texniki Akademiyasının üzvü, Əməkdar elm xadimi Qalib Şalon oğlu Qarayev 17 yanvar 1947 ildə Füzuli rayonunun Qarğabazar kəndində anadan olmuşdur. O, 1953–1963 illərdə Qarğabazar kənd orta məktəbində oxumuş, 1966–1972 illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda (indiki Azərbaycan Tibb Universiteti) ali təhsil almışdır. Qalib Qarayev ali təhsil aldığı illərdə tələbə elmi cəmiyyətinin fəal üzvü olmuş və 1970 ildə "Ən yaxşı tələbə elmi işi" Ümumittifaq müsabiqasinin "Ürəyin işemik xəstəliyinin cərrahi müalicəsi" adlı eksperimental tədqiqat işi bürünc medala layiq görülmüşdür. Qalib Qarayev 1972–1982 illərdə Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzində müxtəlif vəzifələrdə işləmişdir. 1982 ildən Elmi-Tədqiqat Mərkəzin direktorudur. Qalib Qarayev "Sağlamlıq" jurnalının baş redaktorudur. Uzun illər AAK-nın ekspert şurasının üzvü olmuş, elmi katibi vəzifəsində çalışmışdır. Dissertasiya müdafiə şurasının sədr müavini kimi fəaliyyət göstərmişdir. Qalib Qarayev 2013 ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tibb elmləri üzrə ekspert şurasının sədri təyin edilmişdir. Rusiya Federasiyası alimləri ilə birlikdə sünii ürək və yardımçı qan dövranı aparatı üzərində apardığı elmi tədqiqat işlərini nəzərə alaraq 2014 ildə Rusiya Federasiyasının Tibbi Texniki Akademiyasının üzvü seçilmişdir.
Qalib Qasımov
Qalib Qurbanov
Qalib İslam oğlu Qurbanov (1945) — Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, Zaqatala Rayon Sovetinin sədri, Azərbaycan Kommunist Partiyası Zaqatala Rayon Komitəsinin birinci katibi. Qurbanov Qalib Islam oğlu 1945-ci ildə anadan olub. 1952-ci ildə Zaqatala şəhəri 2 nömrəli orta məktəbə daxil olub və 1963-cü ildə oranı bitirib. Həmin il Azərbaycan Neft-Kimya İnstitutunun energetika fakultəsinə qəbul olunub və 1969-cu ildə institutu bitirərək mühəndis-elektromexanik ixtisası alıb. Əmək fəaliyyətini 1965-ci ildə başlayıb. Müvafiq olarak "AzərDənizNeftTikinti" Trestinin 3 nömrəli TQİ-də fəhlə, "VOTQEO" Ümümittifaq Elmi Tədqiqat İnstitutunda, Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda, Azərbaycan Dəmir Yollarında, Ət və Süd Sənayesi Nazirliyi SMK-da müxtəlif texniki-mühəndis vəzifələrində işləyib. 1971–1972-ci illərdə hərbi xidmətdə olub. 1972–1979-cu illərdə "Azerenerji"nin enerjisatış idarəsində mühəndis-müfəttiş, qrup rəhbəri, "Dövlətenerjinazarət"in rəis müavini vəzifələrində işləyib. Evlidir. İki övladı var.
Qalib Zülfüqarlı
Qalib İbrahimoğlu
Qalib İbrahimoğlu (9 may 1972, Yevlax) — Həsən bəy Zərdabi mükafatçısı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Bakıvaxtı.az saytının baş redaktoru. Qalib İbrahimoğlu 1972-ci il mayın 9-da Yevlax şəhərində anadan olub. 1979-cu ildə Yevlax şəhər Ş.Qurbanov adına 8 saylı orta məktəbin birinci sinfinə getmiş, 1989-cu ildə həmin məktəbi bitirib. 1990–92-ci illərdə keçmiş Sovet Ordusunda hərbi xidmət keçib. 1992-ci ildə keçmiş Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Prezident yanında İdarəçilik Akademiyası) sosial idarəetmə və sosiologiya fakültəsinə qəbul olmuş, 1998-ci ildə həmin institutu bitirib. Ailəlidir, üç övladı var. 1994-cü ildən mətbuatdadır. Həmin il Yevlaxda çıxan "Nicat" qəzetində müxbir, daha sonra redaktor vəzifəsində işləyib. 1996-cı ildə Bakıda nəşr olunan "Hürriyyət" qəzetində müxbir, şöbə redaktoru, baş redaktorun I müavini vəzifəsində çalışıb.
