Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «TR» – 75
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
TA TE TF TI TO TR TU
 

TRANSPARÁNT

is. [fr.] Yazının təmiz kağızda düzxətli alınması üçün onun altına qoyulan tünd xətlərlə cizgilənmiş vərəq; şüarlar yazılmış çeşidli lövhələr.

TRANSPORTYOR

is. [fr.] 1. Konveyer. 2. Qarajda avtomobilin yerini dəyişdirmə qurğusu. 3. Nəqliyyat işləri ilə məşğul olan.

TRANŞEY

is. [fr.] 1. hərb. Səngər. 2. Karxana. 3. Uzun xəndək, qanov.

TRANZİ́STOR

[ing.] Elektrik siqnallarını gücləndirmək üçün yarımkeçirici cihaz (radiotexnikada, elektronikada çox vaxt elektron lampalarının əvəzinə işlədilir).
ətraflı

TRANZİSTORLU

sif. Tranzistoru olan, tranzistorla işləyən. Tranzistorlu radiocihaz.

TRANZİ́T

[lat. transitus – keçid] Yolda üçüncü bir ölkədən keçməklə, bir ölkədən digərinə və ya aralıq məntəqələrdən keçməklə bir məntəqədən digərinə yük və ya sərnişin daşıma.
ətraflı

TRAP

[holl.] 1. Gəmidə pilləkən. Maşın şöbəsinin trapı.
ətraflı

TRAPÉSİYA

[yun. trapezion] 1. hənd. İki paralel tərəfi olan dördbucaq.
ətraflı

TRÁVMA

[yun. trauma] Hər hansı xarici təsir (yaralanma, əzilmə, yanma və s.
ətraflı

TRAVMALI

sif. Travması olan, zədəli. Travmalı xəstə.

TRAVMATİ́K

“Travma”dan sif. Travmatik zədə. Travmatik nevroz.

TRAVMATİ́ZM

[yun.] Hər hansı bir şeylə əlaqədar olan travmatik zədələnmə.
ətraflı

TRAVMATOLÓGİYA

[yun. trauma və logos] Tibbin, travmatik zədələr və onları müalicə üsullarından bəhs edən şöbəsi.

TRAVMATOLOJİ́

“Travmatologiya”dan sif.

TRAYEKTÓRİYA

[lat. trajectus – hərəkət] Hərəkət edən hər hansı bir nöqtə və ya cismin fəzada cızdığı xətt.
ətraflı

TRED-YUNİÓN

[ing. trade-union] İngiltərədə: həmkarlar ittifaqlarının adı.

TRED-YUNİONİ́ST

[ing. trade-unionist] Tred-yunionizm tərəfdarı.

TRED-YUNİONİ́ZM

[ing. trade-unionism] Fəhlə hərəkatının vəzifələrini kapitalizmin əsaslarına toxunmadan fəhlələrin inqilabi tələblərini həyata keçirmək məsələsi ilə məhdudlaşdıran opportunist cərəyan.

TREK

is. [ing.] idm. Tamaşaçı tribunaları ilə əhatələnən və bərk örtüyü (beton, asfalt və s.) olan idman qurğusu.

TREST

[ing.] 1. Bir sahənin bir neçə müəssisəsinin birləşməsi, habelə belə birləşmənin mərkəzləşdirilmiş idarəsi, aparatı.
ətraflı