Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tufan
Tufan(və ya fırtına) – adətən siklon keçən zaman baş verən, xeyli davamlı, çox güclü, quruda çox böyük dağıntıya və dənizdə güclü dalğalanmaya səbəb olan atmosfer hadisəsidir. Çox vaxt ildırım, göy gurultusu və güclü leysanla müşayiət olunur, bəzən dolu düşür. Yağmursuz tufanlar da çox olur. Bofort cədvəlində gücü 9 bal, sürəti isə 30m/san olan külək tufan adlanır. Tropik qurşaqlarda, xüsusən Böyük Antil adalarında və Karib dənizi üzərində baş verən tufana tropik siklonu deyilir. Belə siklon isə okeanlarda qasırğa törədir. Su nəhəng xortumlar və ya qıflar şəklində qalxaraq bir-birinin dalınca burulğanlı hərəkət etməyə başlayır. Tufanla qarşılaşmış yelkənli gəmilər hər hansı bir limana yaxın olmayacaq qədər açıqdadırlarsa, o zaman tufaba hazırlıq görməlidirlər. Şiddətli küləyə qarşı görüləcək ən təsirli tədbir qayığın yelkənini kiçilməkdir. Bu halda şiddətli küləyin qayığı aşırmaq təhlükəsi azalmış olacaqdır.
Ufa Uşaq Dəmir yolu
Sovet İttifaqı qəhrəmanı V. P. Dobrorez adına Kiçik Ufa Uşaq Dəmir yolu — Ufa şəhərində uşaq dəmir yolu. == Tarixi == Ufada Uşaq Dəmir yolunun salınması fikiri hələ Ufanın dəmir yol paytaxtı olması zamanı ortaya atılmışdı. Dəmir yolunu İ. S. Yakutov adına parkda salınması planlaşdırılırdı. Bu yol şəhərin mərkəzi ilə dəmir yolu vağzalı arasından keçməli idi. Dəmir yolunun inşasına 1952-ci ildə başlanılmışdır. Tikinti işləri qısa müddət ərzində bitir. İlk əvvəllər vaqonların daşıma güçü 159—649 nəfər təşkil edirdi. Burada üç vaqon açıq tipli idi. Onlar vaqon platformalarından hazırlanmışdı. Səkkizvari formaya malik olan xətt qapalı sistemli idi.
Dağılan tifaq
“Dağılan tifaq” — Azərbaycan klassik rеalist dramaturgiyasının ən dəyərli nümunələrindən sayılan və Haqvеrdiyеvə dramaturq şöhrəti qazandıran “Dağılan tifaq” adlı məşhur faciənin yaranmasında ədibin hələ Şuşada ikən, içərisində dоlaşdığı mühiti ətraflı müşahidə еtməsi böyük rоl оynamışdır. == Təsviri == О, yеniyеtmə ikən mülkədarlığın iflasını görürdü. Pеtеrburqa gəldikdən sоnra rus ədəbiyyatının və mədəniyyətinin qabaqcıl idеyaları ilə tanışlıq оnun dünyagörüşünün gеnişlənməsinə kömək еtmişdi. 1880- 90-cı illərdə Azərbaycanda mülkədarlıq tənəzzülə uğrayır, patriarxalfеоdal münasibətləri burjua münasibətlərilə əvəz оlunmağa başlayırdı. Bütün bu tarixi həqiqətlər еyni ildə yaradılmış “Müsibəti-Fəxrəddin” (N.Vəzirоv) və “Dağılan tifaq” faciələrində əks оlunmuşdur.Tifaqların, оcaqların dağılması ictimai-əxlaqi tənəzzülə, böhtana məruz qalmış mülkədarlığın öz təbiətindən dоğurdu. Pyеsdə müəllif, Nəcəf bəy və оnun “yеmək və içmək” dоstu оlan bəylərin nüfuzlarının azaldığını, fəaliyyətlərinin gеt-gеdə zəiflədiyini, mübarizə mеydanından sıxışdırılıb çıxarıldıqlarını göstərmişdir.Əsərdə еyni zamanda, yaranmaqda оlan yеni ictimai qüvvələri təmsil еdən Məşədi Cəfər və Cavad kimi, həyatda fəal оlmağa çalışan tacirlərin, sələmçilərin surətləri yaradılmışdır. Artıq еlə bir dövr gəlmişdi ki, mülkədarlıq cəmiyyətin təzə mеylləri, inkişafı qarşısında duruş gətirə bilmir, dağılırdı. “Dünya bеş gündür, bеşi də qara” fəlsəfəsiylə ömür sürən Nəcəf bəyin tərcümеyi-halı Azərbaycan mülkədarlığının kеçirdiyi yоla uyğundur. Varlı mülkədar оlan о, burnundan uzağı görmədiyi üçündür ki, “varlığa nə darlıq” dеyə israfçılığa başlayır və bunu özü üçün şan-şöhrət bilir. Kəndlilərin alın təri ilə qazandıqları sərvəti, adı çıxsın dеyə, sağa-sоla paylayır.
Həsən Tufan
Hizbulla Gülsizin-Həsrətov-Kusinov (tam adı: Hizbulla Fəxri oğlu Gülsizin-Həsrətov-Kusinov, rus. Хисбулла Фахриевич Гульзизин-Хазратов-Кусинов; təxəllüsü: Həsən Tufan, tatar. Хәсән Туфан, rus. Хаса́н Туфа́н; 27 noyabr (10 dekabr) 1900, İske Karmət[d], Aksubay volostu[d], Çistay qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 10 iyun 1981, Kazan) — Tatarıstan şairi və yazıçısı, milli fiqur, Abdulla Tuqay adına Tatarıstan MSSR Dövlət Mükafatı laureatı (1966). == Həyatı == Hizbulla Fəxri oğlu Gülsizin-Həsrətov-Kusinov 9 dekabr 1900-cu ildə Rusiya imperiyasının Kazan quberniyasının Çistay mahalının Aksubay nahiyəsinə daxil olan Müqəddəs Kiremet (indiki Tatarıstan Respublikasının İske Karmət kəndi) bir kəndli ailəsində anadan olmuşdur. O, oxumağı və yazmağı atasından öyrənmiş, ibtidai təhsilini isə kənd məktəbində almışdır. 1914-cü ildə onun qardaşları Həsən Tufanı Ural dağlarına aparmışdır ki, o, buradakı mis mədənlərində kəşfiyyatçı kimi işləmişdir. O, təhsilini regionun ən öncül tədris müəssisələrindən biri olan Ufa şəhərindəki «Qaliya» mədrəsəsində davam etdirmişdir. O, burada Şeyxzadə Babiçin musiqi və ədəbi sferasına daxil olmuşdur. 1915-ci ildən onun ədəbiyyat müəllimi Alimcan İbrahimov olmuşdur.
Tufan (MRAP)
Tufan — Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin yaratdığı Azərbaycanın ilk milli minaya qarşı qorumalı nəqliyyat vasitəsi. "Tufan"ın ümumi çəkisi 12300 kq, faydalı yükü 3000 kq, heyəti 2 nəfərdir. Maşın 8 desant 8 daşıyır. Maşının uzunluğu 7360 mm, eni 2440 mm,hündürlüyü 2820 mm-dir. "Tufan"ın sürəti 85 km/saat, gediş ehtiyatı 900 km təşkil edir. Maşın 230 at gücündə 8 silindrli, dördtaktlı maye ilə soyuducunun KAMAZ EVRO 2 dizel mühərriki və mexaniki transmissiyaya ilə təchiz olunub. Sifarişdən asılı olaraq maşın istənilən digər növ mühərrik və transmissiyaya ilə təchiz oluna bilər.
Tufan (dəqiqləşdirmə)
Tufan
Tufan (mifologiya)
Tufan və ya daşqın anlayışı dünyadakı bir çox mədəniyyətdə iştirak edər. Bənzərlikləri və fərqlilikləri mövcuddur. Şumerlərdə (Gilqameş dastanında) ilk dəfə bəhsi keçər. Xristianlıq, Yəhudilik və İslam ilə birlikdə bütün dünyanın ortaq bir inancı halına çevrilmiş və onsuz da bir çox cəmiyyətdə var olan tufan inanclarıyla də birləşmişdir. Türk mədəniyyətindəki əhəmiyyəti yer üzünün yenidən ilk başlanğıcdakı sularla qablı halına fırlanmasıdır. Yenilənmək simvoludur lakin yenilənmə bir növ inqilab ilə ortaya çıxır. Çünki tufan ilə köhnəlmiş olan hər şeyin sonu gəlir ancaq dönülən yer isə başlanğıc yəni özdür. Bu məzmunda həyatın bir çevrə olduğu inancını mənimsəyən primitiv cəmiyyətlərin düşüncə sisteminin ən gözəl nümunəsidir. Pislik üzündən xaos ortaya çıxar ancaq sonradan yenidən dinginleşir. Nuh peyğəmbər (Türklərdə Nama) bir gəmi edər və bütün canlılardan bir cüt alaraq daşqından qorunur.