Qalib İmanov
Qalib Gəncəvi oğlu İmanov (8 avqust 1974, Qoşabulaq, Vardenis rayonu) — tibb üzrə fəlsəfə doktoru (11 aprel 2012), invaziv və pediatrik kardioloq, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında Kardiologiya şöbəsinin müdiri. Qalib İmanov 8 avqust 1974-cü ildə Göyçə mahalının Qoşabulaq kəndində anadan olub. 1977-ci ildə ailəsi ilə birlikdə Zaqatala rayonuna köçmüşdür. 1981-ci ildə Zaqatala şəhər Şıxəli Qurbanov adına 3 saylı orta məktəbin I sinfində təhsil almağa başlamış və 1991-ci ildə həmin orta məktəbi medalla bitirmişdir. 1992-ci ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsinə daxil olmuş, 1998-ci ildə ali təhsilini başa vurmuşdur. 1998–1999-cu illərdə 1 saylı Bakı Şəhər Kliniki Xəstəxanasında həkim-interna olaraq "Anestezoloq-reanimotoloq" ixtisasına yiyələnmişdir. Qalib İmanov 1999–2001-ci illərdə Azərbaycan Səhiyyə Nazirliyi C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun "Reanimasiya və İntensiv Terapiya şöbəsi"ndə həkim-reanimotoloq işləmişdir. Həmçinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda klinik ordinator olaraq fəaliyyət göstərmişdir. 2001–2009-cu illər ərzində Mərkəzi Klinik Xəstəxanada "Ürək Mərkəzi"nin Kardiologiya bölümünün həkimi işləmişdir. 2009-cu ildən 2014-cü ilə qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalının "Kardiologiya şöbəsi"ndə invaziv kardioloq və pediatrik kardioloq olaraq fəaliyyət göstərib.
Bayır üzük-çalovabənzər əzələ
Bayır üzük-çalovabənzər əzələ (lat. musculus cricoarytenoideus lateralis) — qırtlağın əzələsi.
Bayır şəhər yaşayış yeri
Bayır şəhər — Qəbələ şəhəri ərazisində qədim yaşayış yeri. == Haqqında == 1977-ci ildə Kamaltəpənin Cənub ətəyi meşə örtüyündən təmizlənən zaman, buradan da yaşayış yeri xarabalığı üzə çıxmışdır. Bu xarabalıq təxminən 10 hektarlıq bir ərazini əhatə edir. Onun şimal kənarında Kamaltəpə və Qalanın cənub divarları yerləşir. Qərb tərəfdən axan Qaraçay isə yaşayış yerinin xeyli hissəini yuyub aparmışdır. Cənub tərəfdən Kamaltəpəyə qalxan köhnə yol yeri də var. Yeni aşkar edilən yaşayış yeri xarabalığı, Qalanın cənub divarından bayır tərəfdə yerəşdiyi üçün onu şərti olaraq Bayır şəhər adlandırırlar. XIX əsrn 40-cı illərində Qəbələ şəhər xarabalığını nəzərdən keçirən A. Yanovski Bayır şəhər abidəsi üçün elmi əhəmiyyəti olan şifahi məlumat toplaya bilmişdir. Onun əldə etdiyi məlumata görə, şəhər xarabalığa çevriləndən sonra Qalanın cənub ətəyində (yerli əhalinin dili ilə desək Çuxurda) yaşayış davam edirdi. O zaman artıq əhali bu yeri Qəbələ deyil, yerin təbii-coğrafi quruluşuna görə Çuxur-Qəbələ adlandırırdı.
Budun bayır dəri siniri
Fazıl
Fazıl (əvvəlki adı: Fazil) — Azərbaycan Respublikasının Şəki rayonunun İbrahimkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Aşağı Küngüt kənd inzibati-ərazi vahidi tərkibindəki Fazil kəndi Fazıl kəndi adlandırılmışdır. == Toponimikası == Oykonim 1917-ci ildə Fazilli, 1933-cü ildə isə Fazılkənd variantında qeydə alınmışdır. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsinin əsasını Fazil adlı şəxs qoyduğuna görə kənd onun adını daşıyır. == Tarixi == === Tarixi abidələri === Şəkinin Fazıl kəndində "Əbədi sükut dünyası" labirinti yerləşir və ətrafındakı həyətyanı sahələrindən vaxtaşırı olaraq müəyyən tapıntılar üzə çıxır. Arxeloqların sözlərinə görə, məişət avadanlıqları o dövrdə insanlarda sağa meyilliyin yüksək olmasını göstərir. Belə ki, aşkarlanan qablarda olan qulp hissələr yalnız sağ əllə götürmək üçündür. Təpəbaşı abidəsinin yerləşdiyi ərazinin əhalinin inanc yeri olduğunu labirintdə tapılan ana və ata bütləri sübut edir. == Coğrafiyası və iqlimi == Kənd Əyriçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. == Əhalisi == Kəndin əhalisi 403 nəfər təşkil edir ki, onun da 194 nəfəri kişi, 209 nəfəri isə qadındır.
Hacər
Hacər — İbrahim peyğəmbərin zövcəsi. == Tövratda Həcər == İbranicə Hagər olaraq adlandırılan bu sözün mənası “qaçmaq, qaçış” deməkdir. Həcər isə “getmək, hicrət etmək, şirkdən uzaq olmaq, yaşıdlarından üstün olmaq mənasını verən hecr kökünə aid ola bilər və Cənubi Ərəbistanda məskunlaşma mərkəzi olan Hecerlə əlaqəli olduğu güman edilir. Tövrata görə, Quranda adı çəkilməyən Həcər Misirli cariyədir. Tövratda açıq şəkildə bildirilməsə də, Həcər də Hz.İbrahimə verilən cariyələr arasında olmalıdır. Tövrata görə, uzun müddət övladı olmayan Sara dövrün qaydalarına uyğun olaraq Həcəri ərinə ikinci arvad kimi təqdim edir. Həcər hamilə qalanda Saraya münasibəti dəyişir; Sara onunla pis davranır və onu qaçmağa məcbur edir. == İslama görə == İslami mənbələrdə Həcərin Misir və Kıpt padşahlarından birinin qızı olduğu bildirilir. Atasının Menfis əhlindən olduğu və oranın şahı olduğu bildirildiyi kimi Həcərin Hz. İbrahimin Misirə gəldiyi zaman işdə olan fironun cariyələrindən olduğu da bildirilir.
