ƏMƏL₁

is. [ ər. ] İş, feil. Onun sözü ilə əməli düz gəlmir.
[Cənnətəli ağa:] Onu bura çağır görüm, bu nə əməldir, mənim başıma gətirir. N.Vəzirov.

2. İcra, yerinə yetirmə.
□ Əməl etmək (eləmək) – yerinə yetirmək, icra etmək, riayət etmək. Göstərişə əməl etmək. Təlimata əməl etmək. Həkimin göstərişlərinə əməl etmək.
– Vaizi-şəhr öz iqrarına etsəydi əməl; Düşməz idi bu qədər din ilə dünyayə xələl. S.Ə.Şirvani.
Sözlərinə əməl eləməyənə lənət! N.Vəzirov.
Zeynal … Mehriban və onun atasına verdiyi sözlərin heç birinə əməl etməyirdi. S.Hüseyn.

Əməl olunmaq (edilmək) – yerinə yetirilmək, riayət edilmək, icra olunmaq. Qaydaya əməl olunur.
Əmələ gəlmək1) baş vermək, meydana gəlmək, doğulmaq, törəmək, hasil olmaq. Bataqlıq durğun sudan əmələ gəlir.
– Rəngarəng güllükdə, çəmənlikdə hamar və naxışsız bir ağlıq, bir düzənlik əmələ gəlmişdi. S.Rəhimov;

// mümkün olmaq, başa gəlmək, həyata keçmək. Əmələ gələn şey deyil;
2) kökəlmək, yaxşılaşmaq, qıvraqlaşmaq, düzəlmək. Buzov süd əmə-əmə əmələ gəldi. O, kurortdan sonra əmələ gəldi.
– Arvad məsləhət gördü ki, quzunu ötürsünlər, bir neçə vaxt bağçada otlasın, əmələ gəlsin. C.Məmmədquluzadə.

Əmələ gətirmək1) həyata keçirmək, yerinə yetirmək, icra etmək.
[Hacı Mehdi:] Bir təvəqqəm var, amma qorxuram, əmələ gətirə bilməyəsən. Ə.Haqverdiyev.
[Lütfəli bəy:] Gözlərinə dönüm, … gör necə mənim xahişlərimi əmələ gətirir? İ.Musabəyov;

2) düzəltmək, vücuda gətirmək, təşkil etmək.
[Əntiqənin] özünün də qara, şəvə kimi saçları uzun və qalın bir hörük əmələ gətirmişdi. Mir Cəlal.

3. Rəftar, hərəkət, iş. Əməlləri ilə hamını özündən incitdi. Əz əməlinə görə cəzasını alacaqdır.
– Elm insanlara eyni zamanda onların əxlaqını, rəftarını və əməlini yaxşılaşdırmaq üçün təcrübədən keçirilmiş bir vasitədir. M.F.Axundzadə.
Sənə cəza verən əməllərindir. M.Rahim.
[Salmanova] Cumanın … bütün əməllərini gözünün içinə deyəcəkdi. Ə.Əbülhəsən.

4. məc. Hiylə, kələk, biclik mənasında. Bu sənin əməlindir.
– Xalq bir-bir gedib öpürlər əlin; Anlamaz kimsə hiyləsin, əməlin. A.Səhhət.
Bir neçə kazak əsgərləri də onların dalınca gedirlər ki, görsünlər bu nə əməldir. C.Məmmədquluzadə.
Əlbəttə, şeytan əməlinə qurşanan gərək axırda belə olsun. Ə.Haqverdiyev.

5. Hesabda tətbiq edilən əsas qayda. Hesabda əsas dörd əməl var: cəmləmə, çıxma, vurma, bölmə.
◊ Əməli azmaq – pozğunlaşmaq, yoldan çıxmaq, həddini azmaq.
Əməli ayağına cidar olmaq – gördüyü işin cəzasını çəkmək, pis nəticəsini görmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏMƏL I əməl bax 1. iş 1; 2. hiylə; 3. davranış II əməl bax arzu
  • ƏMƏL hərəkət — iş
  • ƏMƏL hiylə — kələk — biclik
  • ƏMƏL qayə — məqsəd — arzu

Omonimlər

  • ƏMƏL ƏMƏL I is. [ ər. ] İş, hərəkət. Son zamanlar Dəryanın sözü ilə əməli arasında gizli bir təzad gördüm (S
ƏMƏKSİZ
ƏMƏL₂
OBASTAN VİKİ
Əməl Kluni
Əməl Kluni (qızlıq soyadı Ələməddin, ing. Amal Clooney, ərəb. أمل كلوني‎; 3 fevral 1978, Beyrut, Livan) — Londonda yaşayan Livan əsilli Britaniya vəkili, fəalı və müəllifdir. == Həyatı == Əməl Kluni Livanın Beyrut şəhərində anadan olmuşdur. 1980-ci ildə Livan vətəndaş müharibəsi əsnasında ailəsi Londona köçmüşdür. Atası Rəmzi Ələməddin əslən Şuf vilayətindən olan druz ərəb, Liviyada doğulmuş anası Bərə Ələməddin isə əslən livanlı sünni ərəb ailəsindəndir. Əməl Klunin ana dili ərəb dilidir. Hollivud aktyoru Corc Kluninin həyat yoldaşıdır. == Təhsili və fəaliyyəti == 2000-ci ildə Kluni Oksford Universitetinin tərkibindəki Sent-Hyuz kollecinin hüquq fakültəsini bitirmişdir. Sonra təhsilini Nyu-York Universitetinin Ali hüquq məktəbində davam etmişdir.
