(Zaqatala)
ov. – Oğa-zada gidən olmazdı bizin dö:rümüzdə; – Gidəllərdi oğ oğlamağa
O:GƏR
OĞAL
OBASTAN VİKİ
"Nişanlı qız-oğlan" ziyarətgahı
"Nişanlı qız-oğlan" ziyarətgahı — Şəki rayonu ərazisində ziyarətgah. Baş Layısqı kəndi ilə Şin kəndi arasında yerləşir. == Rəvayət == Kənd ağsaqqalarının rəvayətinə görə, bir zamanlar Nişanlı qız və oğlan qoşulub qaçarkən bu ərazidə öldürülmüşlər. Ondan sonra bu ərazi ziyarətgaha çevrilmişdir.
117 saylı Oğuz-Qəbələ seçki dairəsi
2014 İquala kütlə oğurluğu
2014 İquala kütlə oğurluğu — 24 sentyabr 2014-cü ildə Ayotzinapanın Raúl Isidro Burgos Kənd Müəllimlər Kollecindən 43 şagird Meksikanın Querrero ştatının İquala şəhərində itiblər. Rəsmi araşdırma qəbul edir ki, onlar böyük ehtimalla öldürülüb.
Abant (Poseydonun oğlu)
Abant ( q.yun. Ἄβας) —qədim yunan mifologiyasındakı personaj. Abantların eponimi. Poseydon və Aetusanın oğlu. Qanifin atası, Kanfın babası. Xalkodonun atası. Nəvəsi Elefenor tərəfindən təsadüfən öldürülmüşdür.
Abdallı (Oğuz)
Abdallı — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Abdallı Oğuz rayonunun Xaçmaz kənd inzibati ərazi dairəsinə daxildir. Rayon mərkəzindən 43 kilometr şərqdə, Xaçmaz kəndinin şimalında, Qalaçayın sol sahilində, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Dəniz səviyyəsindən yüksəkliyi 900 metrdir. Oğuz rayonunda izi, sorağı tarixin dərinliklərindən gələn, bu torpağın qədim sakinlərindən xəbər verən toponimlərdən biri də Abdallı toponimidir. Tədqiqatçı E.Nuriyevin "Şəki-Zaqatala zonasının toponimiyası" adlı əsərində Oğuz rayonunun Abdallı kəndinin XIX əsrə aid məlumata görə həmin əsrin əvvəllərində Şəki qəzasının Qoruqlar kəndindən köçüb gələnlər tərəfindən salındığını qeyd etmişdir. Kəndin yaşlı sakinləri isə burada insanların məskunlaşmasının daha qədim tarixə malik olduğunu bildirirlər. Abdallı sözünün mənşəyi və mənası haqqında elmi ədəbiyyatda iki əsas mülahizə irəli sürülür. Bir sıra tədqiqatçılar bu sözü Yaxın və Orta Şərqdə Abdal adı ilə məlum olan sufi-dərviş icması ilə əlaqələndirirlər. İsveçrə şərqşünası Adam Mets ilk dəfə 1922-ci ildə nəşr olunan " Müsəlman intibahı" əsərində yazırdı ki, IV–X əsrlərin tarixçilərinə və şalnaməçilərinə müqəddəslərin xüsusi qrupu kimi yalnız abdallar məlum olmuşdur.
Abdurahmanov Rəcəb Çələbi oğlu
Adil Əli oğlu Tatarov
Adil Əli oğlu Tatarov (28 yanvar 1999, Qıraq Kəsəmən, Ağstafa rayonu – 20 may 2018, Günnüt, Naxçıvan Muxtar Respublikası) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Günnüt döyüşlərinin şəhidi. == Həyatı == Adil Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulmuş və Qıraq Kəsəmən kənd tam orta məktəbdə orta təhsil almışdır. Ailədə 5 uşaqdan kiçiyi olan Adil eyni zamanda Tatarovlar ailəsinin yeganə oğul övladı olmuşdur. == Hərbi xidməti == Orta təhsilini aldıqdan sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanmışdır. Adil Tatarov da 2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan MR ərazisində baş verən hərbi əməliyyatlarda iştirak etmişdi. Günnüt əməliyyatı adlandırılan hərbi əməliyyatların nəticəsində Günnüt, "Ağbulaq" strateji nöqtəsi, Qızılqaya və Qaraqaya dağları Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Adil Tatarov 20 may 2020-ci ildə Şərur rayonunun Günnüt kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Şəhid doğulub, boya-başa çatdığı Ağstafa rayonunun Qıraq Kəsəmən kənd qəbirstanlığında son mənzilə yola salınıb. Dəfn mərasimində şəhidin müəllimləri, sinif yoldaşları, dostları, döyüş yoldaşları, Müdafiə Nazirliyi və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Adil Tatarov müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 22.05.2018 tarixli əmri ilə ölümündən sonra "Şücaətə görə" medalı ilə təltif olunmuşdur.