Tufan (tarix)
Tufan termini (pol. pоtор szwedzki, lit. Tvanas) XVII əsrin ortalarında Polşa-Litva İttifaqında baş vermiş bir sıra hadisələr üçün istifadə olunur. Bu müharibələr zamanı Polşa-Litva İttifaqı əhalisinin üçdə birini və böyük güc statusunu itirmişdir. == Əvvəlki hadisələr, işğalın başlaması və Rusiya çarlığının strategiyası == 1648-ci ildə Boqdan Xmelnitski Polşa-Litva Birliyinin hökmdarlarından narazı qalan Zaporojiya kazakları və Ukrayna kəndlilərindən ibarət qoşunları ilə birlikdə böyük bir üsyana rəhbərlik etdi. Üsyanın ilk mərhələsi böyük dağıntılar ilə Berestechko müharibəsinin nəticəsiz qalması ilə Rusiya çarlığı ilə Reç Pospolita arasında Ukraynanı əhatə edən şərqi slavyan ərazisi üzərindəki qarşıdurmanı daha da gücləndirdi. Buna görə 1653-cü ilin oktyabrında rus komandiri Zemsky Sobor Polşaya müharibə elan etdi. 1654-cü ilin iyun ayında rus çarı I Aleksandr Şərqi Polşanı işğal etdi və 13 il davam edəcək 1654-1667 Rusiya-Polşa müharibələri başladı. 1654-cü ilin yayında ruslar bugünkü Belarusiya ətrafında qurulmuş bir çox vacib şəhər və qalaları ələ keçirməyə müvəffəq oldular. 3 oktyabr 1654-cü ildə mühasirədən sonra Smolensk tutuldu.
Tufan Div
Tufan Div — Azərbaycan nağılı "Tapdıq"ın qəhrəmanı. Fırtınalar tanrısı və Zülmət dünyasının padşahıdır, oğlu Tapdıq "İşıqlı dünyanın və Zülmət dünyasının padşahı" olaraq onu əvəz etmişdir. == Xarakteristikası == Zülmət dünyasının padşahı olan Tufan div bütün şər qüvvələrin və əməllərin himayəçisidir. O, nağılda tam mənfi obraz kimi təqdim edilməsə də, verilən bəzi məlumatlar (Tufan divin ölü tilsimini istifadə etməsi) onun mənfi obraz olduğunu təsdiqləyir. === Sehrli gücləri === Təbiətə təsir etmə. Tufan div bir yerdə görünməzdən əvvəl bərk gurultu qopara və ildırım çaxdıra bilər. Div Gün xanımdan ayrıldığı zaman kədərlənir, göz yaşları havaya qalxıb, damla-damla yerə süzülürdü. Ustadlara görə, bulud, duman, yağış, qar, dolu Tufan divin göz yaşlarından əmələ gəlirdi. Tufan div Gün xanımı gördükdən sonra onun göz yaşlarından dəryalar, ümmanlar, göllər əmələ gəlir və ya göz yaşları od olub ətrafı yandırırdı. Uçma və qeyri-insani sürət.
Tufan FK
Tufan Futbol Klubu — 2015-ci ildə ictimai birlik olaraq yaradılmış, Xırdalan şəhərini təmsil edən futbol klubu. Tufan Futbol Klubunun təşkilati-hüquqi forması ictimai birlikdir. Klubun bütün fəaliyyəti onun üzvlərinin iradəsinə tabedir. Nizamnaməsində də təsbit edildiyi kimi klubda idarəetmə funksiyasını 2018-ci ildən etibarən səkkiz nəfərdən ibarət İdarə Heyəti daşıyır. İdarə heyətinin fəaliyyəti üç nəfərdən ibarət Nəzarət-Təftiş Komissiyası tərəfindən təftiş olunur və nəticəsi klub üzvlərinin ümumi müzakirəsinə (Ümumi Yığıncaq) təqdim olunur. İdarə heyəti və Nəzarət-Təftiş Komissiyası iki ildə bir dəfə klub üzvlərinin Ümumi Yığıncağı tərəfindən seçilir. Tufan Futbol Klubunda futbolçu istehsalı konsepsiyası altı illik araşdırmaların nəticəsində formalaşdırılmışdır. İstehsal prosesinin planlaşdırılması sözügedən konsepsiyaya uyğun hazırlanır lakin, elmi-texniki araşdırma və inkişaf fəaliyyətinin nəticəsində plana müvafiq dəyişikliklər edilir. Klubun əsas məqsədi yerli futbolçu bazarındakı boşluğu idman elminin köməyilə dünya səviyyəli futbolçular yetişdirməklə doldurmaqdır. Klub daxilində TufanLAB fəaliyyət göstərir və müasir data əldə etmə alətlərindən atletlərin inkişafı üçün istifadə edilir.
Tufan Gündüz
Tufan Gündüz (d. 11 may 1964, Kayseri, Türkiyə)— tarixçi, Hacettepe Universitetinin professoru == Həyatı == Tufan Gündüz 11 may 1964-ci ildə Kayserinin Tomarza şəhərində dünyaya gəlmişdir. O, ali təhsilini Qazi Universitetində almış, 1987-ci ildə universitetin tarix müəllimliyi fakültəsini bitirmişdir. Tufan Gündüz, 1996-ci ildə "Bozulus Türkmənləri 1540-1640" adlı doktorluq dissertasiyasını tamamlayaq müdafiə etmişdir. 2006-ci ildə dosent, 2011-ci ildə professor adı alan Tufan Gündüz, hal-hazırda Qazi Universitetində Tarix ixtisası üzrə müəllim kimi fəaliyyət göstərməkdir. == Fəaliyyəti == Tufan Gündüzün türkmənlər haqqında bir çox akademik araştırmalar aparmışdır. Bunda başqa professorun Osmanlı və Səfəvilər dövlətləri haqqında bir neçə məqaləsi çap edilmişdir .
Tufan Kərim
Tufan Kərim (2 avqust 1957, Balakən) — Azərbaycan Milli Demokrat Partiyasının (Bozqurd Partiyası) sədri, hüquqşünas, vəkil, "Millətçilik" qəzetinin təsisçisi. == Həyatı == Tufan Kərim 1957-ci il avqustun 2-də Azərbaycan Respublikasının Balakən rayonunda dunyaya gəlib. Orta təhsilini orada bitirdikdən sonra bir il tikintidə fəhlə kimi çalışıb. 1984-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Buna qədər isə musiqi, hərbi və siyasi təhsil alıb. 1983-cü ildən 1991-ci ilədək huquq məsləhətçisi işləyib. Bir neçə il Hərbi Tribunalda çalışıb. 1995-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Vəkillər Kollegiyasının uzvü kimi vəkillik fəaliyyəti ilə məşgul olur.1975–1977-ci illərdə sovet ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 1977-ci ildə daimi yaşamaq üçün Bakı şəhərinə köçüb. Bakıda bir müddət yükvuran fəhlə kimi çalışıb.
Tufan Minnullin
Tufan Minnullin (tam adı: Tufan Abdulla oğlu Minnullin, rus. Туфа́н Абдуллович Минну́ллин, tatar. Туфа́н Габдулла́ улы Миңну́ллин; 25 avqust 1935, Olı Mərətxuca[d] – 2 may 2012, Kazan) — tatar əsilli SSRİ və Rusiya dramaturqu, nasiri, publisisti və ictimai xadimi, Kazan şəhərinin fəxri sakini. == Həyatı == Tufan Abdulla oğlu Minnullin 25 avqust 1935-ci ildə SSRİ-nin RSFSR-nın Tatarıstan MSSR-nin Kama Tamağı rayonunun ərazisinə daxil olan Olı Mərətxuca kəndində anadan olmuşdur. 1952-ci ildə o, orta məktəbdən məzun olmuş, 1956–1961-ci illərdə M. S. Şepkin adına Moskva Ali Teatr Məktəbində təhsil almışdır. Tufan Minnullin 1961–1964-cü illərdə Menzelinski Akademik Teatrında işləmişdir. Eyni zamanda o, dram ilə peşəkarcasına maraqlanmağa başlamışdır. 1962-ci ildə Menzelinski Akademik Teatrı onun komediya janrında yazdığı «Kəndimizin əhalisi» (rus. «Люди нашего села») əsərini tamaşaya qoymuşdur. Həmin il onun «Azat» (tatar.
