Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İqtisad
İqtisadiyyat — istehsal üsullarının fərqləndirilməsi xüsusiyyətləridir. İqtisad elminin adı bu sözdən, termindən alınmışdır. Geniş mənada iqtisadiyyat bütün iqtisadi bilik sahələrinin, eləcə də iqtisadi nəzəriyyənin öyrəndiyi, araşdırdığı obyektdir. Elm tarixində ilk dəfə iqtisadiyyat sözünü, anlayışını qədim yunan alimləri işlətmişlər. O, Ksenofontun (e.ə-430–355) "Ev təsərrüfatı" və ya "Ev iqtisadiyyatı" deyilən əsərinin adından götürülmüş, sonra Aristotel (384–322) tərəfindən geniş şərh edilmişdir. Yunan sözü olan "Oykonomiya" iki sözdən- "oykos" (ev, təsərrüfat) və "nomos" (qayda, qanun) söz birləşmələrindən yaranmışdır. Bu mənada "Ekonomika" antik dövrün qul əməyinə əsaslanan ailə təsərrüfatının, ən çox natural təsərrüfat münasibətlərini ifadə edirdi. Təsərrüfat və onun idarəedilmə qanunları mənasını daşıyan bu anlayış sonralar mürəkkəb və geniş bir fəaliyyət dairəsini, bütövlükdə iqtisadiyyat mənasını ifadə etməyə başlamışdır. Hazırda dünyanın əksər ölkələrində, müxtəlif dillərdə "Ekonomiks" geniş anlamlı bir kateqoriya kimi işlədilməkdədir. Bizim və bir çox islam ölkələri xalqlarının dilində "ekonomika" ərəb dilindən alınmış "iqtisadiyyat", "iqtisad" kimi sözlərlə ifadə olunur.
Siyasi-iqtisad
Siyasi iqtisadiyyat — insan cəmiyyətinin müxtəlif inkişaf mərhələlərində həyat üçün zəruri vasitələrin istehsalı, bölgüsü və mübadiləsi qanunlarını öyrənən elm. Siyasi-iqtisad müstəqil elmi sahə kimi XVI əsrin sonunda yaranıb. Siyasi-iqtisadın inkişafında xüsusi rolu A. Smit və D. Rikardo oynayıblar. Sürətlə inkişaf edən kapitalizm cəmiyətinin, onun maddi sərvətlərini (manufaktura, dənizçilik, ticarət və sairə)əsasları kimi, onun ictimai məcmusunda, ümumiyətlə əməyi elan edirdilər. Dəyərin əmək nəzəriyəsi əsasında əmək gəlirlərinin mənşəyinin izahına cəhd edilmişdir, eləcə də iqtisadi meyarlara əsasən burjua cəmiyətinin əsas sinifləri qeyd edilmişdir. Siyasi-iqtisadın elm kimi inkişafına, öz əsərlərində burjua cəmiyətini, onun hərəkət və inkişaf qanunlarını dərin və hərtəfərli təhlil edən, iqtisadi proseslərin təkamülünün zərurətini göstərən, K. Marks böyük töhfə vermişdir. Cəmiyətin öyrənilməsinə hərtərəfli baxış, Makrsa nəinki burjua cəmiyətinin mahiyətini (Kapital) açmağa, həm də onun ziddiyətlərini göstərməyə, onun inkişafının dərin meyllərini, xüsusi ilə elmini və məhsuldar qüvvələrini tətqiq etməyə imkan verdi. Marks qeyd edirdi ki tarixin hərəkətinin əsasında, spesifikası istehsalat münasibətləri ilə şərtlənən, istehsalın sosial forması durur. Marks dəyərin sosial əmək forması kimi, müvafiq olaraq əmək subyektlərinin (o vaxtki burjua cəmiyəti çərçivəsində — işçilərin və kapitalistlərin) tətqiqinə böyük önəm verirdi. Neoklassik nəzəriyənin (J. B Səy, A. Marşall, F. Hayek, L. Mizes, M. Fridmen və b.) əsasında iqtisadi təzahürlərin xarici formaları durur.
Siyasi iqtisad
Siyasi iqtisadiyyat — insan cəmiyyətinin müxtəlif inkişaf mərhələlərində həyat üçün zəruri vasitələrin istehsalı, bölgüsü və mübadiləsi qanunlarını öyrənən elm. Siyasi-iqtisad müstəqil elmi sahə kimi XVI əsrin sonunda yaranıb. Siyasi-iqtisadın inkişafında xüsusi rolu A. Smit və D. Rikardo oynayıblar. Sürətlə inkişaf edən kapitalizm cəmiyətinin, onun maddi sərvətlərini (manufaktura, dənizçilik, ticarət və sairə)əsasları kimi, onun ictimai məcmusunda, ümumiyətlə əməyi elan edirdilər. Dəyərin əmək nəzəriyəsi əsasında əmək gəlirlərinin mənşəyinin izahına cəhd edilmişdir, eləcə də iqtisadi meyarlara əsasən burjua cəmiyətinin əsas sinifləri qeyd edilmişdir. Siyasi-iqtisadın elm kimi inkişafına, öz əsərlərində burjua cəmiyətini, onun hərəkət və inkişaf qanunlarını dərin və hərtəfərli təhlil edən, iqtisadi proseslərin təkamülünün zərurətini göstərən, K. Marks böyük töhfə vermişdir. Cəmiyətin öyrənilməsinə hərtərəfli baxış, Makrsa nəinki burjua cəmiyətinin mahiyətini (Kapital) açmağa, həm də onun ziddiyətlərini göstərməyə, onun inkişafının dərin meyllərini, xüsusi ilə elmini və məhsuldar qüvvələrini tətqiq etməyə imkan verdi. Marks qeyd edirdi ki tarixin hərəkətinin əsasında, spesifikası istehsalat münasibətləri ilə şərtlənən, istehsalın sosial forması durur. Marks dəyərin sosial əmək forması kimi, müvafiq olaraq əmək subyektlərinin (o vaxtki burjua cəmiyəti çərçivəsində — işçilərin və kapitalistlərin) tətqiqinə böyük önəm verirdi. Neoklassik nəzəriyənin (J. B Səy, A. Marşall, F. Hayek, L. Mizes, M. Fridmen və b.) əsasında iqtisadi təzahürlərin xarici formaları durur.
Ermənistan Dövlət İqtisad Universiteti
Ermənistan Dövlət İqtisad Universiteti – Ermənistannın İrəvan şəhərində yerləşən ali təhsil mərkəzi. Universitet 1975-ci ildə fəaliyyətə başlamışdır. Bakalavriat 4 il, magistraturası 2 il çəkir. Ermənistan Dövlət İqtisad Universitetində Menecment fakultəsi 1979-cu ildə təşkil edilmişdir. İlk əvvəllər iqtisadi əmək təşkilatı fakultəsi adlanırdı. Menecment adı isə Beynəlxalq iqtisadi əlaqələrin beynəlxalq iqtisadi əlaüələr fakultəsinə keçməsi ilə adlandırılmışdır. Fakultəyə daxil olan kafedralar: Mikroiqtisadiyyat kafedrası Əmək iqtisadiyyatı kafedrası Antiböhran və turizm idarəsi kafedrası YUNESCO təhsilinin idarəsi kafedrası Ali riyaziyyat kafedrası Xarici dillər kafedrası Fakultəyə daxil olan kafedralar: Makro iqtisadiyyat İqtisadi teoriya Beynəlxalq iqtisadi əlaqələr İqtisadi ishesal Fəlsəfə və erməni tsrixi (2012) Politalogiya (2012) Fakultəyə daxil olan kafedralar: Maliyyə (2012) Bank işi və sığorta (2012) Fakultəyə daxil olan kafedralar: Marketinq Kommersiya və biznesin təşkili (2014) Mal dövrüyəsi və texnologiya (2012) Erməni və rus dili Fiziki tərbiyə (2012) İnformatika və statistika fakultəsi 1975-ci ildə təşkil edilmişdir. 1991-ci ildən iqtisadi kibernetika, 2007-ci ildən isə İnformatika və statistika fakultəsi olaraq adlanır. Fakultəyə daxil olan kafedralar: Statistiks İqtisadi-riyaziyyat metodu İnformasiya sisteminin idarə olunması Mühasibat uçotu və audit fakultəsi 2011-ci ildə təşkil edilmişdir. Gələcəkdə burada iqtisadi analiz ixtisası təşkil ediləcəkdir.
Beynəlxalq Siyasi İqtisad
Beynəlxalq Siyasi İqtisad və ya digər adı ilə Qlobal Siyasi İqtisad, beynəlxalq münasibətlər və iqtisadiyyatla əlaqəli ikiistiqamətli bir elm sahəsidir. BSİ-nin siyasi elmlər, sosiologiya, tarix və mədəniyyət kimi fərqli sahələrlə də bağlı olan aspektləri mövcuddur. Ən çox əlaqəli olduğu akademik mövzular isə Makroiqtisadiyyat, Beynəlxalq Biznes, Beynəlxalq İnkişaf vəİnkişaf İqtisadiyyatıdır. Beynəlxalq Siyasi İqtisad alimləriqloballaşma, beynəlxalq ticarət, beynəlxalq maliyyə, maliyyə böhranı, mikroiqtisadiyyat, makroiqtisadiyyat, inkişaf iqtisadiyyatı, beynəlxalq bazarlar, siyasi risk, sərhədlərarası iqtisadi problemlərin həllində dövlətlərin əməkdaşlığı və ölkələrarası iqtisadi güc balansı məsələləri üzrə elmi müzakirə və araşdırmaların tam mərkəzindədir. == Yaranması == BSİ-nin müstəqil sahə kimi formalaşması, təxminən, XIX əsrə təsadüf edir, çünki bu tarixə qədər BSİ-nin iqtisadiyyatla eyni məna daşıdığı düşünülürdü. İlk siyasi iqtisadçılar arasında Con Meynard Keyns, KarI Marks və digər önəmli şəxslərin adları var. == BSİ-dəki məsələlər == === Beynəlxalq Maliyyə === Beynəlxalq Ticarət və Maliyyə BSİ tərkibindəki ən önəmli mövzulardandır. Liberal baxış açısı XVIII əsrdə Adam Smit tərəfindən təqdim olunduqdan sonra Qərbdə maraq doğurmuş və uzun müddət öz elmi liderliyini qorumuşdur. Liberalizmə alternativ bir sistem 1940-cı illərdə Keynsçilik nümunəsi ilə meydana gəldi və 1970-ci illərin əvvəlinədək alimlərin diqqət mərkəzində qaldı. Keynsçiliyin əsasında daxili makroiqtisadi siyasətlə əlaqəli məsələr dayanırdı.
Praqa İqtisad Universiteti
Praqa İqtisad Universiteti (çex. Vysoká škola ekonomická v Praze) ― Çexiyanın Praqa şəhərində yerləşən, üçqat akkreditasiyalı dövlət universiteti. İqtisadiyyat təmayüllü universitetin əsası 1919-cu ildə Çex Texniki Universitetinin nəzdnində bank sektorunun və sənaye müəsssisələrinin idarəetməsinə dair dərslərin tədris olunduğu Praqa Ticarət Kollecinin qurulması ilə qoyulmuşdur. 1949-cu ildə Praqa Siyasət və İqtisad elmləri Universiteti olaraq yenidən formalaşdırılan ali təhsil müəssisəsi, 1953-cü ildən etibarən bugünkü adı ilə fəaliyyət göstərir. Hazırda 6 fakültədə bakalar, magistr və doktorantura dərəcələrində təhsil alan 19 min tələbəsi vardır. Ümumilikdə 3 kampusa malik universitetin əsas kampusu Praqanın Jijkov bölgəsində yerləşir. Praqa İqtisad Biznes Universiteti qabaqcıl idarəetmə məktəblərinin təmərküzləşdiyi "Universitetlərin Biznes Məktəblərinin İnkişafı Assosiasiyası"na (AACSB) Çexiyadan üzv olan yeganə ali təhsil müəssisəsidir. Eduniversal nəşrinin 2020-ci ildə dərc edilmiş akademik qiymətləndirmə hesabatında Praqa İqtisad Universiteti iqtisad elmlərində Şərqi Avropa regionu üzrə birinci olmuşdur. Universitetin Biznes idarəetməsi fakültəsi Çexiyanın ən nüfuzlu ali biznes məktəbi hesab olunur. Financial Times qəzetinin sıralamasına görə, Praqa İqtisad Universiteti idarəetmə ixtisası üzrə verdiyi təhsilin keyfiyyətinə görə dünyada ilk 25 ali təhsil müəssisə arasındadır.