Əməl Sayın
Emel Sayın (Türk. Emel Sayın; 20 noyabr 1945, Sarqışla, Sivas ili) — Türk müğənni.
"Arqo" əməliyyatı (film, 2012)
Arqo (ing. Argo) — 2012-ci ildə ABŞ-də ekranlaşdırılmış siyasi triller. Filmin rejissoru Ben Afflekdir. Filmin ssenarisi Toni Mendezin "The Master of Disguise" və Coşua Biermenin "Wired" jurnalında çıxmış "The Great Escape" məqaləsindən götürülmüşdür. Filmdə əsas rolda Ben Afflek, Mendez rolunu canlandırır, ondan əlavə isə Alan Arkin, Brayan Krenston və Con Qudmen də filmdə yer alıblar. Filmin prodüserləri Ben Afflek, Qrant Heslov və Corc Klunidir. Film 85-ci Akademiya Mükafatı üzrə yeddi nominasiya alıb və üçündə laureat olub. Bu laureatların arasında Ən yaxşı film də var. Bundan əlavə beş Qızıl Qlobus mükafatına da nominasiya olmuş və bunlardan ikisini qazanmışdır. == Filmin xülasəsi == 4 noyabr 1979-cu ildə İran aktivistləri İran İslam İnqilabı zamanı ABŞ prezidenti Cimmi Karterin Şaha sığınacaq verdiyinə görə İrandakı ABŞ səfirliyinə hücum edirlər.
"I" əməliyyatı və Şurikin başqa macəraları (film, 1965)
"I" əməliyyatı və Şurikin digər macəraları" (rus. Операция "Ы" и другие приключения Шурика) — rejissor Leonid Qaydayın filmi. == Məzmun == Film 3 novelladan ibarətdir: "Ortaq", "Qarabasma" və ""I" əməliyyatı". Hər üç novelladakı hadisələr baş qəhrəman olan, məzəli və heç vaxt ruhdan düşməyən tələbə Şurikin ətrafında cərəyan edir. Bu filmdə həm də Leonid Qaydayın filmlərinin qəhrəmanı olan Qorxaq, Axmaq və Çoxbilmiş obrazlarını görmək olar. == Film haqqında == Filmin çəkilişləri 27 iyul 1964-cü ildə başlamış və 3 aprel 1965-ci ildə başa çatdırılmışdır. Filmin çəkilişləri hazırkı Sankt-Peterburqda, "Mosfilm" kinostudiyasının pavilyonunda, Moskvanın Sviblovo rayonunda və Odessada aparılmışdır. Bir çox komik məqamlar elə çəkiliş vaxtı düşünülmüşdü. Məsələn, Şurikin Axmağı rapira qılıncı ilə yaralaması və onun sinəsindən "qan" (qırmızı şərab) axmağı səhnəsi aktyor Yuri Nikulinin ideyası olmuşdur. Filmin bütün epizodlarında Moskvanın 1960-cı illər memarlığı əks etdirilmişdir.
"I" əməliyyatı və Şurikin digər macəraları (film, 1965)
"I" əməliyyatı və Şurikin digər macəraları" (rus. Операция "Ы" и другие приключения Шурика) — rejissor Leonid Qaydayın filmi. == Məzmun == Film 3 novelladan ibarətdir: "Ortaq", "Qarabasma" və ""I" əməliyyatı". Hər üç novelladakı hadisələr baş qəhrəman olan, məzəli və heç vaxt ruhdan düşməyən tələbə Şurikin ətrafında cərəyan edir. Bu filmdə həm də Leonid Qaydayın filmlərinin qəhrəmanı olan Qorxaq, Axmaq və Çoxbilmiş obrazlarını görmək olar. == Film haqqında == Filmin çəkilişləri 27 iyul 1964-cü ildə başlamış və 3 aprel 1965-ci ildə başa çatdırılmışdır. Filmin çəkilişləri hazırkı Sankt-Peterburqda, "Mosfilm" kinostudiyasının pavilyonunda, Moskvanın Sviblovo rayonunda və Odessada aparılmışdır. Bir çox komik məqamlar elə çəkiliş vaxtı düşünülmüşdü. Məsələn, Şurikin Axmağı rapira qılıncı ilə yaralaması və onun sinəsindən "qan" (qırmızı şərab) axmağı səhnəsi aktyor Yuri Nikulinin ideyası olmuşdur. Filmin bütün epizodlarında Moskvanın 1960-cı illər memarlığı əks etdirilmişdir.