Tutaq (Duzluca)
Tutaq — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır.
Afaq
Afaq — qadın adı və təxəllüs. Afaq Bəşirqızı - teatr və kino aktrisası Afaq Hüseynova - Azərbaycan rəssamı Afaq Gəncəli - televiziya aparıcısı və sənətçi. Afaq Məsud - yazıçı, dramaturq, əməkdar incəsənət xadimi Afaq Şıxlı - həkim, şairə, publisist, tərcüməçi Afaq Məlikova - Azərbaycan rəqqasəsi, Azərbaycan SSR-in xalq artisti Afaq Rüstəmova - fəlsəfə elmləri doktoru Afaq Sultanova - Azərbaycanlı para-cüdoçu Afaq Nəbiqızı - yazıçı.
Ulaq
Ulaq, uzunqulaq və ya eşşək (lat. Equus asinus asinus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövü. Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir. Eşşəkləri hündürlükləri 1-1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreyadq və Şimali Efiopiyada yaşayırlar. == Ulaq nəqliyyat vasitəsi kimi == Atlar cinsindәn tәkdırnaqlı mәmәli heyvan yarımcinsi. Uzun vә hәrәkәtli qulaqlarının, ensiz dırnaqlarının vә ucunda uzun tüklәrdәn ibarәt fırçası olan nazik quyruğunun olması ilә әsl atlardan fәrqlәnir. Rәngi boz, ağ, qara, qәhvәyi olur. Vәhşi Ulaq Afrikada, Ön, Orta vә Mәrkәzi Asiyada yayılmışdır.
Uçaq
Təyyarə, uçaq və ya aeroplan — havadan ağır, atmosferdə mühərriklərin və tərpənməz qanadların yardımıyla uçuş etmək üçün uçuş vasitəsi. Təyyarə qanadların qaldırıcılıq qüvvəsindən istifadə edərək özünü havada böyük sürətlə hərəkət etdirmək qabiliyyətinə malikdir. Tərpənməz qanadlar və mühərrikləri onları yelpəkciklərlə uçaqlardan və planerlərdən fərqləndirirlər. Təyyarələr müxtəlif konstruksiyalara malik olsalar da onların bir ümumi cəhətləri vardır. Onlar dinamik qaldırma qüvvəsindən istifadə edirlər. Havadan yüngül uçaqlardan (hava balonları, hava gəmiləri) fərqli olaraq təyyarələrdə qalxma, hava qanadların səthi üzrə axmağa başlayandan sonra baş verir. == Tipləri == Təyyarələr müxtəlif göstəriçilərinə görə (məs. təyinatı, konstruksiyası, mühərrikin növünə görə, üçüş-texniki parametrləri və s.) səciyyələnirlər. Təyinatına görə Sərnişin Hərbi Qırıcı Qırıcı-bombardmançı Bombardmançı Raketdaşıyıcılar Hücumçular Kəşfiyyat Korrektəçilər Çoxməqsədli və xüsusi Nəqliyyat Desant Havada yanacaq dolduranlar Hava təyyarə daşıyıcısıMülki təyyarələr Sərnişin nəql edənlər Nəqliyyat (yüklərin daşınması) Poçt Kənd təsərrüfatında kübrələrin işlənməsi Tədris-təlim İdman Sanitar Geoloji-kəşfiyyat YanğısəndürməMühərriklərin tipinə görə Porşenli Turbinli TurbinreaktorluMühərriklərin sayına görə bir mühərrikli iki mühərrikli üç mühərrikli dörd mühərrikli altı mühərrikli səkkiz mühərrikliSürətinə görə Səs sürətinə qədər Səs sürətindən yuxarı HipersəsEniş orqanlarına görə Quruda Gəmidə Hidrotəyyarələr Uçan gəmilərUçuş və enişə görə Şaquli Qısa AdiÇəkmə mənbəyinə görə Vintli Reaktivİdarəetmə növünə görə Pilotlu Avtomatlaşdırılmış, Pilotsuz ==== Yaranma tarixi haqqında ==== Daxili yanma mühərriklərinin yaranması aviasiyanın da yaranmasında əsas rol oynamışdır. Öncə fikirləşirdilər ki, mühərrikin qanadlı apparata quraşdırılması nəticəsində uçmaq mümkün olar.
Uşaq
Uşaq — yaşından asılı olmayaraq insanın balasıdır. Ümummiyətlə uşaq buluğa çatmamış insana deyilir. Körpəlik mərhələsi uşaqlıqdan öncədir və körpə ayaq açıb yeriş qabiliyyəti tapanda uşaq sayılır. Azərbaycanda adətən uşaq ilk dişini çıxardıqda hədik bişirilir və qonum-qonşuya paylanır. == Uşaqlıq mərhələləri == == Əsas qruplar == Uşaq oyunlarından bəhs edərkən onları iki qrupa ayırır ki, onun bu fikirlərini əslində bütün uşaq folkloru nümunələrinə də aid etmək olar: “1) Böyüklərin köməyi ilə oynanan oyunlar. Bu cür oyunlar kiçikyaşlı uşaqlar arasında oynanılır... 2) Müstəqil oyunlar. Bu oyunlar nisbətən böyükyaşlı uşaqlar arasında oynanılır.
Dağılan tifaq (pyes)
“Dağılan tifaq” — Azərbaycan klassik rеalist dramaturgiyasının ən dəyərli nümunələrindən sayılan və Haqvеrdiyеvə dramaturq şöhrəti qazandıran “Dağılan tifaq” adlı məşhur faciənin yaranmasında ədibin hələ Şuşada ikən, içərisində dоlaşdığı mühiti ətraflı müşahidə еtməsi böyük rоl оynamışdır. == Təsviri == О, yеniyеtmə ikən mülkədarlığın iflasını görürdü. Pеtеrburqa gəldikdən sоnra rus ədəbiyyatının və mədəniyyətinin qabaqcıl idеyaları ilə tanışlıq оnun dünyagörüşünün gеnişlənməsinə kömək еtmişdi. 1880- 90-cı illərdə Azərbaycanda mülkədarlıq tənəzzülə uğrayır, patriarxalfеоdal münasibətləri burjua münasibətlərilə əvəz оlunmağa başlayırdı. Bütün bu tarixi həqiqətlər еyni ildə yaradılmış “Müsibəti-Fəxrəddin” (N.Vəzirоv) və “Dağılan tifaq” faciələrində əks оlunmuşdur.Tifaqların, оcaqların dağılması ictimai-əxlaqi tənəzzülə, böhtana məruz qalmış mülkədarlığın öz təbiətindən dоğurdu. Pyеsdə müəllif, Nəcəf bəy və оnun “yеmək və içmək” dоstu оlan bəylərin nüfuzlarının azaldığını, fəaliyyətlərinin gеt-gеdə zəiflədiyini, mübarizə mеydanından sıxışdırılıb çıxarıldıqlarını göstərmişdir.Əsərdə еyni zamanda, yaranmaqda оlan yеni ictimai qüvvələri təmsil еdən Məşədi Cəfər və Cavad kimi, həyatda fəal оlmağa çalışan tacirlərin, sələmçilərin surətləri yaradılmışdır. Artıq еlə bir dövr gəlmişdi ki, mülkədarlıq cəmiyyətin təzə mеylləri, inkişafı qarşısında duruş gətirə bilmir, dağılırdı. “Dünya bеş gündür, bеşi də qara” fəlsəfəsiylə ömür sürən Nəcəf bəyin tərcümеyi-halı Azərbaycan mülkədarlığının kеçirdiyi yоla uyğundur. Varlı mülkədar оlan о, burnundan uzağı görmədiyi üçündür ki, “varlığa nə darlıq” dеyə israfçılığa başlayır və bunu özü üçün şan-şöhrət bilir. Kəndlilərin alın təri ilə qazandıqları sərvəti, adı çıxsın dеyə, sağa-sоla paylayır.
