PAXIL

sif. [ ər. bəxil] Başqasının üstünlüyünə, xoşbəxtliyinə, rifahına, müvəffəqiyyətinə, qabağa getməsinə dözməyən, bundan dilxor olan, bunu gözü götürməyən; dargöz. Paxıl adam.
– Bir adam paxıl olsa; Ömrü boyu dərd çəkər. (Bayatı).

// İs. mənasında. Paxılın biridir.
– Ürək sındırmadım, qəlb incitmədim; Paxıllar yüz yerdən çəkdi dağ mənə. B.Vahabzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • PAXIL PAXIL Qısır rəqiblərindən qurtarmasan başını; Paxıllar, külüng alıb parçalayar daşını (M.Rahim); DARGÖZ(LÜ) Bir qurd kimi salsın yuva qəlbi də paxıllı
  • PAXIL həsəd
  • PAXIL dargöz

Etimologiya

  • PAXIL Ərəbcə buxl kimidir, bizdə təhrif olunub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
PAXAR
PAXILLIQ

Digər lüğətlərdə

ба́кенный бережёный избыва́ть междувла́стие меси́льный нейрофизиоло́гия номенклату́ра переброди́ть эквилибристи́ческий этнолингви́стика воробе́йчик драко́новый искуса́ть мо́рок мотори́стка нава́л нече́стный рекогносциро́вщик baulk crept double-feature faraway prescience злободневный охлаждающий