Haker
Haker (ing. hacker, hack - yarmaq, sındırmaq) — əməliyyat sistemlərini bütünlüyü ilə bilən, dərinliklərinə enən, kompüterlərlə dərinləməsinə maraqlanan, proqramlamanı profesional dərəcədə bilən kompüter mütəxəssisləridir, deyə bilərik. Hakerlər hər hansı bir sistemin quruluşu üzərində sistem xətası və ya sistem açıqları tapa bilər, bu açıqların səbələrini bilərlər. Heç bir zaman öyrəndikləri ilə kifayətlənməz, daima daha çoxunu öyrənmək cəhdi içərisindədirlər. == Yaranma tarixi == Haker sözü XX əsrin 60-cı illərində informasiya texnologiyalarının inkişafı nəticəsində əmələ gəlmişdir. Haker sözü ümumiyyətlə əksərən sərt mənada başa düşülür, lakin onun çoxlu mənaları da var: Hakerlər əksər adi istifadəçilərdən fərqli olaraq proqramları detallarına kimi tədqiq etməkdən həzz alır, onların imkanlarını genişləndirməyə çalışır. Bir kəs ki, proqramlaşdırmanı çox həvəslə, şövqlə aparır və ya proqramlaşdırmanı nəzəriyyədən daha çox real şəkildə aparmağı xoşlayır. Bir şəxs ki, sürətli proqramlaşdırmanı bacarır. Öz peşəsi üzrə ekspert, öz peşəsində şövqlə işləyən. Ola bilsin ki, astronomiya hakeri.
Hamur
Xamur (türk. Hamur, kürd. Xamûr) — Ağrı ilinin ilçəsi. Düşmən işğalından qurtuluş günü 14 apreldir. == Tarixçə == Ağrının ən gənc və ən kiçik rayonu Xamurun məlum tarixi, e.ə. 14-cü əsrə aiddir. Huri, Fars, Bizans, Ərəb və Bizans abidələrinin üstünlük təşkil etdiyi Xamur, Malazgird döyüşündən sonra türklərin yurdu olmuşdur. Bundan sonra bölgədə Xarəzmşahlar, Elxanilər, Qaraçobanlılar, Qızıl Ordalılar, Cəlairilər və Qaraqoyunlu dövlətləri bu torpaq üzərində hakimiyyətdə olmuşdur. O dövrdə Yuxarı Murad bölgəsinin ən güclü qalası olan Xamur, Timurun Anadolunun işğalı ilə Monqolların hakimiyyəti altına girmiş, lakin 1421 Eleşgird döyüşündən sonra Teymurun istilasından xilas olmuş və Qaraqoyunlunun hakimiyyəti altına keçmişdir. Bölgə 1467-ci ildə Ağqoyunluarın və 1502-ci ildə Səfəvilərin suverenliyi altında olmuşdur.
Hapıt
Haput — Azərbaycan Respublikasının Quba rayonunun Əlik kənd inzibati ərazi vahidində kənd. == Tarixi == Baş Qafqaz silsiləsinin yamacındadır. Azərbaycanın qafqazdilli etnik qrupu olan haputluların məskunlaşdığı kəndlərdəndir. Özlərini hər adlandırırlar. Kəndin adı Ptolemeyin (II əsr) Albaniya şəhərləri sırasında qeyd etdiyi Xabota ilə əlaqələndirilir. Haputlular Qədim Albaniyada yaşayan 26 tayfadan biri olan hər tayfasının nümayəndələridir . Hal hazırdada qonşu kəndlər Haputlulara öz dillərində Hər deyirlər. Azərbaycan dilinin dialektlərində həm hapıtdı (hapıtmaq), həm də hər sözü "tələsik, vaxtından tez" mənalarında işlənir. Mənbələrin verdiyi məlumata əsasaən XIX əsrin ortalarında Göycay qəzasında 736 nəfər haputlu ailəsinin məskunlaşdığı Haputlu Məlikli, Haputlu Mollaqasımlı, Haputlu Gidəyli, Haputlu Nətəs Qacar, Haputlu Hacı Qətəsi, Haputlu İmamlı, Haputlu Kürd kəndləri var idi. == Toponimikası == Haput kəndi Quba rayonunun Əlik i.ə.v.-də kənd.