Tufan (film, 1989)
Tufan (Rom: Toofan) — 1989-cu ildə Ketan Desai tərəfindən çəkilmiş, Amitabh Baççanın əkiz qardaş rolunda ikili rolda oynadığı hind dilində çəkilmiş superqəhrəman filmidir. Filmin baş qəhrəmanlarından biri arbaletini silah kimi istifadə edən super qəhrəman Tufan, digəri isə Şyam adlı sehrbazdır. Filmin prodüseri Ketan Desainin atası Manmohan Desai idi. Filmin stoku və saundtreki Anu Məlikə məxsusdur. Film kassada “Orta” müvəffəqiyyət nümayiş etdirmişdir. == Süjet xətti == Filmin hekayəsi iki qardaşın ətrafında cərəyan edir, onlardan biri super güclərə malikdir və Lord Hanumanın həvəsli davamçısıdır. Digər personaj isə, atasının həyatına son qoymuş qaçış hiyləsini yerinə yetirməyə can atan həlim bir küçə sehrbazıdır.
Tufan zirehli maşını
Tufan zirehli maşını- Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi tərəfindən dizayn və istehsal edilən zirehli döyüş maşını. == Tarixi == Tufan zirehli maşını ilk dəfə ADEX-2016 ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində maket və 3D animasiya formatında nümayiş etdirilib, lakin avtomobilin seriya öncəki prototipi gövdə forması və bəzi detallara görə konseptdən bir qədər fərqlidir. Zirehli maşını yalnız aqreqat və şassi hissələrində donor detallardan istifə olunmuşdur. Tufan zirehli maşını 100 faiz Azərbaycan dizaynerlərinin və mühandislərinin kreat fikirləri və təcrübəsi ilə istehsal olmuşdur. == Texniki xüsusiyyətləri == Tufanın ağırlığı 12,3 tona çatır və zirehli maşın 10 nəfərlik şəxsi heyəti tam təhlükəsiz şəraitdə 3 tona qədər faydalı yük ilə daşımaq qabiliyyətinə malikdir. Maşın NATO-nun STANAG 4569 ballistik qoruma standartının 3-cü səviyyəsinin tələblərinə uyğundur. Şosedə saatda 85 kilometr sürətinə çatan maşın həm də 65 sm dərinlikdəki xəndəkləri və 1,2 metr su maneələrini keçmə qabiliyyətini malikdir, məlumatda bildirilir. Tufanın dəf edilən eniş və yoxuşunun səviyyəsi 30 dərəcə, yamacı isə 18 dərəcədir. Zirehli maşının yerində dönmə radiusu 20 metrə çatır və onun uzunluğu 7,3, eni 2,44, hündürlüyü isə 2,8 metrdir. Tufanın gövdəsi universal formatda layihələndirilib ki, maşının güc aqreqatı sırasına 8 və ya 12 silindirli 230-dan 550 at gücünə qədər istənilən dizel, turbodizel müharrikləri və transmissiyalar tətbiq oluna bilər.
Əli Tufan Kıraç
Əli Tufan Kıraç (17 iyun 1972, Göksun[d], Qəhrəmanmərəş ili) — Musiqiçi. == Həyatı == Əli Tufan Kıraç 1972-ci ildə Qəhrəmanmaraşda dünyaya gəlmişdir. Onun atası sadə bir müəllim idi. 1982-ci ildə atasının işinin İstanbula yönəlməsi səbəbiylə orada qalmalı oldular. Məhz elə buna görə də o orta məktəbini və litseyi burada Hasköydə bitirdi. Kiçik yaşlarında musiqiyə olan həvəsi Kıraçın bu sənətdə inkişafında atasına aid bağlama idi. Litseyə başladıqdan sonra onun bu yetənəyi və musiqi müəllimi olan Refik Köksalın ona öz ilk gitarasının hədiyyəsi Kıraçın həyatında bir dönmə nöqtəsi idi. Litseyi bitirdikdən sonra o, Marmara Universiteti Atatürk Eyitim Fakültəsi Musiqi Müəllimliyinə daxil oldu. Orada həm çox sevdiyi musiqi təhsilini, həm də ata məsləhini davam etdirəcəkdi. Artıq 1992-ci ildə Ortaköy Martı adlı barda səhnə həyatına başladı.
Əli Əkbər Tufan
Əli Əkbər Tufan — türk siyasətçisi. == Bioqrafiyası == Bölgədə "Ramazanoğlu" (Mələkli) adı ilə tanınan böyük bir ailəyə mənsubdur. İrəvan Rus Gimnaziyasının məzunudur. Birinci Dünya müharibəsi illərində Cəmiyyət-i Hayriyənin İğdır təmsilçisi olaraq, Balkan müharibəsində, Rusiya-Osmanlı müharibəsində Qafqaz üzərindən nizami orduya maddi yardım toplanması işini təşkil etmiş və həyata keçirmişdir. Vudro Vilsonun 14 maddəsi adına bölgəyə gələn ABŞ Baş Qərargah rəisi general Ceyms Harbord Müttəfiq dövlətləri adına Əli Əkbeər Tufan ilə bölgəni gəzərək “Böyük Ermənistan deyilən yerdə heç bir erməni görmədim” məruzəsi ilə çıxış edib. Bu vəziyyət Lozanna Sülh müqaviləsi prosesi zamanı İğdırın Türkiyə sərhədləri daxilində qalması üçün böyük əhəmiyyət kəsb edir. Müharibə günlərində müxtəlif səbəblərdən atasını, anasını və qızını itirən Əli Əkbər Tufan Türkiyə Cümhuriyyətinin qurulmasından sonra başladılan “əhali mübadilə”si ilə Sürməli bölgəsi Türk Ocağının sədrliyini üzərinə götürür. İğdıra köçən insanların qayğısına qalmaq, bələdiyyə sahəsində araşdırmalara rəhbərlik etmək və bir çox siyasi partiyanın qurulmasında öncül olmuşdur. 13 noyabr 1970-ci ildə vəfat edən Əli Əkbər Tufan indiki Mələkli-Çaybaşı ailə qəbiristanlığında məqbərədə dəfn edilmişdir. == Siyasi karyerası == Əli Əkbər Tufan 1910-cu ildə Difai Partiyasının və "İttihad-i İslam Türk Birliyi Cəmiyyəti"nin İğdır təmsilçisi, daha sonra isə Müsavat Partiyasının İrəvan nümayəndəsi kimi fəaliyyət göstərmişdir.
FAQ
TVS tez-tez verilən sualların siyahısı (FAQ) və müəyyən bir mövzuya dair cavablar (suallar və cavablar [Q & A] və ya tez-tez verilən suallar) kimi tanınır. Format tez-tez ümumi sualları təkrar edir, məsələn, ümumi məlumat boşluqlarına aid yeni istifadəçilər tərəfindən göndərilən mesajlar və sorğular vasitəsilə yazılır, veb saytlar, elektron poçt siyahıları və onlayn forumlarda istifadə olunur.TVS məqsədi, tez-tez verilən suallar və ya problemlər barədə məlumat verməkdir. Baxmayaraq ki, bəzən, təqdim olunan sual tez-tez verilən suallardan olmur, lakin format məlumatların təşkili üçün faydalı bir vasitədir və buna görə suallardan ibarət olan mətn tez-tez soruşulan suallar adlandırılır. == Yaranması == Adın yeni olmasına baxmayaraq, TVS formatı özü olduqca köhnədir. Misal üçün, Metyu Hopkins (ing. Matthew Hopkins) 1647-ci ildə "Cadugərlərin kəşfi" adlı əsərini sual-cavab siyahısı olaraq yazmışdı və bunu "Müəyyən Sualların cavablandırılması" kimi təqdim etmişdi. XIII əsrin ikinci yarısında Akvinalı Foma tərəfindən yazılmış "Summa Theologica" xristianlıq haqqında bir sıra sualların cavablarını əks etdirir. Platonun dialoqları hətta daha qədimdir. == İnternetdə == "TVS" 1980-ci illərin əvvəllərində NASA-nın erkən poçt siyahıları texniki məhdudiyyətlərindən irəli gələn İnternet mətninin ənənəsidir. ARPANET-in SPACE poçt siyahısında, arxivlənmiş keçmiş mesajların yeni istifadəçilər tərəfindən FTP (Faylların ötürülmə protokolları) vasitəsilə yükləyəcəyi ehtimal olundu.
Ufa
Ufa (rus. Уфа; başq. Өфө) — Rusiya Federasiyasında yerləşən şəhər.Başqırdıstan Respublikasının paytaxtı.