İqtisad elmləri doktoru
Elmlər doktoru (rus. доктор наук) — elm sahələri üzrə doktoranturada verilən ən yüksək elmi dərəcə. Elmlər doktoru elmi dərəcəsi 13 yanvar 1934-cü ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə təsis edilib. Bu dərəcə müvafiq elm sahəsində fəlsəfə doktoru dərəcəsi olan və doktorluq dissertasiyası müdafiə etmiş şəxslərə verilir. Elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya müəllifin aparmış olduğu tədqiqatlar əsasında bütövlükdə, həmin elm sahəsində yeni perspektivli istiqamət kimi qiymətləndirilən, elmi müddəaları ifadə edən və əsaslandıran, yaxud xalq təsərrüfatı üçün siyasi və sosial-mədəni əhəmiyyət kəsb edən böyük elmi problemin həllini nəzəri cəhətdən ümumiləşdirən müstəqil iş olmalıdır.
Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad Fakültəsi
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən biri. Azərbaycanda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır. Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub. 1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb.
Azərbaycan Dövlət İqtisad İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən biri. Azərbaycanda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır. Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub. 1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb.
Azərbaycan Maliyyə-İqtisad Kolleci
Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci (Maliyyə-Kredit texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi, Əvvəlki adı Azərbaycan Maliyyə-İqtisad Kolleci olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 avqust tarixli, 280 nömrəli qərarı ilə adı dəyişdirilərək Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci adlanmışdır. Kollecdə aşağıdakı ixtisaslar üzrə subbakalavr mütəxəssislər hazırlanır: Bank işi; Gömrük işi.
Leninqrad Maliyyə-İqtisad İnstitutu
Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universiteti (SPDİMU) rus. Санкт-Петербургский государственный университет экономики и финансов — Sankt-Peterburqda ali məktəb, Rusiyanın ən böyük ali təhsil və elmi mərkəzlərindən biridir. Webometrics betnəlxalq reytinqində dünya universitetləri arasında 3222-ci, Rusiya ali məktəbləri içərisində 6-cı yeri tutur. 1991-ci ildən Sankt-Peterburq universitetləri içərisində məzunları dövlət elitasında olan ali məktəblər içərisində ikinci, Rusiya üzrə isə 13–14-cü yer tutur. 1991-ci ildən 23 sentyabr Universitet günü kimi qeyd edilir. История Ленинградского финансово-экономического института им. Н. А. Вознесенского. Л., 1989; Санкт-Петербургский университет экономики и финансов // Экономическая школа 1991. Т. 1, вып. 1.
Maliyyə-İqtisad Kolleci (Azərbaycan)
Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci (Maliyyə-Kredit texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi, Əvvəlki adı Azərbaycan Maliyyə-İqtisad Kolleci olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 avqust tarixli, 280 nömrəli qərarı ilə adı dəyişdirilərək Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci adlanmışdır. Kollecdə aşağıdakı ixtisaslar üzrə subbakalavr mütəxəssislər hazırlanır: Bank işi; Gömrük işi.
İqtisad və Sahibkarlıq Universiteti
İqtisad və Sahibkarlıq Universiteti — Qırğızıstan Respublikasıda olan ali təhsil müəssisəsi. İqtisad və Sahibkarlıq Universiteti 1 aprel 1993-ci il tarixli Qırğızıstan Prezidentinin №VII-100 qərarı ilə yaradılmışdır. Bu kararnameye görə universitetə ​​başlanğıcda Cəlal-Abad Ticarət İnstitutu adı verilmişdir. (2005-ci ildə İqtisad və Sahibkarlıq Universitetinə çevrilmişdir). 1993-ci ildə Cəlal-Abad Ticarət İnstitutu, Cəlal-Abad Oblast Dövlət İdarəsi, Qırğızıstan Təhsil Nazirliyi və Türk Dünyası Araşdırmaları Vəqfi arasında imzalanan müqavilə əsasında Qırğız-Türk İşletme Fakültesi quruldu. 2008-ci ildən etibarən Türk Dünyası Qırğız-Türk İctimai Elmlər İnstitutu adını daşıyır. Bu institutun açılmasında Türk Dünyası Araşdırmaları Vəqfi başçısı Prof. Dr. Turan Yazqan'ın fəaliyyətləri böyükdür. Bu institutda Qırğızıstan vətəndaşları daxil Türkiyə, Rusiya, Qazaxıstan, Azərbaycan, Makedoniya, Gürcüstan, Suriya, Özbəkistan, Əfqanıstan vətəndaşları təhsil görməkdədirlər.
Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci
Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci (Maliyyə-Kredit texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi, Əvvəlki adı Azərbaycan Maliyyə-İqtisad Kolleci olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 avqust tarixli, 280 nömrəli qərarı ilə adı dəyişdirilərək Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci adlanmışdır. Kollecdə aşağıdakı ixtisaslar üzrə subbakalavr mütəxəssislər hazırlanır: Bank işi; Gömrük işi.
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci
Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci (Maliyyə-Kredit texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi, Əvvəlki adı Azərbaycan Maliyyə-İqtisad Kolleci olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 avqust tarixli, 280 nömrəli qərarı ilə adı dəyişdirilərək Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci adlanmışdır. Kollecdə aşağıdakı ixtisaslar üzrə subbakalavr mütəxəssislər hazırlanır: Bank işi; Gömrük işi.
Praqa İqtisad və Biznes Universiteti
Praqa İqtisad Universiteti (çex. Vysoká škola ekonomická v Praze) ― Çexiyanın Praqa şəhərində yerləşən, üçqat akkreditasiyalı dövlət universiteti. İqtisadiyyat təmayüllü universitetin əsası 1919-cu ildə Çex Texniki Universitetinin nəzdnində bank sektorunun və sənaye müəsssisələrinin idarəetməsinə dair dərslərin tədris olunduğu Praqa Ticarət Kollecinin qurulması ilə qoyulmuşdur. 1949-cu ildə Praqa Siyasət və İqtisad elmləri Universiteti olaraq yenidən formalaşdırılan ali təhsil müəssisəsi, 1953-cü ildən etibarən bugünkü adı ilə fəaliyyət göstərir. Hazırda 6 fakültədə bakalar, magistr və doktorantura dərəcələrində təhsil alan 19 min tələbəsi vardır. Ümumilikdə 3 kampusa malik universitetin əsas kampusu Praqanın Jijkov bölgəsində yerləşir. Praqa İqtisad Biznes Universiteti qabaqcıl idarəetmə məktəblərinin təmərküzləşdiyi "Universitetlərin Biznes Məktəblərinin İnkişafı Assosiasiyası"na (AACSB) Çexiyadan üzv olan yeganə ali təhsil müəssisəsidir. Eduniversal nəşrinin 2020-ci ildə dərc edilmiş akademik qiymətləndirmə hesabatında Praqa İqtisad Universiteti iqtisad elmlərində Şərqi Avropa regionu üzrə birinci olmuşdur. Universitetin Biznes idarəetməsi fakültəsi Çexiyanın ən nüfuzlu ali biznes məktəbi hesab olunur. Financial Times qəzetinin sıralamasına görə, Praqa İqtisad Universiteti idarəetmə ixtisası üzrə verdiyi təhsilin keyfiyyətinə görə dünyada ilk 25 ali təhsil müəssisə arasındadır.
Tofiq Hüseynov (iqtisad elmləri doktoru)
Tofiq Həsən oğlu Hüseynov – Azərbaycan iqtisadçısı, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu, "Sənaye siyasəti və investisiya problemləri" şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor. 1937-ci ildə Laçın rayonunun Şəlvə kəndində anadan olmuş, 1960-cı ildə K. Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun "Sənayenin iqtisadiyyatı" fakültəsini bitirmiş və "İqtisadçı" ixtisası verilmişdir. 1964–1967-ci illərdə Moskva şəhərində SSRİ Dövlət Tikinti və Arxitektura Komitəsinin Tikintinin İqtisadiyyatı İnstitutunun əyani aspiranturasında oxumuş, namizədlik dissertasiyasını müdafiə edərək Bakı şəhərinə qayıtmışdır. 1967–1980-ci illərdə Azərbaycan Respublikasının Dövlət Plan Komitəsinin elmi-tədqiqat İqtisadiyyat İnstitutunda şöbə müdiri, elmi işlər üzrə direktor müavini və institutun direktoru vəzifəsində işləmişdir. 1980–2000-ci illərdə Dövlət Plan Komitəsində və Dövlət Əmlak Komitəsində şöbə müdiri işləmişdir. 1988-ci ildə Tofiq Hüseynova Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı ilə təşəkkür elan edilmiş və mükafatlandırılmışdır. T. Hüseynov investisiya-tikinti kompleksinin iqtisadi problemlərinə həsr edilmiş 130-dan çox əsərin, o cümlədən, 5 monoqrafiyanın müəllifi və həmmüəllifidir. Elmi-tədqiqat işləri investisiya tikinti kompleksi, iqtisadiyyatın diversifikasiyası, iqtisadi-sosial səmərəlilik problemləri ilə bağlıdır. Tofiq Hüseynov "Azərbaycan Milli Ensiklopediyası"nda məqaləsi ("tikinti") dərc edilmiş müəlliflərdən biridir. Son 4 ildə ölkənin iqtisadi və sosial inkişaf problemlərinə həsr olunmuş 14 məqaləsi "Azərbaycan" və "Respublika" qəzetlərində nəşr edilmişdir.
Dairəvi iqtisadiyyat
Dairəvi iqtisadiyyat (ing. circular economy) — ümumi mənada bu, resursların yenilənməsinə əsaslanan iqtisadiyyatdır, ənənəvi xətti iqtisadiyyata alternativdir (tullantıların meydana gəlməsi, istifadəsi, utilizasiyası). Dairəvi iqtisadiyyat tullantıları və digər çirklənmə növlərini minimuma endirən məhsul və xidmətlərə diqqət yetirməklə klassik xətti istehsal modelini dəyişdirmək üçün nəzərdə tutulmuşdur. Dairəvi iqtisadiyyatın əsas prinsipləri resursların yenilənməsinə, ikinci dərəcəli xammalın təkrar emalına, qalıq yanacaqlardan bərpa olunan enerji mənbələrindən istifadəyə keçidə əsaslanır. Həmçinin bu tip iqtisadiyyat dördüncü sənaye inqilabının tərkib hissəsi hesab olunur ki, bunun nəticəsində təbii resurslar da daxil olmaqla ehtiyatlardan rasional istifadə ümumən artacaq, iqtisadiyyat daha şəffaf, proqnozlaşdırıla bilən olacaq, onun inkişafı sürətli və sistemli olacaqdır. Çin dairəvi iqtisadiyyatı inkişaf etdirmək üçün qanun qəbul edir; Cənubi Koreya oxşar Yaşıl İnkişaf Strategiyasını tətbiq edir; Yaponiyada "Düzgün Material Dövrü üçün Cəmiyyət" qurulur. Oxşar proqramlar Almaniya və İsveçrədə də mövcuddur. Milli inkişafın bu yeni konsepsiyaları tullantıların idarə olunması sistemlərində əsaslı dəyişiklikləri nəzərdə tutur, diqqəti tullantılardan ikinci dərəcəli resursların maksimum çıxarılmasına və təbii minerallar əvəzinə sənaye istehsalında istifadəsinə yönəldir. Dairəvi iqtisadiyyat insanın hər hansı hərəkətinin, təfəkkürünün, istehlak vərdişlərinin fərqli qavranılması sistemini, daha rasional istehsal və istifadəni nəzərdə tutur. Dünya İqtisadi Forumu, Ellen MacArthur Fondu və McKinsey & Company konsaltinq firmasının 2014-cü il hesabatına görə, istehsal dövriyyəsi hər il qlobal iqtisadiyyata 1 trilyon dollar əlavə edə bilər.