Agenor (Plevronun oğlu)
Agenor (q.yun. Ἀγήνωρ – "cəsarətli") — yunan mifologiyasında personaj. O, Plevron və Ksantippin oğludur. Onun arvadı əmisi qızı Kalidon, qızı Epikast, oğulları isə Porfaon və Demonika idi. Pavsani Agenorun oğlunu və Ledanın atası Festiyanın adlarını qeyd edir.
Alban məbədi (Oğuz şəhəri)
Müqəddəs Yelisey Kilsəsi (udi Ĭvĕl Yeliseyi s'iyen Gergeś, rus. Церковь Святого Елисея) — keçmişdə Şərqi Pravoslav kilsəsi və Erməni Apostol Kilsəsi kimi fəaliyyət göstərmiş, hazırda Oğuz Tarix-Diyarşünaslıq Muzeyinə ev sahibliyi edən tikili. Oğuz şəhərində yerləşir. == Tarixi == Kilsənin tikilməsi haqqında iki fərqli nəzəriyyə mövcuddur. Bir versiyaya görə, yepiskop Pyotr Silikov tərəfindən 1822-ci ildə tikilib, lakin yerli udi etnoqraf Mixail Bejanova görə kilsəni inşa edən əcdadı İosif Bejanov idi. Buna baxmayaraq iki nəzəriyyə də tarixi və kilsənin aidliyini Şərqi Pravoslav kilsəsi olaraq qəbul edir. Gürcü tədqiqatçı Roland Topçişvilinin araşdırmasına görə, sonradan kilsə erməni kilsəsinin tabeliyinə verildi və Silikovlar ailəsinin bəzi üzvləri erməniləşdi, ehtimal ki, fərqli nəzəriyyələrin üzə çıxmasına da bu səbəb olub. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra kilsə fəaliyyətini dayandırıb. == Muzey kimi == Oğuz Tarix-Diyarşünaslıq Muzeyi 19 fevral 1981-ci ildə kilsə binasında yaradılıb və hazırda 4441 eksponat saxlanılır. Fəaliyyətə başladığı ilk illərdə əsas fondda cəmi 200 eksponat vardı.
Aleksandr Düma (oğul)
Aleksandr Düma (27 iyul 1824[…] – 27 noyabr 1895[…], Marli-le-Rua[d][…]) — Fransız yazıçı. == Həyat və yaradıcılığı == Aleksandr Düma 27 iyul 1824-cü ildə Fransada dünyaya göz açmışdır. Anası Mariya Katerina Labay, atası isə məşhur fransız yazıçı Aleksandr Dümadır. Gənc yaşlarından yazıçılığa yönəldiyi üçün təhsilini yarımçıq buraxmış Düma müxtəlif şeirlər, 15-ə yaxın roman, eyni zamanda bir çox pyeslər qələmə almışdır. Onun ən tanınmış əsəri atasının kef məclislərinin birində tanıdığı Marie Duplessis adlı xanımdan təsirlənərək yazdığı La Dame aux Camelias (Kameliyalı Qadın) adlı romanıdır. 1848-ci ildə nəşr edilən əsər daha sonra yazıçı tərəfindən pyes olaraq da qələmə alınmışdır. Pyesin bir çox yerdə səhnələşdirilməsiylə Düma məşhurluq qazanmışdır. Yazıçı 1895-ci ildə, 71 yaşında vəfat etmişdir.