Bulaq
Bulaq — yeraltı suyun təbii surətdə yer səthinə çıxmasıdır. Temperaturu 20°-yə qədər olan bulaq soyuq bulaqlar hesab olunur, 20-37° olan subtermal bulaqlar, 37-42° olan termal bulaqlar, 42°-dən yuxarı olan isə isti bulaqlar adlanır. Suyunun tərkibində xeyli həll olunmuş kimyəvi elementlər və qazlar olan bulaqa mineral bulaqlar deyilir. Bulağın əhalinin və sənayenin su ilə təmin olunmasında, habelə suvarmada böyük əhəmiyyəti var. Bəzi çaylar bulaqlardan qidalanır.Azərbaycan dilində "bulaq" sözü ilə eyni mənada, farscadan gələn "çeşmə" sözü də işlənilir. Bulaq və çeşmə kəlmələri məcazi mənada da çox işlənilir: "ilham bulağı", "həyat çeşməsi" və s.
QULAQ
QULAQ (rus. ГУЛАГ) — 1930-cu illərdən 1950-ci illərə qədər, Stalin dönəmində məcburi əmək düşərgələrini idarə edən dövlət qurumu. İlk dəfə belə düşərgələr, 1918-ci ildə yaradılmışdı və termin, geniş formada SSRİ-də hər hansı əmək düşərgəsini təsvir etmək üçün istifadə olunurdu. Kiçik cinayətkarlardan siyasi məhbuslara qədər çoxlu sayda dustaqların yerləşdirildiyi düşərgələr, sadələşdirilmiş üsullarla, eləcə də NKVD üçlükləri və mühakiməsiz edamın digər alətləri ilə idarə olunurdu. QULAQ, SSRİ-də siyasi repressiyaların əsas aləti kimi bilinir. Termin, bəzən düşərgələrin özünü, xüsusilə də Qərbdə təsvir etmək üçün istifadə olunur. QULAQ, Гла́вное управле́ние лагере́й (Baş Düşərgə İdarəsi) üçün akronim idi. Bu, Гла́вное управле́ние исправи́тельно-трудовы́х лагере́й и коло́ний (İslah Əmək Düşərgələri Baş İdarəsi) rəsmi adının qısa forması idi. İlk dövrlərdə Dövlət Siyasi Bürosu, sonralar NKVD və son illərdə isə Daxili İşlər Nazirliyi tərəfindən idarə olunurdu. İlk islah əmək düşərgələri, inqilabdan sonra 1918-ci ildə yaradılmışdı və 1919-cu ilin 15 aprelində məcburi əmək düşərgələrinin yaradılması haqqında olan dekretlə qanuniləşdirildi.
Bucaq
Bucağın tərəfləri müstəvini iki hissəyə ayırır. Bucağın tərəflərinin də daxil olduğu hər iki hissə müstəvi bucaq adlanır. Müstəvi bucaqlardan birini (adətən kiçiyini) şərti olaraq daxili, digərini isə xarici bucaq adlandırırlar. == Bucağın növləri == Bucaq dərəcə ölçüsündən asılı olaraq aşağıdakı növlərə ayrılır: İti bucaq (0° ilə 90° arasında) Düz bucaq : α = 90 ∘ {\displaystyle \alpha =90^{\circ }} Kor bucaq (90° ilə 180° arasında) Açıq bucaq : α = 180 ∘ {\displaystyle \alpha =180^{\circ }} Qabarıq olmayan bucaq (180° ilə 270° arasında) Tam bucaq : α = 360 ∘ {\displaystyle \alpha =360^{\circ }} == Bucağın digər növləri == === Qonşu bucaqlar === Qonşu bucaqlar α + β = 180 ∘ {\displaystyle \alpha +\beta =180^{\circ }} Bir tərəfi ortaq, digər tərəfləri isə tamamlayıcı yarım düz xətlər olan iki bucağa qonşu bucaqlar deyilir. === Tamamlayıcı bucaqlar === Tamamlayıcı bucaqlar α + β = 90 ∘ {\displaystyle \alpha +\beta =90^{\circ }} İki bucaqdan birinin tərəfləri o birinin tərəflərinin tamamlayıcı yarım düz xətləri olarsa, onlar qarşılıqlı bucaqlar deyilir.
Buraq
Buraq (ərəb. البُراق‎) — Məhəmməd peyğəmbəri Meraca aparan məxluq. Buraq sözü ərəbcə "ildırım sürətli" deməkdir. Rəvayətə görə Buraq Məhəmməd peyğəmbəri bir göz qırpımında Məkkədən Qüdsdəki Əl-Əqsa məscidinə çatdırmış, sonra səmaya qalxmışdır. Rəvayətə görə Rəcəb ayının 27-si gecəsi Məscidül-Həramdan Əl-Əqsa məscidinə Buraq ilə aparıldı. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.36.
Tural-Turan
TuralTuranX (30 oktyabr 2000, Zaqatala) – Azərbaycan musiqi dueti. Duet əkiz qardaşlar olan Tural və Turan Bağmanovlardan ibarətdir. Azərbaycanı 2023-cü ildə baş tutmuş Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. == Haqqında == Tural və Turan Bağmanovlar 30 oktyabr 2000-ci ildə Zaqatala şəhərində doğulublar. Onlar orta məktəbdə oxuyanda fortepiano ilə məşğul olmağa və mahnılar öyrənməyə başlayıblar. Daha sonra gitara və atalarının onlara aldıqları sintezatorda ifa etməyi öyrəniblər. Məktəblərdə və bəzi tədbirlərdə çıxış etsələr də, atalarının ölümündən sonra musiqi karyeralarına fasilə veriblər.Tural daha sonra Bakı şəhərinə köçmüş və 2019-cu ilin iyulunda gitaraçı dostu ilə birlikdə "TheRedJungle" adlı musiqi qrupu yaratmışdır. Tezliklə Turan da qrupa qoşulmuşdur.2 fevral 2023-cü ildə onlar 2023 Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycan üzrə seçim turunun 5 iştirakçısından biri olmuşdurlar. 9 mart 2023-cü ildə seçim turunun qalibi olaraq ölkəni Avroviziya mahnı müsabiqəsində təmsil etmək hüququ əldə ediblər. Onlar yazdıqları mahnını seçim turunun bitməsinə 3–4 gün qalmış göndərmişdilər.
Alaşa (bulaq)
Alaşa – Azərbaycan Respublikasının Astara rayonunun Alaşa kəndi ərazisində mineral bulaq. == Ümumi məlumat == Azərbaycan Respublikasının ərazisində 100-ə qədər azotlu su növü var ki, bunlardan biridə Alaşa bulağının suyudur. Suyun hərarəti 45–50°C-yə qədər olur. Bu su isti azotlu sular qrupuna daxildir ki, bunların əhəmiyyəti daha çoxdur. Alaşa mineral bulağı Astara rayonunun Alaşa kəndindən 3 km qərbdə , İstisu çayının yatağında yerləşən 16 bulaqdan ibarətdir. Bulaqlar yüksək debitli olub, acı-şordur. Yerli əhali tərəfindən müalicə məqsədi üçün istifadə olunur. Bu hidronim türk dillərində qədim dil elementi kimi bir neçə məna ifadə edir: "at", "köçəri həyata alışmış heyvan", "coşan, harın, inadkar", "aşağı, alçaq", "bel, arxa", "pis, murdar, iyrənc" və s. Bulaq adı kimi "pis, xoşa gəlməyən su" mənasını ifadə edir.
Ağanus (bulaq)
Ağanus — Laçın rayonunu ərazisində mineral bulaq. Hidronim ağan/aqan (iti axan) və us (su) sözlərindən düzəlib, "iti axan su" deməkdir.
Babazənən (bulaq)
Babazənən – Azərbaycan Respublikasının Salyan rayonunun Babazənən dağının ərazisində mineral bulaq. == Ümumi məlumat == Azərbaycan Respublikasının Salyan şəhərinin şimal-şərqində yerləşir. Cənub-şərqi Şirvan düzündə, eyniadlı dağda, Babazənən dağında yerləşdiyi üçün adını da həmin dağdan almışdır. Bəzi mənbələrdə Babasənan variantında da işlənmişdir. Mütəxəsislərin bir qismi oronimin ikinci komponentini fars dilindəki "qadın" sözünün qarşılığı, digər qismi isə Sənan şəxs adı ilə əlaqələndirirlər. Əslində isə Babasinən variantında qəbul olunmalı olan bu oronim"baba" və "sinən" (türk dilində "enən", "düşən", "yatan", "kiçilən") sözlərindən ibarətdir. Bir çox tədqiqatçılara görə, burada əsasən qadın xəstəlikləri müalicə olunduğu üçün bulaqlar Babazənən (qadın piri) adı ilə tanınır. Babazənən bulağının suyu isti və kükürdlüdür. Yerli əhali tərəfindən müalicə üçün istifadə edilir. Bulaqdan dəri xəstəliklərinin ən yaxşı dərmanı olan rodonlu su axır.