Harar
Harar (Harer) — Efiopiyanın əsas islam şəhəri, daş divarlarla əhatə olunmuş məscidlər və rəngarəng bazarlar şəhəri, müsəlman elmi və məktəbləri mərkəzi. == Tarixi == Əsrlər boyu Harardan Şərqi Afrikanı ərəb dünyası ilə əlaqələndirən ticarət karvanları keçib. Bu şəhərin çiçəklənmə dövrü XVI əsrdir. Şəhər o zaman böyük əraziyə malik, bugünkü Şərqi Efiopiyanı əhatə edən müstəqil Somali Sultanlığı olan Adalın paytaxtı olub, lakin vaxt ötdükcə Adal mövqelərini itirib. Hazırda Harara Efiopiya hökuməti nəzarət edir. === Cuqol === Şəhərin "Cuqol" adlandırılan köhnə hissəsi son 400 il ərzində çiçiəklənmə vaxtı qonşuların hücumlarından müdafiə üçün dörd metr hündürlüyə malik divarlarla əhatə olunub. 2006-cı ildə 82 məscidə malik Cuqol YUNESKO-nun Dünya irsi siyahısına daxil edilib. 300 ildən çox müddət ərzində köhnə şəhərə giriş qeyri-müsəlmanlar üçün bağlı olub. Burada mövcud ənənəyə əsasən, köhnə şəhərdə sakinlər evlərin xarici divarlarını müxtəlif əlvan rənglərə boyayırlar. Evlər üç növdə tikilib; bəziləri Qırmızı dəniz sahilindəki ənənəvi ərəb şəhərləri memarlığını xatırladır.
Hasar
Hasar (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Hasar (Sərdarabad) — Sərdarabad mahalında kənd.
Havar
Havar adaları (ərəb. جزر حوار‎) — Hind okeanına aid Fars körfəzində yerləşən arxipelaq. Adalar inzibati cəhətdən Bəhreynin Cənub muxafazasına daxil olsa da 16 adadan üçünə Qətər iddia edir. == Coğrafiyası və təsviri == Arxipelaqın mərkəzi Bəhreynin əsas adasından 25 km cənub-şərqdə yerləşir. Arxipelaqın bir qutaracağı Qətərin qərbindən bir km məsafədə yerləşir. Bu səbəbdən 16 adadan üçünün hansı dövlətə mənsub olması mübahisələrə səbəb olur. Ümumilikdə isə bəzi mənbələrdə ada, adacıqlar, qumlu dillər, dayazlıq və bankələrin sayı ilə birlikdə 36 adanın hələ də dəqiq kimə mənsubluğu müəyyən edilməmişdir. Arxipelaqın uzunluğu 23 kilometr, eni isə 8 km təşkil edir. Ümumi sahəsi isə cəmi 52 km²-dir. Ən böyük adası Havar adlanır.
Haxıs
Haxıs — İrəvan quberniyasının Eçmiadzin qəzasında, Vedibasar mahalının Vedi rayonunda kənd. == Tarixi və toponimi == 1590-cı ilə aid türkcə mənbədə kəndin adı "Heks" kimidir. 1728-ci ilə aid mənbədə Xınzirək nahiyəsində Haxs kimdir. Ehtimal ki, türk dillərində haxıs, haxış "dəstə", "alay", "yığın" (Azərbaycan dilində yallının bir növü olan "haxışda" oyunun adında olduğu kimi") sözündəndir. 1593-cü ilə aid mənbədə Gəncə vilayətində Ahiştabad (əsli Ahiştaabad) sancağının adı qeyd olunur == Əhalisi == 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə əhalinin bir hissəsi geri qayıtmış və ermənilərlə qarışıq yaşamışdır. 1945-ci ildə kənd ermənicə Tsorap adlandırılmışdır. 1728-ci ilə aid mənbədə kəndin adı "Hekis" kimidir. == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası.
Hazem
“Hazem” İran İslam Respublikasının Silahlı Qüvvələri tərəfindən istifadə edilən pilotsuz uçuş aparatının bir növüdür. “Hazem” hədəfləri bombalamaq üçün də istifadə edilə bilən uzaqmənzilli PUA-dır. İran Hava Hücumundan Müdafiə Qoşunlarının komandanının sözlərinə görə “Hazem” üç modeldə - qısa, orta və uzun mənzilli versiyalarda hazırlanıb. Bu PUA-ların Hava Hücumundan Müdafiə mütəxəssisləri tərəfindən Anbiya HHM bazasının gizli obyektlərinin mühafizəsi üçün yaradıldığı ehtimal edilir. Ondan kəşfiyyat missiyalarında istifadə də mümkündür. “Hazem” PUA-ları partlayıcı maddələrlə silahlandırıla bilir. Bir tədqiqatçı, dronun stels çatışmazlığına görə Hazemin ciddi hərbi əməliyyatlar meydanında İran üçün ciddi bir taktiki effektə sahib ola bilməyəcəyini bildirmişdir. == Versiyaları == “Hazem 1” - uzaqmənzilli “Hazem 2” - ortamənzilli “Hazem 3” - yaxınmənzilli == Taktiki-Texniki Xüsusiyyətləri (“Hazem A”/“Hazem B” üçün) == Uzunluğu: 11.9 m; Eni: 3.8 m; Qanad uzunluğu: 23 m; Qanad sahəsi 45 kv.m; Maksimum qalxma çəkisi: 5 t; Boş çəkisi: 1800 kq/2100 kq; Faydalı yükün çəkisi: 480 kq; Qanadlarda çənlərlə birlikdə yanacaq tutumu: 3200 kq/2900 kq; Maksimum sürəti: 130 düyün/100 düyün; Kreyser sürəti: 70 düyün; Döyüş radiusu: 260 km/240 km; Havada qalma müddəti: 15-32 saat/50-100 saat (faydalı yükdən asılı olaraq); Maksimum uçuş hündürlüyü: 30000 fut; Qalxma üçün zolağın uzunluğu: 750 m/1050 m; Enmə üçün zolağın uzunluğu: 500 m/550 m.