Alim Əzəmət oğlu Aydamaq
Alim Əzəmət oğlu Aydamaq (krımtat. Alim Azamat oğlu; 1816 – ən tezi 1849) — Krım-Tatar milli qəhrəmanı. Ədəbiyyatda qənimətləri kasıblara paylayan nəcib quldur kimi tanınır. == Həyatı == 1816-cı ildə Kopırlıköy kəndində kəndli ailəsində anadan olub. Qarasuvbazar şəhərində yaşamışdır. Alimin obrazı romantik hal almış, həyatı isə əfsanələrə bölünmüşdür. Ədəbiyyatda qənimətləri kasıblara paylayan nəcib quldur kimi tanınır. Krım Dövlət Arxivində polis tərəfindən toplanan məhkəmə şikayətləri, raport, Alimin yaxalanması üçün istəklər vəsatətlərindən ibarət 127 vərəq var. 1847-ci ildə Alimin ağ-qara portreti rəssam Leone Lelorren tərəfindən çəkildi. Hal-hazırda, şəkil Feodosiya Diyarşünaslıq Muzeyində saxlanılır.
Almaz dağı (Oğuz)
Almaz dağı (Oğuz) - Azərbaycan Respublikası Oğuz rayonu ərazisində dağ. Hündürlüyü 591 metrdir. Böyük Qafqaz dağlarının cənub-şərq yamacı ətəklərindədir. Almaz dağı meşə ilə örtülüdür. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, I cild. Bakı,2009, səh.380.
Anar Aslan Oğlu Qocayev
Antimax (Frasianoranın oğlu)
Antimax (q.yun. Ἀντίμαχος) — yunan mifologiyasında personaj. O, Heraklın övladlarından, Frasianoranın oğlu olmuşdur. Antik müəllif Pavsani qeyd edir ki, Antimax Peloponnesi fəth edən dori liderlərindən biri olan Deifonun atası idi. Onun liderlik bacarığı sayəsində dorilər Arqosu fəth etmişdilər.
Antiox (Heraklın oğlu)
Antiox (q.yun. Ἀντίοχος) — yunan mifologiyasında personaj. O, Klisfenin ərazi islahatından sonra formalaşmış Attikanın Antioxida filasının eyniadlı qəhrəmanıdır. Antiox Heraklın və Medanın oğludur. O, Filantın atası, Hippotun babasıdır. Heraklın övladlarının yürüşləri zamanı Korinfi fəth edən Alet onun nəvəsi olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Hoefer U. Antiochos 1 // Paulys Realencyclopädie der classischen Altertumswissenschaft neue Bearbeitung. Stuttgart: J.B. Metzler Verlag. 1894. /.
Arif Niftullayev (oğul)
Arif Niftullayev (21 aprel 1997, Masallı) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. Onun atası Arif Niftullayev də güləşçi olub və 1978-ci il Dünya Çempionatının qalibidir. == Karyerası == Arif Niftullayev 2014-cü ilin mayında Bolqarıstanda yeniyetmələr arasında Avropa Çempionatında mübarizə apardı. Nəticələrə əsasən o, həmin turniri 11-ci pillədə başa vurdu. 2016-cı ildə Qızıl Qran-Pri beynəlxalq turnirini 14-cü pillədə başa vuran Arif Niftullayev, 2017-ci ildə İstanbul şəhərində Vəhbi Əmrə Turnirini 5-ci, Budapeşt şəhərində U23 Avropa Çempionatını 16-cı, Novi Sad şəhərində Avropa Çempionatını isə 10-cu pillələrdə başa vurdu. Arif Niftullayev 2019-cu ildə isə Tehran şəhərində Taxti Cup beynəlxalq turnirini gümüş medalla, Novi Sad şəhərində U23 Avropa Çempionatını 5-ci, Budapeşt şəhərində U23 Dünya Çempionatını isə 12-ci pillələrdə başa vurdu. Arif Niftullayev 2022-ci ildə İstanbul şəhərində Vəhbi Əmrə Turnirini 12-ci, Roma şəhərində Matteo Pellicone Turnirini 7-ci, Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarını isə 8-ci pillələrdə başa vurdu. Arif Niftullayev birinci ciddi uğuruna 2022-ci ilin 10-18 sentyabrında Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatında imza atdı. Turnirin birinci görüşündə Avstriya nümayəndəsi Daniel Qastlı 3:2, 1/8 final mərhələsində Litva təmsilçisi Vilius Laurinaitisi 8:0, 1/4 final mərhələsində isə Macarıstan nümayəndəsi Alex Szoni 10:2 hesabları ilə məğlub edən Arif Niftullayev, Dünya Çempionatının yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Bolqarıstan təmsilçisi Kiril Milov oldu.
