BİATLON

is. [ yun. ] idm. 20 km məsafədə tüfəngdən atəş açmaqla icra edilən xizək yarışı.
BİARLIQ
BİBAK
OBASTAN VİKİ
Biatlon
Biatlon (yun. άθλον — yarış, mübarizə) — 20 km məsafəyə təxminən hər 3–5 km-dən bir tüfəng 4 dəfə atəş açmaqla xizək yürüşüdür. == Ümumi məlumat == kompleks yarışlar; xizəklə sürüşərək tüfəngdən bir neçə hədəfə atəş açmaqdan ibarətdir. 1920-ci illərdə Skandinaviya ölkələrində, İsveçrə, Fransa və Avstriyada hərbi patrulların atəşaçma, qum baratullama və s.-dən ibarət xizək yarışları kimi yaranmışdır. 1924, 1928,1936, 1948 illər Qış Olimpiya Oyunlarında hərbi patrulların nümunəvi xizək yarışları nümayiş etdirilmişdir. Biatlonun müasir növü 1950-ci illərin əv vəllərində formalaşmış, Norveç, Rusiya, Finlandiya, İsveç, Polşa, Rumıniya və bir sıra digər ölkələrdə geniş yayılmışdır. 1948-ci ildə Beynəlxalq Müasir Beşnövçülük və Biatlon İttifaqı (UIPMB) təsis olunmuşdur. 1958-ci ildə kişilər arasında ilk dünya çempionatı keçirilmiş, 1960-cı ildən isə Qış Olimpiya Oyunlarının proqramına daxil edilmişdir. 1978-ci ildə Biatlon idman növündə dəyişikliklər edilmişdir: hərbi döyüş tüfəngləri kiçikçaplı tüfənglərlə əvəz edilmiş, hədəflərədək məsafə 150 m-dən 50 m-ədək qısaldılmış, xüsusi Biatlon trasları və tamaşaçı tribunaları olan atəşaçma meydançaları tikilmişdir. 1984-cü ildə qadınlar arasında ilk dünya çempionatı keçirilmiş, 1992-ci ildə Olimpiya Oyunlarının proqramına daxil edilmişdir.

Digər lüğətlərdə

мемора́ндум назу́бривать приплю́щиться разале́ться расша́тываться чре́во альпеншто́к кипари́совый клю́ква колёсник никелиро́вщик оперя́ть перепа́хиваться привя́зываться словоизлия́ние уже́ние просачиваться deemphasize moussaka parliament man resuscitate stopper zastruga укрепление фойе