"Just Cause" əməliyyatı
Just Cause əməliyyatı — 20 dekabr 1989-cu ildə ABŞ-nin Panamaya hücümu. İşğal ərzində Panamanın de-fakto lideri Manuel Noryeqa amerikalı hərbçilər tərəfindən əsir götürülərək ABŞ-yə aparılmış, onun yerinə Guilermo Endara Qalimani vəzifəyə təyin olunmuşdur. İşğaldan sonra Milli Müdafiə Qüvvələri (Fuerzas Armadas de Panama) dağıdılıb. == Əmaliyyatın gedişi == 15 dekabr 1989 ildə Manuel Noryeqa Panama parlamentində çıxış edərkən ABŞ-la müharibə şəraitində olduğunu bildirdi. 17–18 dekabr 1989-cu ildə Corc Herbert Uoker Buş Doğru İş (İngiliscə: Just Cause) Əməliyyatı keçirməyi qərara aldı. 20 dekabr gecə saat 2 də Əməliyyat başladı. Səhərə Panamada yerləşən iki hərbi baza ABŞ-nin əlinə keçdi. Hərbi bazalar müqaviməti dayandırsalarda Panama hələdə müqavimət göstərirdi. 25 dekabrın səhəri müqavimət dayandırıldı və "Just Cause" əməliyyatı uğurla başa çatdı. Rəsmi məlumata görə əməliyyat zamanı Panamanın 400 vətandaşı həlak olub.
"Mirvari" əməliyyatı
İraq ordusunun Fars körfəzindəki Mina əl-Məkr və Xor-əl-Aməyə adlı neft platformalarında radar qurğuları və izləmə avadanlıqları yerləşdirməsinə cavab olaraq, 28 noyabr 1980-ci ildə İrana aid Hərbi Hava və Donanma qüvvələri "Mirvari əməliyyatı" həyata keçirmişdi. Əməliyyat nəticəsində İraq Donanmasının 80%-i məhv edilmiş, hər iki neft terminalı sıradan çıxarılmış, Əl-Fəv limanı blokadaya düşmüş, Fars körfəzinin İraqa aid olan xeyli neft qurğuları dağıdılmış, habelə zenit-raket sistemləri ciddi zərər almışdı. Döyüş İranın inamlı qələbəsi ilə sona çatmışdı. Donanmasının 4/5 hissəsini itirən İraq müharibənin sonunadək körfəz sularındakı gücünü bərpa edə bilməmişdi. Üstəlik, İraq ordusundakı radar və zenit-raket komplekslərinin sıradan çıxarılması İran ordularına cənub-şərqdən növbəti hərbi əməliyyatları həyata keçirmək üçün şərait yaratmışdı. Bu əməliyyat İran Donanması tərəfindən uğurla yerinə yetirildiyinə görə 28 noyabr tarixi İranda "Donanma günü" kimi qeyd olunur.
"Müqəddəs Yanuari" əməliyyatı (film, 1966)
Müqəddəs Yanuari əməliyyatı (it. Operazione San Gennaro) — rejissor Dino Rizinin 1966-cı ildə çəkdiyi komediya filmidir. Filmin operatoru Aldo Tontidir. == Məzmun == Amerikan oğru bandası İtaliyanın Neapol şəhərindəki "Müqəddəs Yanuari" qızıllarını oğurlamaq üçün bura gəlirlər. Bunun üçün oğru bandası Don Vinçentsoya müraciət edirlər. Don Vinçentso isə hal-hazırda türmədədir. Vinçentso (Toto) onları şagirdi Duduya göndərir. Dudu bu işdə onlara kömək etməyə razı olur. Onlar əməliyyat zamanı müxtəlif macəralarla qarşılaşırlar… Sonda "Müqəddəs Yanuari" qızılları Neapolda qalır. == Maraqlı faktlar == Müqəddəs Yanuarinin qızıllarını oğurlamaq planı yalnız filmdə göstərilmişdir.
"Qara kəmər" əməliyyatı
"Qara kəmər" əməliyyatı — Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat. Əməliyyat 2005-ci il martın 10-da həyata keçirilib və 11 mart 2005-ci il tarixdə Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq uzun müddət ölkədə adam oğurluğu və digər ağır cinayətlər törətmiş kriminal dəstənin ifşa olunması barədə məlumat yayıb. "Qara kəmər" əməliyyatı nəticəsində cinayətkar dəstənin başçısı, DİN-in Cinayət Axtarış Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədov və dəstənin üzvləri həbs olunub. "Qara kəmər" əməliyyatı uzun müddət bağlı qalmış bir sıra ağır cinayətlərin açılmasına kömək etdi. Prezident İlham Əliyevin sərəncamı ilə mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsində peşəkarlıq göstərdiklərinə görə MTN-in bir qrup əməkdaşı dövlət təltiflərinə layiq görüldü.