Aslanov Novruz Məmmədqulu oğlu
Aslanov Novruz Məmmədqulu oğlu (1913, Saray, Bakı qəzası – oktyabr 1942, Taman yarımadası) — hərbçi, II Dünya müharibəsində alay komandiri. == Həyatı == Aslanov Novruz Məmmədqulu oğlu 1913-cü ildə Abşeron rayonunun Saray kəndində doğulmuşdur. O, 1942-ci il aprelin 1-də Azərbaycan Bakı DTK-sı tərəfindən orduya göndərilmişdir. 396-cı Taman atıcı diviziyasının alay komandiri olmuşdur. 1942-ci il oktyabr ayında Kerç uğrunda gedən ağır döyüşlərdə həlak olmuşdur. == İkinci dünya müharibəsi == 1942-ci ilin başlanğıcında Taman yarımadası sahilində Sovet qüvvələrinin Azərbaycanda formalaşan 396-cı atıcı diviziyası müdafiə olunurdular. Bu diviziyanın mühasirədə olan bir qrup döyüşçüsü komissar Novruz Aslanovun komandanlığı altında məharətlə mühasirədən çıxaraq Azov dənizi sahilinə çıxmaq istəyən və içi desant qüvvələri ilə dolu olan 7 faşist motorlu qayığını batırmışdır. Bu istiqamətdə sovet ordusunun vəziyyəti çox ağır idi. Son anda alınan qərar əsasında ön xəttdən sovet artilleriya qurğularını geri çəkmək zərurəti yarandıqda bu plan həyata keçirilənədək Novruz Aslanovun başçılıq etdiyi bir sıra qüvvələr faşistlərin sayca qat-qat çox olan ordu birləşmələrinin hücumunun qarşısında durdu. <Правда> qəzetinin 1942-ci il nəşrində qeyd olunan məlumata görə, Aslanov ölümə doğru getdiyini bilirdi.
Atadan oğula (film, 2017)
Atadan oğula qısametrajlı sənədli televiziya filmi rejissor Bəylər Bəylərov tərəfindən 2017-ci ildə çəkilmişdir. ARB-də istehsal edilmişdir. Film ata-oğul əməkdar artistlər, mahir kamança ifaçıları Mirnazim Əsədullayev və Toğrul Əsədullayevin sənət yoluna həsr olunub. == Məzmun == Film ata-oğul əməkdar artistlər, mahir kamança ifaçıları Mirnazim Əsədullayev və Toğrul Əsədullayevin sənət yoluna həsr olunub.
Atalar və oğullar
Atalar və oğullar — rus yazıçı İvan Turgenevin ən məşhur əsəri. 1862-ci ildə yazılmış əsərin adı original olaraq "Отцы и дети" olsa da, azərbaycancaya "Atalar və oğullar" olaraq tərcümə edilmişdir. Əsərin hekayəsi 1850-ci illərin Rusiyasında keçir. Universitetdən yeni məzun olan Arkadi Kirsanov dostu Yevgeni Bazarovla birlikdə atasının malikanəsinə gəlir. Arkadinin atası Nikolay gəncləri öz malikanəsində, Marinoda sevinclə qarşılayır, lakin Nikolayın qardaşı Pavel bu gəlişdən heç də məmnun qalmır. Bunun səbəbi isə gənclərin, xüsusilə də Bazarovun davamçısı olduğu nihilizm fəlsəfi cərəyanıdır. Əsərin baş qəhrəmanı Bazarov tibb tələbəsi və qatı nihilistdir. O Arkadiyə müəllimlik edir, "qocaların" — Kirsanov qardaşlarının liberal ideyalarını amansızlıqla lağa qoyur. Bazarov üçün köhnə dünyadan qalmış heç bir qayda keçərli deyil, o bunları yıxmağa qərarlıdır. Pavelin kinayə ilə soruşduğu "Bəs hər şeyi dağıdandan sonra nə edəcəksiniz?" sualına isə, Bazarov "Bilmirik.