Kazım
Kazım — Kişi adı.
Lazer
Lazer – (ing. LASER – "Light Amplification by Stimulated Emission of Radiation" – "Məcburi şüalanma ilə işığın gücləndirilməsi"). Bu söz 1957-ci ildə Qordon Quld (Gordon Gould ) tərəfindən istifadəyə daxil edilmişdir. Fiziki mahiyyəti məcburi şüalanmanın kvant mexaniki effektindən istifadə etməklə koherent işıq axınının alınmasından ibarətdir. Lazer şüaları sabit amplitudalı fasiləsiz və ya olduqca böyük gücə sahib olan impuls xarakterli ola bilər. Bir çox konstruksiyalarda lazer qurğusunun elementləri başqa mənbədən yayılan şüaları optik gücləndirmə vasitəsi kimi istifadə edilir. Gücləndirilmiş siqnal dalğa uzunluğuna (tezliyinə), fazasına və polyarizasiyasına görə ilkin siqnalla üst-üstə düşür. Bu rabitə qurğuları üçün çox vacibdir. Adi işıq mənbələri, məsələn, közərmə lampası işığı müxtəlif istiqamətlərdə, böyük dalğa diapazonunda səpələyir. Onların çoxu koherent deyillər və bundan əlavə qeyri-lazer mənbələrdən buraxılan işıq şüaları dəqiq polyarizasiyaya da malik deyil.
Qahir
Qahir (899, Bağdad – 18 oktyabr 950 və ya 951, Bağdad) - Abbasi xəlifəsi Əbu Mənsur Məhəmməd əl-Qahir Billah ibn Əhməd əl-Mutəzid ibn Təlhə əl-Müvəffəqin anası Fitnə bərbər tayfasından olan cariyə idi. 929-cu ildə qardaşı Muktədir Billah hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra o, xəlifə təyin edilmişdir. Lakin saray əyanlarının narazılığı, eləcə də üsyançıların yeni xəlifədən bəxşiş və bir illik maaşlarının ödənməsi tələbi vəziyyəti ağırlaşdırmışdır. Nəticədə cəmi iki gün hakimiyyətdə qalan Qahir Billah, Əbul Heyca Abdullah ibn Hamdanın sayəsində üsyançıların əlindən qaçaraq sarayı tərk etmişdi. Yenidən hakimiyyətə gətirilən Muktədir Billah və böyük nüfuz sahibi vəzir Munis əl-Müzəffər arasında tezliklə yaranan münaqişə çox keçmədən müharibəyə çevrilmişdi. Munis 932-ci ildə xəlifə sarayını ələ keçirmiş, Muktədir öldürülmüşdü. Vəzir, Muktədirin oğlu Əbul Abbası yeni xəlifə təyin etmək istəyirdi. Çünki o, uşaqlıqdan Munisin nəzarəti altında böyümüşdü, ağıllı və savadlı idi. Lakin Munisin müttəfiqi Əbu Yaqub İshaq ibn İsmail Növbəxti onu bu fikrindən daşındırmışdı. Muktədirin hakimiyyəti zamanı onun ailəsi xilafətdaxili siyasətə müdaxilə etdiyindən, tez-tez üsyanlar baş verirdi.
Çayır
Çayır (lat. Cynodon) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Barmaqvari çayır
Barmaqvari çayır (lat. Cynodon dactylon) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin çayır cinsinə aid bitki növü.
Qadir Dayan
Qadir Dayan (tam adı: Qadir Həkim oğlu Dayanov; başqırdca: Ҡадир Хәким улы Даянов; 4 fevral 1910, Qonşaq[d], Perm quberniyası[d] – 19 oktyabr 1975, Ufa, RSFSR, Başqırd MSSR, SSRİ) — Başqırd dramaturqu, yazıçısı və şairi. 1938-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü Qadir Həkim oğlu Dayanov 4 fevral 1010-cu ildə Orenburq quberniyasının, Çelyabinsk qəzasının Kunaşak aulunda anadan olmuşdur. 1927-ci ildə orta məktəbi bitirmiş, Arğayaş şəhərində müəllim kurslarında təhsil almış, bir müddət pedoqoji fəaliyyətlə məşğul olmuş, məktəb direktoru vəzifəsində çalışmışdır. 1930-1933-cu illərdə K.A.Timiryazev adına Başqırdıstan Pedaqoji İnstitutunda təhsil almışdır. 1933-1935-ci illərdə Sterlitamaksk Pedaqoji Məktəbində müəllimlik etmişdir. 1936-1941-ci illərdə K.A.Timiryazev adına Başqırdıstan Pedaqoji İnstitutunda Başqırd dili və ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışmışdır. İkinci Dünya müharibəsində iştirak etmişdir. Müharibədən sonra Başqırdıstan Kitab Nəşriyyatında işləmiş və Başqırdıstan SSR Yazıçılar Birliyində məsləhətçi vəzifəsini tutmuşdur. 19 oktyabr 1975-ci ildə Başqırdıstanın paytaxtı Ufa şəhərində vəfat etmişdir. Qadir Dayan 1929-cu ildə mətbuatda yayınlanan “Qızıl bayraq” (“Ҡыҙыл флаг”) şeiri ilə yaradıcılığa başlamışdır.