"Qayınana" əməliyyatı (film, 1999)
"Qayınana" əməliyyatı — tammetrajlı Azərbaycan komediya filmi. == Məzmun == Uzun müddət qayğısız qalan qayınana (Nəsibə Zeynalova) kürəkən və qızlarının başına oyun gətirmək və onlara dərs vermək qərarına gəlir. Lakin bu oyun hamıya çox baha oturur. Film-tamaşaya baxdıqda bu atalar sözü yada düşür: "Bağda ərik var idi, salam-əleyk var idi. Bağdan ərik qurtardı, salam-əleyk qurtardı." == Səhvlər == Orfoqrafik: 1)Titrlərdə film-tamaşanın adı "Qaynana əməliyyatı" yazılmışdır. Doğrusu isə "Qayınana əməliyyatı"dır. 2)Nüşabə Ələsgərlinin adı Nüşabə Ələskərli yazılmışdır. 3)Ələsgər Məmmədoğlunun adı Ələskər Məmmədoğlu yazılmışdır.
"Taxta ayaq" əməliyyatı
"Taxta ayaq" əməliyyatı 1985-ci ilin sentyabrında 3 İsrail vətəndaşının Kiprdə öldürülməsi İsrail hökumətini bu işə görə məsuliyyəti öz üzərinə götürən Fələstin Azadlıq Təşkilatının (FAT) Tunisdəki mənzil-qərargahına hücum etməyə vadar etmişdi. Əməliyyat "Taxta ayaq" adı altında 1 oktyabr 1985-ci ildə həyata keçirilmişdi. 8 ədəd F-15, 8 ədəd F-16 markalı qırıcı-bombardmançı təyyarələrin hücumu ilə müşayiət olunan əməliyyat zamanı FAT-ın Tunis qərargahı dağıdılmış, 60-a yaxın üzvü həlak olmuşdu. Tunis rəhbərliyi ölənlər arasında dinc əhalinin olduğunu bildirdikdən sonra, sadiq müttəfiqi ABŞ da daxil olmaqla, dünya ictimaiyyəti İsraili bu işə görə sərt tənqid etmişdi. BMT isə zərərə görə Tunisə ödəniləcək reparasiya məsələsi qaldırdı. FAT buna "Akille Laura" gəmisini ələ keçirib, bir neçə nəfəri öldürməklə cavab vermişdi.
"Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalı
"Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalı — MDB Hökumət Başçıları Şurası yanında beynəlmiləlçi döyüşçülərin işləri üzrə Komitəsinın mükafatı. == Məlumat == 5 may 2013-cü il tarixində MDB Müdafiə Nazirləri Şurası Əfqanıstan Demokratik Respublikasından sovet qoşunlarının çıxarılmasının 21 illik yubileyi ərəfəsində (19 fevral 2014-cü il) "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalının təsis edilməsi barədə qərar qəbul edir və medal haqqında əsasnaməni və onun təsvirini təsdiq edir. == Təltif qaydası == Medal ilə ƏDR ərazisində 1979–1988-ci illər ərzində SSRİ Silahlı Qüvvələri tərkibində döyüş əməliyyatları veteranlarının və onlara bərabər tutulan şəxslərin təltif edilməsi üçün nəzərdə tutulub. Həmçinin medalla itkin düşmüş döyüşçülərin talelərinin və həlak olanların yerinin və adlarının müəyyən edilməsində, həmçinin veteran hərəkatının fəaliyyətində fəal iştirak edənlər, beynəlmiləlçi döyüşçülərin və onların ailə üzvlərinin sosial, tibbi reabilitasiyası işində fəal iştirak edənlər təltif edilir. Xatirə medalı Əfqanıstan Veteranlar İttifaqına daxil olan ictimai təşkilatların rəhbərlərinin təqdimatı ilə həyata keçirilir.
160-cı Xüsusi Əməliyyat Aviasiya Polku
160-cı Xüsusi Əməliyyatlar Aviasiya polku (Hava-Desant Qüvvəsi) (ing. 160th Special Operations Aviation Regiment (Airborne)) və ya ləqəbi ilə “Gecə izləyiciləri” (ing. Night Stalkers) — xüsusi əməliyyat qüvvələrinə hava dəstəyi verən Birləşmiş Ştatların Quru Qoşunlarına bağlı xüsusi bir əməliyyatdır qüvvəsidir. Hücumlar, qarşıdurma və kəşfiyyat tapşırıqlarını yerinə yetirən polk ümumiyyətlə gecələr işləyir. 16 oktyabr 1981-ci ildə yaradılan polkun mərkəzi Amerika Birləşmiş Ştatlarının Kentucky ştatındakı Fort Campbell regionunda yerləşir.