Atam və oğlum (film, 2005)
Atam və oğlum (türkcə:Babam ve oğlum) — türk rejissor Çağan Irmakın çəkdiyi və Türk filmlərinin ən yaxşıları arasında sayıla biləcək bir film. == Məzmun == Türkiyədə 1980-ci il hərbi çevrilişi vaxtı anasını itirən Dəniz (çevrilişdən sonra bir çox valideynin övladına edam olunan Dəniz Gəzmişin xatirəsinə verdiyi ad) yeddi il sonra atası ilə birlikdə Ege bölgəsində yaşayan babasını görməyə gedir. İllərdir babasını görməməyinin səbəbi atasıyla babasının bir-birinə küsülü olmasıdır. Dənizin babası Hüseyn Əfəndi (Çetin Tekindor) oxumaq üçün göndərdiyi oğlunun siyasi hadisələrə qarışdığını eşidəndə onu oğulluqdan silir. Uzun müddət atası ilə küsülü olan Sadıq ata evinə oğlunu atasına əmanət etmək üçün qayıdır. Çünki Sadıq artıq oğlu Dənizdən ayrılmağa məcburdur.
Avropanın "oğurlanması" (film, 2015)
Avropanın "oğurlanması" qısametrajlı sənədli televiziya filmi rejissor İdris Heydərov tərəfindən 2015-ci ildə çəkilmişdir. Film islamofobiya problemlərinə — məscidlərə hücumlara, müsəlmanlara qarşı ayrı-seçkiliyə və Skandinaviya ölkələrində İslamın simasında düşmən obrazı yaradılması təşəbbüslərinə və cəhdlərinə həsr olunub. == Məzmun == Film islamofobiya problemlərinə — məscidlərə hücumlara, müsəlmanlara qarşı ayrı-seçkiliyə və Skandinaviya ölkələrində İslamın simasında düşmən obrazı yaradılması təşəbbüslərinə və cəhdlərinə həsr olunub.
Axund Molla Mustafa Ağamalı oğlu
Axund Molla Mustafa Əliyev (1843, Seyidli, Kaspi vilayəti – Seyidli, Kaspi vilayəti) — Qarabağın tanınmış din xadimi, Ağamalının oğlu. == Həyatı == Axund Molla Mustafa Ağamalı oğlu Əliyev 1843-cü ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində anadan olmuşdur. Seyidli oymağının Kərbəlayi Miralılar soyundandır. Beş yaşında atası Ağamalı vəfat etmiş, anası Yetər xanımın himayəsində böyümüşdür. Axund Molla Mustafa Əliyev ilk təhsilini Seyidlidə almışdır. Sonralar Nəcəfdə ali dini təhsil almışdır. Mədrəsədə təhsil aldığı illərdə qeyri-adi istedadı, qabiliyyəti sayəsində ərəb, fars dillərini, şəriət elmlərini mükəmməl öyrənmiş, savadlı din xadimi kimi Qarabağa qayıtmışdır. O, Ağdam Cümə məscidinin axundu seçiləndə otuz yaşlarında olmuşdur. Axund Molla Mustafa Əliyev adı ilə Qarabağda savadlı din xadimi kimi tanınmış, müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Mükəmməl dini təhsili olduğu üçün ərəb, fars dillərini, şəriət elmlərini tədris etmiş, Qarabağda savadlı din xadimlərinin yetişməsində əhəmiyyətli rol oynamışdır.