Davranış iqtisadiyyatı
Davranış iqtisadiyyatı psixoloji, idraki, emosional, mədəni və sosyal faktorların insanların və qurumların qərar verməsi üzərindəki təsirlərini və bunun klassik nəzəriyyənin qurduğu sistemdən nə qədər fərqliləşdiyini öyrənən iqtisadiyyatın yeni alt sahəsidir. Davranış iqtisadiyyatı əsas olaraq iqtisadi agentlərin məhdud rasionallığı ilə maraqlanır. Bu elm sahəsinidəki modellər, adətən, özündə psixologiya, nevrologiya və mikroiqtisadi nəzəriyyə ilə bağlı fikirləri birləşdirir. Davranış iqtisadiyyatının tədqiqi bazar qərarlarının necə qəbul edildiyini və ictimai seçimə səbəb olan mexanizmləri əhatə edir. Burada üzərində çalışılan 3 əsas sahə var: Heuristika: İnsanlar qərarlarının 95%-ni zehni qısayolları və ya ümumi qəbul edilən fikirləri istifadə edərək verir. Çərçivələmə: Zehni filtrləri təşkil edən qəlib hadisələr və stereotiplərin bir araya gəlməsi fərdlərin hadisələri başa düşməsinə və bunlara necə cavab verməsinə əsaslanır. Bazar anomaliyası: Bura səhv qiymətləndirmə və qeyri-rasional qərar vermələr daxildir. 2002-ci ildə psixoloq Deniel Kaneman "psixoloji tədqiqatları iqtisadi elmlə, xüsusən də qeyri-müəyyənlik altında insanın mühakiməsi və qərar qəbul etməsinə dair fikirlərlə birləşdirdiyinə görə" İqtisadiyyat üzrə Nobel mükafatı ilə təltif edilmişdi ". 2013-cü ildə isə, iqtisadiyyatçı Robert Şiller "aktiv qiymətlərinin empirik analizinə görə" (davranış maliyyəsi sahəsində) İqtisadiyyat üzrə Nobel mükafatını qazanmışdı..Son olaraq 2017-ci ildə Riçard Taler "davranış iqtisadiyyatına verdiyi töhfələrə və iqtisadi nəzəriyyəni pozan qeyri rasional insan davranışları üzərindəki qabaqcıl işinə görə" bu mükafata layiq görülmüşdü. Klassik iqtisadiyyat dövründə mikroiqtisadiyyat psixologiya ilə sıx bağlı idi.
Dağlıq Şirvan iqtisadi-coğrafi rayonunun nəqliyyatı
Dağlıq Şirvan iqtisadi rayonu — tərkibinə Ağsu, İsmayıllı, Qobustan və Şamaxı inzibati rayonları daxildir. Dağlıq Şirvan iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Şamaxıdır. İqtisadi rayon şimaldan Quba-Xaçmaz, qərbdən Şəki-Zaqatala, cənubdan Aran, şərqdən isə Abşeron iqtisadi rayonları ilə həmsərhəddir. İqtisadi rayonun relyefi dağlıq və düzənlik əraziyə bölünür. Regionun iqlimi çox müxtəlifdir, yüksək dağlıq hissələr rütübətli olmaqla mülayim soyuq iqlim şəraitinə malikdir. Düzənlik hissənin iqlimi isti və quraqdır. İqtisadi rayonun ümumi sahəsi 6,06 min kv. km, əhalisi 270,2 min nəfər olmaqla, ümumi ölkə ərazisinin 7%-ni, əhalisinin isə 3,2%-ni təşkil edir. Respublikanın digər iqtisadi rayonları ilə müqayisədə Dağlıq Şirvan iqtisadi rayonunda əhali nisbətən zəif məskunlaşmışdır. Əhalinin orta sıxlığı hər kv.
Dağlıq Şirvan iqtisadi rayonu
Dağlıq Şirvan iqtisadi rayonu — tərkibinə Ağsu, İsmayıllı, Qobustan və Şamaxı inzibati rayonları daxildir. Dağlıq Şirvan iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Şamaxıdır. İqtisadi rayon şimaldan Quba-Xaçmaz, qərbdən Şəki-Zaqatala, cənubdan Aran, şərqdən isə Abşeron iqtisadi rayonları ilə həmsərhəddir. İqtisadi rayonun relyefi dağlıq və düzənlik əraziyə bölünür. Regionun iqlimi çox müxtəlifdir, yüksək dağlıq hissələr rütübətli olmaqla mülayim soyuq iqlim şəraitinə malikdir. Düzənlik hissənin iqlimi isti və quraqdır. İqtisadi rayonun ümumi sahəsi 6,06 min kv. km, əhalisi 270,2 min nəfər olmaqla, ümumi ölkə ərazisinin 7%-ni, əhalisinin isə 3,2%-ni təşkil edir. Respublikanın digər iqtisadi rayonları ilə müqayisədə Dağlıq Şirvan iqtisadi rayonunda əhali nisbətən zəif məskunlaşmışdır. Əhalinin orta sıxlığı hər kv.
Dağıstan iqtisadiyyatı
Dağıstan iqtisadiyyat — Rusiya Federasiyasında göstəricisinə görə 35-ci yerdədir. (2010).Dağıstan Şimali Qafqaz iqtisadi rayonuna daxildir. Kənd təsərrüfatı məhsullarının həcmi sənaye məhsullarının həcmini dəyərinə görə 2 dəfə üstələyir. Rusiya iqtisadiyyatında Dağıstan üzüm (Rusiya üzrə təqr. 25%, 2004) və tərəvəz (4,9%) yığımına, konyak (18,9%), Şampan şərabları və köpüklənən şərablar (11,4%) istehsalına, davarın sayına (24,1%) görə fərqlənir. ÜRM-in strukturunda (2003,%) k.t.-nın payı 28,3, ticarət, əmtəə və xidmətlərin satışı üzrə kommersiya fəaliyyəti –18,0, qeyri-bazar xidmətləri – 17,1, sənaye – 12,9, tikinti – 9,8, nəql. və rabitə – 7,5, digər sahələr – 6,4. Mülkiyyət formasına görə müəssisələrin nisbəti (təşkilatların sayına görə, 2004,%): özəl 58,3, dövlət və bələdiyyə 37,2, ictimai və dini təşkilatlar (birliklər) 0,2, digər mülkiyyət formaları 4,3. İqtisadi fəal əhali 1090 min nəfərdir, onların 75,8%-i iqtisadiyyatda çalışır. Məşğulluğun sahəvi strukturu (%): k.t.
Depressiya (iqtisadiyyat)
Dünya iqtisadiyyatı
Dünya iqtisadiyyatı — beynəlxalq iqtisadi münasibətlər sistemi vasitəsilə beynəlxalq əmək bölgüsünün əsasında dünya ölkələrinin milli iqtisadiyyatlarını birləşdirən çoxmərhələli qlobal təsərrüfatçılıq sistemidir. Dünya miqyasında məhsuldar qüvvələrin sürətli inkişafı nəticəsində insan fəaliyyəti ölkədaxili çərçivədən ölkələrdaxili çərçivəsinə keçir, bütün ölkələri bütöv bir halda əhatə etməyə başlayır. Belə olan halda insanlar arasında meydana çıxan siyasi, iqtisadi, mədəni və s. əlaqələr, dövlətlər və regionlar arasında meydana çıxan yeni münasibətlərlə zənginləşir. Nəticədə insan fəaliyyəti mürəkkəbləşir, qarşılıqlı ziddiyyətlərlə zəngin olur. Bu ziddiyyətlərin həll edilməsi yolu isə bir ölkə daxilində baş verən ictimai istehsaldan yox, bütün planeti əhatə edən dünya istehsalından — beynəlxalq iqtisadiyyatdan keçir. Dünya iqtisadiyyatının inkişafında bir neçə nəsil keçmişdir İstehsaldan əvvəlki istehsal mərhələsi — XVII əsrin sonları dünya iqtisadiyyatı, sənayedən əvvəlki istehsal mərhələsində beynəlxalq ticarətin meydana çıxması ilə meydana gəldi və XVII əsrin sonlarına qədər formalaşdı. XVIII əsrin əvvəlləri — XIX əsrin ortaları Artan kütləsi mütəmadi olaraq ölkələr arasında mübadilə olunan malların istehsalının daha da inkişafı ilə xarakterizə olunur; xarici ticarətin milli iqtisadiyyatın bir hissəsinə çevrilməsi; dünya bazarının yaranması — kapitalizmin ən yüksək nailiyyəti. XIX əsrin sonu — XX əsrin əvvəlləri məhz bu dövrdə genişmiqyaslı maşın istehsalına əsaslanan dünya iqtisadi sisteminin formalaşması başa çatdı. 20-ci illərin sonları — XX əsrin 80-ci illərinin ortaları.
Dünya İqtisadi Forumu
Dünya İqtisadi Forumu (Davos İqtisadi Forumu) — Hər il İsveçrənin Davos şəhərində keçirilən dünya liderləri və tanınmış iş adamlarından ibarət toplantı. Davos İqtisadi Forumu isveçrəli professor Klaus Şvabın təşəbbüsü ilə 1971-ci ildə yaradılıb. Klaus Şvab 1971-ci ildə İsveçrənin Davos şəhərində Avropanın aparıcı 450 şirkətinin rəhbərlərini toplayaraq, dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə birinci simpoziumu keçirib. 70-ci illərin ortalarından forumun iclaslarına müxtəlif ölkələrin hakimiyyət nümayəndələri və iş dünyasının liderləri olan sahibkarlar dəvət edilməyə başlandı. 1987-ci ildən etibarən forum Dünya İqtisadi Forumu (DİF) adlandırılmağa başlanıb. Davos forumu üçün ənənəvi şəkildə illik keçirilən görüşlər xarakterikdir. DİF-in hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir. 1979-cu ildən etibarən DİF-in mütəxəssisləri tərəfindən "dövlətlərin qlobal rəqabətə davamlılığı" adlı məruzə hazırlanılır. Bu məruzələrdə dünyanın 100-dən çox dövləti iki əsas göstərici əsasında — potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndirilir. İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir.
Dəyər (iqtisadiyyat)
Dəyər — konsepsiyası bir neçə fərqli tərifə malik olan iqtisadi fenomen. İqtisadi nəzəriyyədə sahiblər arasında malların könüllü mübadiləsində kəmiyyət münasibətlərinin əsası dəyərdir. Fərqli iqtisadi məktəblər dəyərin təbiətini müxtəlif yollarla izah edirlər: sosial vaxt baxımından zəruri olan iş vaxtı xərcləri, tələb və təklif tarazlığı, istehsal xərcləri, marjinal fayda və s. Mühasibat və statistika xərcləri, bir obyektin alınması və ya istehsalı üçün pulla ifadə olunan xərclərin məbləğidir. Gündəlik danışıqdakı dəyər bir məhsulun qiyməti ("kibrit nə qədərdir?"), satınalma xərcləri ("mənə 1000 manata başa gəldi."). Dəyər, xərc şərtlərinə yaxındır. Dəyər anlayışı əsas iqtisadi kateqoriyadır. Adam Smit və David Rikardo kimi klassik iqtisadçılar ayrıca mübadilə dəyərini (malların başqaları ilə mübadilə etmə qabiliyyəti) və istifadə dəyərini (faydalılıq, məhsulun istənilən tələbatı ödəmək qabiliyyəti) ayrı-ayrılıqda nəzərdən keçirirdilər. Onların hazırladığı dəyər əmək nəzəriyyəsinin əsas elementləri mübadilə dəyərinin mahiyyətini təhlil etməyə yönəldilmişdir. Bu nəzəriyyə Karl Marksın iqtisadi əsərlərində ən tam formanı aldı.
ECO (İqtisadi Əməkdaşlıq Təşkilatı)
İqtisadi Əməkdaşlıq Təşkilatı, (İƏT) — 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir. Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası İƏT ölkələri səfirlərindən ibarətdir. İƏT-in kənd təsərrüfatı sahəsi; sənaye əməkdaşlığı; nəqliyyat və rabitə; infrastruktur və ictimai işlər; elm, təhsil və mədəniyyət; energetika; narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi var. Komitələr ildə bir dəfə toplanır. İƏT Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir. 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında İƏT BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransı nda müşahidəçi statusu alıb. 5–7 iyul 1993-cü il – baş nazirin müavini Rəsul Quliyev İstanbul da İƏT ölkələri dövlət başçılarının II görüşündə Azərbaycanı təmsil edib. Sammitdə İƏT-in uzunmüddətli inkişafına dair İstanbul bəyannaməsi qəbul edilib.