Bağırsaq (bulaq)
Bağırsaq – Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Bağırsaq kəndinin ərazisində mineral bulaq. == Ümumi məlumat == Qarabağ yaylasında, Kəlbəcər rayonu ərazisində, Bağırsaq çayının dərəsində, 2400 metr yüksəklikdə, İstisu Kurortunun yaxasında çıxan mineral bulaqdır. Suyu çoxdibetlidir. Suyundan müalicə və içmək üçün istifadə edilir. Vannası oynaq, sinir və digər xəstəliklərin müalicəsində müsbət təsir göstərir.Suyun hərarəti aşağıdır. Suyunun tərkibində bol miqdarda həm müxtəlif təbii qazlar, həm də mineral maddələr var. == Həmçinin bax == Bağırsaq == Mənbə == Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.74.
Bulaq iyesi
Böyük Bulaq
Böyük Bulaq (Qoşaçay) Böyükbulaq (Marağa) Böyük bulaq — Laçın rayonunda bulaq.
Cimi (bulaq)
Cimi — Azərbaycan Respublikasının Quba rayonunun Cimi kəndinin ərazisində mineral bulaq. == Ümumi məlumat == Azərbaycan Respublikasının Quba rayonunun Cimi kəndinin ərazisində, Cimi çayının (Vəlvələçayın qolu) mənsəb hissəsində yerləşir. İki isti və bir soyuq mineral bulaqdan ibarətdir. Suyu kükürdlüdür. Yerli əhali isti bulaqlardan müalicə məqsədilə istifadə edir. Cimi "narın, nazik su şırnağı" mənasında işlənmişdir. == Mənbə == Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.124.
Darıdağ (bulaq)
Darıdağ – Azərbaycan Respublikasının Culfa rayonunun Culfa şəhərindən şimal-şərqdə, Şorlu çay dərəsində mineral bulaq. == Ümumi məlumat == Dəniz səviyyəsindən 800–900 metr hündürrlükdə, Darıdağ mərgümüş yatağı yaxınlığındadır. Yüksək minerallaşmış, karbon qazlı suyunda mərgümüş vardır. Əsəb, dəri və digər xəstəliklərin müalicəsində istifadə edilir. Hidronim ərazidə yerləşən eyniadlı dağın adından almışdır. Güman edilir ki, toponimiyada Darı qobusu (İmişli), Darı dərəsi (Füzuli), Darı düzü (Oğuz), Darı yeri (Bərdə, İmişli, Laçın, Yevlax, Göyçay, Şəki) və digər mikrotoponimlər də daxil olmaqla darı komponentli toponimlər dənli bitki adı ilə ələqədardır, lakin dilimizdə "qumdaşı" , "suayrıcı, su bölünən yer" mənasında da darı sözü işlənir ki, bu da xüsusilə oronimlərə xas xüsusiyyətlərdir == Həmçinin bax == Darıdağ (içki) == Mənbə == Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.150.
Daş bulaq
Daşbulaq (Takab) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. Daşbulaq (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Daşbulaq (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Daşbulaq (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Daşbulaq (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Daşbulaq (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Daşbulaq — İrəvan əyalətinin Aleksandropol qəzasında çay adı.İrandaDaşbulaq (Məlikan) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. Daşbulaq (Miyanə) Daşbulaq (Nir) Daşbulaq (Germi) Aşağı Daşbulaq (Çaroymaq) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Daşbulaq (Çaroymaq) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd.
Donuzütən (bulaq)
Donuzütən (bulaq) – Azərbaycan Respublikasının Masallı rayonunun ərazisində mineral bulaq. == Ümumi məlumat == Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində yerləşən bu mineral bulaq Viləş çayının sağ sahilində 22 kükürdlü bulaqdan ibarətdir. Tədqiqatçıların ehtimalına ğörə hidronim keçmişdə isti bulaqlardan birinə çöl donuzunun (qabanın) düşüb ütülməsi səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası ərazisində donuz komponentli oronimlərin sayı 300-dən çoxdur. == Həmçinin bax == == Mənbə == Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.168.
Üfüq
Üfüq- açıq yerdə Yer səthinin dairə şəklində görünən hissəsidir ki, bu hissədə göy qübbəsinin kənarları yerə bitişmiş kimi görünür. Üfüqün kənarında göyün yerə bitişik kimi görünən sərhəddinə üfüq xətti deyilir. Üfüq xətti müşahidəçi üçün yer səthinin görünən hissəsini görünməyən hissəsindən ayırır. Üfüqün dörd əsas: Şimal-Şm. (North-N), Cənub-C. (South-S), Şərq-Ş (East-E), Qərb-Q (West-W) cəhətləri vardır. == Üfüq məsafəsi == Üfüqədək görünən məsafəni d = 3 , 86 h {\displaystyle d=3,86{\sqrt {h}}} düsturu ilə hesablamaq olar. Burada h-müşahidə nöqtəsinin (m-lə) hündürlüyüdür.Müşahidə olunan nöqtənin hündürlüyündən asılı olaraq üfüqün diametri genişlənir. Müşahidəçi açıq havada Elbrus dağından (5633 m) Qara dənizdə gəmini, Baba dağından (3629 m) Kür-Araz ovalığının hər tərəfini görə bilər. == Üfüqi zonalar == Üfüqi zonallıq hündürlük və ya şaquli zonallığın əksinə, üfüqi istiqamət üzrə zonaların bir-birini əvəz etməsinə deyilir. Üfüqi zonallıq dedikdə, adətən, enlik üzrə olan zonallıq, yəni meridian istiqamətində enliklər dəyişdikcə zonaların da dayişilməsi nəzərdə tutulur.
Korcabulaq (bulaq)
Korcabulaq — Laçın rayonunun Quşçu kəndində bulaq. Mənbəyi 10-12 m² ərazini tutsa da, sonradan qazmalar nəticəsində ərazi genişləndirilib və abidə-bulaq halında (ilk dəfə) 1934-cü ildə Kərim Kərbəlayı Nəzər oğlunun şəxsi vəsaiti hesabına istifadəyə verilib. Tağvaridir, üzü şərqə baxır, 2x1x0.80 həcmində 4 novdan ibarətdir (ikisi içəridə, ikisi bayırda). Hər iki tərəfində kiçik dərə, qarşısında isə şose yolu var. Qaraçöp ərazisində kiçik dərələrin qovuşuğunda yerləşir.
Nifaq alması
Nifaq alması — qədim yunan miflərində qızılı alma, Peley və Fetidanın nikahı zamanı Erida tərəfindən masaya atılmış və üzərində "ən gözəl" (q.yun. τῇ καλλίστῃ), yazılmışdır.Əfsanəyə görə, bu qızılı alma üç qadın ilahəsi arasında mübahisə səbəbidir — Hera, Afina və Afrodita. Gənc Paris hakim qarşısına çağırıldı. Üç qadın onu öz tərəflərinə çəkərək, onu ən güclü hökmdar (Hera), ən cəsur qəhrəman (Afina) və ya ən gözəl qadının sahibi (Afrodita) olacağını vəd etmişdilər. Paris spartanın kralı olan Menelayın həyat yoldaşını qaçırmağına köməklik etdiyinə görə almanı Afroditaya verdi. Bu hadisə Troya müharibəsinin başlamağına səbəb olmuşdur.İlk dəfə olaraq "nifaq alması" termini II əsrdə romalı tarixçi Yustin Handaribadakan tərəfindən işlədilmişdir.
Novlu bulaq
Novlu bulaq — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri. == Ümumi məlumat == Şuşada ümumiyyətlə 17 məhəllə var idi. Şuşada hər məhəllənin öz bulağı, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Ermənilər bulağın ətrafındakı tikilinin üzərindəki ərəb əlifbasını silib üstünü təzə hazırlanmış xaçlarla örtmüşdülər. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir.Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir. == Tarixi == Novlu bulaq Şuşanın Malıbəyli kəndində yerləşirdi. Bulaq 1880-ci ildə inşa edilib.