1993 Yay əməliyyatları
1993 Yay əməliyyatları və ya 1993-cü ilin Yay hücumları — Birinci Qarabağ müharibəsi gedişində 1993-cü ilin iyun ayından oktyabr ayına qədər baş vermiş olan bir sıra döyüşlərdən sonra Azərbaycanın bir neçə rayonunun erməni hərbi birləşmələri tərəfindən ələ keçirilməsi hadisəsidir. == Hücum == 1993-cü ilin yayında Ağdam rayonu hər iki tərəfdən artilleriya mübadiləsi səhnəsinə çevrilmişdir. İyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam şəhərinin artilleriyadan bombardmanına başlanılmışdır. Mülki əhali şəhəri boşaltmağa başladıqdan sonra, əsgərlər də şəhəri tərk etməyə başlamışdırlar. Rayon uğrunda küçə-küçə, ev-ev döyüşlərin getdiyi ərəfədə azərbaycanlıların sürətlə şəhəri tərk etməsi, onun müdafiəsi işində ciddi problemlərin meydana gəlməsinə səbəb olmuşdur. İyul ayının sonunda erməni qüvvələri Ağdamı ələ keçirdi və təxminən 120.000 mülki azərbaycanlı regionu tərk etmək məcburiyyətində qaldılar. İyulun 29-da BMT Təhlükəsizlik Şurasının 853 nömrəli ikinci qətnaməsi qəbul edildi və bu qətnamədə də əvvəlki qətnamədə olduğu kimi hücum pislənilmiş və əvvəlki qətnamədə mövcud olan məqamlar bir daha təsdiqlənmişdir. Ermənistan Silahlı Qüvvələrinin və Qarabağ ermənilərinin irəliləyişlərini dayandırmaq çağırışlarına baxmayaraq, Ermənistan hökuməti hücumu dayandırmaq üçün anklavın hərbi rəhbərləri üzərində heç bir nəzarətlərinin olmadığını bildirmişdir. Hərbi çöküşlə üzləşən Əliyev faktiki Dağlıq Qarabağ hökuməti və Minsk Qrupunun rəsmiləri ilə vasitəçilik etməyə cəhdlər etmişdir. İyulun 26-dan başlayaraq hər iki hökumət tərəfindən üç günlük atəşkəs elan edilmişdir.
ABŞ Xüsusi Əməliyyatlar Komandanlığı
Amerika Birləşmiş Ştatları Xüsusi Əməliyyatlar Komandanlığı (ing. United States Special Operations Command, qısaca USSOCOM və ya SOCOM) — ABŞ Müdafiə Nazirliyinin on Vahid Döyüş Komandanlığından biridir. Onun vəzifəsi ABŞ dövlətinin mənfəəti və mənafeyi üçün xüsusi əməliyyat qüvvələri hazırlamaq, terror şəbəkələrinə qarşı əməliyyatların planlaşdırılması və sinxronlaşdırılmasıdır. 16 aprel 1987-ci ildə yaradılan komandanlığın qərargahı Florida ştatındakı MacDill Hava Qüvvələri bazasında yerləşir.
ARM prosessorlarının dəstəkləyən əməliyyat sistemlərinin siyahısı
ARM arxitekturası əməliyyat sistemlərinin coxu tərəfindən dəstəklənir. Bunların arasında Unix и Unix-ə bənzər ƏS: GNU/Linux, BSD, QNX, Plan 9, Inferno, Solaris, iOS, Android, Firefox OS. Həmçinin bu platforma üzərində müxtəlif variantları işləyə bilən Windows : Windows CE, Windows Phone, Windows RT. Bundan əlavə ARM-in dəstəkləyən ƏS: ReactOS, FreeRTOS, Nucleus, Symbian OS, RISC OS. == Dəstəklənən Unix-ə bənzər sistemlər == === Linux-in distributivləri === Növbəti Linux distributivləri ARM prosessorları dəstəkləyir: Ångström ALT Linux Archlinux Astra linuxArxivləşdirilib 2016-11-19 at the Wayback Machine Bodhi Linux Chrome OS Debian ELinOS Fedora Gentoo GoboLinux iPodLinux Kali linux Maemo MeeGo MontaVista openSUSE Open webOS Sailfish OS Slackware SteamOS T2 SDE Ubuntu Wind River Linux === BSD === BSD-dən törəmə olan ARM prosessorlarını dəstəkləyən ƏS-ləri: RISC iX (Acorn ARM2/ARM3-based systems only) FreeBSD NetBSD OpenBSD === Solaris === Hərçənd ki, Solaris x86/x86_64 və SPARC tipli prosessorlarla işləyən əməliyyat sistemidir, 2008 — 2009-cu illərdə OpenSolaris -in ARM versiyası olacaq «osarm»-ı yaratmaq üçün təsəbbüş göstərilmişdir.
ASALA-nın əməliyyatlarının siyahısı
ASALA-nın 1970-1990-cı illərdə keçirdiyi terror aktlarının siyahısı.