Ekoloji iqtisadiyyat
Ekoloji iqtisadiyyat, bioiqtisadiyyat, ekolonomiya və ya ekoiqtisadiyyat — həm müvəqqəti, həm də məkan baxımından insan iqtisadiyyatı ilə təbii ekosistemlərin qarşılıqlı asılılığına və birgə təkamülünə yönəlmiş akademik tədqiqatların həm disiplinlerarası həm də fənlərarası sahəsidir. İqtisadiyyata Yer kürəsinin daha böyük ekosisteminin alt sistemi kimi baxaraq və təbii kapitalın qorunmasına yönəldərək ekoloji iqtisadiyyat sahəsi ətraf mühitin iqtisadi təhlilinin əsas diqqət mərkəzində olan ətraf mühit iqtisadiyyatından fərqlənir. Alman iqtisadçılarının bir sorğusu ekoloji və ekoloji iqtisadiyyatın fərqli iqtisadi düşüncə məktəbləri olduğunu göstərdi; ekoloji iqtisadçıları güclü dayanıqlığı vurğuladılar və fiziki (texnogen) kapitalın təbii kapitalın yerini ala biləcəyini inkar etdilər. Ətraf mühitin iqtisadiyyatı 1980-ci illərdə müxtəlif Avropa və Amerika alimləri arasındakı işə və qarşılıqlı fəaliyyətə həsr olunmuş müasir bir intizam olaraq quruldu. Bütövlükdə yaşıl iqtisadiyyatın əlaqəli sahəsi, mövzunun daha çox siyasi tətbiq olunan bir formasıdır. Ekoloji iqtisadçısı Malta Maykl Faberə görə ekoloji iqtisadiyyat təbiət, ədalət və zamana yönəldilməsi ilə müəyyən edilir. Nəsillər arasındakı bərabərlik, ətraf mühit dəyişikliklərinin geri dönməzliyi, uzunmüddətli nəticələrin qeyri-müəyyənliyi və davamlı inkişaf məsələləri ekoloji-iqtisadi təhlil və qiymətləndirməni müəyyənləşdirir. Ətraf iqtisadçıları iqtisadiyyatın qaçılmaz olaraq normativ, yəni müsbət və ya təsvir xarakterli deyil, tövsiyə xarakteri daşıdığını irəli sürərək xərc-fayda təhlili və iqtisadi dəyərlərin elmi araşdırmalardan ayrılması kimi əsas təməl iqtisadi yanaşmaları şübhə altına alır. Alternativ olaraq zaman və ədalət məsələlərini həll etməyə çalışan mövqeli analiz təklif olunur . Ekoloji iqtisadiyyatı, davamlılıq, təbiət, ədalət və qayğıkeş dəyərlərə vurğu daxil olmaqla bəzi fikirlərini feminist iqtisadiyyatla bölüşür.
Elastiklik (iqtisadiyyat)
Elastiklik (ing. elasticity) — iqtisadi nəzəriyyədə bir göstəricinin (məsələn, tələb və ya təklif) digər göstəricinin (məsələn, qiymət, gəlir) dəyişməsinə necə reaksiya göstəridiyinin ölçüsüdür. Bu yalnız bir-birinə təsir edə bilən göstəricilər üçün hesablanır. Elastiklik iki göstəricinin həcmindəki faiz dəyişikliklərinin nisbəti kimi hesablanır. Bu aşağıda göstərilən bəzi suallara cavab tapmaqda kömək edir: Əgər istehsal etdiyim məhsulun qiymətini aşağı salsam, əlavə olaraq nə qədər məhsul sata biləcəm? Əgər bu məhsulun qiymətini qaldırsam, bu digər bir əmtəənin satışına necə təsir edəcək? Əgər məhsulun bazar qiyməti aşağı düşərsə, bu bazardakı firmların təklif həcminə necə təsir edəcək? Elastikliyin dərəcəsini əks etdirən ölçü vahidi elastiklik əmsalı adlanır. Elastiklik dərəcəsindən asılı olaraq göstəricilər arasındakı əlaqə elastik (>1), vahid elastik (=1) və qeyri-elastik (<1), habelə xüsusi hallarda tam qeyri-elastik (=0) və sonsuz elastik ola bilər. Elastik əlaqədə bir göstərici digərinin dəyişməsinə çox həssasdır.
Eldar Nuriyev (iqtisadçı)
Elektron iqtisadiyyat
Elektron iqtisadiyyat – verilənlərin telekommunikasiya şəbəkələri vasitəsilə əmtəə istehsalının bütün həlqələrini, maddi və qeyri-maddi sərvətlərin bölgüsü, irəlilədilməsi və reallaşdırılmasını əhatə edən iqtisadi münasibətlərin məcmusunu özündə əks etdirir. Elektron iqtisadiyyatının əsasını informasiya texnologiyaları – sistemotexnikanın, informasiya nəzriyyəsinin, kibernetikanın, riyaziyyatın, habelə hüququn və iqtisadiyyatın tədqiqat obyekti təşkil edir. Elektron iqtisadiyyatın formalarından biri kimi – ilk elektron kommersiya sistemləri ötən əsrin 70-ci illərində meydana gəldi və biletlərin bronlanması üçün nəqliyyat şirkətlərində, həmçinin reyslərin hazırlanması zamanı müxtəlif xidmətlər arasında informasiya mübadiləsi üçün tətbiq edilməyə başladı. E-biznesin ilk formalarının əsas çatışmazlığı ümumi əlyetərliliyin olmaması idi. İnternetin meydana gəlməsi e-biznesin yeni formalarının yaranmasına səbəb oldu. Elektron iqtisadiyyatın inkişafının nəticəsi olaraq İnternet iqtisadiyyat formalaşmışdır.
Elmi əsərlər (jurnal, AMEA İqtisadiyyat İnstitutu)
AMEA İqtisadiyyat İnstitutunun "Elmi Əsərlər" jurnalı — Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda ildə 6 dəfə nəşr olunan elmi jurnaldır. Jurnalın baş redaktoru AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli (İmanov), baş redaktorun müavini f.e.n., dos. Mayis Gülaliyev, məsul katib isə Gülnarə Məmmədovadır. Beynəlxalq Standart Seriya nömrələri: Çap nəşri üçün: ISSN 2519-4909 Onlayn versiyası ücün: E-ISSN 2519-4917 Regional inkişafın təmin edilməsində sosial-iqtisadi problemlərin həlli üzrə nəzəri və metodoloji tədqiqatların aparılması üçün müzakirə platformasının yaradılması məqsədilə AMEA-nın İqtisadiyyat İnstitutu tərəfindən 2008-ci ildə təşkilatın "Elmi Əsərlər" jurnalı təsis edilmişdir. Əsasən iqtisadçı alimlər, doktorant və dissertantlar, eləcə də elmi fəaliyyətlə məşğul olan digər bütün əməkdaşlar tərəfindən aparılan tədqiqatların nəticələrinin toplandığı bu nəşrdə, həmçinin İnstitut tərəfindən həyata keçirilən müxtəlif tədqiqat layihələrinin nəticələri də işıqlandırılır. AMEA İqtisadiyyat İnstitutunun "Elmi Əsərlər" jurnalı resenziyalı elmi jurnaldır. Ölkə daxilində və eyni zamanda beynəlxalq miqyasda bu sahədə rəqabətliliyin artırılması, həmçinin Azərbaycanın və dünyanın aparıcı ölkələrinin elmi ictimaiyyətində maraq doğurması jurnalın qarşısında duran ən vacib məsələlərdəndir. Bu istiqamətdə tədbirlər planı hazırlanır və mərhələli şəkildə işlərin intensivliyinin artırılması nəzərdə tutulmuşdur. Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisadiyyat elmləri üzrə elmi nəşrlər siyahısına daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alinmışdır.
Elçin Süleymanov (iqtisadçı)
Elçin Süleymanov (22 sentyabr 1973, Şişqaya, Vardenis rayonu) — Azərbaycan alimi, Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru (2017–2023), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin Sədrinin müavini (2024- hal hazırda) Elçin Süleymanov 22 sentyabr 1973-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalı Şişqaya kəndində anadan olub. 1996-cı ildə dövlət təqaüdü ilə Türkiyə Respublikasının Dokuz Eylül Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsi Maliyyə ixtisasında bakalavr təhsilini başa vurmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabineti Nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun, Biznesin Təşkili və İdarə olunması ixtisası üzrə magistr dərəcəsi, Azərbaycan Dövlət İqtisad Universitetində "Azərbaycanın beynəlxalq maliyyə təşkilatları ilə əlaqələrinin inkişaf problemləri" mövzusunda dissertasiya müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 2018-ci ildən maliyyə ixtisası üzrə dosent elmi adı verilmişdir. Eyni zamanda 2018-ci ildən AMEA İqtisadiyyat İnstitutunda iqtisad elmlər doktorluğu üzrə dissertantdır. 1996–2000-ci illərdə Bakı Ekonomi Kollecində ixtisas fənnləri müəllimi işləmişdir. 2000-ci ildən Qafqaz Universiteti , Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyasında pedaqoji fəaliyyətlə məşgul olmuşdur. 2017-ci ildən Bakı Mühəndislik Universiteti, İqtisadiyyat və İdarəetmə Fakültəsi, Maliyyə kafedrasının müdiri işləmişdir. 18 dekabr 2017-ci il tarixindən etibarən Azərbaycan Respublikasi Təhsil Nazirinin müvafiq əmri ilə Elçin Süleymanov Bakı Mühəndislik Universitetin elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilmiş və 2023-cü ilin dekabr ayına kimi bu vəzifədə işləmişdir. 2024-cü ilin yanvar ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın idarə heyəti sədrinin müavini vəzifəsində işləyir.
Elçin Əliyev (iqtisadçı)
Elçin Əliyev (Əliyev Elçin Həmzə oğlu; 1 fevral 1963, Ağdam rayonu) — İqtisad elmləri doktoru, professor. Sankt‑Peterburq Dövlət Universitetinin və Baltik Turizm və Sahibkarlıq Akademiyasının professoru. Əliyev Elçin Həmzə oğlu 1963-cü il fevralın 1-də Azərbaycan Respublikasının Ağdam rayonunda anadan olub. 1986-cı ildə A. A. Jdanov adına Leninqrad Dövlət Universitetinin iqtisadiyyat fakültəsini "siyasi iqtisad" ixtisası üzrə bitirib, iqtisadçı, iqtisadi fənlər müəllimi ixtisasına yiyələnib. 1986–1989-cu illərdə E. Əliyev Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisadiyyat tarixi kafedrasının müəllimi işləyib. 1989–1991-ci illərdə A. A. Jdanov adına Leninqrad Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin aspiranturasında oxuyub və təhsilini başa vurduqdan sonra "XX əsrin ilk 30 ilində Avropa sosial-demokratlarının və sovet iqtisadçılarının əsərlərində imperializmin əsas xarakteristikası" mövzusunda dissertasiya müdafiə edib. Sonra Azərbaycan İqtisadiyyat İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) siyasi iqtisad kafedrasında işləyib. 1994–1998-ci illərdə E. Əliyev Azərbaycan Sahibkarlıq və Hüquq İnstitutunun iqtisadiyyat kafedrasının baş müəllimi olub. 1998-ci ildə onu Sankt-Peterburq Dövlət Universitetinə iqtisadiyyat tarixi və iqtisadi təfəkkür kafedrasında dosent vəzifəsinə dəvət ediblər. 1999-cu ildə E. Əliyev "Ümumrusiya bazarı strukturunda "Milli ucqar bazarların" yaranma əsasları (Azərbaycanın nümunəsində: 1810–1917-ci illər)" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Ermənistan iqtisadiyyatı
Sovet dönəmində Ermənistan inkişaf etmiş sənayeyə malik bir respublika idi. Kimya, maşınqayırma, elektronika, yeyinti sənayesi və toxuculuq bu ölkədə çox yüksək dərəcədə inkişaf etmişdi. Lakin bu sənaye sahələrinin əksəriyyəti xaricdən gələn xammaldan asılı idi. Kənd təsərrüfatı həm işçi sayına görə, həm də istehsal miqdarına görə iqtisadiyyatda 20%-lik həcmə malik idi. Sovet İmperiyasının dağılması nəticəsində Ermənistanda çalışan bir çox müəssisələr öz fəaliyyətini dayandırdı. Nəticədə kənd təsərrüfatı ilə məşğul olan əhalinin miqdarı 40%-ə, kənd təsərrüfatı məhsullarının ÜDM-də payı isə 30%-ə qalxdı. Bundan başqa Qarabağ müharibəsi nəticəsində ölkə iqtisadiyyatına ağır zərbə dəydi. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti aparması qonşu Azərbaycan və Türkiyənin Ermənistanla olan sərhədlərini bağlaması ilə nəticələndi. Bundan başqa qonşu Gürcüstanın da Ermənistana gedən mallara yüksək tranzit haqqı tətbiq etməsi də (Gürcüstan Ermənistana gedən mallar üçün Azərbaycana gedən mallara tətbiq etdiyi tranzit haqqından iki dəfə yüksək vergi tətbiq edir) Ermənistan iqtisadiyyatında olan tənəzzülü dərinləşdirirdi. Digər tərəfdən Ermənistan özünün ən yaxın iqtisadi tərəfdaşı olan Rusiya ilə yerüstü əlaqəyə malik deyildi.
Estoniya iqtisadiyyatı
Baltikyanı ölkələr içərisində ərazicə ən kiçiyi olan Estoniya Ümumi Daxili Məhsulun adambaşına düşən həcminə və iqtisadi islahatların uğurla həyata keçirilməsinə görə birincidir. 2004-cü ildən NATO və Avropa İttifaqının üzvü seçilmiş, 2007-ci ildən isə Şengen Zonasına qoşulmuşdur. 2011-ci ildən Baltikyanı ölkələr içərisində ilk olaraq Estoniya Avrozonanın üzvü olmuşdur. Ölkədə 2012-ci ildə ÜDM-in həcmi ötən ilə nisbətən 3,9% artaraq 21,85 milyard ABŞ dolları təşkil etmişdir. Adambaşına düşən ÜDM-in həcmi 17 min dollardır. Estoniyanın əmək bazarı dünya reytinqində ilk onluqdadır.
Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu
Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu (fr. Institut national de la statistique et des études économiques, qıs. INSEE və ya Insee) — institut Fransada rəsmi statistika hesablamalarını və təhlilini həyata keçirir. İqtisadiyyat, Sənaye və məşğulluq Nazirliyi tərəfindən idarə olunur. Oktyabr ayından etibarən İnstitutun direktoru Jan-Filip Kotidir.
Fransa iqtisadiyyatı
Fransa iqtisadiyyatı öz iqtisadi inkişafına görə dünyanın aparıcı sənaye dövlətlərinin "böyük yeddiliyinə" daxildir. Fransa dünyanın 5-ci iqtisadi gücüdür. O, dünya ÜDM-nin 5%-ni və dünya ticarətinin 6%ni formalaşdırır. Fransa unitar döv­lətdir və onun büdcə sistemi yalnız iki hissədən iba­rətdir: dövlət büdcəsi və yerli büdcələr. Ölkədə büdcə sisteminin vahidliyi yoxdur. Bütün büdcələr formal şəkildə ayrılmışlar. Hər bir inzibati vahidin büdcəsi onun icraiyyə hakimiyyət orqanı tərəfindən təsdiq olunur. Fransanın maliyyə sisteminə dövlət (mərkəzi) və yerli büdcələrdən başqa, həmçinin büd­cə­dən­kənar fondlar və dövlət müəssisələrinin maliyyələri daxildir. Dünya miqyasında Fransanın ən iri birjası Matif Paris birjası hesab edilir. Bu birjada aparılan əməliyyatlar içərisində ən çox xüsusi çəkini dövlət istiqrazları tutur.
Fərid Fərəcov (iqtisadçı)
Fərid Fərəcov (23 iyun 1927, Bakı – 19 aprel 2000, Bakı) — iqtisadçı, iqtisad elmləri doktoru (1971), professor(1977), Azərbaycan Respublikasının əməkdar iqtisadçısı (1972). Ə.S.Fərəcovun oğludur. Azərbaycan Dövlət Xalq Təsərrüfatıİn-tunu (indiki İqtisad un-ti) (1949)və Azərb. Milli EA İqtisadiyyat bölməsinin (indiki İqtisadiyyat İn-tu) aspiranturasını (1953) bitirmiş, həmin vaxtdan burada kiçik və baş elmi işçi (1953-57), Bakı Ali Partiya Məktəbində konkret iqtisadiyyat kafedrasının müdiri (1957-76), Azərb. SSR Dövlət Plan Komitəsi sədrinin müavini və birinci müavini(1981-93), İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Mərkəzində baş elmi işçi (1993 ildən)nvəzifələrində çalışmışdır. Sənayenin iqtisadiyyatına,onun inkişaf və sahə quruluşu, iqtisadi islahatların, texniki tərəqqinin, işin keyfiyyətinin ictimai istehsalın səmərəliliyinə təsiri, sənayenin idarə edilməsi problemlərinə dair tədqiqatların, o cümlədən bir neçə monoqrafiya və kitabın müəllifidir.
Hindistan iqtisadiyyatı
Hindistan iqtisadiyyatı inkişaf etməkdə olan bazar iqtisadiyyatı kimi xarakterizə olunur. Bu, nominal ÜDM-ə görə dünyanın beşinci, alıcılıq qabiliyyəti paritetini görə (AQP) üçüncü ən böyük iqtisadiyyatdır. Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən, adambaşına düşən gəlir baxımından Hindistan 2018-ci ildə 142-ci ÜDM-yə malik ölkə, adambaşına düşən alıcılıq qabiliyyəti pariteti ÜDM-si üzrə 119-cu olmuşdur. 1947-ci ildəki müstəqilliyindən 1991-ci ilə qədər ardıcıl hökumətlər geniş dövlət müdaxiləsi və tənzimlənməsi ilə proteksionist iqtisadi siyasət yürütdü. Soyuq müharibənin sonu və 1991-ci ildə kəskin tədiyyə balansı böhranı geniş iqtisadi liberallaşdırma proqramının qəbul edilməsinə səbəb oldu. 21-ci əsrin əvvəllərindən ÜDM-in illik orta artımı 6% -dən 7% -ə qədər olmuşdur və 2014-cü ildən 2018-ci ilə qədər Hindistan Çini üstələyərək dünyanın ən sürətli böyüyən əsas iqtisadiyyatına çevrilmişdir. Tarixən Hindistan 1-ci əsrdən 19–cu əsrə qədər iki minillik tarix ərzində dünyanın ən böyük iqtisadiyyatlarından biri idi. Hindistan iqtisadiyyatının uzunmüddətli böyümə perspektivi gənc əhalisi və müvafiq asılılıq nisbəti, sağlam əmanət və investisiya nisbətləri səbəbindən müsbət olaraq qalır və qlobal iqtisadiyyata inteqrasiyanı artırır. 2016-cı ildə "demonetizasiya" zərbələri və 2017-ci ildə Mallar və Xidmətlər Vergisi tətbiq edilməsi səbəbiylə 2017-ci ildə iqtisadiyyatdakı artım yavaşladı. Hindistan ÜDM-nin təxminən 60% -i daxili fərdi istehlak hesabına idarə olunur və dünyanın altıncı ən böyük istehlak bazarı olaraq qalmaqdadır.
Həsən Qasımov (iqtisadçı)
Həsən Allahyar oğlu Qasımov (1940, Qaraçuq, Naxçıvan rayonu – 13 yanvar 1994, Bakı) — iqtisad elmləri namizədi (1968), iqtisad elmləri doktoru (1985), professor (1987),Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru (1992–1994). 1940-cı ildə Naxçıvan MR-nın Naxçıvan şəhərinin inzibati ərazi vahidində yerləşən Qaraçuq kəndində anadan olmuşdur. 1968-ci ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1987-ci ildə professor adına layiq görülmüşdür. Professor H. Qasımovun tədqiqat obyekti Azərbaycanda aqrar-sənaye kompleksinin maddi-texniki bazasının formalaşması və inkişafı məsələləridir. Bir neçə monoqrafiyanın, 200-dən çox elmi məqalənin müəllifidir. 1961–1986-cı illərdə Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunda laborant, elmi işçi, şöbə müdiri, 1987–1992-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun direktoru, 1992–1994-cü illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun rektoru vəzifələrində çalışmışdır.
Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı
Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı (ADİU-nun Dərbənd filialı) — Azərbaycan ali təhsil müəssisəsinin Rusiya Federasiyası Dağıstan Respublikası Dərbənd şəhərində fəaliyyət göstərən filialı; Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı 1993-cü ildən Azərbaycan prezidenti Heydər Əliyevin şəxsi təşəbbüsü və tapşırığı sayəsində yaradılmışdır. Filialın yaradılmasında əsas məqsəd Dərbənd şəhərində azərbaycanlıların xeyli sıx yaşadığını nəzərə alaraq , onları ixtisaslı iqtisadçı kadrlarla təmin etməkdir. Filial Dağıstan Respublikası Nazirlər Şurasının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı dövrdən hal-hazıra qədər yüzlərlə gənclər filialı bitirərək məzun olmuşdur. Həmin məzunlar hal-hazırda Rusiya iqtisadiyyatın müxtəlif sahələrində müvəffəqiyyətlə işləyirlər. Filialda 5 ixtisas üzrə bakalavriat hazırlanır: Dünya iqtisadiyyatı; Maliyyə-Kredit; Mühasibat uçotu və audit; Gömrük işinin təşkili; İqtisadiyyatın hüquqi tənzimlənməsi. Filialın tədris korpusu Dərbənd şəhəri, Sovet küçəsi, 10-b ünvanında yerləşir. Filialda 400-dən çox tələbə təhsil alır. Filialda 3-nəfər elmlər doktoru, professor, 10 nəfər elmlər namizədi, dosent, 7 nəfər baş müəllim, 5 nəfər assistent və müqavilə ilə digər müəllimlər fəaliyyət göstərirlər.
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Zaqatala Politexnik Texnikumunun bazasında yaradılmışdır. 2000–2001-ci tədris ilində bakalavr pilləsi üzrə 13 nəfər tələbə ilə fəaliyyətə başlayan filialda dislokasiya ərazisinə daxil olan Zaqatala, Balakən və Qax rayon təhsil şöbələri ilə birgə ümumtəhsil məktəblərin pedaqoji kadrları da ixtisasartırma və yenidənhazırlanma kurslarına cəlb olunmağa başlamışdır. 2006-cı ildən filialda pedaqoji fakültə fəaliyyət göstərmiişdir. Birinci tədris ilindən "İbtidai təhsilin pedaqogikası və metodikası", 2000–2001-ci tədris ilindən "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası", 2002–2003-cü tədris ilindən "Riyaziyyat-fizika", 2003–2004-cü tədris ilindən "Azərbaycan dili və ədəbiyyat" və "Tarix", 2006–2007-ci tədris ilindən isə "Tarix-coğrafiya" ixtisasları əlavə olaraq ayrılmışdır. Hazırda fakültədə "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası", "İbtidai təhsilin pedaqogikası və metodikası", "Azərbaycan dili və ədəbiyyat", "Riyaziyyat-fizika", "Tarix", "Tarix-coğrafiya" ixtisasları üzrə ilkin müəllim hazırlığı aparılmışdır. Zaqatala filialında 1 avqust 2003-cü il tarixdən 2 kafedra — "Hümanitar fənlər və onların tədrisi metodikası" və "Təbiət fənləri və onların tədrisi metodikası" kafedraları fəaliyyət göstərmişdir. AMİ-nin Zaqatala filialında 3 kabinet fəaliyyət göstərmişdir: "Əlavə təhsil kabineti"; "Müasir təlim metodları və dayaq məntəqələri ilə iş kabineti"; "Kredit sistemi kabineti"; Filialın dislokasiya ərazisinə daxil olan Zaqatala, Balakən və Qax rayonları üzrə ümumtəhsil fənn müəllimlərinin ixtisasartırma təhsilinə cəlb edilməsi və yenidənhazırlanma kurslarının təşkili bu şöbənin əməkdaşlarının işinin əsasını təşkil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı hesab olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı hesab olunmuşdur.
K.Marks adına Azərbaycan Sosial İqtisad İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən biri. Azərbaycanda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır. Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub. 1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsi
Maliyyə və mühasibat fakültəsi — Azərbaycan Dövlət İqtisad Universitetinin fakültəsi. Maliyyə və mühasibat fakültəsi 2015-ci ilin sentyabrında 2 fakültənin – Maliyyə və Uçot-iqtisad fakültələrinin birləşməsi nəticəsində yaranmışdır. 1930-cu ildən Azərbaycan Ticarət-Kooperativ İnstitutunun strukturunda fəaliyyətə başlamış, müxtəlif illərdə Maliyyə-kredit, Maliyyə-iqtisad, Maliyyə-statistika adlandırılmışdır. 1932-ci ildə həmin fakültənin bazasında qısa vaxtda fəaliyyət göstərmiş Maliyyə İnstitutu yaradılmışdır. Lakin 1933-cü ilin yanvarında bir sıra kiçik institutlarla (Plan-iqtisad, Sosialist uçotu, Sovet quruculuğu və hüquq) yanaşı, Ma­liyyə İnstitutu da Azərbaycan Ticarət-Kooperativ İnstitutu ilə birləşdirilərək Sosial-İqtisad İnstitutu adı ilə fəaliyyət göstərmişdir. Maliyyə İnstitutu yenidən Maliyyə-kredit fakültəsi kimi Sosial-İqtisad İnstitu­tunun struk­turuna daxil olmuşdur. Bəzi dövrlərdə (məsələn, 1941-ci ildə) Mühasibat uçotu ixtisası da Maliyyə fakültəsinin tərkibində olmuşdur. 1959-cu ildən ADU ilə birləşdirildikdən sonra Maliyyə və kredit ixti­sasları İqtisadiyyat fakültəsində hazırlanmışdır. 1966-cı ildə AXTİ bərpa edilərkən sonra fakültə Maliyyə-statistika adı ilə yenidən fəaliyyətə başlamış, 1987-ci ildən Statistika ixtisasının Müha­si­bat uçotu fakültəsi ilə birləşdirilməsi ilə Maliyyə-kredit fakültəsi adlandırıl­mış­dır. 1966-cı ildən başlayaraq fakültəyə prof.
Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə Fakültəsi
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollec
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci (əvvəlki adı: Bakı Qida Sənayesi Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi Əvvəlki adı Bakı Yeyinti Sənaye Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Qida Sənayesi Kolleci adı ilə adlandırılmışdır. 11 iyul 2020-ci il tarixində Bakı Qida Sənayesi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Qida Sənayesi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edildi. Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Peşə təlimi; Marketinq; Əmtəəşünaslıq və istehlak mallarının ekspertiziyası; Ət və süd məhsullarının texnologiyası; Şərabçılıq və qıcqırtma istehsalatının texnologiyası; Konservləşdirmə və qida konsentratları texnologiyasl; İaşə məhsullarının texnologiyası; Çörək, makaron, unlu qənnadı məmulatlarının texnologiyası; Qida sanayesi, iaşə və ticarət sistemində sanitar gigiyena təhlükəsizliyi; Dizayn.
N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutu
Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universiteti (SPDİMU) rus. Санкт-Петербургский государственный университет экономики и финансов — Sankt-Peterburqda ali məktəb, Rusiyanın ən böyük ali təhsil və elmi mərkəzlərindən biridir. Webometrics betnəlxalq reytinqində dünya universitetləri arasında 3222-ci, Rusiya ali məktəbləri içərisində 6-cı yeri tutur. 1991-ci ildən Sankt-Peterburq universitetləri içərisində məzunları dövlət elitasında olan ali məktəblər içərisində ikinci, Rusiya üzrə isə 13–14-cü yer tutur. 1991-ci ildən 23 sentyabr Universitet günü kimi qeyd edilir. История Ленинградского финансово-экономического института им. Н. А. Вознесенского. Л., 1989; Санкт-Петербургский университет экономики и финансов // Экономическая школа 1991. Т. 1, вып. 1.
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollec
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollec (Əvvəki adı:Bakı Dövlət Sosial-İqtisadi Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. Azərbaycan Respublikasının Nazirlər Sovetinin 23 noyabr 1965-ci il tarixli 747 saylı qərarı və Azərbaycan Respublikası Ali və Orta İxtisas Təhsili Nazirliyinin 7 may 1966-cı il tarixli 128 saylı əmri ilə Bakı Plan-İqtisad Texnikumu yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında” 26 avqust 2002-ci il tarixli 140 saylı qərarına əsasən Baki Plan-İqtisad Texnikumunun bazasında Bakı Dövlət Sosial-İqtisadi Kolleci fəaliyyətə başlamış, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2 sentyabr 2002-ci il tarixli 855 saylı əmrinə əsasən Kollecdə 13 ixtisas üzrə mütəxəssis hazırlığına icazə verilmişdir. Kollec 11 avqust 2005-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır (Dövlət qeydiyyatı şəhadətnaməsi № 11.05-A1-432). Azərbaycan Respublikası Nazirlər Kabinetinin11 iyul 2020-ci il tarixli 250 nömrəli "Bakı İdarəetmə və Texnologiya Kollecinin, Bakı Qida Sənayesi Kollecinin, Bakı Dövlət Sosial-İqtisadi Kollecinin, Bakı Humanitar Kollecinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Sumqayıt Musiqi Kollecinin, Gəncə Dövlət Regional Kollecinin, Lənkəran Dövlət Humanitar Kollecinin, Şəki Dövlət Regional Kollecinin yenidən təşkili və Azərbaycan RespublikasıNazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi haqqında" qərarı ilə Bakı Dövlət Sosial-İqtisadi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial-İqtisadi Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildi. Hal-hazırda Kollecdə aşağıdakı ixtisaslar üzrə subbakalavr hazırlığı aparılır: Arxiv işi və kargüzarlıq; Mühasibat uçotu; Maliyyə işi; Vergi işi; Bank işi; Avtomatlaşmış sistemlərin və hesablama texnikasının proqram təminatı; Sosial iş.
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kolleci
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollec (Əvvəki adı:Bakı Dövlət Sosial-İqtisadi Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. Azərbaycan Respublikasının Nazirlər Sovetinin 23 noyabr 1965-ci il tarixli 747 saylı qərarı və Azərbaycan Respublikası Ali və Orta İxtisas Təhsili Nazirliyinin 7 may 1966-cı il tarixli 128 saylı əmri ilə Bakı Plan-İqtisad Texnikumu yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında” 26 avqust 2002-ci il tarixli 140 saylı qərarına əsasən Baki Plan-İqtisad Texnikumunun bazasında Bakı Dövlət Sosial-İqtisadi Kolleci fəaliyyətə başlamış, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2 sentyabr 2002-ci il tarixli 855 saylı əmrinə əsasən Kollecdə 13 ixtisas üzrə mütəxəssis hazırlığına icazə verilmişdir. Kollec 11 avqust 2005-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır (Dövlət qeydiyyatı şəhadətnaməsi № 11.05-A1-432). Azərbaycan Respublikası Nazirlər Kabinetinin11 iyul 2020-ci il tarixli 250 nömrəli "Bakı İdarəetmə və Texnologiya Kollecinin, Bakı Qida Sənayesi Kollecinin, Bakı Dövlət Sosial-İqtisadi Kollecinin, Bakı Humanitar Kollecinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Sumqayıt Musiqi Kollecinin, Gəncə Dövlət Regional Kollecinin, Lənkəran Dövlət Humanitar Kollecinin, Şəki Dövlət Regional Kollecinin yenidən təşkili və Azərbaycan RespublikasıNazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi haqqında" qərarı ilə Bakı Dövlət Sosial-İqtisadi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial-İqtisadi Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildi. Hal-hazırda Kollecdə aşağıdakı ixtisaslar üzrə subbakalavr hazırlığı aparılır: Arxiv işi və kargüzarlıq; Mühasibat uçotu; Maliyyə işi; Vergi işi; Bank işi; Avtomatlaşmış sistemlərin və hesablama texnikasının proqram təminatı; Sosial iş.
Korner (iqtisadi)
Müdaxilə (iqtisadi)
Risk (iqtisadi)
Risk — dəyər kəsb edən hər hansı bir obyektin, vəsaitin, və s. itirilmə ehtimalıdır. Risk arzuolunmaz bir hadisənin başvermə, yaxud gözlənilən bir hadisənin baş verməməsi ehtimalıdır. Risk neqativ nəticələnə biləcək hər hansı hərəkət, yaxud hərəkətsizliklərdir. Risk hər hansı bir işin, hərəkətin nəticəsinə 100% dəqiqliklə əmin olmadıqda meydana çıxır. Riskin bir sıra xarakterik xüsusiyyətləri var: 1. Qeyri-müəyyənlik: risk, ancaq hadisələrin gedişatının bir neçə istiqamətdə inkişaf etmə ehtimalı olduqda mövcuddur; 2. Zərər: risk, ancaq hadisələrin gedişatının itkiyə (ziyana), yaxud digər neqativ nəticələrə səbəb olma ehtimalı olduqda mövcuddur; 3. Analiz imkanı: risk, ancaq hadisənin "gözləyənlər"i tərəfindən subyektiv rəy formalaşdıqda və gələcək dövr üçün hadisələr keyfiyyət və kəmiyyət üzrə qiymətləndirildikdə mövcuddur; 4. Əhəmiyyətlilik: risk, gözlənilən hadisə əməli (praktik) əhəmiyyətə malik olduqda və ən azı bir subyektin maraqlarına aid olduqda mövcuddur.
İqtisadi agent
İqtisadi agent — müəyyən müddət ərzində başqasının tapşırığı ilə və onun hesabına istehsal, satış, tədarük, topdan satış ticarəri üzrə fəaliyyət göstərən hüquqi və ya fiziki şəxslərdir; onların əqd sənədlərinə imza etmək hüququ olmur; öz xidmətlərinə görə sifarişçidən — müqavilə əsasında — müəyyən məbləğdə haqq alır. Məsələn, alıcılar (istehlakçılar) və satıcılar (istehsalçılar) vahid bazarın qismən tarazlıq modellərində iki ümumi agent növüdür. Makroiqtisadi modellər, xüsusən də açıq şəkildə mikro təməllərə əsaslanan dinamik stoxastik ümumi tarazlıq modelləri, ev təsərrüfatlarının, firmaların və hökumətlərin və ya mərkəzi bankların iqtisadiyyatdakı əsas agent növləri olduğunu göstərir. Bu agentlərin hər biri iqtisadiyyatda bir neçə rol oynaya bilər; evlər, məsələn, modeldə istehlakçı, işçi və seçici rolunu oynaya bilər. Bəzi makroiqtisadi modellər işçilər və alıcılar və ya kommersiya bankları kimi daha çox agent növünü ayırd edir. Agent termini əsas agent agentləri üçün də istifadə olunur; bu halda konkret olaraq direktor adından fəaliyyət göstərməkdə ittiham olunan birinə aiddir. Agent əsaslı bir hesablama iqtisadiyyatında, aidiyyəti agentlər, real insanlar deyil, məkan və zamandakı “qaydalara görə qarşılıqlı fəaliyyət kimi modelləşdirilmiş hesablama obyektləridir”. Qaydalar müəyyən edilmiş stimul və məlumatlara əsaslanan davranış və sosial qarşılıqlı əlaqəni modelləşdirmək üçün hazırlanmışdır. Agent anlayışı, dinamik çox agentlikli iqtisadi sistem kontekstində digər bu cür subyektlərlə qarşılıqlı fəaliyyət göstərən hər hansı bir daimi fərdi, sosial, bioloji və ya fiziki şəxs kimi şərh edilə bilər. Alıcı və satıcılara uzun müddət müvəkkillik etməkdən ibarətdir.
İqtisadi artım
İqtisadi artım (ing. economic growth) — bir ölkənin ölçüləbilən iqtisadi faktorlarının müəyyən müqayisə edilən dövr içində kəmiyyət baxımından dəyişməsidir. Ölkənin ümumdaxili məhsul həcminin artması həm iqtisadi böyümə və həm də iqtisadi inkişaf kimi ələ alınır. Burada iqtisadi artımla birgə əhalinin də artımı nəzərə alınır. Artım ölçülə bilən xüsusiyyətdə olduğu üçün mənfi (azalma, daralma) və ya müsbət (artım) kimi nəticəsi ola bilər. Məsələn, iqtisadiyyatda müxtəlif ölçüləbilən xarakterlər: ÜDM, işlə təminat, ixracda, idxalda artım, əhali artımı və s. Bu ölçülər müəyyən dövrə aid hesablanır və müəyyən bir dövrlə də müqayisə edilir. Buna görə də burda həm riyazi olaraq artım, həm də azalma baş verə bilər. Ancaq həm ÜDM-nin həm də əhali sayının artması eyni zamanda baş verməyə bilər. Və ya əhali artımı daha çox ÜDM isə nisbətən az arta bilər.
İqtisadi artıq
İqtisadi artıq — əsas iqtisadi nəzəriyyədə ümumi rifah və ya Marşall artığı (Alfred Marşalldan sonra) olaraq da bilinən iqtisadi artıq, iki əlaqəli kəmiyyətə işarə edir: İstehlakçı artımı və ya istehlakçılın artıqlığı, istehlakçılar tərəfindən alınan bir pul faydasıdır, çünki bir məhsulu ödəmək istədikləri ən yüksək qiymətdən aşağı bir qiymətə ala bilərlər. İstehsalçının artığı və ya istehsalçıların artığı, istehsalçıların satmaq istədikləri ən aşağı qiymətdən yüksək olan bazar qiymətinə sataraq əldə etdikləri məbləğdir; bu, təqribən mənfəətə bərabərdir (istehsalçılar ümumiyyətlə zərərlə satmaq istəmədiklərindən və hətta zərərsiz qiymətə satmağa biganədirlər). XIX əsrin ortalarında mühəndis Jül Düpüi ilk dəfə iqtisadi artıqlıq konsepsiyasını irəli sürdü, lakin bu konsepsiyanı iqtisadiyyat sahəsində məşhur edən iqtisadçı Alfred Marshall idi. Standart tələb və təklif diaqramında istehlakçı profisiti məhsulun tarazlıq qiymətinin üstündə və tələb əyrisinin altındakı sahədir (tələb və təklif əyriləri xətti olarsa üçbucaqlı). Bu, istehlakçıların bir mal vahidini tarazlıq qiymətindən yüksək bir qiymətə, ikinci vahidi ondan aşağı, lakin müvazinət qiymətinin üstündəki bir qiymətə və s. Almaq istəyən olmasını əks etdirir, amma əslində tarazlıq qiymətini ödəyirlər. Hər vahid alınmışdır. Eynilə, bir tələb-tələb diaqramında istehsalçının artığı tarazlıq qiymətinin altındakı, lakin təklif əyrisinin üstündəki bir sahədir. Bu, istehsalçıların ilk birimi tarazlıq qiymətindən aşağı bir qiymətə, ikinci birimi ondan yüksək, lakin tarazlıq qiymətindən daha aşağı bir qiymətə təmin etmək istəmələrini, ancaq əslində tarazlıq qiymətini alacaqlarını əks etdirir, satdıqları bütün vahidlər üçün. İstehlakçı artığı — istehlakçının ödəməyə hazır olduğu maksimum qiymətlə faktiki olaraq ödədiyi faktiki qiymət arasındakı fərqdir.