Qadir Heydərov
Qadir Qədirzadə
Hacı Qadir İbrahim oğlu Qədirzadə (20 may 1948, Cəhri, Naxçıvan rayonu – 8 mart 2018) — tarixçi-etnoqraf, tarix elmləri doktoru (2005). AMEA-nın müxbir üzvü (2007). Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (indiki Azərbaycan Pedoqoji İnstitutu) Naxçıvan filalını bitirmiş (1971), Cəhridə müəllim işləmişdir (1971-75). AMEA-nın Regional Elm Mərkəzində (indiki AMEA-nın Naxçıvan Bölməsi) kiçik elmi işçi, arxeologiya, etnoqrafiya və folklor şöbəsinin (1979-86), Arxeologiya və Etnoqrafiya şöbəsinin (1987-92) müdiri, elmi işlər üzrə direktor müavini (1992-2002) işləmişdir. 2003-cü ildən 2018-ci ilə qədər AMEA Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini olub. Elmi fəaliyyətində ailə-məişət məsələləri, etnik tarix, etnik-mədəni münasibətlər, etnodemoqrafik proseslər, inanclar sistemi,türk xalqları arasında etnogenetik əlaqələrin öyrənilməsi əsas yer tutur. 150-dən çox elmi, elmi puplisistik məqalənin bir neçə kitabın müəllifidir. Əsərləri Moskvada, Ankarada, İstanbulda və digər yerlərdə dərc olunmuşdur. Beynəlxalq elmi məclislərdə məruzələr etmişdir. 8 mart 2018-ci ildə vəfat edib.
Qadir İnanır
Kadir İnanır (15 aprel 1949, Fatsa, Ordu, Türkiyə) — məşhur Türkiyə kino və televiziya aktyoru, rejissor, ssenari müəllifi, "Yeşilçam " kinostudiyasının ciddi və yaraşıqlı aktyorlarından biri. Bədii rəhbər, prodüser, layihə rəhbəri və aparıcı. 192 filmdə rol almışdır. Qadir İnanır, 15 aprel 1949-cu ildə Orduya bağlı Fatsa rayonunda Mehmet İnanır, Rukiye İnanır cütlüyünün oğlu olaraq doğulmuşdur. Kadir İnanır, böyük bir ailənin son uşağıdır. Onun özündən 14 nəfər böyük qardaş-bacısı var. O, müxtəlif məktəb yarışlarında da qabiliyyətlərini nümayiş etdirdi. Kadir İnanır, oxuduğu İstanbul Heydərpaşa Liseyini və Marmara Universitetinin, Ünsiyyət fakültəsi, Radio Televiziya hissəsini bitirdi. 1967-ci ildə Səs jurnalının təşkil etdiyi "Film Sənətçi Yarışı"nda finala qaldı. Bir sonrakı ildə (1968) təşkil edilən Gizlənpaç qəzetinin "Fotoroman Sənətçi Yarışı"nda da birinci oldu.
Qadir İsmayılzadə
Qadir İsmayıl oğlu İsmayılzadə (5 yanvar 1929, İrəvan – 24 noyabr 1998) — İmişli Rayon Komitəsinin birinci katibi. Qadir İsmayılzadə 1929-cu il yanvar ayının 5-də İrəvan şəhərində anadan olmuş, 1949-cu ildə indiki N.Tusi adına APU-nun filologiya fakültəsini bitirərək təyinatla İmişli rayonuna göndərilmişdir. O, İmişli rayon xalq maarifi şöbəsinin müdiri vəzifəsinədək yüksəlmişdir. Qadir İsmayılzadə 1971-ci ildən partiya işinə göndərilmiş, İmişli Rayon Partiya Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Q.İsmayılzadə iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, iki dəfə "Şərəf nişanı" ordeni ilə, respublika Ali Sovetinin Fəxri Fərmanları ilə təltif olunmuşdur. İki çağırış Ali Sovetin deputatı seçilmişdir. XI çağırış Ali Sovetə 254 nömrəli Qaradonlu seçki dairəsindən deputat seçilmişdir. Qadir İsmayıl oğlu İsmayılzadə uzun sürən xəstəlikdən sonra 1998-ci il noyabr ayının 24-də vəfat etmişdir. İmişli rayon icra hakimiyyətinin başçısının 14 mart 2001-ci il tarixli 71 saylı Sərəncamı ilə rayonun mərkəzi küçələrindən birinə Qadir İsmayılzadənin adı verilmişdir.