AXC-nin Lənkəran əməliyyatı
Lənkəran əməliyyatı (1919) — Azərbaycanın cənub bölgəsində ölkənin ərazi bütövlüyünün təmin edilməsi üçün AXC ordu hissələrinin 1919-cu ilin avqustunda həyata keçirdiyi hərb əməliyyat. AXC elan edildiyi zaman öz suverenliyini bütün ölkə ərazisinə yaya bilməmiş, bu proses tədricən inkişaf etmişdir. Bu proses əsnasında AXC-in cənub torpaqlarında, Cavad və Lənkəran qəzaları ərazisində həm ağqvardiyaçı, həm bolşevik, həm də azərbaycanlı partizanlar arasında mübarizə getmişdir. Bu mübarizənin nəticəsində Azərbaycan qüvvələri qələbə qazanmış, Lənkəran əməliyyatı ilə bütün bölgə AXC-in tam hakimiyyətinə girmişdir. == Zəmin == 1918-ci ilin payızına qədər Azərbaycan ordusu və Qafqaz İslam Ordusu Bakı və Qarabağı yad qüvvələrdən təmizlədi və beləliklə, Lənkəran istisna olmaqla Azərbaycanın bütün ərazisində yeni hökumət hakim oldu. Növbəti yürüş istiqamətinni bura olmasına baxmayaraq, Osmanlı imperiyasının məğlub dövlət kimi Mudros müqaviləsini imzalaması, Bakıya ingilis qüvvələrinin gəlməsi vəziyyəti dəyişdi və Lənkərana planlanan yürüş ertələndi. Lənkəran tutduğu mühüm strateji mövqeyə bir çox qüvvənin diqqətini özünə çəkmişdi və buna görə də, 1918-ci ilin əvvəllərində müsavatçılar burada hakim olsalar da, həmin ilin aprelində bölgəyə "Aleksandr Jander" gəmisində gəlmiş olan bolşeviklər hakimiyyəti ələ keçirdilər. === Ağ Qvardiyaçıların hakimiyyəti ələ alması və yerli əhalinin reaksiyası === Lakin Bakının azad edilməsi ilə bolşeviklərin buradakı mövqeyi zəiflədi. Bu dəfə də, bölgədə vaxtilə buraya köçürülmüş rus əhalisi tərəfindən dəstəklənən rus millətçi zabitləri gücləndilər. Ağ Qvardiyaçı olan və Denikin ilə yaxın əlaqələrə sahib olan polkovnik İlyaşeviç bu qüvvələrə rəhbərlik edirdi.
Afrin əməliyyatı
Zeytun budağı əməliyyatı və ya Əfrin əməliyyatı, Əfrin hərəkatı və ya əməliyyatın şifrələnmiş adı ilə Zeytun budağı hərəkatı (türk. Zeytin Dalı Harekâtı) — 2018-ci ilin 19 yanvar tarixindən etibarən Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında yerləşən Hələb mühafəzəsinin daxil olduğu Əfrin bölgəsinə doğru başladılmış hərəkat. Türkiyə və Azad Suriya Ordusunun əsas məqsədi ərazidəki PYD, YPG və PKK hökmranlığını aradan qaldırmaq və bölgəni təhdid edən "terrorçu" ünsürləri məğlub etməkdir. İraq Şam İslam Dövlətinin bölgədən uzaqlaşdırılması da, qarşıya qoyulan hədəflər arasındadır. Türkiyə Respublikasının prezidenti, Rəcəb Tayyib Ərdoğan əməliyyatın başladığı gün etdiyi çıxışında Əfrindən sonrakı hədəfin Mənbic olduğunu açıqlamışdır. == Arxa plan == Suriya vətəndaş müharibəsinin gedişində, 2012-ci ilin yazında Suriya Ordusunun geri çəkilməsi nəticəsində Hələb mühafəzəsinda yerləşən Əfrin şəhəri PYD-nin nəzarəti altına keçdi. 2014-cü ilin yanvar ayında YPG Əfrin bölgəsində tək tərəfli müstəqillik elan etdi. 2016-cı ilin əvvəlində isə Şimali Hələbdə yerləşən Tel Rıfatı ələ keçirdi. Buna qarşı olaraq Türkiyə hökuməti YPG mövqelərinə artilleriya zərbələri endirmək barədə qərar qəbul etdi. Türkiyə tərəfindən 2016-2017-ci illərdə həyata keçirilən Fərat Qalxanı əməliyyatı nəticəsində Suriya sərhədindəki IŞİD hakimiyyəti sona çatdı.
Agent əməliyyatları
Agent əməliyyatları – bir tərəfin (agentin) tabeliyində olmadığı digər tərəfin (prinsipalın) hesabına və onun adından əmtəələrin, aktivlərin, yaxud onlara olan hüququn müəyyən ərazidə satılması və ya alınması ilə bağlı həyata keçirdiyi ticarət-vasitəçilikdən ibarət faktiki və hüquqi hərəkətlər. Agent əməliyyatları agent sazişi – agentlə prinsipal arasında onların qarşılıqlı hüquqları və vəzifələri barəsində yazılı şəkildə bağlanmış müqavilə əsasında icra edilir. Müqavilədə təmsilçi, komisyonçu, müvəkkil və yaxud alıcı kimi göstərilən agentin iş şərtləri, həmçinin vasitəçiliyə görə ona veriləcək haqqın (qonorarın) ödəniş forması, üsulu və miqdarı şərtləndirilir. Sənəd də həmçinin tərəflərin öhdəlikləri yerinə yetirmələrinin sferası, xarakteri və qaydası; sazişin fəaliyyət müddəti, tətbiq edilən sanksiyalar və mübahisələrin həlli qaydaları göstərilir. Prinsipal agentə verilən səlahiyyət hüququnun, həmçinin məhsulun qiyməti, reklamı və satışı üzrə məhdudiyyətlərin hədlərini, zəruri olan minimum dövriyyəyə görə mükafatın ölçüsünü göstərməyə borcludur. Məhsulların təhvil verilməsi, anbarda saxlanması, çatdırılması müddəti və üsullarına aid qaydaları, təminat möhləti və mənimsəmə dövründə xidmət göstərilməsi qaydalarını da prinsipal müəyyən edir. Agent müqavilənin yerinə yetirilməsi məqsədilə üçüncü şəxslə subagent müqaviləsi bağlamaq hüququna malikdir, lakin subagentin hərəkətlərinə görə prinsipal qarşısında özü cavabdehdir. Maliyyə-kredit əməliyyatlarını həyata keçirən agentlər, bir qayda olaraq, ayrı-ayrı tapşırıqların icrası üzrə ixtisaslaşırlar. Dövlət orqanları onların fəaliyyətini əksər hallarda lisenziyalaşdırır və nəzarətdə saxlayır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Arazboyu əməliyyatlar