Ağ atlı oğlan (film, 1995)
Ağ atlı oğlan tammetrajlı bədii filmi rejissor Ənvər Əbluc tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Hərbi-vətənpərvərlik filmində Qarabağın azadlığı uğrunda erməni qəsbkarlarına qarşı aparılan müharibədə yaşlılarla bərabər məktəbli oğlanın da qəhrəmanlıqla vuruşmasından söhbət gedir. Filmdə əsas rolları Abbasqulu Əbluc, Sədayə Mustafayeva, Orxan Nadirov, Yaşar Nuri, Ruslan Nəsirov, Dilarə Nəzərova, Səidə Səfərova, Xumar Əhədova, Laləzar Mustafayeva və Elxan Quliyev ifa edirlər. == Məzmun == Film hərbi-vətənpərvərlik mövzusundadır. Romantik filmdə Qarabağın azadlığı uğrunda erməni qəsbkarlarına qarşı aparılan müharibədə yaşlılarla bərabər məktəbli oğlanın da qəhrəmanlıqla vuruşmasından söhbət gedir. Film tamaşaçıları fədakarlığa, vətənpərvərliyə çağırır. Filmin qəhrəmanı nağıllar aləmində yaşayan, tez-tez nənəsinin danışdığı nağılları yada salan 12-13 yaşlı Muraddır (Abbasqulu Əbluc). Onun ən çox sevdiyi "Ağ atlı oğlan" nağılıdır. Bu nağılın qəhrəmanı hər dəfə ağ paltarda, ağ atda gözlənilmədən meydanda görünəndə xalq ədalətin, xeyrin şər üzərində qələbəsinin şahidi olur.
Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası
Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası və ya Məscidli karvansara — Şuşa şəhərinin M. F. Axundov küçəsi, 31 ünvanında yerləşən karvansara. Karvansara Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Karvansara XIX əsrin 80-ci illərində məşhur şuşalı tacir Ağa Qəhrəman Mirsiyab oğlunun vəsaiti hesabına inşa edilmişdir. Sıdırım qayanın kənarında yerləşən karvansaranın əsas fasadı Şuşanın mərkəzi ticarət küçəsi olan Rasta bazar küçəsinə açılır. Binanın ikinci mərtəbəsində tacirlər üçün nəzərdə tutulmuş 25 otaq, birinci mərtəbəsində ticarət kontorları və 30-a yaxın mağaza yerləşirdi. SSRİ dövründə karvansara Kolxoz bazarı kimi istifadə edilmişdir. == Tarixi == Karvansara XIX əsrin 80-ci illərində məşhur şuşalı tacir Ağa Qəhrəman Mirsiyab oğlunun vəsaiti hesabına inşa edilmişdir. Şuşanın tarixi və mədəniyyət abidələrinə həsr edilmiş əsərində Firudin Şuşinski yazır: Şəhər Meydanının qərb hissəsində inşa edilmiş Mirsiyab oğlu karvansarası həm də məscidli karvansara kimi tanınırdı. Karvansarada bir neçə ticarət kontoru, otuza yaxın böyük və kiçik mağaza yerləşirdi. Bunlardan əlavə karvansarada bərbər, çəkməçi, dərzi, papaqçı və sair emalatxanalar da fəliyyət göstərirdi.
Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarayı
Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası və ya Məscidli karvansara — Şuşa şəhərinin M. F. Axundov küçəsi, 31 ünvanında yerləşən karvansara. Karvansara Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Karvansara XIX əsrin 80-ci illərində məşhur şuşalı tacir Ağa Qəhrəman Mirsiyab oğlunun vəsaiti hesabına inşa edilmişdir. Sıdırım qayanın kənarında yerləşən karvansaranın əsas fasadı Şuşanın mərkəzi ticarət küçəsi olan Rasta bazar küçəsinə açılır. Binanın ikinci mərtəbəsində tacirlər üçün nəzərdə tutulmuş 25 otaq, birinci mərtəbəsində ticarət kontorları və 30-a yaxın mağaza yerləşirdi. SSRİ dövründə karvansara Kolxoz bazarı kimi istifadə edilmişdir. == Tarixi == Karvansara XIX əsrin 80-ci illərində məşhur şuşalı tacir Ağa Qəhrəman Mirsiyab oğlunun vəsaiti hesabına inşa edilmişdir. Şuşanın tarixi və mədəniyyət abidələrinə həsr edilmiş əsərində Firudin Şuşinski yazır: Şəhər Meydanının qərb hissəsində inşa edilmiş Mirsiyab oğlu karvansarası həm də məscidli karvansara kimi tanınırdı. Karvansarada bir neçə ticarət kontoru, otuza yaxın böyük və kiçik mağaza yerləşirdi. Bunlardan əlavə karvansarada bərbər, çəkməçi, dərzi, papaqçı və sair emalatxanalar da fəliyyət göstərirdi.