Nəhəcir (bulaq)
Nəhəcir — Azərbaycan Respublikasının Culfa rayonunun ərazisində müalicəvi əhəmiyyətli mineral bulaq. == Haqqında == Nəhəcir — Azərbaycan Respublikasının Culfa rayonunun ərazisində, Nəhəcir kəndinin ərazilərində yerləşir. İçməyə yararlı 7 bulaqdan ibarətdir. Bu su yerli əhalinin sevimli müalicəvi vasitə sayılır. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının, xüsusilə də Badamlı və Sirab ərazilərində onlarla mineral tipli soyuq mineral su bulaqlarına rast gəlmək olur. Hidronim eyniadlı yaşayış məntəqəsi ilə bağlı yaranmışdır. Tədqiqatçıların bir qismi bu fikirdədir ki, bu oronim Nuh (peyğəmbər adı) və fars dilindəki cir (yamac, maili yer) sözlərindən ibarət olub, "Nuhun yamacı" mənasındadır. Bu tədqiqatçılar Naxçıvan zonasında geniş yayılmış Nuh haqqında əfsanəyə əsaslanırlar. Kəndin yaxınlığındakı Nəhəcir qayasının məşhur Gəmiqaya dağının yaxınlığında olması da buna əsas verir. Naxçıvanda Nuh mağarası, Nuhdaban, Nuh gəmisinin qayası və s.
Qara Bulaq
AzərbaycanQarabulaq — Füzuli rayonunun ilk adı. Qarabulaq (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Qarabulaq (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Qarabulaq (Xızı) — Azərbaycanın Xızı rayonunda kənd. Qarabulaq (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Qarabulaq (Qax) — Azərbaycanın Qax rayonunda kənd. 3 iyul 1998-ci ildə ləğv olunmuşdur. Qarabulaq (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd. Qarabulaq — İsmayıllı rayonu ərazisində dağ. Hündürlüyü 2180 m.
Qoturlu (bulaq)
Qoturlu – Azərbaycan Respublikasının Kəlbəcər rayonunun ərazisində müalicəvi əhəmiyyətli mineral bulaq. == Ümumi məlumat == Azərbaycan Respublikasının Kəlbəcər rayonunun ərazisində, Tutqunçayın (Tərtərçayın qolu) sahilində yerləşən bu mineral bulağın suyunun temperaturu 18 °C-dir. Bulağın suyu qızdırıldıqdan sonra müxtəlif dəri xəstəliklərinin (xüsusilə qoturluq xəstəliyi) müalicəsində istifadə olunur. Elə bu səbəbdəndə bulaq belə adlandırılmışdır. == Həmçinin bax == Qotursu bulağı == Mənbə == Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh.67.
Qotursu (bulaq)
Qotursu – Azərbaycan Respublikasının Masallı rayonunun ərazisində müalicəvi əhəmiyyətli mineral bulaq. == Ümumi məlumat == Azərbaycan Respublikasının Masallı rayonunun ərazisində, Viləşçayın sahilində yerləşən bu mineral bulaq ən yüksək debitli və temperaturlu 17 bulaqdan ibarətdir. Bulağın suyundan müxtəlif dəri xəstəliklərinin (xüsusilə qoturluq xəstəliyi) müalicəsində istifadə olunur. Elə bu səbəbdəndə bulaq belə adlandırılmışdır. == Həmçinin bax == Qoturlu bulaq == Mənbə == Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh.67.
Qucaq (Qürvə)
Qucaq (fars. قوجاق‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 440 nəfər yaşayır (100 ailə). Əhalisini kürdlər təşkil edir.
Qucaq rəqsi
Qucaq rəqsi, Lap rəqsi, Kontakt rəqsi və yaxud Təmas rəqsi — bəzi gecə klublarında və striptiz klublarında təklif olunan erotik rəqsin bir növüdür. Bu cür rəqs növündə rəqqasə adətən oturmuş müştəri ilə bədən təması yaradır. Qucaq rəqsi masa rəqsindən fərqlidir. Qucaq rəqsində rəqqas hüquq qayda-qanunlarından və klubun müştəri siyasətindən asılı olaraq çılpaq, yarıçılpaq və ya az geyinmiş formada müştərilərə xidmət göstərir.
Qızıl Bulaq
Qızılbulaq — Qax rayonu ərazisində bulaq. Qızılbulaq — Qax rayonu ərazisində çay. Qızılbulaq — Qax rayonu ərazisində dağ.
Budaq Budaqov
Budaq Əbdüləli oğlu Budaqov (23 fevral 1928, Çobankərə, Eçmiədzin qəzası, Ermənistan SSR, SSRİ – 1 noyabr 2012, Bakı) — Azərbaycanlı alim, ictimai-siyasi xadim, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2008), Respublika Ağsaqqallar Şurasının sədri, Azərbaycan Milli Məclisin "Toponimika" Komissiyasının sədri, Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri, SSRİ Coğrafiya Cəmiyyətinin N. A. Pryevalski adına Qızıl medalı (1978), Azərbaycan Respublikasının "Şöhrət" ordeni (2000) və Yusif Məmmədəliyev (1995), akademik Həsən Əliyev, şair Məmməd Araz, mesant Hacı Zeynalabdin Tağıyev adına mükafatları laureatı, coğrafiya elmləri doktoru (1968), professor (1969), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), AMEA-mım müxbir üzvü (1976), AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru. == Həyatı == Budaq Budaqov 23 fevral 1928-ci ildə Qərbi Azərbaycanda Zəngibasar mahalının Çobankərə kəndində (indiki Masis rayonu, Ermənistan SSR) anadan olmuşdur. 1933–1940-cı illərdə Ermənistan SSR Zəngibasar rayonunun Mehmandar kənd natamam orta məktəbində oxumuşdur. 1940–1941-ci illərdə İrəvan şəhərində yerləşən Azərbaycan Pedaqoji məktəbində təhsilini davam etdirmişdir. Budaq Budaqov ilk əmək fəaliyyətinə doğulduğu kənddə kolxoz briqadirinin köməkçisi kimi başlamışdır. 1945-ci ilə kimi bu vəzifədə çalışmışdır. 1945–1947-ci illərdə isə təhsilini yenidən davam etdirmişdir. İrəvanda təhsilini başa vurduqdan sonra 1947-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olmuşdur. Buradakı təhsilini 1951-ci ildə bitirdikdən sonra təhsilini davam etdirərək SSRİ Elmlər Akademiyasının Coğrafiya İnstitutunun aspiranturasını oxumuşdur. 1955-ci ildə Moskvada coğrafiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün "Cənub-Şərqi Qafqazın şimal yamacının geomorfologiyası" mövzusunda dissertasiya işini müdafiə etmişdir.
Budaq Hacısamlı
Budaq Köçəri oğlu Hacısamlı (1786-?) — Obabaşı. == Həyatı == Budaq Köçəri oğlu 1786-cı ildə Qaraçorlu mahalının Hacısamlı nahiyəsində doğulmuşdu. Qohum-əqrabasını ətrafına toplayıb bir oba təşkil etmişdi. Bu oba sonra Budaqdərə adlandı. Budaq əsasən heyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi. Yatağı, yaylağı, əkinəcəyi, məzrəsi vardı. Bir müddət Mehdiqulu xan Cavanşirlə İranda yaşamışdı. 1827-ci ildə doğma yurduna qayıtmışdı. == Ailəsi == Budaq Salatınla ailə qurmuşdu. Oruc, Niftalı, Baxşalı adlı oğlanları, Şirin və Sona adlı qızları vardı.
Budaq Nəsirov
Budaq Nəsirov (15 iyul 1996, Gəncə) – Portuqaliya aşağı dəstəsində mübarizə aparan Sportinq Lissabonun əvəzedici komandasında yarımmüdafiəçi kimi çıxış edən Azərbaycan futbolçusudur. == Karyerası == === Klub === Budaq Nəsirov 25 iyul 2016-cı ildə Sportinq Lissabon klubu ilə 5 illik müqavilə imzalamışdır. === Milli komanda === Budaq Nəsirov milli komandada debütünü 26 may 2016-cı ildə Azərbaycanın yoldaşlıq oyununda Andorraya qarşı oyunda etmişdir. == Karyera statistikası == === Milli komanda === 26 may 2016-cı il məlumatlarına əsasən.
