TUALÉT

[fr.]
1. Güzgülü və qutulu kiçik stol. [Oğlan] tualet önündə bir qadın qədər özünə yaraşıq verdi. A.Şaiq.
2. İctimai yerlərdə (teatr, kino, restoran və s.-də) ayaqyolu.
3. Zahiri görkəm, yaraşıq, bəzək-düzək. Məclis üçün hazırlıq görülürdü, xanımlar geyim və tualetlərinə son dərəcə əhəmiyyət verirdilər. Çəmənzəminli. ◊ Cərrahın tualeti tib. – operasiyadan qabaq mikrobsuzlaşdırılmış paltar geymə və əlləri yuma.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət

TUALET I сущ. туалет: 1. уборная (обычно в общественных местах) 2. столик с зеркалом, перед которым одеваются, причёсываются 3. ətraflı

Azərbaycan dilinin etimologiya lüğəti

TUALET Fransızcadır, “səliqə-sahman”, “geyim”, “ayaqyolu” və s. mənalarda işlədilir. (Bəşir Əhmədov. Etimol ətraflı

Author: Obastan; Publisher: Obastan