Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «TÖ» – 57
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
TA TE TF TI TO TR TU
 

TÖHFƏ

is. [ər.] Hədiyyə, bəxşiş, ərməğan, pay. [Məhəmməd:] Bizim eşqimizdən bir xatirətək; Bu kiçik töhfəni alasan gərək.
ətraflı

TÖHMƏT

is. [ər.] Danlama, danlayış, məzəmmət, danlaq.
ətraflı

TÖHMƏTEDİCİ

sif. Töhmətli, məzəmmətli; töhmətləndirici, məzəmmətedici, töhmət, məzəmmət ifadə edən.
ətraflı

TÖHMƏTLƏNDİRMƏ

“Töhmətləndirmək” dən f.is.

TÖHMƏTLƏNDİRMƏK

f. Töhmət etmək, danlamaq, məzəmmət etmək, pisləmək.
ətraflı

TÖHMƏTLİ

bax töhmətedici. [Dəlilərin] töhmətli sözləri Koroğluya dağdan ağır gəlirdi. “Koroğlu”.

TÖKDÜRMƏK

icb. Tökmə işi gördürmək; boşaltdırmaq, tökməyə məcbur etmək.
ətraflı

TÖKMƏ

1. “Tökmək”dən f.is. 2. is. tex. Əridilib qəlibə tökülmüş metal məmulat.
ətraflı

TÖKMƏBƏDƏN(Lİ)

sif. dan. Sağlam, möhkəm, sərrast bədənli.
ətraflı

TÖKMƏÇİ

is. Tökmə işi mütəxəssisi (b a x tökmə 2-ci mənada).

TÖKMƏÇİLİK

is. Tökməçinin işi, sənəti, ixtisası.

TÖKMƏXANA

is. xüs. Tökmə üsulu ilə metal məmulat hazırlanan emalatxana, sex.

TÖKMƏK

f. 1. Mayeləri, narın və ya dənəvər halında olan şeyləri olduqları qabdan başqasına və ya başqa yerə boşaltmaq.
ətraflı

TÖKMƏRƏK

sif. Kök, dolğun. Cavanların arasından çesuça kostyumla lak çəkmə geymiş, saçlı, tökmərək bir oğlan çıxıb irəli gəldi. Ə.Əbülhəsən.

TÖKÜB-TÖKÜŞDÜRMƏ

“Töküb-töküşdürmək” dən f.is.

TÖKÜB-TÖKÜŞDÜRMƏK

f. Nizamsız, qarışıq halda tökmək, şeyləri ora-bura necə gəldi atmaq. Evi töküb-töküşdürmək.

TÖKÜCÜ

bax tökməçi.

TÖKÜLMƏ

“Tökülmək”dən f.is. [Xəlil:] Bax, çay hazır, tökülməsi də gənc xanıma həvalə olunur. Çəmənzəminli.

TÖKÜLMƏK

f. 1. Axmaq, yuxarıdan aşağıya hərəkət etmək (mayelər haqqında).
ətraflı

TÖKÜLÜŞMƏ

“Tökülüşmək”dən f.is.