Qahir Hüseynov
Qahir Rəsulzadə
Qahir Rəsulzadə (Rəsulzodə, tac. Қоҳир Расулзода, 2007-ci il may ayına qədər — Əbdülqahir Əbdürəsul oğlu Nəzirov, tac. Абдуқоҳир Абдурасулович Назиров; 8 mart 1961) — Tacikistanlı siyasətçi, Tacikistanın 8-ci Baş Naziri, 23 noyabr 2013 tarixində təyin edildi. Əbdülqahir Nəzirov 8 mart 1961-ci ildə Tacikistanın Suğd vilayətinin Qafurov rayonunun Kistakuz kəndində (indiki Histevarz icması) anadan olub. 1982-ci ildə Tacikistan Kənd Təsərrüfatı İnstitutunu (indiki Tacikistan Aqrar Universiteti) hidravlik mühəndisliyi ixtisası üzrə bitirib, bundan sonra öz işinə Kuder şəhərində, Tacikirsovxozstroy dərnəyinin inşaat laboratoriyasının texniki-nəzarətçisi kimi başlamışdır. Qafurov rayonu. Sonra Nəzirov istehsalat şöbəsinin mühəndisi, baş mühəndisi, PMK-4 rəisi, Tacirsovxozstroy müəssisəsinin rəisi vəzifələrində çalışdı. Əbdülqahir Nəzirov 2000-ci ilin yanvarından 2006-cı ilin dekabrı ayına qədər Tacikistan Respublikasının meliorasiya və su təsərrüfatı naziri vəzifəsində çalışıb. 2008-ci ildə Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Texniki elmlər namizədi elmi dərəcəsinə malikdir.
Refiyik Qadir
Refiyik Qadir (1879, Konstansa – 20 dekabr 1929, Dobriç[d], Rumıniya Krallığı[d]) — Krım tatarı əsilli Rumıniya ordusunun zabiti. Refiyik çox tanınmış xalq müğənnisi olan Qədriyyə Nurmambetin atası olan Əhmət Nurmambetin dayısıdır. Əhməd Nurmambet də həmçinin, rumın ordusunda vuruşmuşdur. Refiyik 1878-ci ildə o dövrkü adı ilə Konstansada anadan olmuşdur. Konstansada türk ibtidai məktəbində təhsil aldıqdan sonra İaşidəki hərbi orta məktəbə qatılmışdır. Hərbi təhsilini tamamladıqdan sonra leytenant rütbəsi ilə hərbi karyerasına başlamış və polkovnik rütbəsinə qədər yüksəlmişdir. Rütbəsinin qaldırılmasının əsas səbəblərində biri Birinci Dünya müharibəsindəki əldə etdiyi uğurlarıdır. Refiyik Birinci Dünya müharibəsində döyüşmüş və əsir düşmüşdür. Müharibə bitdikdən sonra azad edilmiş və Kişinyovda, Çernivtsidəki qarnizonlarda xidmət etmişdir. Daha sonra Dobrucaya geri dönmüş və qarnizonu Bazargicdə yerləşən Qırxıncı "Kalugareni" Piyada Alayının komandanı olmuşdur.
Əl-Qadir
Əl-Qadir (ər. القادر) — Allahın adlarından biri.
Əlvari çayır
Fazil Məmmədov (nazir)
Fazil Əsəd oğlu Məmmədov(28 mart 1964, Şamaxı – 4 noyabr 2022, İstanbul) — Azərbaycan Respublikasının ilk vergilər naziri (2000–2017), 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri (2015), Azərbaycan Otüstü Hokkey Federasiyasının prezidenti (2001–2015), Azərbaycan Güləş Federasiyasının prezidenti (2007–2018), Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti (2011–2021). == Həyatı == Məmmədov Fazil Əsəd oğlu 28 mart 1964-cü ildə Şamaxı rayonunda məmur ailəsində anadan olmuşdur. 1980-ci ildə Şamaxı rayonu Cəmo Cəbrayılbəyli adına 5 nömrəli orta məktəbi nümunəvi davranış və əla qiymətlərlə bitirmişdir. 1980-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə və kredit ixtisasına daxil olmuş, 1985-ci ildə məzun olmuşdur. 1985–1987-ci illərdə Ukraynada hərbi xidmətdə olmuşdur. Hərbi xidmət keçdiyi dövrdə "Hərbi xidmətdə fərqlənməyə görə" döş nişanı ilə təltif olunmuşdur. Çernobıl faciəsi veteranıdır. 1986-cı ildə Kiyev yaxınlığındakı Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzanın nəticələrinin aradan qaldırılmasında könüllü olaraq iştirak etmişdir. Burada vacib dövlət tapşırıqlarının yerinə yetirilməsində göstərdiyi yüksək şücaət və fədakarlığa görə Ukrayna Çernobıl Birliyi tərəfindən "Çernobıl Xaçı: Cəsarətli, Şərəfli, Humanist" ordeni ilə təltif olunmuşdur. 2022-ci il noyabr ayının 4-də Türkiyənin İstanbul şəhərində müalicə aldığı xəstəxanada böyrək çatışmazlığından vəfat etmişdir.