Budaq Qəzvini
Budaq Qəzvini (1510–1577) — tarixçi, dəftərxanada işçi, qoşun kargüzarı (nəvisəndəgi-ye ləşkər), münşi, kələntər, katib, vəzir. == Həyatı == Budaq bəy 1510-cu ildə Qəzvin şəhərində anadan olmuşdu. Budaq Qəzvini öz həyatını, Səfəvilər idarəsində tutduğu xırda məmur vəzifəsindəki fəaliyyətini qısaca və aydın təsvir etmişdir. O, Şah I Təhmasibin hakimiyyətinin əvvəlində, on dörd yaşında olarkən şah dəftərxanasında işə qəbul olunmuşdur. Sonrakı ildə Budaq Qəzvini pulların saxlandığı dəftərxanada (dəftər-i ərbab-i təhavil) üç tümən maaşla işə götürüldü. Dörd il keçdikdən sonra Budaqın xəttindən xoşu gələn xəzinə başçısı (müstövfi əl-məmalik) Hacı Hüseyn Kaşi onu öz yanına işə götürdü və ona on beş tümən maaş təyin etdi. Onun qulluqdakı fəaliyyətinin altıncı ilində ölkə üzrə mədaxil və məxarici qeydə almaqdan ötrü məlumat dəftərxanası yaradıldı və Budaq səkkiz tümənlik əmək haqqı ilə ora işə keçirildi. Onun qardaşı Hacı İzzəddin dəftərxananın rəisi idi. Budaqın dayısı Əmir bəy Şələkani, Məhəmməd xan Şərəfəddin oğlu Təkəlinin vəziri və vəkili olduğundan, sonuncu Bağdad hakimi təyin edildikdən sonra öz bacısı oğlunu Ərəb İraqının divan katibi (münşiy-i divan) vəzifəsinə işə götürdü. Üç ildən sonra Məhəmməd xan qoşun kargüzarı (nəvisəndəgiy-iləşkər) vəzifəsini də Budaqa tapşırdı və onun əmək haqqı 20 tüməndən 30 tümənədək artdı.
Budaq Təhməz
Budaq Təhməz (tam adı: Budaq Təhməz oğlu Təhməzov; d. 1938, Naxçıvan, Şərur rayonu, Siyaqut) — Şair-publisist, Məmməd Araz mükafatı laureatı. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Budaq Təhməz 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində anadan olub. Naxçıvan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib. 1970-ci ildə yaradıcılığa başlayıb. Şərurda "İşıqlı yol" qəzetinin nəzdində "Şərur qönçələri" ədəbi dərnəyinin yaradıcılarından və təşkilatçılarından biri olmaqla yanaşı həm də uzun illər dərnəkdə fəaliyyət göstərib == Yaradıcılığı == "Aşıq Nabat" kitabının tərtibçısı olmuş Budaq Təhməzin şeirləri Türkiyə və İran mətbuatında dəfələrlə çap olunub. “Mən vətənin oğluyam”, “Şair ürəyi” və “Kəndimizə bir qız gəlib şəhərdən” şeirləri Türkiyə türkcəsinə uyğunladırılaraq Türkiyə “Ədəbiyyatçılar və kültür adamları” ensiklopediyasında dərc edilib. Silsilə şeirləri filologiya elmləri namizədi Şamil Zaman tərəfindən fransız dilinə tərcümə olunub. Bir çox şeirinə musiqi bəstələnən şair aşıq və folklor yaradıcılığı barədə bir çox elmi məqalələrin müəllifidir.
Budaq cümlə
Budaq cümlə - tabeli mürəkkəb cümlənin baş cümləyə semantik və qrammatik cəhətdən tabe olan tərkib hissəsi. Budaq cümlə baş cümləyə müxtəlif cəhətdən xidmət edir; baş cümlədə ifadə olunan hal-hərəkətin zamanını, yerini, səbəbini və digər əlamətlərini bildirir. Azərbaycan dilində budaq cümlənin aşağıdakı növləri vardır: mübtəda budaq cümləsi xəbər budaq cümləsi tamamlıq budaq cümləsi təyin budaq cümləsi zərflik budaq cümlələri şərt budaq cümləsi qarşılıq-güzəşt budaq cümləsi. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, V cild, Bakı,2014, səh.17. Abdullayev Ə. Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr. Bakı, 1974, Abdullayev Ə., Cəfərov N., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan dili, IV hissə, Sintaksis. Bakı, 2009.
Budaq sultan
Budaq sultan (?-?)—İrəvan əyalətinin Şuragöl mahalının hakimi. == Həyatı == 1805-ci il oktyabrın 20-də Şuragöl sultanlığı Rusiyanın tabeliyinə keçir. Bu sultanlıq strateji mövqeyinə görə rus komandanlığına çox lazım idi. İran və Osmanlı Türkiyəsi ilə müharibə dövründə Şuragöl bufer zona kimi əlverişli əhəmiyyətə malik idi. Digər tərəfdən, Şuragölün varlı kənd təsərrüfatı rus qoşunlarını ərzaqla təmin edə bilərdi. İrəvana hücum ərəfəsində P.D.Sisianov Şuragöl sultanlıqının hakimi Budaq sultana Rusiya dövlətinin himayəsi altına keçməyə təklif etmişdi. Lakin Budaq sultan onun bu təklifinə məhəl qoymayaraq İrəvan xanı ilə əlaqə saxlayırdı və onun göstərişinə əsasən tez-tez Kartli-Kaxetiya ərazilərinə hücumlar təşkil edirdi. Tezliklə, Məhəmməd xanla onun arasında narazılıq yarandı. Müdaxilə nəticəsində dağıdılmış təsərrüfatı yenidən bərpa etmək üçün İrəvan xanı sultandan ağır vergi tələb etmişdi. O, Budaq Sultanı İrəvan qalasında həbs edərək ondan 30000 rubl tələb etmiş, əks təqdirdə şuragöllüləri İrəvana köçürəcəyi ilə hədələmişdi.
Daxili qulaq
Daxili qulaq (lat. auris interna) ya sümük labirint (lat. labzrinthis) gicgah sümüyünün daşlıq hissəsində, daxili qulaq keçəcəyi ilə orta qulaq arasında yerləşmişdir. Vəzifə etibarilə eşitmə və müvazinət üzvlərinin ən əhəmiyyətli hissəsidir. sümük və zarlı labirint hissələrə bölünür. Zarlı labirint sümük labirintin içərisində yerləşir, və forma cəhətcə bir-birilərinə müvafiqdirlər. Orta qulağın içəri divar daxili qulağa söykəndiyi üçün labirint divarı - lat. paries labyrinticus adlanır. Bunun mərkəzində bir hündürlük - lat. promontorium vardır.
Elfaq Hüseynov
Elfaq Hüseynov (15 iyul 1969 – 27 may 1993, Gədəbəy) — Azərbaycanlı şəhid. == Həyatı == Hüseynov Elfaq Oruc oğlu 1969-cu ildə iyulun 15-də Gədəbəy rayonunun Qaraməmmədli kəndində anadan olmuşdur. Elfaq orta məktəbdə oxuyarkən öz yaşıdlarından sakit təbiəti, elmə həvəsi ilə fərqlənirdi. Valideynləri ona böyük ümüd bəsləyir, dərsləri ilə məşğul olması üçün hər cür şərait yaradırdılar. Orta məktəbi qurtardıqdan sonra, Sovet ordu sıralarında hərbi xidmətini yerinə yetirib təhsilini Azərbaycan Texniki Universitetində davam etdirirdi. Texniki Universitetin IV kurs tələbəsi idi. O, ermənilərin vəhşiliklərinə dözməyib könüllü batalyona yazıldı. Gənc leytenantın döyüş yolu Başkəndin alınmasından başlandı. Yoldaşları arasında cəsurluğu və hərbi intizamı ilə seçilən bu Vətən oğlu neçə-neçə qanlı döyüşdə düşmənə ağır itgilər vermişdi. 1993-cü il may ayının 27-si qəhrəmancasına şəhid olmuşdur.
Elfaq Nağıyev
Elfaq Azad oğlu Nağıyev (26 dekabr 1996, Parakənd, Gədəbəy rayonu – 21 oktyabr 2020, Xocavənd rayonu) - Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elfaq Nağıyev 1996-cı il dekabrın 26-da Gədəbəy rayonunun Parakənd kəndində anadan olub.2003—2011-ci illərdə kəndin tam orta məktəbində təhsil alıb. 2012—2016-cı illərdə Şamaxı rayonu Humanitar Kollecində "Bədən tərbiyəsi müəllimliyi" ixtisası üzrə ali təhsil alıb. Nişanlı idi. == Hərbi xidməti == Elfaq Nağıyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016—2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun giziri Elfaq Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Hadrut əraziləri və bir neçə strateji yüksəkliklərin azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərib. Oktyabrın 9-da Hadrut qəsəbəsinə bayraq sancan əsgərlərdən biri olub. Elfaq Nağıyev oktyabrın 21-də Xocavənd rayonu ərazisində gedən döyüşlərdə şəhid olub. Gədəbəy rayonunun Parakənd kəndində torpağa tapşırılıb.