DUVAQ

is.
1. etnoqr. Gəlin gedən qızın üzünü örtən tül örtü.
Gül düxtərinin ərusi yetmiş; Gülgün duvağın başına örtmüş. Xətayi.
Artıq Gülzarı başında ağ duvaq qapıdan çıxarırlardı. C.Cabbarlı.

// Ümumiyyətlə, keçmişdə qadınların başlarına taxıb üzlərini gizlətdikləri şəffaf örtü.
Zülf töküb üzə dilbər; Çıxıbdır düzə dilbər; Duvaq salın üzünə; Gəlməsin gözə dilbər. (Bayatı).
Yanağın yanında zülfə tov vermiş; Ucun sancmış tər duvağın üstündən. M.P.Vaqif.

2. məc. Təşbehlərdə “örtü” mənasında.
Qapqara bir duvaqla örtülmüşdür göy saray. R.Rza.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DUVAQ örtü — qapaq
  • DUVAQ duvaq bax rübənd

Omonimlər

  • DUVAQ DUVAQ I is. [ ər. ] Örpək. Dönüb baxdılar. Zərnigar da üzündəki duvağı araladı (İ.Şıxlı). DUVAQ II is
DUTSAQ
DUVAQQAPMA
OBASTAN VİKİ
Duvaqlı doqquzdon
Duvaqlı doqquzdon (lat. Lonicera involucrata) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.

Digər lüğətlərdə