AYRILIQ, HİCRAN Nə hicran, nə ayrılıq, nə iztirab; Yox, bunun adı yoxdur! (Ə.Kürçaylı); FƏRAQ (kl.əd.) [Gövhərtac:] İllərcə fəraqını çəkməkdən canım dərdə düşdü (Ə.Haqverdiyev); FİRQƏT (kl.əd.) Yıxılmış şəhri xaraba dönmüş; Firqətin damu tək əzaba dönmüş (M.P.Vaqif); HİCR (kl.əd.) Sənsiz ömrüm bənzəyər bir zavallı yetimə; Dedim ki, son qoyarsan hicrimə, həsrətimə (M.Rahim).