Abdul Qadir Keyta
Abdul Qadir Keyta (fr. Abdul Kader Keïta; 6 avqust 1981[…], Abican) — cinah hücumçusu mövqeyində çıxış etmiş Kot-d'İvuar futbolçusu. 2000-ci ildən 2012-ci ilə qədər Kot-d'İvuar millisində çıxış edirdi. == Klub karyerası == "Popito" ləqəbli Keyta karyerasına yerli "Afrika Sport" klubunda başladı, daha sonra "Etual dü Sahel" klubuna keçdi. BƏƏ-nin "Əl-Əyn" və Qətərin "Əl-Sədd" klublarında çıxış etdikdən sonra 2005-ci ildə Fransanın Liqa 1 çempionatında çıxış edən "Lill" klubu ilə müqavilə imzaladı. === "Leon" === 31 may 2007-ci ildə "Olimpik Lion"un sədri Jan Mişel Ola klubun həm Keyta, həm də onun komanda yoldaşı Matyo Bodmer üçün təklif göndərdiyini açıqladı. 16 iyun 2007-ci ildə "Lion" hər iki oyunçunun keçidi ilə bağlı açıqlama verdi, Keytanın transfer dəyəri 18 milyon avro təşkil etdi. Klubda keçirdiyi 2 mövsüm ərzində bütün yarışlarda 52 oyuna 5 qol vura bilmişdir. === "Qalatasaray" === 2 iyul 2009-cu ildə "Qalatasaray" Keytanın türk klubuna qatıldığını və 8,5 milyon avroluq üç illik müqavilə imzaladığını rəsmən elan etdi. O, "Qalatasaray" forması ilə ilk qolunu Avropa Liqasının təsnifat mərhələsində "Makkabi Netaniya" klubuna qarşı oyunda (5-ci dəqiqədə) vurdu.
Aqil Qasimov Qadir
Aqil Qadir oğlu Qasımov (24 dekabr 1973, Zeynəddin, Naxçıvan rayonu) — Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində "Dendrologiya Bağı" publik hüquqi şəxs, Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi şöbəsinin, şöbə müdiri. == Həyatı == Aqil Qadir oğlu Qasımov 24 dekabr 1973-cü ildə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Babək rayon Zəynəddin kəndində ziyalı ailəsində anadan olmuşdur. 1981–1991-ci illərdə həmin kəndin S. Nadirli adına tam orta məktəbini oxumuşdur. 1991–1996-cı illərdə akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin Kənd təsərrüfatı fakültəsinin aqronom ixtisasına daxil olmuş və alim-aqronom ixtisasını bitirmişdir. 1996–2001-ci illərdə Babək rayon Kərimbəyli kəndinin şərab zavodunda mikrobioloq vəzifəsində işləmişdir. 2001–2003-cü illərdə Naxçıvan meyvəçilik sort-sınaq məntəqəsində baş məsləhətçi aqronom işləmişdir. 2003–2016-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Bioresurslar İnstitunun Zooloji tədqiqatlar şöbəsinin onurğasızlar laboratoriyasında böyük elmi işçi vəzifəsində çalişmışdır. 2004–2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitunun disertantı olmuş, "Naxçıvan Muxtar Respublikasında çəyirdəkli meyvə ağaclarına zərərverən cücülər və onların entomofaqları" mövzusunda müdafiə etdiyi üçün ona Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. 2013-ü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən entomologiya ixtisası üzrə dosent elmi adına layiq görülmüşdür. 1.
Hacı Qadir Qədirzadə
Hacı Qadir İbrahim oğlu Qədirzadə (20 may 1948, Cəhri, Naxçıvan rayonu – 8 mart 2018) — tarixçi-etnoqraf, tarix elmləri doktoru (2005). AMEA-nın müxbir üzvü (2007). == Həyatı == Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (indiki Azərbaycan Pedoqoji İnstitutu) Naxçıvan filalını bitirmiş (1971), Cəhridə müəllim işləmişdir (1971-75). AMEA-nın Regional Elm Mərkəzində (indiki AMEA-nın Naxçıvan Bölməsi) kiçik elmi işçi, arxeologiya, etnoqrafiya və folklor şöbəsinin (1979-86), Arxeologiya və Etnoqrafiya şöbəsinin (1987-92) müdiri, elmi işlər üzrə direktor müavini (1992-2002) işləmişdir. 2003-cü ildən 2018-ci ilə qədər AMEA Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini olub. Elmi fəaliyyətində ailə-məişət məsələləri, etnik tarix, etnik-mədəni münasibətlər, etnodemoqrafik proseslər, inanclar sistemi,türk xalqları arasında etnogenetik əlaqələrin öyrənilməsi əsas yer tutur. 150-dən çox elmi, elmi puplisistik məqalənin bir neçə kitabın müəllifidir. Əsərləri Moskvada, Ankarada, İstanbulda və digər yerlərdə dərc olunmuşdur. Beynəlxalq elmi məclislərdə məruzələr etmişdir. 8 mart 2018-ci ildə vəfat edib.
Yusif Qadir xan
Yusif Qadir xan (X əsr – 1032) — 1026-cı ildə Qaraxanilər dövlətinin taxtına oturan Qaraxani hökmdarı və Harun Buğra xanın oğlu. Tam olaraq nə zaman doğulduğu bilinmir. 1032-ci ildə Qaşqarda ölmüşdür. Yusif Qadir xan taxta çıxandan sonra hakimiyyət üstə gedən müharibələr bitdi, amma vəfatından sonra oğulları və əmisi oğlu Nəsr bin Əli xanın oğulları arasında gedən müharibələr dövləti ikiyə Qərbi Qaraxanlılar dövləti və Şərqi Qaraxanlılar dövlətinə böldü.