İqtisadi coğrafiya
M. V. Lomonosov iqtisadi coğrafiya terminini ilk dəfə olaraq elmə gətirmişdir. XVIII əsrdə Rusiyada coğrafiyanın inkişafında alimlərin xüsusi əməyi olmuşdur. Əldə edilmış məlumatların təhlili, xəritələrin ümumiləşdirilməsi, ərazilərin mənimsənilməsi vacib vəzifə idi. Rus alimi M. V. Lomonosov (1711–1765) "Coğrafiya" sahəsində xüsusi əhəmiyyəti olan işlər görmüşdür. 1739-cu ildə Rusiya Elmlər Akademiyasında yaradılmış "Coğrafiya" departamenti 1745-ci ildə "Rusiya Atlası"nı hazırladı. Lomonosov quberniyalar haqqında məlumat toplamaq və Atlası yenidən nəşr etmək üçün 1758-ci ildə onlara xüsusi sorğu sualları göndərdi. Burada iqtisadi məlumatların da olması, onların təhlillərinin aparılması "iqtisadi coğrafiya" sözünün yaranmasına səbbəb oldu. Bu termini ilk dəfə Lomonosov işlətmışdir. O, həmçının Şimal dəniz yolunun, Şimal Buzlu okeanının, onun iqlimi və buz örtüyü, su axınlarının, atmosferin öyrənilməsi üçün böyük əmək sərf etmışdir. İqtisadi coğrafiynın yaranması Lomonosovun adı iə bağlıdır.
İqtisadi göstəricilər
İqtisadi göstəricilər (indiqatorlar) (Economic indicators) - Ölkədə iqtisadi vəziyyəti əks etdirən və maliyyə və iqtisadi meyilləri təhlil etmək, qiymətləndirmək və proqnozlaşdırmaq üçün istifadə olunan statistik göstəricilər. Məsələn: ÜDM-in artım sürəti, İstehlak qiymətləri indeksi, Tədiyyə balansının saldosu, İşsizlik səviyyəsi və s. Ümumi daxili məhsul (Gross Domestic Product) — bir il ərzində iqtisadiyyatda (ölkə daxilində) istehsal olunan bütün mal və xidmətlərin məcmu bazar qiymətidir. İstehlak qiymətləri indeksi — ümumi qiymət səviyyəsini müəyyən edən əsas ölçüdür. Bu ölçüdən istifadə etməklə inflyasiya dərəcəsini tapmaq mümkündür. İstehlak qiymətləri indeksi alıcıların istehlak səbətinə daxil olan məhsul və xidmətlərin (ərzaq, tibbi xidmətlər, nəqliyyat, sığorta xərcləri, kommunal xərclər və s.) ümumi qiymət səviyyəsinin dəyişməsini göstərir. Tədiyə balansı saldosu — Tədiyyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridir. Başqa sözlə, tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Tədiyə balansı ölkə rezidentlərinin müəyyən dövr ərzində qeyri-rezidentlərlə apardığı iqtisadi əməliyyatların məcmusunu əks etdirən statistik hesabat sistemidir.Tədiyyə balansının saldosu isə tədiyyə balansındakı mədaxil və məxaric fərqinə bərabər olur.
İqtisadi hərəkətlilik
İqtisadi icarə
İqtisadi icarə — sahibinə və ya istehsal amilinə bu faktoru istehsala gətirmək üçün lazım olan xərcləri aşan hər hansı bir ödənişdir. Klassik iqtisadiyyatda iqtisadi kira, yer (torpaq) kimi istehsal olunmamış girişlər və təbii fürsətlər (məsələn, patentlər) üzərində rəsmi imtiyaz yaratmaqla formalaşan varlıqlar üçün alınan hər hansı bir ödənişdir (ehtimal olunan dəyər daxil olmaqla) və ya fayda. Neoklasik iqtisadiyyatın əxlaq iqtisadiyyatında iqtisadi kira, əmək gildiyaları və qeyri-rəsmi korrupsiya kimi əmək və ya digər "uydurulmuş" şəxslərin (bazarın təbiidir və dövlət və sosial güzəştlər tərəfindən meydana gəlmədiyi fərz olunur) dövlət faydalananlarının qazandığı gəlirləri əhatə edir. İqtisadiyyat ənənəsinin əxlaq iqtisadiyyatında geniş şəkildə iqtisadi renta istehsalçının artığına və ya normal mənfəətə qarşı çıxır və bunların hər ikisi də məhsuldar insan fəaliyyətini əhatə edəcək şəkildə nəzəriyyə olunur. İqtisadi renta, fürsət qiymətinin vacib bir komponent olduğu iqtisadi mənfəətdən fərqli olaraq fürsət maliyyətindən də müstəqildir. İqtisadi renta qazanılmamış gəlir kimi qəbul edilir , iqtisadi mənfəət isə riskə görə tənzimlənən alternativlər arasından seçim edərək qazanılan gəlirləri izah edən daha dar bir müddətdir. İqtisadi mənfəətdən fərqli olaraq iqtisadi renta rəqabət yolu ilə nəzəri cəhətdən aradan qaldırıla bilməz, çünki gəlir alanın icarəyə götürülən obyektin yaxşılaşdırılması kimi edə biləcəyi hər hansı bir hərəkət daha sonra ümumi gəliri müqavilə icarəsinə çevirəcəkdir. Hələ də ümumi gəlir iqtisadi qazancdan (qazanılan) və iqtisadi icarədən (qazanılmamış) ibarətdir. İstehsal olunmuş məhsul üçün iqtisadi icarə patentin qanuni mülkiyyətinə (bir prosesin və ya tərkib hissəsinin istifadəsi üçün siyasi olaraq tətbiq olunan hüquqa) görə ola bilər. Təhsil və peşə lisenziyalaşdırması üçün bilik, performans və etik standartlar, eləcə də icazə və lisenziyaların dəyəri, yalnız qiymətə rəqabət etmək istəyənlərin səriştəsindən və istəklərindən asılı olmayaraq, onların sayına görə kollektiv olaraq nəzarət olunur.
İqtisadi imperializm
Müasir iqtisadiyyatda iqtisadi imperializm həyatın iqtisadiyyatdan kənar aspektlərinin, o cümlədən cinayət, qanun, ailə, qərəz, zövq, irrasional davranış, siyasət, sosiologiya, mədəniyyət, din, müharibə, elm və tədqiqatın iqtisadi analizidir. Bu terminin istifadəsi təqribən 1930-cu illərə təsadüf edir. Belə bir analizin ortaya çıxması, fiziki elmlərdə olduğu kimi standart statistik üsullar vasitəsilə təkzib olunan məna və nəticələrin sınanmasına imkan verən metoda istinad edir. Bu yanaşmada "davranışları maksimum vəziyyətə gətirməyin, sabit üstünlüklərin və qətiyyətlə tətbiq olunan bazar tarazlığının birgə fərziyyələri" mərkəzi mövqe tutur. Bütün bunların və diqqətin əsasən iqtisadi səmərəliliyə yönəlməsinin digər sosial elmlərdə nəzərə alınmaması və "iqtisadiyyata əvvəlcədən intizam aləmindən kənarda hesab edilən intellektual sahəni zəbt etməyə icazə verməsi" iddiaları irəli sürülmüşdür.
İqtisadi inkişaf
İqtisadi inkişaf — iqtisadiyyat və istehsal qüvvələri, təhsil, elm və mədəniyyətin, insanların həyat səviyyəsinin müntəzəm olaraq keyfiyyət və struktur baxımından müsbət istiqamətdə dəyişməsi ilə xarakterizə olunan iqtisadi prosesdir. İqtisadi inkişaf həm də ictimai əlaqələrin inkişafını nəzərdə tutur və buna görə də tarixən formalaşmış texnoloji və maddi nemətlərin bölgüsünün müxtəlif sistemlərində bir-birindən fərqlənir. Ölkənin iqtisadi inkişafının əsas göstəriciləri - əhalinin həyat səviyyəsi, iqtisadiyyatın rəqabət qabiliyyəti, ölkənin ümumi daxili məhsulu, ümumi milli məhsulu, adambaşına insan kapitalı və iqtisadi azadlıq indeksidir. İqtisadiyyatın inkişafının əsas hərəkətverici qüvvəsi insan kapitalı və onun yaratdığı yeniliklərdir. İnsan kapitalı deyərkən, insanların təhsil, səhiyyə, elm, əmək şəraiti və həyat səviyyəsinin yüksəldilməsinə çəkilən xərclər nəzərdə tutulur. Макконнелл К.Р., БРЮС. Л. 14 издание. ЭКОНОМИКС. Москва: Инфа-М, 2005 Шумпетер Й.А. (1883—1954).
İqtisadi inteqrasiya
İqtisadi inteqrasiya — ölkələr arası iqtisadi əməkdaşlığın ən uyğun səviyyəyə çıxarılmasıdır. İqtisadi inteqrasiya proses kimi müxtəlif milli təsərrüfatlara mənsub olan iqtisadi vahidlər arasında bütün əngəllərin ləğv edilməsi, vəziyyət kimi həmin maneələrin yoxluğunu ifadə edir. Başqa sözlə, iqtisadi inteqrasiya qismən və ya tam olaraq tarif və qeyri-tarif məhdudiyyətlərin aradan qaldırımasına yönəlik müxtəlif dövlətlər arasında iqtisadi siyasətin birləşdirilməsidir. Bu üzv ölkələrdə istehsalın məhsuldarlığını artırmaq məqsədilə həm istehsalçılara, həm də alıcılara aşağı qiymətlər təqdim edir. İqtisadi inteqrasiyanı izləməkdə bəzi iqtisadi və siyasi səbəblər var. İqtisadi səbəb üzv ölkələr arasında ticarəti artırmaqla, həm istehsalı, həm də məhsuldarlığı yüksəltməkdir. Bu qlobal səviyyədə formalaşan iqtisadi inteqrasiyanın əsas səbəblərindən biridir. Bu fenomen həm region (Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT)), həm qitə (ASEAN, NAFTA, SACN (Cənubi Amerika Millətlər Birliyi), Avropa İttifaqı, Avrasiya İqtisadi İttifaqı), həm də qitələrarası miqyasda (Transatlantik Azad Ticarət Zonası (Transatlantic Free Trade Area), Şərqi Asiya Hərtərəfli İqtisadi Əməkdaşlıq birliyi (Comprehensive Economic Partnership for East Asia)) təzahür edir. İkinci bir səbəb kimi ölkələrin sahib olduğu nisbi üstünlükləri göstərmək olar. Belə ki, hər hansı şəxs və ya ölkə müəyyən məhsul istehsalında digərinə nisbətənmarjinal faydası daha çoxdur.
İqtisadi ittifaq
İqtisadi İttifaq (İİ) — ticarət blokunun elə bir növüdür ki, burada ümumi bazar və gömrük ittifaqı eyni anda tətbiq edilir. İttifaq çərçivəsində üzv ölkələr istehsalın ümumi tənzimlənməsini həyata keçirir, mal və xidmətlərin, istehsal amillərinin sərbəst hərəkəti təmin edilir, eləcə də ümumi xarici ticarət siyasəti yeridilir.
İqtisadi köpük
İqtisadi köpük və ya aktiv köpüyü (bəzən spekulyativ köpük, bazar köpüyü, qiymət köpüyü, maliyyə köpüyü, spekulyativ mania və ya balon olaraq da adlanır) da aktivlərin qiymətlərində gələcəklə bağlı qeyri-mümkün və ya əsaslı olmadan ortaya çıxan fikirlərdir. Əslində, aktivin həqiqi dəyərini güclü şəkildə aşan bir qiymətdə və ya qiymət aralığında ticarət edilməsi kimi təsvir edilə bilər. Bəzi iqtisadiyyatçılar köpüklərin baş verməsini qəbul etməsələr də, köpüklərin səbəbləri aktivlərin qiymətlərinin tez-tez güclü şəkildə həqiqi qiymətlərindən uzaqlaşdığına inananlar tərəfindən mübahisəli olaraq qalır. Məsələylə bağlı çoxlu izahlar verilmiş və son araşdırmalar göstərmişdir ki, köpüklər qeyri-müəyyənlik , spekulyasiya və ya məhdud rasionallıq olmadan da yarana bilər. Bu durumda onlar spekulyativ olmayan köpüklər və ya günəş ləkəsi tarazlıqları olaraq adlandırılırlar. İnvestorların köpüyün çökməsi halında öz zərərlərini tamamilə kompensasiya etdiyi nöqtədə köpüklərin rasionallıqları müzakirə oluna bilər. Bu yanaşmalar köpük çöküşünün vaxtının yalnız ehtimal olunan şəkildə proqnozlaşdırıla biləcəyini və köpük prosesinin tez-tez Markov keçid modelindən istifadə edərək modelləşdirilməsini tələb edir. Bənzər izahatlar nəticədə qiymətlərin uyğunlaşdırılması prosesləri səbəb ola biləcəyini göstərir. Bənzər izahatlar köpüklərin nəticə olaraq qiymət koordinasiyasının prosesindən yarandığını göstərir. Varlıq köpüyünün yaranmasıyla bağlı yeni nəzəriyyələr bu hadisələrin daha çox sosioloji əsaslarının olduğunu göstərir.