Arazboyu əməliyyatlar (erm. Արասի հովտի արշավ)) — 2020-ci ilin 27 sentyabrından başlamış və 22 oktyabr tarixində Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğaldan azad edilməsi ilə Azərbaycan-İran sərhədinin nəzarətə götürülməsinə kimi davam edən, Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan mühüm əməliyyatlar. Nəticədə Cəbrayıl və Zəngilan rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən azad edilir. Üstəlik ordunun Qubadlı, Zəngilan və Dağlıq Qarabağın daxilinə doğru irəliləməsi üçün yollar açılır. Arazboyu əməliyyatlar Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. == Tarixi == 2020-ci ilin 27 sentyabrından başlamış əks hücun əməliyyatı ilkin olaraq Qarabağın şimal, şimal-şərq və cənub-şərq cəbhəsi boyunca gedir. Azərbaycan ordusunun cənub-şərq cəbhəsi boyunca ilk həmləsi ilə Ermənistan ordusunun müdafiə istehkamları yarılır. Nəticədə azərbaycan ordusu Cəbrayıl rayonunun Araz boyu istiqamətində irəliləməyə başlayır. Elə ilk gündəcə Cəbrayıl rayonunun Arazboyunda yerləşən Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilir. 3 oktyabr tarixində bu əməliyyat istiqamətində Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndi tamamilə işğaldan azad edilir..
Arden əməliyyatı
Arden əməliyyatı (1914)
Arden əməliyyatı (1914)
Arden əməliyyatı — 21 avqust 1914-cü ildə başlayan və 23 avqust 1914-cü ildə bitən Arden hərbi əməliyyatı. == Xronoloqiya == 21 avqust Almaniya İmperiyası və Fransa arasında Arden dağlarında döyüşlər başladı. 22 avqust Lonqvidə, eləcə də Semua çayında döyüşlər başladı. 24 avqust Maas çayında döyüşlər başladı. 25 avqust 3-cü Fransa ordusu 5-ci Almaniya ordusu tərəfindən dağıdılır, Fransalılar Monmedi və daha da cənuba çəkilirlər. 26 avqust döyüşlər dayandırıldı. == Mənbə == http://militera.lib.ru/h/ww1/index.html http://militera.lib.ru/h/tuchman/index == Ədəbiyyat == Bazil Liddel Qart 1914. Birinci dünya müharibəsinin gerçəkləri.
Arden əməliyyatı (1944)
Arden əməliyyatı (alm. Ardennenoffensive‎) — İkinci Dünya müharibəsi zamanı Üçüncü Reyxin apardığı hərbi əməliyyat. 16 dekabr 1944-cü ildən - 29 yanvar 1945-ci ilə qədər Ardenlərdə (Belçikanın cənub-qərbində) aparılan bu hərbi əməliyyat Qərb cəbhəsindəki vəziyyəti dəyişdirmək, Belçika və Hollandiyadakı ingilis-amerikan silahlı qüvvələrini məğlub etmək, bəlkə də ABŞ və İngiltərəni sülh danışıqlarını və hərbi əməliyyatların bitməsinə inandırmaq məqsədi ilə keçirildi.
Aster əməliyyatı
1944-cü ildəki Tallin əməliyyatı (rus. Таллинская операция 1944 года) — SSRİ-nin Qızıl Ordusunun 2-ci zərbə ordusu, 8-ci ordusu və Baltik donanması tərəfindən Estoniya ərazisindəki Üçüncü Reyxin Vermaxtına bağlı olan 3-cü SS tank korpusu, 2-ci ordu korpusu və Estoniya legionu qüvvələrini məğlub etmək və Tallin şəhərini azad etmək üçün 17 sentyabr 1944-cü ildə həyata keçirilən və həmin ilin 26 sentyabrında uğurla nəticələnən taktiki hərbi əməliyyat. Əməliyyatın alman qarşılığı olan Aster əməliyyatı (alm. Unternehmen Aster‎) Estoniya ərazisindəki bütün Vermaxt qoşunlarının regiondan çəkilməsi üçün həyata keçirilmişdir. Sovet İttifaqı tərəfindən həyata keçirilən hərbi əməliyyat ikinci zərbə ordusunun Vermaxtın ikinci ordu korpusunun Tartu şəhəri yaxınlığında yerləşən Emayıqi çayındakı müqavimətini qırması ilə başlamışdır. Müdafiəçi nasist qüvvələri «Narva» ordu dəstəsinin Estoniyadan nizamlı şəkildə təxliyə edilməsi üçün sovet qoşunlarının hücumunu ləngidə bilmişdir. 18 sentyabrda Oslo mərkəzli sürgündəki Estoniya hökuməti Tallin şəhərindəki hökumət binalarının nəzarətini alman qoşunlarından almış, 22 sentyabrda Vermaxt əsgərlərinin hamısı şəhəri tərk etmişdir. Leninqrad cəbhəsinin hərbçiləri 22 sentyabr 1944-cü ildə Tallin şəhərini ələ keçirmiş 26 sentyabrda isə Estoniyanın qalan kontinetal ərazisini Vermaxtdan azad etmişdir. == Arxaplan == === Zəmin === Leninqrad cəbhəsi tərəfindən həyata keçirilən hücumlar «Şimal» ordu qrupunu Pskovsko-Çudskoye gölünün qərbinə çəkilməyə məcbur etmişdi. Bu hadisə Narva şəhəri ətrafında bir sıra hərbi əməliyyatın keçirilməsinə gətirib çıxarmışdı.