İqtisadi metodologiya
İqtisadi problemlərin ciddi tədqiqində metodologiya məsələsi mühüm əhəmiyyət kəsb edir. Metodologiya – metodlar haqqında elmdir. İqtisadi nəzəriyyənin metodologiyası təsərrüfat həyatını, iqtisadi hadisələri öyrənən metodlar haqqında elmdir. O, iqtisadi hadisələrin öyrənilməsinə ümumi yanaşmaya, gerçəkliyin vahid dərkinə, vahid fəlsəfi zəminə malik olmalıdır. Metodologiyanın həll etməli olduğu əsas məsələ: iqtisadi nəzəriyyə bu və ya digər iqtisadi sistemin fəaliyyəti və sonrakı inkişafının əsl işıqlandırılmasına gerçəkliyi elmi dərk etmənin hansı üsulları, yolları ilə nail olur ? Ümumi iqtisadi nəzəriyyənin metodologiyasında bir neçə əsas yanaşmanı göstərmək olar: 1) Subyektivçi (subyektiv idealizm mövqeyindən); 2) Neopozitivist-empirik (neopozitiv emöirizm və skeptisizm mövqeyindən); 3) Rasionalist; 4) Dialektik materislist; Subyektivçi yanaşmada iqtisadi hadisələrin təhlilinin çıxış nöqtəsi kimi ətraf mühitə təsir edən təsərrüfatçı subyekt götürülür, özü də suveren "mən" mütləq müstəqildir, buna görə də hamı bərabərdir. Belə yanaşmada əsas kateqoriya tələbat və faydalılıqdır. İqtisadiyyat təsərrüfatçılıq edən subyektin müxtəlif variantlardan həyata keçirdiyi seçim nəzəriyyəsi olur. Neopozotivist-empirik yanaşmada hadisələrin və onların dəyərləndirilməsinin daha diqqətlə öyrənilməsinə əsaslanır. Belə yanaşma iqtisadiyyatı firma səviyyəsindəki iqtisadi problemləri özündə ehtiva edən mikroiqtisadiyyata və cəmiyyət miqyaslı iqtisadi problemləri əks etdirən mikroiqtisadiyyata bölməyi nəzərdə tutur.
İqtisadi modellər
İqtisadçılar öz təcrübəsində ən müxtəlif modellərdən istifadə edirlər. Bu modellər diaqramlardan, cədvəllərdən, bərabərliklərdən ibarət olur. İqtisadi modellərdə də bir çox hissələr, məlumatlar çatışmır. Buna baxmayaraq, əslində onların çatışmazlığı bizə həqiqətən mühüm olan şeyi dərk etməyə imkan verir. İqtisadçının modeli də bütün iqtisadi amilləri nəzərə ala bilmir. Bütün modellər müəyyən fərziyyələr və ehtimallarla qurulmuşdur. İqtisadçılar öz təhlillərində öyrənilən məsələyə dəxli olmayan amillərin iştirak etməsinə yol vermirlər. İqtisadiyyat müxtəlif fəaliyyət növləri ilə — alıcılıqla, satıcılıqla, işlə, muzdlu əməklə, istehsalla və s. məşğul olan milyonlarla insanlardan ibarətdir. Onun necə qurulduğunu dərk etmək üçün bizim düşünmə tərzimizi sadələşdirən üsulun tapılması zəruridir.
İqtisadi möcüzə
İqtisadi möcüzə — hansısa ölkənin və ya regionun müəyyən zaman ərzində sürətli iqtisadi inkişafını bildirmək üçün istifadə olur.
İqtisadi müharibə
İqtisadi müharibə, Oxford İngilis dili Lüğəti ilə "birincil təsiri başqa bir dövlətin iqtisadiyyatını zəiflətmək olan tədbirlərin (məsələn, blokada və s) istifadəsinə əsaslanan iqtisadi strategiya" ilə əlaqələndirilir. Hərbi əməliyyatlarda iqtisadi müharibə, müharibə zamanı və ya ondan əvvəl açıq, yaxud gizli əməliyyatların, kiber əməliyyatların, məlumat əməliyyatlarının bir hissəsi kimi izlənilən iqtisadi siyasəti əks etdirə bilər. İqtisadi müharibə kritik iqtisadi mənbələrin tədarükünü ələ keçirmək və ya başqa şəkildə idarə etmək məqsədi daşıyır ki, dost hərbi, kəşfiyyat qurumları bunlardan istifadə edə bilər, düşmən qüvvələri istifadə edə bilməz. İqtisadi müharibə konsepsiyası, millətlər arasındakı qarşıdurmada, xüsusilə bir düşmən millətin silahlı qüvvələrini deyil, həm də səfərbər bir müharibə iqtisadiyyatını əhatə edən ümumi müharibə dövründə daha çox tətbiq olunur. Belə bir vəziyyətdə düşmən iqtisadiyyatına ziyan vurmaq, müharibə aparmaq qabiliyyətinə ziyandır. Yanmış torpaq siyasəti tez-tez düşmənə mənbələrdən imtina etmək üçün tətbiq edilmişdir. İqtisadi müharibədəki siyasət və tədbirlər arasında blokada, qara siyahı, müstəsna satınalma, mükafatlandırma və düşmən varlıqlarının, təchizat xətlərinin ələ keçirilməsi, yaxud idarə edilməsi ola bilər.
İqtisadi mühəndislik
İqtisadi mühəndislik — əvvəllər mühəndislik iqtisadiyyatı kimi tanınan mühəndislik iqtisadiyyatı, mühəndislik həllərinin analizində istifadə və "iqtisadi prinsiplərin tətbiqi" ilə əlaqəli iqtisadiyyatın alt hissəsidir . Məhdud mənbələrin bölüşdürülməsinə dair qərarların qəbul edilməsi ilə bağlı qərarlar verərkən fərdlərin və şirkətlərin davranışlarını araşdırdığı üçün mikroiqtisadiyyat olaraq bilinən bir iqtisadiyyat sahəsinə diqqət yetirir. Beləliklə, qərar qəbuletmə müddətinə, kontekstinə və ətraf mühitə diqqətini cəmləşdirir. İqtisadi nəzəriyyəni mühəndislik təcrübəsi ilə birləşdirən praqmatik bir xarakterdir. Bununla yanaşı, qiymət, rəqabət və tələb / təklif kimi bir sıra mikroiqtisadi konsepsiyaların qarşısını aldığından mikroiqtisadi nəzəriyyənin sadələşdirilmiş bir tətbiqidir. Bununla birlikdə, bir intizam olaraq, statistika, riyaziyyat və xərc uçotu kimi digər fənlər ilə yaxından əlaqəlidir. İqtisadiyyatın məntiqi çərçivəsinə güvənir, ancaq buna riyaziyyat və statistikanın analitik gücünü əlavə edir. Mühəndislər problemlərin həlli yollarını axtarırlar və hər bir potensial həllin iqtisadi cəhətdən səmərəliliyi ümumiyyətlə texniki cəhətlərlə birlikdə nəzərdən keçirilir. Əslində mühəndislik iqtisadiyyatı, müəyyən bir hədəfə çatmaq üçün alternativlər olduqda iqtisadi nəticələrin formalaşdırılmasını, qiymətləndirilməsini və qiymətləndirilməsini əhatə edir. Mühəndislik iqtisadiyyatı bəzi ABŞ mülki mühəndisliyi lisenziya proqramlarında məcburi bir kursdur.
İqtisadçı
İqtisadçı — Resursların insan ehtiyaclarını ən yaxşı qarşılayacaq formada istifadə edilməsini, sonsuz insan ehtiyaclarından qıt resurslarla qarşılana biləcəklərin təyin edilməsini, ehtiyacları qarşılayacaq mal və xidmətlərin istehsalında mənbələrin ən yaxşı formada paylanılmasını, istehsal olunan mal və xidmətlərin bölüşdürülməsi mövzusunda işləyən insanlardır. İstehsal edilən mal və məhsulların istehlakçıya çatdırılması barədə planlama edirlər. Məlumat toplama bacarıqlarını inkişaf etdirirlər. İnflyasiya, qazanc faizi, məşğulluq və enerji maaliyyəti sahələrində yoxlama edirlər.
İrtidad
Mürtədlik (ərəb. مُرْتَدّ‎‎) və ya irtidad (ərəb. اِرْتِدَاد‎‎ – "dönmə, üz döndərmə") — bir şəxsin rəsmi şəkildə dindən çıxması, onu tərk etməsi və ya dindən imtina etməsi. Bu, həm də daha geniş kontekstdə bir şəxsin əvvəlki dini inanclarına zidd olan fikri qəbul etməsi kimi müəyyən edilə bilər. Dindən dönən şəxs mürtəd kimi tanınır. Mürtəd olmuş şəxslər bu sözün mənfi çalarının olmasına görə özlərini mürtəd adlandırmaqdan çəkinirlər, lakin bu termin sosioloqlar tərəfindən texniki mənada, heç bir alçaldıcı məna daşımadan istifadə olunur. Bəzən bu termin həm də siyasi partiya, ictimai hərəkat və ya idman komandası kimi qeyri-dini inancdan və ya səbəbdən imtina etmək üçün metafor kimi istifadə olunur. Bir çox dini qruplar və bəzi dövlətlər mürtədləri cəzalandırır. Bu, müəyyən bir dini qrupun rəsmi siyasəti yaxud da sadəcə olaraq üzvlərinin könüllü hərəkəti də ola bilər. Bu cür cəzalara aforoz, şifahi təhqir, fiziki zorakılıq və ya hətta edam daxil ola bilər.
İxtisas
İxtisas müəyyən bilik sahəsi üzrə bölmələr; sənət, peşə; elm sahəsi; əmək hüququnda iş ixtisası və ayrı-ayrı işçilərin ixtisası fərqləndirilir. İş ixtisası iş növünün mürəkkəblik, dəqiqlik və məsuliyyət dərəcəsi ilə müəyyən edilir. insanın əmək fəaliyyətinin növü. Hər hansı istehsalat sahəsində məşğul olmağa imkan yaradan bilik və əməli vərdişlər kompleksi. İctimai əmək bölgüsünün geniş yayılmış növü olan ixtisas elmin, texnikanın, sənətin, yaxud incəsənətin ayrıca sahəsi kimi peşə daxilində formalaşır. Peşə və ixtisas insanın yaşaması və inkişafı üçün maddi imkan yaradır. O bu baxımdan hobbidən fərqlənir. İxtisas peşə daxilində formalaşır və peşə bir və ya bir neçə ixtisası əhatə edə bilər. Məsələn, müəllimlik peşəsi fizika müəllimi, kimya müəllimi, tarix müəllimi və s., mühəndislik peşəsi tikinti mühəndisi, elektrik mühəndisi və s. ixtisasları əhatə edir.
İctihad
İctihad — Quranda və ya hədisdə haram-halal vəziyyəti qeyd olunmayan bir suala cavab tapmaq üçün bir fəqih və ya İslam hüququ mütəxəssisi tərəfindən mülahizələrdən istifadə etməkdir. İctihad Ərəb dili, kəlam, nazil olan mətnlər və usul-ul-fiqh, Həm sünnilər, həm də şiələr ictihad edirlər. İctihad, onu yerinə yetirmək qabiliyyətinə malik olanlar üçün dini bir vəzifə sayılır. İctihad etmək qabiliyyətinə malik olan İslam alimi "müctəhid" adlanır. Əxbarilər ictihadı rədd edirlər, çünki yalnız 14 məsumun qərəzsiz hökm verə biləcəyinə inanırlar. Əxbarilər bir şeyin haram və ya halal olduğuna əmin deyillərsə, onu haram hesab edirlər. Kənan Rövşənoğlu. "Şiəlikdə müctəhidlik institutu - Baku Research Institute". Bakı Araşdırmalar İnstitutu (az.). 2023-05-18.