Azərbaycan sülhməramlı əməliyyatlarda
Azərbaycan Sülhməramlı Qüvvələri (ing. Azerbaijani peacekeeping forces) və ya Bakı N vahidi (ing. Baku N unit) — Azərbaycan Quru Qoşunlarının əsas sülhməramlı hərbi vahidi. 1999-cu ilin sentyabr ayından başlayaraq Azərbaycan Silahlı Qüvvələri Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət aparıblar. Azərbaycan Silahlı Qüvvələri tərkibində Azərbaycanın Sülhməramlı ordusu 1997-ci ildə yaranmış, sonradan Azərbaycan sülhməramlı bölməsi adı altında birləşmişdir. == Fəaliyyət == === Kosovo === 17 fevral 2008-ci ildə Kosovo parlamenti müstəqillik elan etdikdən sonra, 26 fevral 2008-ci ildə Azərbaycanın Prezidenti İlham Əliyev Kosovadan Azərbaycanın sülhməramlı bölməsinin çıxarılması ilə bağlı Milli Məclisə müraciət etdi. Müraciətə Milli Məclis tərəfindən 4 mart 2008 tarixdə baxıldı və 87 səslə (3 səs əleyhinə, 2 səs bitərəf) qəbul edildi. Azərbaycan sülhməramlı bölməsi 34 hərbçidən ibarət idi ki, bunlardan da biri zabit, biri çavuş və 32-si əsgər idi. Azərbaycan sülhməramlı bölməsi Kosovada Türkiyə sülhməramlı qoşunlarının tərkibində xidmət edirdi. Azərbaycan hərbçiləri Kosovada 18 kəndə nəzarət edirdilər.
Ağdərə əməliyyatı
Goranboy əməliyyatı və ya Ağdərə əməliyyatı — 1992-ci ilin yayında Azərbaycan Ordusu tərəfindən keçirilmiş irimiqyaslı hərbi hücum. Məqsəd Dağlıq Qarabağda nəzarəti ələ keçirmək və oradakı qanunsuz separatçılıq əməllərinə son qoymaq olmuşdur. Hücum istənilən şəkildə alınmış, bütöv 6 ildə Dağlıq Qarabağda Azərbaycan Ordusunun uğurlu irəliləyişinin pik nöqtəsi hesab olunur. Bu, həmçinin, yeni, daha gərgin bir mərhələnin başlanğıcı idi. Hücumda 8.000-dən çox qoşun, əlavə 4 batalyon, 90 tank və 70 piyada döyüş maşını, Mi-24 zirehli hərbi döyüş vertolyotundan istifadə edilmişdir. [mənbə göstərin] Azərbaycanın ilkin uğurlu hücumlarından sonra, yenidən yaradılmış erməni qrupları əks-hücuma keçmiş və itirdikləri ərazilərin əksəriyyətini geri qaytarmışdır. == Hücumun başlanması == 12 iyun, 1992-ci il tarixində, Azərbaycan Xalq Cəbhəsi sədri Əbülfəz Elçibəyin prezident seçilməsindən sadəcə 5 gün sonra, Azərbaycan hərbi qüvvələri Dağlıq Qarabağ mərkəzində Əsgəran bölgəsi istiqamətində şərqdən genişmiqyaslı hücum başlayır. Ümumi 4.000 qoşundan ibarət 2 qrup Əsgərana şimal və cənub istiqamətində hücum edir. Şiddətli döyüşlərin nəticəsində azərbaycanlılar Əsgəran rayonunda bəzi yaşayış məntəqələrini ələ keçirirlər: Naxçıvanlı, Dovşanlı, Pircamal, Dəhrəz, Ağbulaq. == Əsas hücum == 13 iyun, 1992-ci ildə Azərbaycan hərbi qüvvələri Dağlıq Qarabağın şimalında 3 gün davam edəcək erməni könüllü dəstələrinin müdafiə etdiyi Goranboy rayonu istiqamətində (Azərbaycan SSR dövründə Şaumyan rayonu) irimiqyaslı hücuma keçdi.

Digər lüğətlərdə